Vikipediya:Bilirsinizmi/aprel 2024
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 14. Həftə
Vikipediya məqalələrindən
- Ankarada yerləşən Anıtqəbir mavzoleyi 1941-ci ildə Türkiyə Hökümətinin keçirdiyi layihə müsabiqəsi nəticəsində 48 digər layihə arasından seçilmiş memarlar Emin Onat və Əhməd Orxan Ardanın birgə layihəsi əsasında inşa edilmişdir.
- 743-744 illərdə inşa edilmiş Şamaxı Cümə məscidi Cənubi Qafqazda Dərbənd cümə məscidindən sonra ən qədim məsciddir.
- Mexaniki reduktor fırlanma momentini bir və ya bir neçə mexaniki ötürmənin köməyi ilə ötürən və çevirən mexanizmdir.
- Qadınlar arasında şahmat üzrə ilk dünya çempionu Vera Mençik ikinci dünya müharibəsi zamanı 1944-cü il iyunun 27-də Londonun bombardımanı zamanı həlak olmuşdur.
- Şimal Torpağı arxipelağının mərkəzi hissəsində yerləşən Oktyabr İnqilabı adası Bolşevik adasından Şokalski boğazı, Komsomoles adası və Pioner adasından Qırmızı Ordu boğazı vastəsi ilə ayrılır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 15. Həftə
Vikipediya məqalələrindən
- Seul şəhərində yerləşən və tərk edilmiş "Yongma Land" (şəkildə) əyləncə parkı K-pop müğənniləri və qrupları tərəfindən tez-tez çəkiliş məkanı kimi istifadə olunur.
- Türkiyə dələduzu Sülün Osman 1950–1960-cı illərdə tramvay, Qalata qülləsi, şəhər meydanlarındakı saatlar, şəhər xətləri və dəniz paroxodları kimi dövlət mülklərini insanlara satmış və ya kirayəyə vermişdir.
- Azərbaycanda qeydə alınmış sonuncu Turan pələngi ovu 1932-ci ildə Göytəpədə qeydə alınmış, dişi və erkək pələng ovlanmışdır.
- Estonəsilli keçmiş sumoçu Baruto Kayto öz döyüş adını Baltik dənizinin yapon dilindəki səslənişindən (Baruto) götürmüşdür.
- Buddist keşişi Soen Şaku 1905–1906-cı illərdə ABŞ-də Zen buddizminə dair mühazirələr vermiş və ABŞ-də Zen meditasiyası təşkil edən ilk şəxs olmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 16. Həftə
Vikipediya məqalələrindən
- Lutsk şəhərində yerləşən Böyük sinaqoq (şəkildə) İkinci Dünya müharibəsinə qədər şəhərin yəhudi icmasının dini və mədəni mərkəzi olsa da, hazırda idman zalı kimi istifadə olunur.
- Kaqava prefekturasının Kotohira qəsəbəsində yerləşən Böyük Konpira teatrı Yaponiyanın ən qədim kabuki teatrıdır.
- Yuqoslaviya krallığının Yaponiyadakı ilk fəxri konsulu olmuş Eyiçiro Ueyama Yuqoslaviyada geniş yayılmış çoxillik qızçiçəyinin ekstraktı əsasında ağcaqanad qovucu sarğac ixtira etməsinə görə tanınır.
- Dünyada püstəyə həsr olunmuş ilk və yeganə muzey olan Qaziantep Püstə Muzeyinin binası püstə formasında dizayn edilmişdir.
- Şima ispan kəndində Altamira mağarasının replikası və Pireney dağlarına əsaslanan "Pireney" amerikan təpələri attraksionu yaradılmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 17. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycan polyaklarından olan mexanik və mesenat Vitold Zqlenitski xeyriyyəçilik fəaliyyətlərinə görə Bakıda Polşalı Nobel kimi tanınırdı.
- Behbud Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.
- Hyu Qlass (şəkildə) qrizli ayısı tərəfindən hücuma məruz qalmasına baxmayaraq 200 mil (320 km) məsafə qət edərək, sağ qalmağı bacarmışdır.
- XX əsrdə Amerikada kommunistlərə qarşı Qırmızı təhlükə təbliğatı aparılmışdır.
- Edqar Allan Ponun Qələbəliklərin adamı hekayəsi əsas obrazın London küçələrində tanımadığı bir nəfəri təqib etməsindən bəhs edir.
- 1930-cu illərin əfsanəvi mafiya rəhbərlərindən olan Al Kapone bir müddət Kaliforniya ştatının, San Fransisko şəhərində yerləşən Alkatraz həbsxanasında saxlanılmışdır.
- Rus mistik Qriqori Yefimoviç Rasputinin ölümündən sonra evində tapılmış məktublarında sui-qəsd yolu ilə öldürüləcəyini yazmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə