Timsahlar (lat. Crocodilia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi. Hesab olunur ki, timsahlar 120 milyon il bundan əvvəl təbaşir dövründə yaranmışdır. Timsahların orqanizminə yaxın müasir qohumları quşlar hesab olunur.

Timsahlar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi xarakteristika

redaktə

Timsahlar müasir sürünənlərin ən yüksək quruluşlu taksonu olub, yarımsu həyatına uyğunlaşıblar. Bunlarda çənəarası və üst çənə sümüklərinin, damaq çıxıntılarının, eləcə də damaq sümüklərinin böyüməsi nəticəsində sümük damağın əmələ gəlməsi səciyyəvi əlamətdir. Avstraliya və bir çox Afrika ölkələrində timsah ən təhlükəli heyvan hesab olunur. Timsahları ağac tirlərlə səhv salmayın. O "qurbanını" gözləyən zaman suyun altına çəkilib gizlənir. "Qurbanı" görən zaman isə suyun altından çıxır, onun üzərinə atılaraq onu tutur və yenidən suyun altına girir. Avstraliya nın şimalında tropiklərdə 100 minə qədər sürünən qeydə alınıb. Onlar dövlət tərəfindən mühafizə olunur.

Xarici quruluşu

redaktə

Timsahların bədəni uzunsovdur, 6 m-ə qədər çatır. Bədənin gövdə hissəsi üstdən, quyruq hissəsi isə yanlardan basıqdır. Quyruq əsas hərəkət-üzmə orqanıdır. Ön ətraflarında beş sərbəst, arxa ətraflarında isə üzmə pərdəsi olan 4 barmaq var. Bədən qərni qalxancıqlarla örtülüdür. Belə qalxancıqların altında sümük lövhələr var. Xarici burun dəliklərinin olması, gözlərin xüsusi qabarlar üzərində yerləşməsi timsahın suya cumarkən tənəffüs etməsini və ətraf mühiti görməsini təmin edir.

Daxili quruluşu

redaktə

Ağız boşluğu iki hissəyə - burun-udlaq və alt ağız boşluğuna ayrılır. Bunun sayəsində xoanalar birbaşa ağız boşluğuna deyil, burun-udlaq yoluna açılır, o da öz növbəsində udlaqla birləşir. Timsahların dişləri yuvalarda yerləşir. Ürək 4 kameralıdır, lakin 2 aorta qövsü olduğu üçün arterialvenoz qan müəyyən qədər qarışır. Su həyatı ilə əlaqədar olaraq damağın arxa hissəsində damaq pərdəsi adlanan əzələli bükük var. Bu büküş özünün aşağı kənarı ilə dilin arxasını qapayır. Damaq pərdəsinin belə vəziyyəti ağız boşluğunu udlaqdan ayırır. Timsahların ağciyərləri çox böyükdür, həm də dənəvər quruluşludur ki, bu da bəzən suyun altında uzun müddət qalmağa imkan verir.

Təsnifat

redaktə

Timsahlar dəstəsinin 3 fəsiləsi, 21 növü var.

Timsahlar dəstəsinə aşağıdakı fəsilələr daxildir:

Timsahlar və quşların simbiozu

redaktə

Nil timsahları digər timsahlar kimi qidalarını əsasən çeynəməmiş böyük tikələri udduğundan onların uzun iti dişləri arasında qida qalıqları qalır. Bu baxımdan sürü halında yaşayan Misir cüllütləri ilə timsahlar arasındakı simbioz diqqət çəkir. Belə ki, bu quşlar timsahların dişlərinin arasındakı ət parçacıqlarını yeyərək həm timsahların dişlərini çürüməkdən qoruyur, həm də özlərinə qida təmin edirlər.

Maraqlı məlumatlar

redaktə
  • Mərkəzi Afrika Respublikasındakı Ubanqi çayında uzunluğu 4,5 m, kütləsi 420 kq olan nəhəng bir timsah tutulmuşdur. Ən iri timsahın kütləsi 600 kq-a çatır. Bu timsahların piyi yaşıl rəngdədir. Halbuki bütün heyvanların piyi sarıdır. Afrikalılara görə timsahların yaşını udduqların daşların sayı ilə təyin etmək olur. Yumurtadan çıxmış yeni timsah həmin yumurtadan üç dəfə böyük olur. Orta yaş dövründə (70 il) erkəklərin uzunluğu 5 m, dişilər isə 3,5 m olur. Erkək timsahlar dişilərdən tez inkişaf edir. Cavan dişi timsah 15-17 ədəd, yaşlı dişi timsah isə 80 ədəd yumurta qoyur. Adətən timsahlar yumurtanı isti qumun içinə qoyub üstünü örtür. Üç aydan sonra timsah balaları yumurtaların içində civildəşərək analarını köməyə çağırır. Ana isə yumurtanı qırmaqla onlara kömək edir. Yumurtadan çıxmiş timsah balası tez suya keçir.
  • Timsahlar suyun daha dərinliyində üzə bilmələri üçün daş udurlar.

Şəkillər

redaktə

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə

Ədəbiyyat

redaktə
  • Mustafayev Q.T., Tağıyev Ə.N., Sadıqova N.A., "Onurğalılar zoologiyası", (Ali məktəblər üçün dərslik), Bakı-2009

Həmçinin bax

redaktə