Çatırtau silsiləsi
Çatırdau yaylası | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 321,7 m |
Uzunluğu |
|
Eni | 3 km |
Sahəsi | 41,5 km² |
Yerləşməsi | |
54°53′ şm. e. 53°11′ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çatırdau (tatar. Шатёр-Гора) — yerli əhəmiyyətli dövlət yasaqlığı[1], Tatarıstanın ən hündür zirvələrinə sahib dağ silsiləsi[2][3][4][5]. Ən hündür zirvəsi 321,7 metr təşkil edir və silsilənin ətəkləri Aznakaevo şəhəri yaxınlarında 7 km təşkil edir.
Çatırtay coğrafi xəritələrdə dağ silsiləsi olaraq gösyərilir. Bu Tatarıstan ərazisində yeganə silsilədir. Ancaq əslində bu coğrafi obyekt tektonik fəaliyyət nəticəsində deyil eroziya fəaliyyəti nəticəsində formalaşmışdır[6][7]
Fauna
[redaktə | mənbəni redaktə et]Çatırtau ətəklərində Bozqır marmotu, həmçinin Ellobius talpinus, Allocricetulus eversmanni, Boz siçancıq və Lagurus lagurus yayılmışdır. Bu canlılarının bir çoxunun arealının şimal sərhədi buradan keçir.
Tarixi
[redaktə | mənbəni redaktə et]XVIII əsrdə burada mis çıxarılırdı. Peter Simon Pallas 1772-ci ildə burada olmuşdur: «Çalpıdan 10 verst aralıda biz Suqoryat çayı və kəndinə çatdıq. Çayın kənarları qırmızı rəngdə idi. Üstəlik çay əhəng daşlı ərazidən axır. Burada Ufa və Kazan tatarları yaşayır. Kəndin bir məscidi vardır. Bir qədər aralıda biz Kiçik Suqoyat və sonradan isə Sapey auluna çatdıq…». Pallas havanın pis olmasına baxmayaq. Dağın zirvəsində olan mis mədənlərinin birinə çıxmışdır[8]
Çatırtau silsiləsi dövlət əhəmiyyətli təbiət yasaqlığı elan edilmişdir. Yasaqlıq Tatarıstan Nazirlər Kabinetinin 18 iyul 2005-ci il N 353 qərarı ilə təşkil edilmişdir
Çatırtaunun qərb ətəklərində çoxlu sayda uçurumlar vardır. Bu hissədə çoxlu sayda şaxt müşahidə etmək olar. Hissələrdən biri meşələrlə örtülüdür.
Belə bir əfsanə vardır ki, Emelyan İvanoviç Puqaçev bu dağda öz qoşunu ilə birlikdə düşərgə salmışdır. Üstəlik onların silah arsenalının bir hissəsinin hələ də silsilədə yerləşən mağaralarda qalması kiki əfsanələr dolaşır[9]
Çatırtau Paraplan[10] həvəskarları arasında məşhurdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Об утверждении Положения о государственном природном заказнике регионального значения комплексного профиля "Чатыр-Тау" (с изменениями на 2 мая 2012 года)". 2018-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-26.
- ↑ "Çatırtau (Şater dağı) – Tatarıstanın ən hündür zirvəsi". 2017-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
- ↑ "Экология Татарстана". 2015-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-26.
- ↑ "Tatarıstan Respublikası – ümumi məlumat". 2017-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
- ↑ "Чатыр-тау: самая высокая точка Татарстана". 2019-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-26.
- ↑ "Сементовский В. Н. и др. РЕЛЬЕФ ТАТАРИИ. Казань 1951 г. — СПЕЛЕСТОЛОГИЯ И ПОДЗ.ПРОСТРАНСТВА — ЛИТЕРАТУРА — Архив — PRO Speleo". 2020-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-26.
- ↑ "Воробьев Н. И. Основы физической географии Татарской АССР. Казань, 1936 — КРАЕВЕДЕНИЕ И АРХЕОЛОГИЯ — ЛИТЕРАТУРА — Архив — PRO Speleo". 2020-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-26.
- ↑ "Чатыр-Тау — первые исследования весенне-летнего сезона ТКСЭ-2008 — 14 Мая 2008 — PRO Speleo". 2020-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-26.
- ↑ "Гора Чатыр-Тау — Официальный сайт г. Азнакаево, погода, карты города, расписания". 2009-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-26.
- ↑ ПАРАГЛАЙДИНГ в Казани[ölü keçid]