38°44′46″ şm. e. 48°34′27″ ş. u.HGYO

Bibiyoni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bibihoni
38°44′46″ şm. e. 48°34′27″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 995 (2008) nəfər
Xəritəni göstər/gizlə
Bibihoni xəritədə
Bibihoni
Bibihoni

BibihoniAzərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd.[1] Rayon mərkəzindən 31 km cənub-şərqdə, Lənkəran şəhərinin sağ sahilinin 4 kilometrliyində, Peştəsər silsiləsinin yamacındadır.

Əhalisi 995 nəfərdir (2008).[mənbə göstərin]

Bibihoni Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Tədqiqatçılara görə, qismən təhrifə uğramış bu toponimin əsli Bibəhonidir. Toponim Talış dilindəki bib (heyva) və honi (bulaq) sözlərindən ibarət olub, "heyvalı bulaq" mənasındadır. Kənd ərazidəki eyniadlı bulağın adını daşıyır. Bibiyanı (1917), Bibiyoni (1961) variantlarında da qeydə alınmışdır. Hidronimin bibi (fars. "xanım") və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət olub, "xanım bulağı" mənasında olduğunu da ehtimal etmək olar. Qazax rayonunun Xanlıqlar kəndi ərazisində Xanım bulağı adlı su obyekti məlumdur.[2]

Əhalinin məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

Əhali heyvandarlıq və əkinçiliklə məşğuldur. Kənddə ümumi orta məktəb, kitabxana, tibb məntəqəsi var.

Kənd əhalisi İslam dininə mənsubdur. Kənddə Bibihoni kəndi məscidi dini icması fəaliyyət göstərir.[3]

  • Azərbaycan Milli Ensiklopediyası, IV cild, Bakı.2013. səh.17.

Barzavu

Babagil

Bilnə

  1. Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.133
  3. MÜSƏLMAN DİNİ İCMALAR – 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)