Çində roman katolisizm

Çində roman katolisızm

redaktə

Katoliklik Çində VII əsrdən meydana gəlmişdir. 635-ci ildə Tan imperator u Taytszunun hakimiyyəti dövründə Şensi əyalətində nestorianlar kimi tanınan xristian təriqəti üzvləri peyda oldular. Onların yaratdıqları kilsə 200 ildən artıq tərəqqi etmiş, lakin sonra unudulmuşdur. 1245-ci ildə Çinə italyan və fransıq missionerləri gəlirlər. Onların təbliğ etdikləri dini çinlilər yeliven adlandırırdılar. Öz sələfi kimi o da bir müddətdən sonra itdi. 1582-ci ildə italiyalı yezuit Matteo Riççi Çinə gəlir. O, 1601-ci ildə Pekinə düşür. Onun Min imperatoru Şentszuna gətirdiyi hədiyyələr içində bir neçə zəngli saat da var idi. Tezliklə o, min sarayının mərasimlər naziri Syuy Quantsi ilə dost olur. Katolik təlimini təbliğ etməklə yanaşı, Riççi eyni zamanda çinliləri Qərb astronomiyası, riyaziyyatı, təqvim tərtib etmə metodları ilə də tanış edirdi. İmperator Şentszun ona Pekində katolik kilsəsi tikməyə icazə verir və bu vaxtdan başlayaraq Qərb missionerlərinin Çinə axını başlanır. Belə hesab edilir ki, Min sülaləsi hakimiyyətinin sonunda Çində artıq 40 minə yaxın katolik var idi. Tsin sülaləsi hakimiyyətinin ilk illərində onların sayı təxminən 300 minə çatır. Tsin sarayı əcnəbi kilsənin artan təsirindən narazı idi və katolikliyi qanundan kənar elan etmişdir. Bunun nəticəsində XVIII əsrin sonuna ölkədə katoliklərin sayı 200 minədək azalmışdır. 1840-cı ildə birinci "tiryək" müharibəsindən sonra Tsin hökuməti katoliklik üzərindən qadağanı götürməyə məcbur oldu. Lakin bu missionerlər bəzən çinlidən torpağı güclə qopardıqlarına, hakimiyyətin işinə qarışdıqlarına, xalqı qorxutduqlarına görə onlar ictimai qəzəb alovunun hədəfinə çevrilmişdilər. Yalnız 1911-ci il inqilabından sonra katolikliyin inkişafı ölkədə yeni nəfəs almışdır. Köhnə Çində katolik kilsəsi Vatikanın koloniyalarda kilsələrə nəzarət edən missioner şöbəsinin tabeliyində idi. Çin ruhaniləri hüquqdan məhrum vəziyyətdə idilər. Çinlilər arasında yepiskop və arxiyepiskop olduqca az idi. 1951-ci ilin noyabrında başda Sıçuan əyalətindən olan keşiş Van Lyantszo olmaqla 500 katolik "Katolik kilsəsinin müstəqilliyi və islahatlar haqqında Deklarasiya"nı imzaladı, bu da çinli katoliklərin əksəriyyəti tərəfindən müsbət rəğbətlə qarşılandı. 1957-ci il 15 iyuldan 2 avqustadək Pekində keçirilən Milli katolik konqresində çinli katolik-vətənpərvərlər assosiasiyası yaradıldı. Konqres kilsə işlərində müstəqillik siyasəti yeritmək və özünüidarəetməyə tərəfdar çıxdı. 1957-ci ildən 1962-ci ilədək olan dövrdə Roma kuriyasının razılığı olmadan Çin diotsezlərinə 50-dən artıq yepiskop seçilmiş və təyin edilmişdi. Beləliklə, uzun müddət yadelli təsirdə olan Çin katolik kilsəsində müstəqil özünüidarəyə keşid baş verdi. 1980-ci ilin mayında Çin katolik-vətənpərvərlər assosiasiyası Pekində 3-cü konqresinin keçirdi. Onun işində 26 əyalət, mərkəz tabelikli şəhər və muxtar rayondan 198 yepiskop iştirak edirdi. Konqres keçən 18 il ərzində assosiasiyanın işini nəzərdən keçirdi, gələcək üçün qərarlar qəbul etdi və yepiskop Tszun Xuaydeni assosiasiyasının sədri seçdi. Konqresdə həmçinin iki milli katolik təşkilatı yaradıldı: Çin katolik inzibati komissiyası və Çin yepiskoplar kollegiyası. Ölkədə kilsə işlərini idarəetmənin ali orqanı – Çin katolikləri milli konqresi idi. Konqresin işi arasındakı fasilələrdə onun qərarlarının icra olunmasını Çin katolik inzibati komissiyası izləyir. Çin yepiskoplar kollegiyası müxtəlif diotsezlərdən olan yepiskoplardan təşkil olunmuşdur. Onun vəzifəsi – katolik dini təlimləri və qanunlarını şərh etmək, missioner işi təcrübəsi ilə bölüşmək və xarici ölkə katolikləri ilə dostluq əlaqələri saxlamaqdır. "Mədəni inqilabdan" sonra çinli katoliklər öz dini fəaliyyətlərini bərpa etdilər. Bazar günləri, Böyük oruc zamanı və Məsihin anadan olma günü onlar liturgiyalarda iştirak edirlər. Kilsələrdə toy mərasimləri və ölü duaları keçirilir. Son illərdə ölkənin müxtəlif rayonlarında çin katolik kilsəsi və Şin katolik-vətənpərvərlər assosiasiyası xaricdən olan katolik ruhaniyyatı və dünyəvi nümayəndələri qəbul etmişdir. Bu əlaqələr daha yaxşı qarşılıqlı anlaşmaya səbəb olmuşdur. Bundan əlavə, Çin vətənpərvər assosiasiyası və onun şöbələri katolik kilsəsi ilə bağli tarixi materialların tədqiqi ilə məşğul olmuşlar. Onun buraxdığı nəşrlər arasında "Çin katolikliyi" – çinli katolik-vətənpərvərlər assosiasiyası Çin katolik inzibati komissiyasının müştərək çap etdiyi ümummilli jurnal xüsusi diqqətə layiqdir. 1980-ci ildə komissiya ruhani və dinşünaslar hazırlamaq üçün Çin katolik seminarı keçirməyi qərara alır. 1984-cü ilin məlumatlarına görə, Çində 3 mln.-dan yuxarı katolik, 600-dən çox iri kilsə və 1000-ə yaxın kiçik kilsə vardır.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə