1992

Vikipediya, azad ensiklopediya
Atakhanli (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:55, 28 avqust 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
İllər
198819891990199119921993199419951996
Onilliklər
1970-ci illər1980-ci illər1990-cı illər2000-ci illər2010-cu illər
Əsrlər
XIX əsrXX əsrXXI əsr
1992 digər təqvimlərdə
Qriqori təqvimi 1992
MCMXCII
Yuli təqvimi 1992
Yuli təqvimi
bizans erasında
7500-7501 (1 sentyabr)
Romanın yarandığı gündən 2744-2745 (21 aprel)
Avropa təqvimi
5752-5753

ה'תשנ"ב  - ה'תשנ"ג

Hicri təqvim 1412-1413
Erməni təqvimi 4484-4485 (11 avqust)

ՌՋՂԲ

Çin təqvimi 4688-4689
辛未 - 壬申
ağ qoyun  - qara meymun
Efiopiya təqvimi 1984 - 1985
Hind təqvimi
- Vikram-samvat 2048-2049
- Şaka sambat 1914—1915
- Kali-yuqa 5093-5094
İran təqvimi 1370-1371
Buddist təqvimi 2535
Holosen təqvimi 11992
Yapon xronologiyası 4 Heysey erası
Fransız inqilabı təqvimi 200—201
Çuçxe təqvimi 81-ci çuçxe ili
Minqo təqvimi 81-ci Tayvan ili
  • 7 fevral - Avropa İttifaqının yaranmasına zəmin olan əsas müqavilələrdən biri - Maastrix müqaviləsinin imzalanması.
  • 14 fevralMDB dövlət başçılarının Moskva görüşündə Birliyin əsas prinsipləri barədə Bəyannamə və MDB ölkələrinin strateji qüvvələri haqqında sazişin imzalanması.
  • 31 mart - Rusiya Federasiyası ilə Federasiya subyektləri arasında federativ müqavilələrin imzalanması.
  • 17 yanvar - Azərbaycan Respublikası Ali Sovetinin daimi fəaliyyət göstərən işçi orqanı – Milli Şura tərəfindən 20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında" qanun qəbul edilməsi.
  • 19 yanvar - İslandiya dövləti tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması.
  • 30 yanvar:
  • 31 yanvar - Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulması.
  • 10 fevral - Azərbaycanla Meksika arasında diplomatik münasibətlərin qurulması.
  • 11 fevral - Erməni silahlı qüvvələri tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğal edilməsi.
  • 16 fevral - Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO - Economic Cooperation Organization) üzv olması.
  • 17 fevral – Erməni silahlı qüvvələri tərəfindən Xocavənd rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndinin işğal edilməsi.
  • 20 fevral - Azərbaycan Respublikası ilə Almaniya və Avstriya arasında diplomatik münasibətlərin yaradılması.
  • 21 fevral - Azərbaycan Respublikası ilə Fransa və Polşa arasında diplomatik əlaqələrin bünövrəsinin qoyulması.
  • 25 fevral - Azərbaycan Respublikası ilə Yəmən Ərəb Respublikası arasında diplomatik münasibətlərin yaradılması.
  • 26 fevral
    • Ermənilərin azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmələri.
    • Azərbaycan Respublikası ilə Banqladeş arasında diplomatik münasibətlərin yaradılması.
  • 28 fevral
    • Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrinin vahid komandanlıq altında birləşdirilməsi barədə fərman verilməsi.
    • Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları və Hindistan arasında (bu ölkələr Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də və 26-da tanımışdı) diplomatik münasibətlərin yaradılması.
  • 29 fevral - Ermənistan silahlı qüvvələrinin Rusiyanın (keçmiş SSRİ-nin) respublika ərazisindəki 7-ci ordusunun köməyi ilə Laçın rayonuna ilk dəfə genişmiqyaslı hücuma keçməsi.
  • 1 mart:
  • 2 mart - Azərbaycan Respublikasının dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından olan BMT-yə üzv qəbul olunması.
  • 6 mart - Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında hakimiyyət dəyişikliyinin baş verməsi.
  • 9 mart - Argentina dövləti tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması barədə bəyanat verilməsi.
  • 11 mart:
  • 12 mart - Azərbaycan Respublikası Daxili Qoşunlarının yaradılması.
  • 14 mart - Azərbaycan Respublikası ilə Liviya arasında diplomatik münasibətlərin yaradılması.
  • 23 mart - Azərbaycan Respublikası il' Koreya Respublikası, SalvadorSomali dövlətləri ilə diplomatik münasibətlərin yaradılması.
  • 30 mart - Azərbaycan Respublikası ilə İraq arasında diplomatik münasibətlərin yaradılması.
  • 1 aprel - Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında diplomatik münasibətlərin yaradılması. (Niderland Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanımışdı).
  • 2 aprel - Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb), Danimarka və Yunanıstan arasında (hər ikisi ülkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) diplomatik münasibətlərin yaradılması.
  • 4 aprel - Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və Misir arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanması.
  • 7 aprel - Azərbaycan Respublikası ilə İsrail dövləti arasında diplomatik əlaqalərin yaradılması.
  • 8 aprel - Prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovun fərmanı ilə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonlarında və Ermənistanla sərhəd bölgələrdə birbaşa prezident üsul-idarəsinin tətbiq edilməsi.
  • 16 aprel - Azərbaycan Respublikası ilə Monqolustan (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 20-də tanımışdı) arasında diplomatik münasibətlərin yaradılması.
  • 20 aprel - Azərbaycan Respublikası ilə Estoniya arasında diplomatik əlaqələrin yaradılması.
  • 27 aprel - Azərbaycan Respublikası ilə Macarıstan arasında diplomatik əlaqələrin yaradılması.
  • 29 aprel - Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələrin yaradılması.
  • 8 may:
    • Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağdakı ən böyük yaşayış məntəqəsi olan Şuşa şəhərinin işğal edilməsi.
    • Azərbaycan Respublikası ilə İsveç və İtaliya arasında diplomatik əlaqələrin yaradılması.
  • 14 may - Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında A.Mütəllibovun yenidən hakimiyyətə gətirilməsi.
  • 18 may:
    • Laçın rayonunun Ermənistan Respublikası tərəfindən işğal edilməsi.
    • Azərbaycan Respublikası ilə Moldova arasında diplomatik münasibətlərin qurulması barədə protokolun imzalanması.
  • 23 may - Vatikan dövləti tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin tanınması.
  • 27 may - Azərbaycan Respublikasının parlamenti tərəfindən “Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanunun qəbul edilməsi.
  • 28 may - Sədərək-Dilucu körpüsünün (Ümid körpüsünün) açılması.
  • 29 may - Azərbaycan Respublikası ilə Tacikistan arasında diplomatik münasibətlərin yaradılması.
  • 1 iyun - Azərbaycan Respublikası ilə Lüksemburq (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) arasında diplomatik münasibətlərin yaradılması.
  • 3 iyun - Azərbaycan Respublikasının UNESCO-ya üzv qəbul edilməsi.
  • 7 iyunƏbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti seçilməsi.
  • 9 iyun - Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası və Türkmənistan arasında diplomatik münasibətlərin yaradılması.
  • 12-16 iyun - Azərbaycan ordusunun Goranboy və Ağdam rayonları istiqamətindən irimiqyaslı hücumu. Goranboy rayonunun (keçmiş Şaumyan) Ağcakənd, Buzluq, Erkəç, Mənəşli, Rus borisi və s., Xocalı rayonunun Naxçıvanlı, Pircamal, Dəhraz, Ağbulaq kəndlərinin geri alınması.
  • 17 iyun-9 iyul - Azərbaycan ordusunun cəbhənin bütün istiqamətlərindən hücumu. Ağdərə şəhəri və onun ətrafındakı kəndlərin, həmçinin Cəbrayıl və Füzuli rayonları istiqamətindən edilən hücum nəticəsində Xocavənd (keçmiş Hadrut) rayonunun 20-yədək kəndinin geri alınması.
  • 17 iyun:
    • Azərbaycan Respublikası ilə Belçika Krallığı (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) arasında diplomatik münasibətlərin yaradılması.
    • Azərbaycan Respublikasının prezidenti seçilmiş Əbülfəz Elçibəy and içərək səlahiyyətlərinin icrasına başlaması.
  • 19 iyun - Azərbaycan Respublikası ilə Avstraliya arasında diplomatik münasibətlərin yaradılması.
  • 20 iyun - Azərbaycan Respublikası ilə Estoniya (ölkəmizin müstəqilliyini 1992-ci il fevralın 20-də tanıyıb) arasında diplomatik münasibətlərin yaradılması.
  • 21 iyunAzərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulması.
  • 25 iyun - İstanbulda Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən konfransda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsis edilməsi.
  • 26 iyun - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edilməsi.
  • 29 iyun - Azərbaycan Respublikası ilə Yeni Zelandiya arasında diplomatik münasibətlərin yaradılması.
  • 9 iyul - Qarabağ ərazisində 1 aylıq müddətə atəşkəsin elan edilməsi.
  • 6 avqust - Ermənistan ordusunun atəşkəsi pozması, buna cavab olaraq Azərbaycan ordusunun Ağdərə, Kəlbəcər və Ağdam istiqamətlərindən hərbi əməliyyatlara başlaması.
  • Avqustun sonları, sentyabr ayının əvvəlləri - Keçmiş Ağdərə rayonunun Aterk, Heyvalı (Drmbon) və s. kəndlərinin işğaldan azad edilməsi ilə Tərtər-Kəlbəcər yolunun açılması.
  • 15 avqust - Azərbaycan Respublikasının milli pul vahidi olan manatın dövriyyəyə buraxılması.
  • 28 avqustErmənistan Silahlı Qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı Ballıqaya qətliamı törədildi.
  • 13 sentyabrAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaradılması.
  • 26 sentyabrVətəndaş Həmrəyliyi Partiyasının təsis edilməsi.
  • 2 oktyabrXocavənd rayonunun Ermənistan Respublikası tərəfindən işğal edilməsi.
  • 3 oktyabr - Azərbaycan ordusunun Laçın şəhərinin 3 km-nə çatması.
  • 3 noyabrVətəndaş Həmrəyliyi Partiyasının rəsmi dövlət qeydiyyatına alınması. (Şəhadətnamə-7).
  • ATƏM-in Minsk qrupunun yaradılması.
  • "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi.
  1. Hazal Ərgüclü—Şimali KiprTürkiyə aktrisası
  1. Demet Özdemir—türk aktrisası
  2. 20 aprel:
  • Bəstəmsu Özdəmir—türk aktrisası
  1. 29 may:
  1. Ayça Ayşin Turan—türk aktrisası