Vikipediya:Bilirsinizmi/iyun 2020
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 23. Həftə
- Daşkənd Televiziya Qülləsi 1985-ci ildən 1991-ci ilədək dünyanın üçüncü ən hündür qülləsi ünvanını daşımışıdır.
- XVI əsrdə yaradılmış Belarus ərəb əlifbasından litva tatarları tərəfindən istifadə olunurdu. Onlar Böyük Litva knyazlığının hissəsi olan Belarus ərazisində yaşayırdılar.
- Şimali Afrika uğrunda gedən döyuşlərdə Üçüncü Reyx ordusuna rəhbərlik etmiş Ervin Rommel daha çox səhra tülküsü təxəllüsü ilə tanınmışdır.
- Müəyyən vaxt ərzində üfüq düşən düz günəş radiasiyası və ya ümumi günəş radiasiyası İnsolyasiya adlanır.
- Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi (şəkildə) tablosu I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Vikipediya məqalələrindən
- Gifu və Toyama prefekturalarının sərhədindəki Söqava vadisində yerləşən və 1995-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Şirakava-qo və Qokayama tarixi kəndlərinin (şəkildə) sakinləri XVII əsrdən başlayaraq və sonrakı 250 il ərzində əsasən barıt istehsalı və evlərin damında barama yetişdirilməsi ilə məşğul olub.
- Kəllənin beyin şöbəsinə aid cüt sümüklərdən olan gicgah sümüyü xarici qulaq dəliyini əhatə edən üç hissədən ibarətdir.
- Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5 km, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən Göbəklitəpə məbəd kompleksi bu günə qədər mezolit dövrünə aid ən qədim mədəni istehkam sayılır.
- Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən Oktoberfest pivə festivalında iştirak edən şəxslər üçün dirndl və qamsbart kimi xüsusi geyim formaları mövcuddur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Vikipediya məqalələrindən
- Dünyanın ən böyük çay muzeyi Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən Pin-Lin Çay Muzeyidir.
- Otaku mədəniyyətində həddən artıq yöndəmsiz olan qadın personajları ifadə etmək üçün istifadə olunan docikko termini yapon dilindən tərcümədə "kobud səhv" deməkdir.
- Qədim Misir mifologiyasında axirət dünyasının baş tanrısı Anubis sayılsa da, sonrakı dövrlərdə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir.
- Şimali Amerika ərazisində, Kolorado pl* Mingəçevir SES haqqında ilk elmi məqalə Cəlil Məmmədquluzadənin oğlu Midhət Məmmədquluzadə tərəfindən dərc edilmişdir.
- Vyetnamın Foqniya-Kebanq Milli Parkının ərazisində yerləşən Şondonq mağarası (şəkildə) dünyanın ən böyük mağarası hesab edilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
Vikipediya məqalələrindən
- Moskva Dövlət Universitetində təhsil almış, Kuba İnqilabının rəhəbrlərindən olan Fidel Kastronun böyük oğlu Fidel Kastro Diaz-Balart SSRİ-nin yardımları ilə Kubada inşa edilən, ancaq sonradan tikintisi yarımçıq dayandırılmış Juraqua AES-nin tikinti prosesinə rəhbərlik etmişdir. Fidelito (azərb. kiçik Fidel) təxəllüsü ilə tanınmış, Diaz-Balart 2018-ci ildə 68 yaşında olarkən Havana şəhərində intihar etmişdir.
- 1992-ci ilin 20 may tarixində Cənubi Osetiyanın paytaxtı Tsxinvali şəhəri yaxınlığında yerləşən Zar kəndi ərazisində gürcü silahlılar tərəfindən osetin qaçqınların daşınması ilə məşğul olan avtomobil karvanının atəşə tutulması nəticəsində azı 36 nəfər həlak olmuşdur.
- Azərbaycan Xalq Cümhuriyyətinin höküməti tərəfindən 31 Mart soyqırımını araşdırmaq üçün yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvülərindən biri Belarusdan olan fotoqraf, tədqiqatçı və fransız dili müəllimi Lev Urbanoviç Daşkeviç (şəkildə) olmuşdur.
- Aeroflot Hava Yollarına məxsus Tupolev Tu-134 A tipli təyyarə 1986-cı ilin 20 oktyabr tarixində SSRİ-də daxili uçuş həyata keçirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 87 nəfərdən 70 nəfər həlak olmuşdur. Qəzanın səbəbi kapitan pilot Aleksandr Quliyevin ikinci pilotla təyyarəni yerə baxmadan gözü bağlı endirə biləcəyi ilə bağlı mərci olmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə