Aftandil Hacıyev

Vikipediya, azad ensiklopediya
Patriot Kor (müzakirə | töhfələr) (İstinadlar: Azərbaycanın kişi futbolçuları kateqoriyası əlavə edildi) tərəfindən edilmiş 16:40, 9 aprel 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Aftandil Hacıyev
Aftandil Sabir oğlu Hacıyev
Ümumi məlumatlar
Tam adı Aftandil Sabir oğlu Hacıyev
Doğum tarixi 13 avqust 1981(1981-08-13)[1] (43 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 184 sm
Mövqeyi Müdafiəçi
Əsas ayağı hər iki ayaq
Karyerası
Gənclik karyerası
1998
Klub karyerası[* 1]
0000 Azərbaycan U-18 Milli Komandasi 0

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aftandil Hacıyev Sabir oğlu (13 avqust 1981[1], Bakı) — Azərbaycan futbolçusudur. Azərbaycan milli futbol komandasında 22 oyun oynamışdır. Aftandil Hacıyev azərbaycanlı futbol mütəxəssisi, Azərbaycan milli komandasının sabiq müdafiəçisi, "Səbail" PFK-nın baş məşqçisidir. 7 yaşında karyerasına başlayan futbolçunun mövqeyi müdafiəçi olub. 184 sm boyunda olan baş məşqçi, müxtəlif illərdə "Şəfa", "Turan", "Neftçi", "Qarabağ", "Sumqayıt" klublarının heyətində oynayıb[2].

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan çempionu: 2004/2005

Azərbaycan çempionatının gümüş mükafatçısı: 2006/2007

Azərbaycan çempionatının bürünc mükafatçısı: 2005/2006

Azərbaycan Kubokunun qalibi: 2000/2001, 2008/2009[2]

Müsahibələri

[redaktə | mənbəni redaktə et]

"Bu gün maraqlı görüş alındı. Hər iki komanda meydanda mübarizə apardı və məğlub olmaq istəmirdi".

Bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, ağır qrafikdən sonra qələbə qazanmaq istəyiblər: "Bu gün futbolçular bütün tapşırıqları dəqiq yerinə yetirməyə çalışdılar. Çox diqqətli oynadıq. Əvvəlki səhvlər bu gün minimuma endi. Qapımız qarşısında rəqibə qol şansı da vermədik. Hücumda daha aktiv idik və istədiyimiz qələbəni qazandıq. Çempionat ağır keçir. Ən çətin qrafikdə oynayan komanda bizik. Kasad heyətlə həm nəticə qazanmaq, həm də yaxşı oyun sərgiləmək çətindir. Bugünə qədər də oyunumuzdan tam razı deyildim. Öz səhvlərimizdən qollar buraxırdıq".

Hacıyevin sözlərinə görə, müdafiəçilərin bu günkü oyunu onu sevindirib: "Bu "Səbail"i meydanda görmək istəyirdim. Qışa qədər daha az top buraxan komandalardan idik. Görüşün ilk hissəsində daha yaxşı oynadıq. İkinci yarıda rəqib sistemi dəyişdi. Meydanın mərkəzində çoxaldılar və üstünlük bir az onlara keçdi. O ərəfədə səhvsiz oynamağı bacardıq. İkinci qolu vurduqdan sonra isə rəqib sakitləşdi. Bugün istədiyimiz oyunla qələbə əldə etdik. Amma bundan sonrakı matçlar da çətin keçəcək. Rahatlaşmaq olmaz. Bizi "Qarabağ"la çətin səfər oyunu gözləyir. Bu qarşılaşmanı unudub ona hazırlaşmalıyıq. Rəqibə də uğurlar arzulayıram. Bu gün öz transferləri ilə ictimaiyyətdə səs-küy salmağı bacarıblar. İnanıram ki, gələcəkdə istədikləri uğuru qazana biləcəklər".

Baş məşqçi kubokdakı matçları xatırlayıb: "Kubokda mübarizəni dayandırmaq sırf "Səbail"in günahı deyildi. Hər iki görüşdə hakim səhvləri oldu. Kuboka görə komandamı günahlandırmaq istəmirəm. Hər iki oyunda topa sahib olmaqda rəqibdən üstün idik. "Sumqayıt" kubok oyunlarında təcrübəsi olan komandadır. Çempionatımızda açıq autsayder yoxdur. Heyəti və imkanları geniş olan komandalar var. Biz bu amillərə görə geridə qalsaq da, oyunumuzla geridə qalmayacağıq. Sona kimi mübarizə aparacağıq. Qarşımıza Avropa Liqasına vəsiqə qazanmaq kimi tələb qoymuşuq" (Report)[3].


  1. 1 2 Aftandil Hajiev // Transfermarkt (çd.). 2000.
  2. 1 2 "AFTANDİL HACIYEV" (az.). https://sabailfc.az/. 2019-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-30.
  3. ""Kasad heyətlə yaxşı nəticə qazanmaq çətindir" - Aftandil Hacıyev" (az.). https://qol.az/. 19 FEVRAL 2021. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-30.