Dumanlıq və ya Nebula — astronomik səma cisimləri yığını.

Böyük Orion dumanlığı

Bizim Qalaktikanın tərkibində hətta teleskopda belə ləkələr kimi görünən, əsasən qaz və tozdan ibarət olan dumanlıqlar da vardır.

Növləri

redaktə

Planetar dumanlıqlar

redaktə

Bəzi dumanlıqlar formasına görə planetlərə bənzəyir və buna görə də planetar dumanlıq adlanır. Bu tip dumanlıqlara Lira bürcündə yerləşən dumanlıqları nümunə göstərmək olar.

Diffuz dumanlıqlar

redaktə

Qeyri-müntəzəm formaya malik olan dumanlıqlardır. Bu tip dumanlıqlara nümunə olaraq Orion bürcündəki dumanlıqları göstərmək olar.

Tarixi rəvayət və əfsanələr

redaktə

Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır.

Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim maya təqvimi ilə yanaşı, mayaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir.

Mayaların "Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı.

Maya sivilizasiyası məhv oldu, Nebula unuduldu. O dövrdən XVII əsrə qədər Nebuladan heç bir kitabda, yazıda və ya rəvayətdə bəhs olunmadı.