Çamaşırxana

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İtaliyanın Sanremo şəhərində yerləşən camaşırxana. (XX əsrin əvvəlləri)

Camaşırxana (ing. Laundry) — geyimlərin yuyulması, təmizlənməsi və qurudulması kimi işlərin görüldüyü məkanlara verilən ümumi ad.

Camaşırxanalar böyük əksepidemik  əhəmiyyətə malik olub, eyni zamanda ağların yuyulması ilə onların zərərsizləşdirilməsi də təmin olunur.

Camaşırxanalar izolyasiya olunmuş iki - çirkli ağların qəbulu və təmiz ağların təhvili bölmələrindən ibarətdir. İstehsalat yerinin hündürlüyü 3-3,5 m-dən az olmamalıdır.

Camaşırxananın əsas yerlərindən biri yuma sexidir. Bu sexin divar, tavan və döşəməsi hidroizolyasiyalı olmalıdır. Divarlar hamar plitələrlə, döşmə metlaxla, tavan isə asan yuyulan və dezinfeksiyaya davamlı materiallarla üzlənməlidir.

İƏ 1 : 5 və ya 1 : 6 nisbətində olmalıdır.

Sex sentrafuqalı yuma maşını ilə təchiz edilməlidir. Sıxılmış ağlar arabalara yüklənərək, qurutma-ütülənmə sexinə göndərilir. Bu sex quruducu və ütüləyici maşın və avadanlıqlarla təchiz olunmalıdır.

Bundan sonra ağlar seçilir.

Qurutma-ütülənmə sexilərində havanın temperaturu 22 C, digərlərində isə 18C olmalıdır.

Camaşırxanalarda sorucu-axın ventilyasiyası və mərkəzləşdirilmiş qızdırıcı sistem olmalıdır.

Süni işıqlanma isə qənaətbəxş olmaqla bərabər paylanmalıdır.

Cari nəzarət infeksion xəstəliklərin baş verməməsi istiqamətində aparılmalı, yumada qaynadılma, sıxılma, qurudulma və ütülənmə rejimlərinə diqqət yetirilməlidir.

İş qurtardıqdan sonra nəm üsulla bütün sexlər və yerlər təmizlənilir.

Həftədə bir dəfə isə ümumi təmizlənmə aparılır. Qurutma-ütülənmə sexilərində tozsoranla tozlar sorulur. Ağların qəbulu və saxlanması, yuyulması yerlərində xlorlu əhəng məhlullarından istifadə olunur. Personallar xüsusi geyimlərdən istifadə edirlər (kombinizon xalat, rezin ön-lük, rezin çəkmə, və ləçək).

Personallara məxsus olan məişət otaqlarına olan tələblər, personalların tibbi müayinələrdən keçməsi bərbərxanalardakı kimidir.

Yuxarıda qeyd olunan sanitar norma və qaydalara riayət olunmala gigiyenik tələbləırə cavab verəcək hamam, bərbərxana və camaşırxanlar inşa olunarsa respublikamızda və xaricdə sadalanan məişət xidməıti üzrə problemlər öz həllini tapmış olar.