Çörək muzeyi (Ulm)
Çörək muzeyi | |
---|---|
alm. Deutsches Brotmuseum Ulm | |
| |
Əsası qoyulub | 1955 |
Açılış tarixi | 1955 |
Mövzu | çörək |
Ölkə | |
Yerləşir | Almaniya, Ulm |
48°24′04″ şm. e. 9°59′24″ ş. u.HGYO | |
museum-brotkultur.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Çörək muzeyi (alm. Deutsches Brotmuseum Ulm) — Almaniyanın Ulm şəhərində yerləşən çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey.
Tarixi
[redaktə | mənbəni redaktə et]Almaniyada, Dunay çayının sahilində yerləşən Ulm şəhərindəki Çörək muzeyi 1955-ci ildən fəaliyyət göstərir.[1] Dünyada ikinci, bəzi mənbələrdə isə birinci yarandığı göstərilir.[1] Muzeyin adının birinci sırada çəkilməsini onun çörək muzeyləri arasında ilk rəsmi dövlət statusu alması ilə əlaqələndirirlər.[1] Muzeyin yaradılma ideyası şəhər sakini antifaşist Villi Ayzelenə məxsusdur.[1]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Hazırda muzey şəxsi olmasına baxmayaraq, qeyri-kommersiya xarakteri daşıyır.[1] Muzeyə giriş pulludur.[1] Əldə olunan gəlirlə maarifləndirmə işi aparılır.[1] Əlavə olaraq kitablar, bukletlər nəşr edilir, eksponatların mühafizəsi həyata keçirilir.[1]
Daxili interyeri
[redaktə | mənbəni redaktə et]İki nümayiş zalından ibarət olan muzeydə, həm də çörək-bulka məmulatlarının bişirilmə texnologiyasna həsr olunmuş zəngin kitabxana da fəaliyyətdədir.[1]
Eksponatları
[redaktə | mənbəni redaktə et]Hazırda muzeydə 18500 eksponat, çörək və çörək məmulatlarının hazırlanma texnogiyaları, çörəkbişirmə ilə bağlı tarixi sənədlər və qədim eksponatlar nümayiş olunur.[1]
-
Əl dəyirmanı
-
Çörək maşını
Maraqlı fakt
[redaktə | mənbəni redaktə et]Azərbaycandakı Ağdam Çörək muzeyinin yaradılması fikri 1983-cü ildə Ulm Çörək muzeyi haqqında "İzvestiya" qəzetində dərc olunmuş maraqlı məqalədən sonra meydana çıxmışdır.[3]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Hermann Eiselen (Hrsg.): Dem Brot zuliebe: 50 Jahre Museum der Brotkultur. Ulm: Vater und Sohn Eiselen-Stiftung, 2005. ISBN 3-00-016638-6. (alm.)
- Hermann Eiselen (Hrsg.): Brotkultur. Köln: DuMont Verlag, 1995. ISBN 3–7701-34001. (alm.)
- Hermann Eiselen: Die Neuzeit der Bäckerei. Ein Streifzug durch ihre Geschichte von 1860–2005. Bochum: BackMedia Verlagsgesellschaft, 2006. ISBN 3-9808146-2-9. (alm.)
- Heinrich Eduard Jacob: Six Thousand Years of Bread. Its Holy and Unholy History. Garden City / New York: Doubleday, Doran and Company, 1944. New York: Lyons & Burford, 1997; Foreword: Lynn Alley. ISBN 1-55821-575-1 / New York: Skyhorse Publishing, 2007; Foreword: Peter Reinhart. ISBN 1-60239-124-6. (alm.)
- Heinrich Eduard Jacob: Sechstausend Jahre Brot. Hamburg: Rowohlt Verlag, 1954 (2. Aufl. 1956). (alm.)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Vüqar Tofiqli. Bərəkətli Çörək muzeyləri Arxivləşdirilib 2020-01-27 at the Wayback Machine. "525-ci qəzet", 2 mart 2011, səh. 6. (az.)
- ↑ Museum der Brotkultur, Ulm: Was sind Brotstempel? Arxivləşdirilib 2016-05-28 at the Wayback Machine (PDF, 206 kB; abgerufen am 26. Oktober 2013) (alm.)
- ↑ Sultan Laçın. "O vaxt mənə zarafatla "Qarabağın mədəniyyət naziri" deyirdilər…" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine hafta.az, 13.09.2013 (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- museum-brotkultur.de — Rəsmi saytı
Muzey haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |