Tomas Maltus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tomas Maltus
ing. Thomas Malthus
Doğum adı Thomas Robert Malthus
Doğum tarixi 13 fevral 1766(1766-02-13)[1] və ya 14 fevral 1766(1766-02-14)[2]
Vəfat tarixi 23 dekabr 1834(1834-12-23)[1][3][…] (68 yaşında)
Vəfat yeri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomas Robert Maltus (ing. Thomas Robert Malthus, 13 fevral 1766, Hilford - 23 dekabr 1834) — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi.

Tomas Maltus London yaxınlığındakı bir kənddə, mülkədar ailəsində anadan olmuşdur. O, Kembric Universitetini bitirərək ingilis kilsəsində ruhani rütbəsi almış və kənd keşişi işləmişdir. 1807- ildən o, Ost-hind kompaniyasının kollecində siyasi iqtisad professoru dərəcəsi almışdır. Maltus elmdə demoqrafik problemləri və əhalinin sayının dəyişməsi qanunauyğunluqlarını öyrənən ilk adam olmamışdır, lakin yarandığı gündən ictimai elmlər sahəsində mübahisəyə səbəb olmuş əhali nəzəriyyəsinin yaranması onun adı ilə bağlıdır. Tomas Maltus dünya əhalisinin sayının tənzimlənməyəcəyi halda bütün dünyanın aclıq çəkəcəyi ilə bağlı pessimist iqtisadi nəzəriyyəninin müəllifi kimi şöhrət qazanmışdır. Maltus göstərir ki, insan cəmiyyəti yarandığı vaxtdan əhali yaşayış vasitələrinə nisbətən daha sürətlə artma meylinə malikdir. Bunu sübut etmək üçün o, əhalinin və yaşayış vasitələrinin artımının müxtəlif meyllərini kəşf edir: "Hər 25 ildə əhali 2 dəfə, yəni, həndəsi silsilənin ədəd sırası kimi-2, 4, 8, 16, 32, 64, ... arta bilər, yaşayış vasitələri isə ən yaxşı halda həmin vaxt ərzində ədədi silsilə üzrə-1, 2, 3, 4, 5, 6, 7... arta bilər. İki əsrdən sonra əhali yaşayış vasitələrinə qarşı 256-nın 9-a nisbəti şəklində olar. Üç əsrdən sonra isə 4096-nın 13-ə olan nisbəti kimi olaar. İki min ildən sonra isə bu nisbət sonsuz olar və hesablanması qeyri-mümkün olar".

“Populyasiya haqqında esse”

[redaktə | mənbəni redaktə et]

Robert Maltus 1798‐ci ildə  nəşr edilən “Populyasiya haqqında esse” (Essay on Population) əsəri ilə iqtisadiyyat və siyasətin ümumi mənzərəsini dəyişdirərək çox qısa bir zamanda Adam Smit, Mari de Konderse və digər rasionalizm tərəfdarlarının nikbin baxışlarının önündə səddə çevrildi. Önə sürdüyü tez, dünyadakı ehtiyatların mütəmadi olaraq artan dünya  əhalisinin tələbatlarını ödəyə bilməyəcəyi ilə bağlı idi. Fikirləri qısa zamanda o qədər geniş rezonans doğurdu ki, bundan təsirlənən İngiltərə 1801‐ci ildə ilk dəfə olaraq əhalinin siyahıya alınmasına qərar verdi. Ona görə də Maltus eyni zamanda demoqrafiyanın banisi sayılır.[6]

Bu  əsər, Çarlz Darvinin məşhur “təkamül nəzəriyyəsi”nin də  ilham mənbəyi oldu. Darvin  əsər haqqında deyirdi: “Bəlkə də oxuduğum  ən əhəmiyyətli kitab Maltusun “Populyasiya haqqında esse”siydi... Fəlsəfi biologiyanın problemlərini  ələ alan o günə qədər oxuduğum ilk kitab idi və onun əsas prinsipləri daima ağlımda qaldı. İyirmi il sonra bu prinsiplər mənə üzvi növlərin təkamülündə təsirli ünsürün nə olduğu mövzusunda uzun müddətdir axtardığım ip uclarını verəcəkdi”.[7]

Maltusun tezinə görə, əhalinin sayı həndəsi olaraq (1, 2, 4, 8), qida istehsalı (ehtiyatlar) isə riyazi olaraq (1, 2, 3, 4) artır. Ona görə də əhalinin artımı ciddi nəzarətə götürülməli və bu artım səfalətə, yoxsulluğa yol açdığı anda əngəllənməliydi.

Əhalinin artımı Maltusun proqnozlaşdırdığının  əksinə, iki səbəbdən, birincisi, təbabət elmindəki inkişaf nəticəsində bir çox xəstəliyə çarə tapıldığından uşaq ölümlərinin ciddi şəkildə azalması və ikincisi, həyat standartlarındakı yüksəlmə, tibb sahəsindəki inkişaf, qidalanma  şərtlərinin yaxşılaşmasıyla orta insan ömrünün uzanması nəticəsində meydana gəlib. Yəni hər iki səbəb də  Malthusun səfalət və  ölüm qorxuları ilə  ziddiyyət təşkil edir.

Maltus və davamçılarının mənimsəmiş olduğu fəlakət nəzəriyyəsinin özünü doğrultmayan bir başqa tərəfi də XX əsrin ikinci yarısında həm inkişaf etmiş, həm də  inkişaf etməkdə  olan ölkələrdə əhalinin artım sürətinin azalmasıdır. Bu ölkələrdə əhalinin artım sürətindəki azalmanın səbəblərini də tibb sahəsindəki inkişaf və gəlirlərdəki yüksəlmə təşkil edir. Amma Maltus deyirdi ki, adambaşına düşən gəlir artdıqca, əhali daha sürətlə artacaq və nəticədə adambaşına düşən gəlir yenidən minimum səviyyəyə düşəcək. Tarixi təcrübə isə tam əksini sübut etməkdədir.[8]

Essay on the principle of population, 1826
  • Populyasiya qanunu haqqında təcrübə (1789)
  • Torpaq rentasının təbiəti və onun artırılması haqqında tədqiqat (1815)
  • Siyasi iqtisadın prinsipləri (1820)
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Deutsche Nationalbibliothek Record #118576860 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. https://en.wikisource.org/wiki/1911_Encyclop%C3%A6dia_Britannica/Malthus,_Thomas_Robert.
  4. http://schoolworkhelper.net/thomas-malthus-biography-theory/.
  5. http://www.florenceinferno.com/malthus-essay-on-the-principle-of-population/.
  6.  İlkin Sabiroğlu. ""Əhalinin artımı tənzimlənməli, amma necə?", IqtisadNet," (az.). 22.09.2004. (#cite_web_url); (#accessdate_missing_url)
  7. Mark Skousen. ""Modern İktisadın İnşası", Tərcümə: Mustafa Acar və digərləri, Liberte Yayınları, Ankara," (az.). 2003. (#cite_web_url); (#accessdate_missing_url)
  8. İlkin Sabiroğlu. "Kapitalizm kapitalizmə bənzəməz" (PDF) (az.). 2006. 2021-01-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]