40°55′39″ şm. e. 19°29′54″ ş. u.HGYO

Karavasta laqunu

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 19:19, 24 fevral 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Karavasta laqunu
alb. Laguna e Karavastasë
Sahəsi 45 km²
Yerləşməsi
40°55′39″ şm. e. 19°29′54″ ş. u.HGYO
Ölkə  Albaniya
Yerləşməsi Fieri
Karavasta laqunu xəritədə
Karavasta laqunu
Karavasta laqunu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karavasta laqunu (alb. Laguna e Karavastasë) — Albaniyada ən böyük, Adriatik dənizində isə ən böyük laqunlardan biri. Karavasta Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Laqun Divyaka-Karavasta milli parkının bir hissəsidir. Laqun 1995-ci ilin 29 noyabrından Ramsar konvensiyasına əsasən qorunan beynəlxalq ərazilər siyahısına daxil edilmişdir.

Karavasta laqunu qıvrımlələk qutanın vətəni hesab olunur

Laqun Albaniyanın qərb hissəsində, təxminən Şkumbini və Simnan çaylarının mənbələri arasında, Lyuşnya şəhərindən 20 kilometr qərbdə yerləşmişdir. Laqun təxminən 45 m² ərazini tutur. Laqunun maksimal dərinliyi — 1,3 m, orta dərinliyi — 0,7 m-dir. Laqun Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Bataqlıq sahilləri boyunca bir neçə qumlu ada yerləşir.[1] Şam ağacı meşələri laqunu əhatə edir.

Laqun nadir heyvanlardan olan qıvrımlələk qutanların yuvalarını qurduqları yer kimi məşhurdur. Dünyada üzrə qutanların 5 %-i bu laqun ətrafında yaşayır. Onlar yuvalarını yalnız laquna daxil olan Qutan adasında tikirlər. Laqun həmçinin 1300-dən çox quş növü yuva qurduğu yer hesab olunur. Bu növlərə Sternula albifrons, böyük qarabatdaq, kiçik qarabatdaq və çəmən tirkuşkasını misal göstərmək olar.[2]

29 noyabrdan Karavasta laqunu (781 nömrəli qərar ilə) beynəlxalq su-bataqlıq təsərrüfat ərazisinin siyahısına daxildir.[3] 1994-cü ildən laqun 222,302 km² ərazisi olan Divyaka-Karavasta milli parkının ərazisinə daxildir.[4] Milli park daxilində bir neçə restoran yerləşir. Qum təpələri boyunca yerləşən çimərlik turistlərin axınına səbəb olur.

Laqun ətrafı ərazilərdə dezinfeksiya üzrə kampaniyalar uzun müddətdir ki, dayandırılmışdır. Bu səbəbdən laqunda ağcaqanadların aktivliyi müşahidə olunur. 2014-cü ildə dezinfeksiya kampaniyaları yeniləndi və bərpa üçün milli layihə yaradıldı. Layihəyə əsasən ovçuluğa yararlı quşlar üçün dezinfeksiya və vaksinasiya işləri aparılmışdır.

  1. "Bashkia Fier » Karavasta Lagoon". Bashkia Fier. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-29.
  2. "Best Practice for Conservation Planning in Rural Areas". 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.
  3. Ramsar. "The list of wetlands of international importance" (PDF) (English və Spanish). Ramsar. September 11, 2014. 14 February 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 August 2010.
  4. "Rrjeti i Zonave të Mbrojtura në Shqipëri" (PDF). 2017-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]