Social sciences, 2023, №2
UOT 94 (479.24)
https://doi.org/10.59849/2710-0820.2023.2.98
Nəcəfli, 2Fərəh Hüseyn
AMEA A.A.Bakıxanov adına Tarix institutunun
“Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin müdiri, t.e.d., dosent.
2
AMEA A.A.Bakıxanov adına Tarix institutunun
“Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent.
1
1Tofiq
I ŞAH ABBAS DÖVRÜNDƏ SƏFƏVİ DÖVLƏTİNİN
BÖYÜK MOSKVA KNYAZLIĞI İLƏ ƏLAQƏLƏRİ
Açar sözlər: I Şah Abbas, Azərbaycan, Səfəvilər, Moskva, Boris Qodunov.
Giriş
XVI əsrin başlanğıcında təkcə Azərbaycan
torpaqlarını deyil, eyni zamanda qonşu ölkələrin ərazilərini də əhatə edən, Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrilən
Azərbaycan Səfəvi dövlətinin yaranması ilə
diplomatik əlaqələr tariximizin yeni mərhələsi
başlandı. Səfəvi dövləti Asiya və Avropanın demək olar, əksər dövlətləri ilə diplmatik əlaqələr
yaratdı. Azərbaycan Səfəvi dövlətinin xarici siyasətində qonşu dövlətlərlə, o cümlədən Böyük
Moskva knyazlığı ilə münasibətlər önəmli yer
tuturdu. Səfəvi və Moskva dövlətləri arasında
ənənəvi olaraq mövcud olmuş ticarət əlaqələri
XVI əsrin ikinci yarısından etibarən Volqa-Xəzər yolunun aktivləşməsi sayəsində daha da
canlanaraq geniş vüsət almışdır. Bu dövrdə iki
dövlət arasında artıq sistematik xarakter almış
diplomatik münasibətlərdə ticarət əlaqələri ilə
yanaşı antiosman hərbi ittifaqının yaradılması
məsələsi də ciddi müzakirə predmeti olmuşdu.
Problemə aid araşdırmalarda Moskva və Səfəvi
dövlətləri arasında sıx dostluq və müttəfiqlik
münasibətlərinin yaranması qeyd olunur. Rusiya və sovet tarixşünaslığında formalaşmış ümumi fikrə görə, I Şah Abbas Moskva knyazlığı
ilə Osmanlı dövlətinə qarşı ittifaq yaradılmasına təşəbbüs etmiş və hətta hərbi yardım müqabilində Dərbənd və Bakı şəhərlərini şimal dövlətinə təslim etməyi də vəd etmişdi [18, s.67,
68; 32, s.279; 27, s.275; 28, s.271, 272; 15,
s.58; 29, s.64; 12, s.200, 201; 10, s.31, 32]. Lakin mənbələrdəki məlumatların diqqətlə araşdı
Sonradan bu şəhərlərə Şamaxı şəhəri də əlavə olundu.
98
rılması və onların regionda baş verən proseslər
ilə əlaqəli şəkildə təhlili bu tezisin səthi yanaşmadan qaynaqlandığını və həmin dövr kəsiyində Səfəvi-Moskva münasibətlərinin əsl mahiyyətini nəinki açıqlamadığını, hətta təhrif etdiyini müəyyən etmişdir.
1. Boris Qodunovun ekspansionist cəhdlərinə
qarşı I Şah Abbasın diplomatik gedişləri
I Şah Abbasın hakimiyyətə gəlməsilə təxminən eyni vaxtda Moskva dövlətində hakimiyyəti faktiki olaraq ələ alıb çar Fyodorun (15841598) adından ölkəni idarə edən qaynı Boris
Qodunov həm Qərb, həm də Şərq dövlətlərilə
münasibətlərdə aktiv xarici siyasət yürütmüşdü.
Uzun illər çar IV İvan Qroznının (1547-1584)
yaxın çevrəsində olub onun “çalışqan tələbəsi”
[21] kimi yetişən və sələfinin “Şərq siyasətini”
davam etdirən Boris Qodunovun hakimiyyət
dövrü xüsusilə Qafqaz və Xəzəryanı bölgələrə
ekspansionist xarakterli siyasətilə seçilirdi.
1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsi şəraitində Cənubi Qafqaz regionunda möhkəmlənməyə can atan B.Qodunov hakimiyyətinin məqsədyönlü siyasəti nəticəsində 1587-ci
ilin sentyabr ayında Kaxeti çarlığı Moskva dövlətinin himayəsinə keçdi. II Aleksandr bunun
müqabilində ildə çara 50 top ipək, qızıl və gümüş saplarla toxunmuş 10 xalı göndərməyə razı
oldu [38, s.60-61]. Gürcüstana göndərilmiş Birkin və Pivov adlı rus elçiləri Kaxetiya çarı II
Aleksandrı and içdirərək “onun və övladlarının
bütün İveriya ölkəsi ilə birlikdə [rus] çarından
təbəəliyini qəbul edərək hökmdarın əli altında
olmasını” təsdiq etmişdilər [18, s.63; 14, s.32].
Sosial elmlər, 2023, №2
Həmin dövrdə Kaxeti daxil olmaqla bütün Cənubi Qafqaz regionu faktiki olaraq Osmanlı
dövlətinin işğalı altında olduğu üçün Səfəvi hakimiyyəti rus dövlətinin bu fəaliyyətinə açıq şəkildə reaksiya verməmişdi, hərçənd ki, Kaxeti
çarlarının ənənəvi olaraq Qızılbaş dövlətinin
vassalları olduqlarını nəzərə alsaq, Qəzvin sarayı bu məsələyə, əlbəttə ki, laqeyd qala bilməzdi. Kaxetini öz təsir dairəsinə cəlb etməyə çalışan rus çarının atdığı bu addımlar iki dövlət
arasındakı münasibətləri xeyli gərginləşdirdi.
Buna görə də, rus çarı Fyodr öz elçisini Səfəvi sarayına göndərərək iki dövlət arasındakı
münasibətləri nizama salmağa çalışdı. 1588-ci
ilin sonlarında rus elçisi Qriqori Vasilçikov
Qəzvinə gəldi. Q.Vasilçikovun Səfəvi sarayına
göndərilməsində əsas məqsəd iki dövlət arasında dostluq münasibətlərinin yaradılması və Osmanlı dövlətinə qarşı hərbi ittifaq yaradılmasını
müzakirə etmək idi. 1589-cu il aprelin 9-da I
Şah Abbas sarayda rus elçisini qəbul etdi.
Q.Vasilçikov gətirdiyi hədiyyələri və məktubu
şaha təqdim etdi. Rus çarı göndərdiyi məktubunda iki dövlət arasında dostluğun möhkəmləndirilməsi üçün ilk növbədə Xəzərsahili vilayətlərdən Osmanlıların qovulmasında maraqlı
olduğunu, Şah Məhəmməd Xüdabəndənin vəd
etdiyi Dərbənd və Bakı şəhərlərinin verilməsini
xatırlatdı [15, s.110; 10, s.33]. Lakin I Şah Abbas Bakı, Dərbənd və Şamaxı şəhərlərinin rus
çarına yalnız o halda “güzəştə” getməyə hazır
olduğunu bildirdi ki, bu şəhərlər ruslar tərəfindən osmanlılardan azad edilməlidir. Elçinin geri dönməsinə icazə verildi, şahın cavab məktubu da ona təqdim olundu [42, s.163; 15, s.113].
P.P.Buşev Q.Vasilçikovun I Şah Abbasla
apardığı danışıqlar barədə yazır ki, I Şah Abbas
Osmanlı dövləti əleyhinə hərbi ittifaq bağlayaraq nəzarət etmədiyi iki mühüm şəhəri Moskva
dövlətinə güzəştə getməklə bağlı suala birbaşa
cavab vermədi. O, açıq şəkildə bildirdi ki, ruslar bu şəhərləri öz qüvvələri ilə Osmanlılardan
geri almalıdırlar. Əgər Dərbənd və Bakını şah
ordusu azad edərdisə, bu şəhərlərin güzəştə gedilməsindən söz ola bilməzdi. Osmanlı dövlətinə qarşı hərbi ittifaq yaradılması təklifinə də I
Şah Abbas birbaşa cavab vermədi [15, s.113;
10, s.33].
Beləliklə, Q.Vasilçikovun missiyası konkret uğur qazanmasa da, Moskva dövləti ilə
Azərbaycan Səfəvi dövləti arasında rəsmi diplomatik əlaqələrin inkişafına təkan verdi. 1590cı il İstanbul sülhünə görə Azərbaycanın və Dağıstanın Xəzərsahili vilayətləri Osmanlı dövlətinin əlində qaldığı üçün tərəfləri yeni danışıqlara vadar etdi.
Volqa – Xəzər ticarət yolunun Osmanlı nəzarətindən azad edilməsi kimi vacib məsələdə
ümumi marağın olması Səfəvi dövləti ilə Moskva knyazlığının yaxınlaşması üçün müəyyən zəmin yaratdı [40, s.744]. Lakin bu yaxınlaşma
gözlənilən nəticəni vermədi. Çünki bu dövrdə
Moskva dövləti Livoniya ilə uzunmüddətli müharibə nəticəsində zəiflədiyi üçün daxili böhran
keçirirdi. Çar Fyodr İvanoviç, həmçinin daxili
və xarici siyasətə rəhbərlik edən Boris Qodunov Osmanlı dövləti ilə müharibə məsələsini
həll edə bilmədilər. Bununla da Moskva I Şah
Abbas hökumətinin təklifindən istifadə edə bilmədi. Moskva dövləti yalnız dağlı knyazlarını
öz tərəfinə çəkərək Şimali Qafqazda Osmanlı
dövlətinin mövqeyini zəiflətməyə çalışdı [27,
s.276].
Buna baxmayaraq, Səfəvi hökmdarı şimal
qonşusu ilə siyasi və iqtisadi əlaqələr yaratmağa xüsusi diqqət yetirirdi. O, bu məqsədlə
1592-ci ildə tanınmış tacir Hacı Xosrovun rəhbərliyi altında 50 nəfərlik ticarət heyətini iki
dövlət arasında ticarət əlaqələri yaratmaq üçün
Moskvaya göndərdi. I Şah Abbas açılacaq ticarət yolu ilə Moskvadan silah və sursat idxal etmək niyyətində idi. Səfəvi şahı göndərdiyi elçi
vasitəsi ilə rus çarından Həştərxan limanında
yerli məmurlar tərəfindən saxlanılan dörd Səfəvi gəmisinin azad edilməsini tələb etmişdir. Eyni zamanda o, füruzə daşlarla bəzədilmiş olan
bir taxtı rus çarına vermək üçün yeni bir heyəti
Moskvaya göndərdi. 1593-cü il oktyabrın 6-da
çar I Fyodr tərəfindən qəbul edilən Səfəvi elçisi
I Şah Abbasın göndərdiyi məktub və hədiyyələri ona təqdim etdi. Səfəvi elçi heyəti çardan
sonra bütün işləri öz əlində saxlayan Boris Qodunovla görüşdü. O, iki dövlət arasında ticarət
əlaqələrinin yaradılmasını münasib bilərək çarın adından və özünün yazmış olduğu məktubları və I Şah Abbasa çatdırılacaq hədiyyələri elçiyə təqdim etdi [41, s.66; 4, s.290].
Hacı Xosrovun rəhbərliyi altında Səfəvi elçi heyətinin Moskvadan qayıtmasından bir ay
sonra I Şah Abbasın Hacı İsgəndər adlı elçisi ti99
Social sciences, 2023, №2
carət məqsədi ilə Moskvaya gəldi. O, Səfəvi şahının göndərdiyi məktubu çara təqdim etdi, gətirdiyi qalxan, dəmir güzgü və məxmər parçaların qarşılığında ruslardan sincab, tülkü dərisi,
zireh, fil dişi və mum hazırlamaq üçün istifadə
olunan iç yağı istədi [44, s.154; 4, s.290].
I Şah Abbasın hakimiyyəti dövründə
Moskva dövlətilə diplomatik münasibətlərdə
aktual məsələlərdən biri də Kaxeti çarlığı ilə
bağlı vəziyyət idi. Yuxarıda qeyd etdiyimiz kimi 1587-ci ildə Kaxeti çarı II Aleksandr Moskva dövlətinə biət edərək bu dövlətin himayəsini
qəbul etmişdi. Həmin dövrdə məsələyə açıq
müdaxilə etmək imkanı olmayan I Şah Abbas
bu problemi də diplomatik yolla həll etməyə üstünlük vermişdi. O, II Aleksandrın oğlu Konstantinin Səfəvi sarayına girov olaraq göndərilməsinə nail olmuşdu. 1594-cü ildə rus çarı
Fyodr Andrey Zveneqorodski adlı elçisini 63
nəfərlik bir heyətlə Səfəvi sarayına göndərdi.
Rus çarı elçi vasitəsilə göndərdiyi məktubunda
Səfəvi şahına yazırdı: “Sizin Osmanlılarla sülh
bağladığınızdan xəbər tutduq. Bu xəbər bizdə
çaşqınlıq yaratdı. Çünki bu durumda necə ola
bilər ki, bir tərəfdən bizə ittifaq yaratmaq təklif
edirsiniz, digər tərəfdən də düşmənlə sülh bağlayırsınız” [41, s.67; 6, s.266]. Kreml sarayı
knyaz Andrey Zveniqorodskiy adlı səfiri vasitəsilə çarın Kaxetini himayəsi altına aldığı üçün I
Şah Abbasın himayəsində olan Konstantinin
Moskva dövlətinə təslim edilməsini istəmişdi.
Cavabında I Şah Abbas rus səfirinin Konstantinlə şəxsən görüşüb danışmağı və onun özünün
razılığı şərtilə buna icazə verəcəyini bildirmişdi. Lakin müsəlmanlığı qəbul etmiş və müsəlman xanımla evlənmiş gürçü şahzadəsi Səfəvi
dövlətini tərk etmək istəmədiyini bildirərək rus
səfiri ilə görüşdən imtina etmişdi [25, s.263264; 18, s.195]. İsgəndər bəy Münşi rus elçisinin Səfəvi sarayına gəlişini təsdiq edərək yazır:
“Onlar rus padşahı tərəfindən şahın yanına gələrək, layiqli töhfə və hədiyyələr gətirdilər. Elçi
bir mötəbər rus əmiri idi. Rus dövləti məhəbbətamiz bir məktub yazaraq çoxlu məsələlərdən
söhbət açmışdı. Əlahəzrət zilləllah şah elçinin
qədəmini alqışladı, kafər olsa belə qonağa ehtiram göstərdi” [2, c.935; 4, s.291]. İsgəndər bəy
Münşi daha sonra yazır: “... Rus elçisinə qayıdış rüxsəti verildi və onlara layiqli ənamlar təqdim olundu. Türkman qorçisi İmamqulu bəy
100
Pakizəni rus padşahına elçi təyin edib, onu layiqli töhfə və hədiyyələrlə rus elçilərinə həmrah
etdilər. Onlar Gilanda gəmiyə oturub dəniz yolu
il rəvan oldular” [2, s.938-939; 4, s.291]. I Şah
Abbas Moskvaya göndərdiyi elçisi vasitəsilə
Osmanlı dövləti ilə bağlanmış sülhün səbəblərinə aydınlıq gətirdi. O, davamlı olaraq elçilərin
göndərilməsini, rus qüvvələrinin Həştərxana
doğru Səfəvilərin sərbəst keçməsi üçün yolun
düşməndən təmizlənməsi və Osmanlılarla müharibəyə müştərək hazırlıqla bağlı məsələləri
çara çatdırdı. Bu təkliflər çar tərəfindən müsbət
qarşılandı.
1599-cu ildə I Şah Abbas Pakizə İmamqulu
bəyi, Vasili Tyüfyakin və Semyon Yemelyanovun səfarətinin ardınca isə Pirqulu bəyi Moskvaya elçi göndərdi. F.Hüseynin fikrincə, I Şah
Abbasın Azərbaycan şəhərlərini Moskva dövlətinə güzəştə getmək cəhdi diplomatik manevrdən başqa bir şey deyildi. XVI yüzilliyin sonuXVII yüzilliyin əvvəllərində Səfəvi dövlətinin
Moskva dövlətilə diplomatik əlaqələri təsdiq
edir ki, Səfəvilərin Azərbaycan şəhərlərini ruslara güzəştə getməsinin heç bir hüquqi əsası
yox idi; çünki qeyd olunan şəhərlər Osmanlı
dövlətinin nəzarəti altında idi. Rusiyanın tələblərinə Səfəvilər diplomatik manevrlərlə cavab
vermişdi. Osmanlı dövləti əleyhinə ittifaq yaradılması və şəhərlərin güzəştə gedilməsi kimi
ciddi bir məsələnin müzakirəsi üçün rusların
bütün tələblərinə baxmayaraq, Səfəvi şahı tərəfindən səlahiyyətli nümayəndə heyəti göndərilməmişdi [17, s.121, 122; 4, s.291-292].
XVII əsrin əvvəllərində Osmanlılar tərəfindən işğal olunmuş əraziləri azad etməyə təşəbbüs edən I Şah Abbas parallel olaraq Gürcüstanda da Səfəvi hakimiyyətini bərpa etmək siyasətinə başladı. Bu məqsədlə o, Konstantindən
istifadə etdi. Onun əlilə Moskva dövlətinin himayəsini qəbul etmiş atası çar Aleksandrı 12
mart 1605-ci ildə suiqəsd nəticəsində qətl etdirdi [18, s.64, 65]. Karamzin bu hadisəni belə təsvir edir: “Osmanlı ilə müharibədə çarın köməklik edəcəyi ümidilə Aleksandrın Rusiya ilə əlaqəsinə uzun müddət dözmüş Abbas, qalib gəldikdən sonra əcdadlarının mülkü sayılan torpaqda artıq bizim [rusların – T.N.,F.H.], xəyali
də olsa, hökmranlığımızla barışmaq istəmədi.
O, Borisin [Qodunov – T.N.,F.H.] siyasi sistemini fəhm etdi; gördü ki, biz onun Sultan ilə
Sosial elmlər, 2023, №2
arasında qan tökülməsinə sevinirik, özümüz isə
bundan qaçınırıq; oğula [Konstantinə – red.]
atasını [Aleksandrı – red.]qətl etməyi əmr etdi,
güya ki Türklərə meyl etdiyinə görə, amma əslində Rusiyanın təbəəliyini qəbul etdiyinə görə;
uzaq, vəfasız şəfaətçi axtarışında olan zavallı
Aleksandr [bu] təkəbbürlü və ağılsızca [hərəkətilə] yaxınında olan iki zülmkarını qıcıqlandırırdı” [18, s.65, 66].
Qeyd etmək lazımdır ki, hakimiyyət uğrunda mübarizə və gürcü feodallarının üsyanı nəticəsində Konstantin də qətl olunmuş və Kartlidə
hakimiyyətə II Aleksandrın nəvəsi Teymuraz
gətirilmişdi. Lakin bu hadisələrdən sonra da
Gürcüstanda vəziyyət mürəkkəb olaraq qalırdı.
Moskva dövlətində taxta çıxan yeni çar IV Vasili Şuyskinin (1606-1610) Səfəvi sarayına İvan
Romodanovski adlı elçisi döstanə bir məktub gətirməklə yanaşı xristian bir ölkə olan Gürcüstana
edilən hərbi yürüşlərdən narazılığını bildirmişdi.
Elçini ehtiramla qarşılayan I Şah Abbas aldığı
məktub müqabilində çarın adına göndərdiyi iki
məktubda Osmanlılara qarşı müharibədə qazandığı zəfərlərdən Moskva hakimiyyətini xəvbərdar etmiş və rus çarını bir daha Osmanlılara qarşı savaşa dəvət etmişdi [41, s.95; 6, s.268].
Rus çarı seçilən Boris Qodunov (15981605) Azərbaycan Səfəvi imperiyası ilə əlaqələri inkişaf etdirməyə çalışdı. 1600-cü ildə o,
hakimiyyət dəyişikliyinin iki ölkə arasındakı
əlaqələrə zərər verməyəcəyini I Şah Abbasa
çatdırmaq üçün knyaz Aleksey Zassekineni Səfəvi sarayına göndərdi. Rus elçisi Osmanlılara
qarşı Avstriya-Macarıstan, Moskva və Səfəvilər
arasında ittifaq yaradılmasının vacibliyini söyləyərək çar tərəfindən Səfəvilərə hər zaman
hərbi yardım göndəriləcəyinə təminat verdi.
Eyni zamanda rus çarı Səfəvi şahına elçisi vasitəsilə iki ov iti, bir ayı və iki samur göndərdi
[40, s.95; 6, s.268]. Rus elçisi knyaz Alekseyin
yanında Boris Qodunovun taxta keçməsini təbrik etmək üçün Moskvaya göndərilən Səfəvi elçisi Pirqulu bəy Təkəli də vardı [19, s.155; 4,
s.292].
B.Qodunov hakimiyyəti dövründə Moskva
dövlətinin ekspansionist planları Gürcüstanla
məhdudlaşmayıb Səfəvi dövlətinin tərkib hissəsi olan Gilan vilayətinə də şamil olunurdu. Təxminən eyni vaxtda Qızılbaş dövlətinə qarşı qiyam qaldırmış Gilanın Kiya sülaləsindən olan
hakimi Xan Əhmədin Moskva çarına himayə
üçün müraciət etməsi burada da Kaxeti ssenarisinin təkrarlanması təhdidini yaradırdı. Və nəzərə alsaq ki, qiyamçıların müraciəti Moskva
rəsmiləri tərəfindən böyük rəğbətlə qarşılanmışdı bu təhdidin reallaşması ehtimalı da olduqca yüksək idi. Gilan xanın 1590-cı ilin may
ayında “Kremldə mehribanlıqla qarşılanan”
Hacı Həsən adlı elçisi “xoş xəbərlər” ilə geriyə
qayıtmışdı [15, s.138, 149, 151 ]. Həmin missiya haqqında P.Buşev yazır ki, “Moskvada Xan
Əhmədin de-fakto tanınmasına “yox” deyə bilməzdilər... [çünki] Gilandan keçən Rus-İran ticarətinin uğuru ondan (Xan Əhməddən – red.)
asılı idi” [15, s. 149].
P.Buşevin qeyd etiyi kimi, “Moskva çarı
timsalında özünə himayəçi əldə etməyə” və Səfəvi taxtına etdiyi “xəyanətə görə qaçılmaz cəzadan qurtulmağa” çalışan “Çar (Xan) Əhməd”
(rus arxiv mənbələrində o məhz belə adlandırılır) 1591-ci ilin yayında Hacı Həsənin ardınca
Türkəmil adlı nüfuzlu Gilan tacirinin rəhbərliyi
ilə Moskvaya yeni elçi heyəti göndərmişdi [15,
s.149-151]. 1592-ci ilin may ayında Kreml sarayında qəbul edilmiş Gilan elçisi çar Fyodora
Xan Əhməd adından müraciət edərək onu öz himayəsi altına almasını və “[çarın] xidmətində
olan tatarları Buxara xanına olduğu kimi ona
(Xan Əhmədə – T.N., F.H.) da göndərməsini”
xahiş etmişdi [15, s.153]. Çarın adından Türkəmilə bildirilmişdi ki, “Biz... Gilan çarı Əhmədi
təbəəliyimizə almaq istəyirik və alacayıq və bizə xidmət edən tatarları ona göndərəcəyik” [25,
s.155]. Beləliklə, Gürcüstanı artıq öz təbəəliyinə almış Moskva dövləti ümidverici vədlər ilə
qiyamçı gilanlı Xan Əhmədin də separatist
meyllərinə rəvac verirdi.
2. Səfəvi-Moskva diplomatik münasibətlərində
Azərbaycanın şimal şəhərlərinin
Moskva dövlətinə verilməsi məsələsi
Bununla yanaşı Moskva dövləti Dağıstanda
Səfəvi dövlətilə ənənəvi münasibətləri olan
Tarku şamxallığını da özünə tabe etməyə cəhd
edirdi. Beləliklə, sadaladığımız bu amillərin hər
biri zahirən diplomatik xarakterdə və hətta müttəfiqlik səviyyəsində olduğu təəssuratı bağışlayan Moskva-Səfəvi münasibətlərində ciddi qarşıdurma yarada biləcək münaqişə ocağı idi.
Məhz bu məqamda Osmanlılar əleyhinə ittifa101
Social sciences, 2023, №2
qın bağlanması müqabilində Xəzəryanı Azərbaycan şəhərlərinin Moskva dövlətinə təslim
edilməsi məsələsinin də diplomatik münasibətlərdə müzakirə predmetinə çevrilməsi Moskva
dövlətinin ekspansionist planlarının tərkib hissəsi kimi görünürdü. Qeyd etməliyik ki, olduqca müəmmalı şəraitdə ortaya çıxan bu layihənin
Moskva hakimiyyətinin Səfəvi dövlətindən
olan müəyyən qüvvələrlə sövdələşməsi əsasında hazırlanmış olduğu təsəvvürünü yaradır.
Çox maraqlıdır ki, rus rəsmiləri Osmanlı dövləti əleyhinə ittifaqın yaradılması müqabilində
Dərbənd və Bakı şəhərlərinin Moskva dövlətinə
vəd edilməsi təklifinin Səfəvilər tərəfindən irəli
sürüldüyünü iddia etsələr də, sonuncular ilkin
mərhələdə bunu təkzib edirdilər. Qeyd etmək
lazımdır ki, bu məsələ 1587-ci ildə Kremldə
Şah Məhəmməd Xudabəndənin elçisi kimi qəbul edilən tacir Hadı bəyin irəli sürdüyü təklifindən sonra Səfəvi-Moskva diplomatik münasibətlərinin predmetinə çevrilmişdi. Hadı bəyin
(rus mənbələrində o “Andi bəy” adlandırılırdı)
şəxsiyyəti və əsl məramı haqqında aşağıda daha
ətraflı şəkildə bəhs olunacaq. 1590-cı ilin may
ayında isə həmin Hadı bəy yenidən, bu dəfə I
Şah Abbasın elçisi Budaq bəy ilə birlikdə
Moskvaya gələrək Kremldə qəbul edilmişdi.
Həmin görüş əsnasında Moskva rəsmiləri Osmanlı dövlətinə qarşı hərbi ittifaqın yaradılması
müqabilində Azərbaycan şəhərlərinin güzəşt
edilməsi təklifinin Səfəvi şahı tərəfindən irəli
sürüldüyünü iddia etsələr də, Budaq bəy buna
qarşı çıxaraq inkar etməyə çalışmışdı [15,
s.136]. P.Buşevin yazdığına görə, Budaq bəy
Hadı bəyi təkzib etmiş və rus tərcüməçilərini
onun söylədiklərini doğru tərcümə etmədiklərində ittiham edərək, demişdi ki, Hadı bəy “bizim hökmdarımızın əmrilə danışmayıb, və ya
tərcüməçilər (doğru) tərcümə edə bilməyiblər”
[15, s.136; 25, s.210]. Buna cavab olaraq rus
məmurları bildirmişdilər ki, Hadı bəy ilk səfəri
zamanı şahın adından rus çarına “düşmənə”
qarşı ittifaq təklif etmiş və ondan odlu silahla
silahlanmış qoşun göndərməsini xahiş etmişdi,
çünki şah Dərbənd, Bakı, Şamaxı, Şirvanı türklərdən geri almaq, aldıqdan sonra isə Dərbəndi
və Bakını ruslara vermək, qalanlarını isə özündə saxlamaq niyyətindədir [25, s.136; 15, s.59].
Rus tərəfinin təzyiqi altında Budaq bəy, P.Buşevin ifadə etdiyi kimi “məsuliyyətsiz” şəkildə
102
bəyan etmişdi ki, I Şah Abbas nəinki bu iki şəhəri, türklərin işğal etdiyi digər şəhərləri də rus
hökmdarına güzəşt etməyə hazırdır [15, s.137].
Mənbə məlumatlarından görünür ki, Moskva dövlətilə Osmanlı dövləti əleyhinə ittifaqın
bağlanması və əvəzində Azərbaycan şəhərlərinin təslim edilməsi məsələsində iki dövlətin
diplomatik nümayəndələri arasında ciddi mübahisə yaranmış və bu mübahisədə rus tərəfinin
istinad etdiyi yeganə əsas Hadı bəyin 1587-ci
ildəki səfəri zamanı Moskva rəsmilərilə görüşü
zamanı verdiyi vədlər idi. Halbuki, elə Hadı
bəy özü də Kreml sarayında danışıqlar zamanı
etdiyi bu təklifdən çox tezliklə faktiki olaraq
boyun qaçırmışdı. Bu, onun rus diplomatı Qriqori Vasilçikov ilə söhbəti zamanı baş vermişdi. Vasilçikov, Hadı bəyin təklifindən ruhlanan
Moskva hakimiyyətinin onunla birlikdə Qəzvin
sarayına göndərdiyi mötəbər diplomatik heyətin
başçısı idi. Bu müştərək heyət hələ yolda ikən
məlum olmuşdu ki, Qızılbaş taxtına 1587-ci ildə Şah Məhəmməd Xudabəndənin yerinə I Şah
Abbas çıxmışdı. Moskva görüşlərinə və danışıqlarına dair hesabat hazırlayıb yeni şaha təqdim etmək qərarına gələn Vasilçikov ilə Hadı
bəy arasında bu zaman məhz şəhərlərin Moskva
dövlətinə təslim edilməsi məsələsi üstündə ciddi mübahisə yarandı. Belə ki, rus rəsmilərilə
görüşü zamanı Hadı bəy hərbi ittifaq müqabilində Səfəvi dövlətinin Dərbənd və Bakı şəhərlərini güzəşt edəcəyi barədə Şah Məhəmməd
Xüdabəndənin adından irəli sürdüyü təklifdən
geri çəkilərək təkid edirdi ki, hesabatda yazılsın
ki, o, yəni Hadı bəy “[Moskva dövlətinin] Dərbənd və Bakıya qoşun göndərməsi və Səfəvi
dövlətilə birləşərək bu şəhərləri geri alıb sonradan Səfəvi dövlətinə təslim etməsi” təklifi ilə
Şah tərəfindən Rus çarına göndərilmişdi. Bu
söhbəti bütünlüklə qələmə aldığı “Stateynıy
spisok” adlı sənəddə Vasilçikov qeyd edir ki, o,
opponentinin ifadələrindəki bu dəyişkənliyinə
qəti şəkildə etiraz edərək bildirmişdi ki, Hadı
bəy “doğru danışmır və rus hökmdarının hüzurunda o bir kəlmə də olsun deməmişdi ki, şəhərlərin geri alınmasından sonra rus çarı onları
şaha təslim etməli olacaq” [15, s.65, 66].
P.Buşevin fikrincə, taxta yeni çıxmış şahın
reaksiyasından güya ehtiyat etdiyi üçün Moskva rəsmilərilə görüşü zamanı irəli sürdüyü təkliflərdən imtina edən Hadı bəyin bu cür şübhəli
Sosial elmlər, 2023, №2
davranışının, həmçinin bundan sonra baş verən
digər hadisələrin təhlili belə ehtimal etməyə
əsas verir ki, Səfəvi dövlətinin düçar olduğu
mübhəm bir vəziyyətdə Xəzəryanı Azərbaycan
şəhərlərinin Moskva dövlətinə vermək təklifinin ortaya çıxması mərkəzi hakimiyyətin zəiflədiyi və özbaşınalığın hökm sürdüyü şəraitindən
sui-istifadə edərək rəsmi dairələrin arxasından
iş görən müəyyən qüvvələrin avantürist təşəbbüsü idi. Səfəvi sarayının nümayəndəsi kimi
Moskvaya gələn Hadı bəy də böyük ehtimalla
həmin qrupun maraqlarını ifadə edirdi. Əğər bu
ehtimal doğrudursa, Hadı bəyin əslində kimin
maraqlarını ifadə etdiyi və onun arxasında hansı qüvvələrin durduğu sualı ortaya çıxır. Bu
kontekstdə Hadı bəyin şəxsiyyətinin müəyyənləşdirilməsi araşdırdığımız məsələnin mahiyyətinin açıqlanması baxımından olduqca vacibdir.
Rus mənbələri Hadı bəyin Hacı Həsən adlı nüfuzlu Gilan tacirinin qardaşı və ya bacısı oğlu
(племянник) olduğunu yazırlar. Dəfələrlə Həştərxana səfərlər etmiş Hacı Həsən özü isə, mənbələrdə qeyd olunduğu kimi, həm də Gilan hakimi Xan Əhmədin etibarlı şəxslərindən biri olmuşdu [15, s.85]. Bu yaxınlığı nəzərə alan
P.Buşev, Hadı bəyin Gilana “qanı ilə bağlı” olduğunu qeyd edir [15, 96].
Tədqiq etdiyimiz dövrdə Gilanda baş verən
hadisələr və ümumiyyətlə, bu vilayətin hakimi
Xan Əhmədin Səfəvi dövlətinə qarşı apardığı
separatist siyasəti fonunda Qızılbaş dövlətinin
düçar olduğu ağır şəraitdə gilanlı bir emissarın
Moskva sarayında peyda olması təsadüf kimi
görünmür. Çünki müstəqillik meyllərində olan
və Səfəvi dövlətinin mərkəzi hakimiyyətinə
qarşı siyasət yürüdən Gilan hakimləri mütəmadi
şəkildə xarici dövlətlərin dəstəyini arayırdılar.
Hadisələrin cərəyan etdiyi dövrdə Səfəvi
dövlətinə qarşı kəskin separatist mövqedə olan
Xan Əhməd dəstək üçün Osmanlı dövlətinə
müraciət etmiş, bu dəstəyi almadıqdan sonra
ümidlərini Moskva dövlətinə bağlamışdı. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Gilan ha1568-ci ildə I Şah Təhmasibin qəzəbinə uğrayan Xan
Əhməd Şiraz yaxınlığındakı İstəxr qalasına həbs edildi.
1578-ci ildə Şah Məhəmməd Xudabəndə tərəfindən həbsdən azad edilərək yenidən Gilanda hakimiyyətə gətirildi
və hətta dostluq əlaməti olaraq I Şah Təhmasibin qızı ilə
evləndirildi. Lakin bundan sonra belə o, yenidən Səfəvi
sarayından üz döndərdi [28, s.261, 272; 15, s.149].
kimlərinin bu dövrdə Moskva dövlətilə yaxınlaşmaları sadəcə siyasi deyil, eyni zamanda iqtisadi maraqlardan qaynaqlanırdı. Məlum olduğu kimi, Gilan əyaləti tədqiq etdiyimiz dövrdə
əsas ixrac əmtəəsi olan xam ipəyin istehsalına
və satışına görə Səfəvi dövlətində aparıcı mövqedə idi. XVI əsrin ikinci yarısından etibarən
Volqa-Xəzər ticarət yolunun aktifləşməsi beynəlxalq ticarətdə Gilan əyalətinin rolunu daha
da artırmış oldu. Həştərxanda öz ticarət evlərini
təsis etmiş və Moskva dövlətilə birbaşa ticarət
əlaqələri qurmuş Gilan tacirləri bunun sayəsində böyük gəlir əldə etmək imkanı qazanmışdılar. Lakin 1578-ci ildə başlayan Osmanlı-Səfəvi
müharibəsi nəticəsində Şirvanda möhkəmlənən
Osmanlılar şimala gedən ticarət yollarını öz nəzarətinə almaqla Səfəvi-Moskva ticarət əlaqələrini və xüsusilə Xəzər dənizinin qərb sahillərilə
hərəkət edən Gilan tacirlərinin bu sahədəki fəaliyyətini zərbə altına qoymuşdular. Yaranmış
vəziyyətdə aydındır ki, Xəzəryanı bölgənin
Moskva dövlətinin nəzarəti altına keçməsi və
nəticə etibarilə bu dövlətlə vasitəçisiz, birbaşa
ipək ticarətinin gerçəkləşdirilməsi Gilan hakim
təbəqəsinin maraqlarını iqtisadi cəhətdən təmin
edirdi. Bununla yanaşı Moskva dövlətilə yaxınlaşma və onun himayəsinə sığınma Gilanın qiyamçı hakimi Əhməd xanın ümidlərinə cavab
verirdi [17, s.117].
Bu tarixi reallıqların işığında belə bir ehtimal yaranır ki, iki Xəzəryanı şəhəri Dərbənd və
Bakını Moskva dövlətinə təslim etmək müqabilində Osmanlı dövləti əleyhinə ittifaqının yaradılması təklifilə Səfəvi sarayının elçisi kimi
Kremldə peyda olmuş Hadı bəy Gilan hakimlərinin arzusunu ifadə etmiş və hətta onların təlimatı ilə hərəkət etmişdi. Bu ehtimalın doğruluğuna rus mənbələrindəki məlumatlar ciddi şəkildə haqq qazandırır. Yuxarıda qeyd etdiyimiz
kimi, Hadı bəy ilə birgə Səfəvi dövlətinə göndərilən rus heyətinin Gilanda Xan Əhmədin
adamları tərəfindən tam iki ay müddətində saxlanılmasına və paytaxt Qəzvinə yola düşməsinə
müxtəlif bəhanələrlə maneçilik törədilməsinə
qəzəblənən Vasilçikovun rus heyətinə qarşı edilən bu haqsızlıqlara və ya özünün ifadəsi ilə desək, törədilən “böyük şərəfsizliklərə” [15, s.85]
cavab olaraq Hadı bəyin üzünə dediyi sözlər
mülahizələrimizi doğrulayacaq mahiyyətdədir:
“Sənin (Hadı bəyin – red.) hakimin Xan Əhməd
103
Social sciences, 2023, №2
bizim hökmdarımız çar əlahəzrətləri ilə şah əlahəzrətləri arasında qardaşlıq, dostluq və məhəbbət[in bərqərar olmasını] istəmir... biz düşünürdük ki, sən birbaşa Qızılbaş yurdundansan, sən isə Gilan torpağının adamısan.., və bizə [indi] elə gəlir ki, sən bizim hökmdarımız çar
həzrətlərinə cəfəngiyat ilə gəlmisən” [25, s.44].
Yeri gəlmişkən onu da qeyd etməliyik ki, bizim
“cəfəngiyat” kimi tərcümə etdiyimiz söz orijinal mətndə «безделье» kəlməsilə ifadə olunmuşdur ki, bunun müasir rus dilindəki “vaxtı
boşuna keçirmək” mənasından başqa, əski rus
dilində istifadə olunan məhz “yalan danışmaq,
kələk gəlmək, hiylə işlətmək” kimi mənaları var
[bax: 31, s.336].
Osmanlılar əleyhinə ittifaqın bağlanmasının şərti kimi Azərbaycan şəhərlərinin Moskva
dövlətinə güzəşt edilməsi təklifinin bir sövdələşmə olmasına və Səfəvi hakimiyyətinin əsl
niyyətini əks etdirməməsinə dair mülahizə sonrakı, xüsusilə Gilan ilə bağlı hadisələrlə təsbit
olunur. 1592-ci ilin may ayında I Şah Abbas
şəxsən özünün başçılıq etdiyi ordu ilə Gilana
yürüş təşkil edərək orada Səfəvi hakimiyyətini
bərqərar etdikdən dərhal sonra Moskvaya göndərdiyi Hacı Xosrov adlı elçisi Kreml hakimiyyətini bu barədə məlumatlandırmış və xəbərdarlıq etmişdi ki, “Gilan vassallıqdır, orada hökmdarımızın [Şah Abbasın – T.N.,F.H.] canişinləri
oturur və indiyədək Gilanda hökmdarımızın canişini kimi Xan Əhməd otururdu” [25, s.187].
Elçi həm də bildirmişdi ki, Xan Əhmədin osmanlılarla əlaqəyə girməsi və sonradan da Osmanlı tərəfinə keçməsi məlum olduqda I Şah
Abbas Gilana Məhəmmədqulu xan adlı öz yaxın adamını təyin etmişdi. Beləliklə, bu elçiliyin əsas məramı Gilanda Səfəvi dövlətinin suverenliyinin bərpa olunması barədə şimal qonşunu xəbərdar etmək idi. Hacı Xosrovun başçılıq etdiyi bu elçilik heyəti ilə bağlı xüsusilə diqqəti çəkən məqam isə ondan ibarətdir ki, ona
qədər olan diplomatik təmasların və o cümlədən, Gilana hərbi səfərin hazırlandığı ərəfədə,
1591-ci ildə Qaya adlı elçinin başçılığı ilə
Moskvaya ezam olunan missiyanın əsas müzakirə predmetlərindən olan Azərbaycan şəhərlərinin şimal qonşuya təslim olunması məsələsi
bu dəfə, ümumiyyətlə, nəzərdə tutulmamışdır.
Elçi Qayın Moskvaya ezam olunmasının əsas məqsədinin təhlilinə dair [bax: 17, s.119, 120].
104
Bunun səbəbi isə, zənnimizcə, ondan ibarət idi
ki, Gilanda Səfəvi hakimiyyətini bərpa edib
möhkəmlədikdən və nəticə etibarilə şimaldan
gələn təhdidi aradan qaldırdıqdan sonra Moskva dövlətilə Azərbaycan şəhərlərinin təslimi ilə
bağlı diplomatik oyunu davam etdirməyə artıq
ehtiyac qalmamışdı. Halbuki Kreml sarayı bundan sonra da Azərbaycan şəhərlərinə olan iddialırından əl çəkməmiş və Səfəvi sarayına
göndərdiyi diplomatik elçiliklər vasitəsilə məsələni gündəmdə saxlamağa çalışmışdı.
Səfəvi sarayının bu məsələdə uzlaşmaya
gəlmədiyini görən Kremlin diplomatik dairələri
nəhayət təşəbbüsü öz üzərinə götürərək hərbi ittifaqın layihəsini tərtib edib 1595-ci ildə 75 nəfərdən ibarət ehtişamlı bir elçilik heyəti ilə qızılbaş dövlətinə göndərmişdilər. Həmin müqavilə layihəsinin rus diplomatik xidməti tərəfindən həm çar Fyodor, həm də I Şah Abbasın
adından tərtib olunan mətnində göstərilirdi ki,
Səfəvi tərəfi rus qoşunları ilə birlikdə Dərbənd,
Şamaxı və Bakı şəhərlərini osmanlılardan geri
alıb Moskvaya təslim etməli və “bundan sonra
böyük hökmdar əlahəzrət şah Abbas həmin şəhərlərə müdaxilə etməməlidir” [25, s.372]. Lakin bu diplomatik missiyanın aqibəti faciəli və
rus tərəfi üçün uğursuz oldu: belə ki, heyətin
böyük səfir ranqında olan rəhbərləri knyaz Vasiliy Tyufyakinin və dyak (katib) Semen Yemelyanovun hər ikisinin yolda vəfat etməsi və
elçiliyin başsız qalması səbəbilə heyət üzvləri
gətirdikləri sənədləri, o cümlədən müqavilə
mətnini qızılbaş hökmdarına təqdim etməmək
qərarına gəldilər.
Bu dövrdə Səfəvi-Moskva diplomatik münasibətlərinin təhlili göstərir ki, I Şah Abbasın
qonşu şimal dövlətilə təmaslarında əsl məqsədi
onunla hər-hansı bir şərtlə hərbi ittifaq bağlamaqdan deyil, neytrallaşdırmaqdan ibarət idi
[17, s.121, 122]. Arxiv sənədlərinin məlumatlarını əsaslı şəkildə təhlil edən P.Buşev də I Şah
Abbasın Moskva dövlətilə siyasi münasibətlərində hərbi ittifaqın yaradılması məsələsinin
heç vaxtı yer almadığı qənaətinə gəlmiş və bu
fikrini hətta daha qəti şəkildə ifadə etmişdir:
“Aydındır ki, o [Şah Abbas – T.N.,F.H.] nəinki
uzaq və tanımadığı Avropaya, hətta daha yaxın
olan Moskvaya də bel bağlamırdı və yalnız özünə güvənirdi, bir də Terek [çayı] üzərindəki sərhəddin mühafizəsində Moskva dövlətindən hansısa bir köməyə ümid edirdi” [15, s.339, 341].
Sosial elmlər, 2023, №2
Beləliklə, I Şah Abbasın siyasəti nəticəsində Səfəvi dövlətinin tədricən qüvvətlənməsi və
öz mövqelərini bərpa etməsi sayəsində Osmanlılar əleyhinə ittifaqın bağlanması və onunla
bağlı olan Azərbaycan şəhərlərinin təslimi məsələsi rus tərəfinin bütün cəhdlərinə və təkidlərinə baxmayaraq aradan qaldırılmışdı.
Yeni çar seçilən Boris Qodunov (15981605) Azərbaycan Səfəvi imperiyası ilə əlaqələri inkişaf etdirməkdə maraqlı idi. 1600-cü ildə
o, hakimiyyət dəyişikliyinin iki ölkə arasındakı
əlaqələrə zərər verməyəcəyin I Şah Abbasa çatdırmaq üçün knyaz Aleksey Zassekineni Səfəvi
sarayına göndərdi. Rus elçisi Osmanlılara qarşı
Avstriya-Macarıstan, Moskva və Səfəvilər arasında ittifaq yaradılmasının vacibliyini söyləyərək çar tərəfindən Səfəvilərə hər zaman hərbi
yardım göndəriləcəyinə təminat verdi. Eyni zamanda rus çarı Səfəvi şahına elçisi vasitəsilə iki
ov iti, bir ayı və iki samur göndərdi [6, s.266267; 17, s.120-121; 4, s.292]. Rus elçisi knyaz
Alekseyin yanında Boris Qodunovun taxta keçməsini təbrik etmək üçün Moskvaya göndərilən
Səfəvi elçisi Pirqulu bəy Təkəli də vardı [19,
s.155; 4, s.292]. Lakin Səfəvi-Osmanlı müharibəsinin başlanması, Krım tatarlarının bölgədəki
fəaliyyəti və Böyük Moskva knyazlığında daxili ixtişaşların başlanması elçilərin get-gəlini çətinləşdirdiyi kimi, iki ölkə arasında siyasi və iqtisadi sahədə müqavilənin bağlanmasına mane
oldu. Göndərilən elçi heyətləri dostluq və yardım vədlərini təzələmək, qarşılıqlı niyyətlərini
və tələblərini bəyan etməkdən irəli gedə bilmədi. Bununla da Moskva və Səfəvi dövlətləri Osmanlılara qarşı birgə hərəkət edə bilmədilər [6,
s.267-268].
3. 1603-1612-ci illər Səfəvi-Osmanlı
müharibəsi zamanı və ondan sonrakı dövrdə
diplomatik əlaqələr
XVII əsrin əvvəllərində I Şah Abbas Osmanlı imperiyasının daxili iğtişaşlar və üsyanlar
nəticəsində zəifləməsindən istifadə edərək ona
qarşı müharibəyə başlamağa qərar verdi. Səfəvi
şahı rus çarının yardımını əldə etmək məqsədi
ilə 1603-cü ilin avqustunda öz elçisi Laçın bəyi
Moskvaya göndərdi. Çar Boris Qodunov şahın
hədiyyələrini qəbul etsə də, onun səmimiliyinə
inanmadı [7, s.43-44; 4, s.292].
Bu zaman Moskva dövləti Osmanlı dövlətinin Almaniya və Səfəvi dövlətləri ilə müharibə aparmasından istifadə edərək Qafqazda öz
mövqeyini möhkəmləndirməyə çalışdı. 1603-cü
ildə çar Boris Qodunov öz elçisi Yaroslavskini
İsfahana göndərərək I Şah Abbasa ordularını
Osmanlılar üzərinə göndərsə və onlarla hər
hansı bir sülh bağlamayacağı təqdirdə ona yardım edəcəyini bildirdi [8, s.253].
I Şah Abbas öz elçisinin Moskvadan qayıtmasını gözləmədən yaranmış əlverişli vəziyyəti
nəzərə alaraq Osmanlı dövlətinə qarşı müharibəyə başladı. Səfəvi-Osmanlı müharibəsinin
qızğın dövründə çar Boris Qodunov Qafqazın
yerli feodal hakimlərinin Osmanlıları müdafiə
etməsinin qarşısını almaq üçün voyevoda Butirlin və general Pleşeyevin rəhbərliyi altında rus
ordusunu Dağıstana göndərdi. Rus ordusunun
Dağıstana yürüşü bilavasitə I Şah Abbasın Cənubi Qafqazda Osmanlı imperiyasına qarşı hərbi əməliyyatları gücləndirdiyi bir dövrdə başlamışdı. Moskva hökuməti bu addımı ilə Səfəvi
şahı ilə danışıqları bərpa edərək Dərbənd, Bakı
və Şamaxını güzəştə getməyə vadar etmək niyyətində idi [22, s.35]. Lakin rus çarının bu niyyəti özünü doğrultmadı.
İvan Butirlinin başçılığı altında 10 minlik
rus ordusu 1604-cü ilin aprelində Dağıstana girərək Göysu və Tarku qalalarını ələ keçirdi.
1605-ci ilin yazında Şirvan bəylərbəyi tərəfindən göndərilən Osmanlı ordusu və topların yardım etdiyi Enderey xanı Sultan Mahmat və Adil
Gərayın rəhbərliyi altında Dağıstan qüvvələri
Tarkunu mühasirəyə aldı. Şəhəri boşaldaraq geri çəkilən 7 minlik rus ordusu Tarku ilə Qazıyurd arasında baş verən döyüşdə məğlub oldu.
İvan Buturlin və general Pleşeyev də daxil olmaqla ruslar qılıncdan keçirildi. Sunja, Sulak
və Terek çayları üzərindəki bütün qalalar Osmanlı və dağıstanlı qüvvələr tərəfindən ələ keçirilərək dağıdıldı [9, s.86; 4, s.293].
Lakin bu müddət ərzində Səfəvi ordusu
Azərbaycan ərazilərini Osmanlı işğalından tamamilə azad etdi. Səfəvi şahı rus çarına göndərdiyi məktubunda Azərbaycanın Osmanlı işğalından azad edilməsi barədə məlumat verdi.
Lakin çar Boris Qodunovun ölümü ilə bağlı
Moskvada vəziyyət qarışdığı üçün şahın göndərdiyi məktuba cavab gecikdi [41, s.95; 6,
s.268; 4, s.293]. Çar Vasili Şuyskinin hakimiy105
Social sciences, 2023, №2
yəti dövründə Moskva dövlətinin daxili çəkişmələr dövrünə daxil olması ilə Səfəvi dövləti
ilə qarşılqlı əlaqələrdə müəyyən çətinliklər yarandı. Çar Vasili Şuyskinin elçisi I Şah Abbasla
görüşü zamanı Moskvada hakimiyyət dəyişikliyi və yeni hökumətin Həştərxanda Səfəvi tacirlərinin üsyançıların soyğunçuluğuna məruz qalmasında günahsız olduğunu bildirdi. Həmçinin
Həştərxanda çar hakimiyyətinin bərpa olunduğu və şahdan gələn elçilərin Moskvaya keçməsi
və lazım olan hər şeyi təmin etmək tapşırıldığı
deyilirdi [11, s.164].
İki dövlət arasında əlaqələrdə fasilənin olmaması, Moskvaya münasibətdə I Şah Abbasın
xarici siyasət xəttinin qorunub saxlanması,
onun anti-Osmanlı yönümlü olması ilk dəfə tarixşünaslıqda T.K.Korayev tərəfindən əsaslandırılmışdır [bax: 20, s.182]. Bu nöqteyi-nəzərlə
razılaşmaq olar ki, onu Moskva dövləti üçün
çətinliklər dövründə Səfəvi dövlətinin xarici siyasət istiqaməti öz aktuallığını itirmir. Ancaq
Səfəvi-Moskva münasibətləri çətinliklər dövründə birtərəfli xarakter alır, çünki səfirliklər
yalnız I Şah Abbas tərəfindən göndərilirdi [33,
s.11]. Çətinliklər dövründə Səfəvi dövləti ilə
Moskva arasında münasibətlərin kəsilməsi və
ya saxlanması məsələsinin özü əhəmiyyət kəsb
edirmi? Fikrimizcə, daha önəmlisi və doğrusu,
XVII əsrin əvvəllərində Moskva dövlətinin xarici siyasətində Səfəvi vektorunun davamlılığının qorunub saxlanması məsələsidir [11, s.161].
Həqiqətən də, Səfəvi dövləti tərəfindən iki
dövlət arasında qarşılıqlı əlaqələrdə heç bir fasilə özünü göstərməmişdi. 1608-ci ilin fevralında I Abbas öz elçisi Əli bəyi Moskvaya göndərdi. Elçi qarşısında aşağıdakı vəzifələr qoyulmuşdu: Rusiyadakı vəziyyətlə tanış olmaq,
Moskva tərəfindən kəsilən diplomatik əlaqələri
və ticarəti bərpa etmək, ruslardan Terek, Sunja
və Göysu çayları boyunca Səfəvi ordusunun arxa cəbhəsində təhlükəsizliyi təmin etmək üçün
Osmanlı dövləti ilə müharibədə kömək istəmələrini xahiş etmək. Elçi heyəti şah qoşunları tərəfindən Osmanlı əsirliyindən azad edilmiş rus
əsgər və zabitlərini təhvil verməli idi. Lakin Səfəvi elçisi Moskva yaxınlığında tutuldu və II
Yalançı Dmitrinin əsgərləri tərəfindən qarət
edildi. Fırıldaqçı ordusu paytaxtdan qovulduqdan sonra Səfəvi elçisi 1613-cü ilin yazına qədər Nijni-Novqorodda saxlanıldı. 1613-cü ildə
106
Romanovlar sülaləsinin hakimiyyətə gəlməsi
ilə elçi Moskvaya dəvət edildi və çar Mixail Fedoroviç (1613-1645) tərəfindən qəbul edildi
[13, s.146]. Lakin I Şah Abbasın elçisinin
Moskvaya göndərildiyi andan keçən beş il
müddətində hər iki ölkədə daxili siyasi vəziyyət
elə dəyişdi ki, elçi Əli bəyin qarşısında qoylan
vəzifələr öz aktuallığını itirdi. Belə ki, 1612-ci
ildə Səfəvi şahı Osmanlı dövləti ilə müharibəni
zəfərlə başa vurdu və uğurlu sülh müqaviləsi
bağladı, Moskva dövləti isə on illik daxili təlatüm və xarici müdaxilədən sonra bərbad vəziyyətdə idi. Nəticədə səfirlik keçmiş dostluq münasibətlərinin bərpası ilə məhdudlaşdı, Romanovlar sülaləsinin taxt-taca çıxmasının qanuniliyini tanıdı [13, s.146; 4, s.293].
1612-ci ildə Səfəvi və Osmanlı dövlətləri
arasında İstanbul müqaviləsinin bağlanmasından sonra I Şah Abbas Dağıstan və Gürcüstanla
bağlı fəal siyasət yeritməyə başladı. O, 1615-ci
ildə Kaxetidə baş verən üsyanı yatırdı və Şamaxıdan Dağıstan və Şimali Qafqaz hakimlərinə
itaət göstərmələri üçün nümayəndə göndərdi.
Bu dövrdə beynəlxalq münasibətlər rus çarının
xeyrinə deyildi. O, qərbdə Polşa və İsveçlə, cənubda isə Krım xanlığı ilə müharibə vəziyyətində idi. Buna görə də, Səfəvilərlə münasibəti
gərginləşdirmək istəmirdi. Polşa və İsveçlə müharibədə dağıdılmış təsərrüfatı bərpa etmək
üçün xeyli vəsait tələb olunurdu. Buna görə də,
Moskva hökuməti Səfəvi dövləti ilə ticarətə böyük ümid bəsləyirdi [4, s.294-295].
I Şah Abbasın Azərbaycan və Şərqi Gürcüstanı Osmanlı işğalından azad etməsindən
sonra Böyük Moskva knyazlığı ilə qonşu olmasını nəzərə alan rus çarı I Mixail Səfəvi dövləti
ilə dostluq əlaqələri yaradılmasına xüsusi əhəmiyyət verirdi. 1614-cü il yanvarın 30-da o, hakimiyyətə keçməsini xəbər vermək və iki dövlət arasında siyasi münasibətləri bərpa etmək
üçün M.N.Tixonovu Səfəvi sarayına göndərdi.
Elçi heyəti Türküstan üzərindən Məşhədə gəldi,
lakin I Şah Abbas bu zaman Qafqazda olduğu
üçün rus elçisi oraya hərəkət etməli oldu. 1614cü il dekabrın 14-də I Şah Abbas Qızılağacdakı
ordugahında rus elçisini qəbul etdi. Rus elçisini
səmimi qarşılayan Səfəvi şahı Romanov xanədanının şərəfinə xoş sözlər söylədi: “Mənim
böyük qardaşım rus çarına de ki, əgər pul və
hərbi qüvvə lazımdırsa mən ona verməyə hazı-
Sosial elmlər, 2023, №2
ram. Əgər ehtiyac olarsa mən də çəkinmədən
ondan istəyəcəyəm” [41, s.96; 6, s.268-269; 4,
s.295]. Rus elçisi M.N.Tixonov iki dövlət arasında Səfəvi-Osmanlı müharibəsi zamanı kəsilmiş olan dostluq əlaqələrini bərpa etməyə çalışdı. Səfəvi dövləti bu məsələyə ciddi əhəmiyyət
verməsə də, Moskva knyazlığına hərbi və maddi yardım göstərməyə hazır olduğunu bildirdi,
əvəzində isə Krım xanının Şimali Qafqaza və
Azərbaycana yürüşlərinə mane olmaq üçün rusların Göysu çayı üzərində qala tikərək qarnizon
yerləşdirilməsini xahiş etdi [28, s.47; 22,
s.357]. Bir müddət sonra rus elçisinin geri dönməsinə icazə verildi. 1615-ci il yanvarın 28-də
M.N.Tixonov Səfəvi şahının elçisi Polad bəylə
birlikdə Moskvaya qayıtdı. Səkkiz aydan sonra
Moskvaya çatan I Şah Abbasın elçisi Polad bəy
1615-ci il avqustun 14-də rus çarı tərəfindən
qəbul edildi. I Şah Abbas elçisi vasitəsilə Azərbaycan ərazilərinin Osmanlı işğalından azad
edildiyini xəbər verərək, iki dövlət arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün ciddi əngəllər aradan qaldırıldığına görə çardan rus tacirlərini ticarət aparmaq üçün göndərməsini istəmişdir [6, s.271-272].
1616-cı ildə Osmanlı dövlətinin Səfəvilərə
qarşı yeni müharibəyə başlaması ilə şimal sərhədlərinin təhlükəsizliyi məsələsi yenidən gündəmə gəldi. Səfəvi hökuməti şimal sərhədlərinin təhlükəsizliyini Rusiyanın Göysu və Sunj
çayları üzərində müdafiə qalalarını möhkəmləndirməsi hesabına əldə etmək niyyətində idi.
Lakin Moskva dövlətinin xarici siyasi vəziyyəti
bu tədbirin həyata keçirilməsinə imkan vermədi
[4, s.295-296].
Qeyd etmək lazımdır ki, I Şah Abbas Osmanlılara qarşı Qafqazda müharibə apardığı zaman Səfəvi tacirləri Həştərxanda rus qarətçilərinin əlinə keçmişdi. Bundan xəbər tutan rus çarı
dərhal İvan Brixov adlı elçisini türkcə yazılmış
məktubla I Şah Abbasın yanına göndərmişdir.
1615-ci ilin oktyabrında Tiflis yaxınlığında rus
elçisini qəbul edən I Şah Abbas rus çarının düşmənləri ilə heç bir əlaqə yaratmayacağına təminat vermişdi. Bu hadisədən bir neçə il sonra
gürcü şahzadələrindən biri I Şah Abbasa qarşı
rus çarından himayə və kömək tələb etdiyi üçün
I Şah Abbas bundan çox qəzəblənmiş və iki
dövlət arasında əlaqələrin kəsilməsi barədə əmr
vermişdi. Lakin rus çarı buna razı olmadığı
üçün iki dövlət arasındakı gərginliyi aradan qaldırmaq və Polşa ilə müharibəni başa çatdırmaq
üçün maliyyə yardımı almaq məqsədi ilə öz elçisini Səfəvi sarayına göndərdi [6, s.269-270; 4,
s.295].
Polşa ilə müharibəni davam etdirən rus çarına hərbi silah və sursat almaq üçün böyük maliyyə vəsaiti tələb olunurdu. Buna görə də Səfəvi sarayına göndərilən rus elçiləri Leontiyev və
Baryatinski şahdan maliyyə yardımı almağa çalışdı. 1617-ci ilin sonlarında rus elçisi Leontiev
şahdan 7 min gümüş pul ala bildi ki, bu da rus
çarını təmin etmədi [30, s.48; 4, s.295-296].
1618-ci ilin payızında Polşa ilə müharibəni
başa çatdırmaq üçün maliyyə yardımı almaq
məqsədi ilə knyaz M.Baryatinski Səfəvi sarayına göndərildi. Xəzər dənizi yolu ilə Dərbəndə
gələn rus elçisi Şirvandan keçərək Ərdəbilə və
oradan da Qəzvinə gəlmişdir. 1618-ci il noyabrın 14-də şəhər meydanında Səfəvi şahı tərəfindən qəbul edilən rus elçisi gətirdiyi hədiyyələri
ona təqdim etmişdir. I Şah Abbasla görüşən elçi
rus çarı adından maliyyə yardımı göstərilməsini
xahiş etmiş, əvəzində Səfəvi tacirlərinin Həştərxanda toxunulmazlığına təminat vermişdir. I
Şah Abbas rus elçisinə verdiyi cavabda iki ölkənin yaxın qonşu olduğunu və bu qonşuluqda
araya nifaq salacaq üçüncü bir ölkəyə (Gürcüstan nəzərdə tutulurdu – T.N., F.H.) ehtiyac olmadığını söylədi. Maliyyə məsələsində I Şah
Abbasın tərəddüd etdiyini başa düşən rus elçiləri şahın hüzurundan könülsüz ayrıldılar. 1619cu ilin sentyabrında rus elçisi Gilan yolu ilə geri qayıtdı. Bununla belə, rus təbəələrinə Səfəvi
ərazisində ticarət aparmağa icazə verildi [42,
s.96-97; 4, s.296-297]. İsgəndər bəy Münşi təsdiq edir ki, 1618-ci ildə “... o uca sülalənin əmir
və knyazlarından ibarət böyük bir elçi heyəti
Xəzər dəryası və çöllərindən keçərək Şirvanın
Dərbəndinə gəldi və hümayun şah məiyyətinin
ardınca Ərdəbildən çıxıb Qəzvin darüssəltənəsinə çatdı. O elçi də, səadət meydanında şahla
görüş səadətinə yetişdi və mütərcim vasitəsilə
padşah tərəfindən özlərinin ehtiyac xahişini və
möhkəm birlik istəyini ərz edərək türk dilində
uzun bir məktubu şaha təqdim etdi” [3, s.1674;
4, s.297].
Bu dövrdə rus çarı ilə I Şah Abbas arasında
diplomatik əlaqələr daha da gücləndi. Moskva
dövlətinin nüfuzunun getdikcə artması rus çarı107
Social sciences, 2023, №2
nı Səfəvi sarayına göndərilən elçilərin artmasında da özünü büruzə verdi. Belə ki, 1614-1618ci illər arasında Moskva səfirləri Brexov, Afanasyev, Şaxmatov, Leontiyev, Timofeyev və
Baryatinski elçi kimi I Şah Abbasın sarayına
göndərilmişdi [29, s.99; 4, s.296].
1617-ci ildə Osmanlı ordusunun Azərbaycana növbəti yürüşü zamanı Şimali Qafqaz yolunun bağlanılması məsələsi Səfəvi dövləti qarşısında öz kəskinliyi ilə yenidən ortaya çıxdı.
Bu məsələnin həlli Moskva ilə Osmanlı dövləti
arasında münasibətləri daha da pisləşdirsə də,
Moskva hökuməti Səfəvi dövləti ilə əlaqələri
möhkəmləndirməkdə maraqlı olduğu üçün şahın xahişini yerinə yetirmək qərarına gəldi.
Çünki Osmanlı dövlətinin Xəzər dənizi sahillərində və Şimali Qafqazda möhkəmlənməsi
Moskvanın maraqlarına tamamilə zidd idi. Rus
tacirlərinin Azərbaycanla ticarət əlaqələrinə
zərbə vura bilərdi. Osmanlı dövlətinin bölgədə
öz mövqeyini möhkəmləndirməsi nəinki Səfəvi
imperiyasının, eyni zamanda öz təsirini cənuba
doğru genişləndirmək və regionda iqtisadi və
siyasi mövqeyini möhkəmləndirməyə çalışan
rus çarının maraqlarına cavab vermirdi. Tezliklə Moskva dövlətinin Sunj və Göysu çayları
üzərində möhkəmləndirilmiş müdafiə sistemini
inşa edərək Azərbaycana uzanan Şimali Qafqaz
yolunu nəzarət altına alması, Osmanlı ordusunun və Krım tatarlarının şimaldan Səfəvi imperiyasına hücumlarının qarşısını kəsmiş oldu [4,
s.296].
Göründüyü kimi, Azərbaycan torpaqlarının
Osmanlı işğalından azad edilərək Səfəvi imperiyasının sərhədlərinin bərpa edilməsindən sonra rus çarının Şimali Qafqazdakı rus qalalarını
bərpa etməsinə Səfəvi şahı etiraz etmədi. Məhəmməd Tahir Vahidin verdiyi məlumata görə,
I Şah Abbas dövründə Səfəvi dövləti ilə Moskva knyazlığı arasında əlaqələr yaxşı olmuş, bu
iki dövlət arasında daimi səfirlik mübadiləsi həyata keçirilmiş və Səfəvi şahları bir qayda olaraq buna riayət etmişlər [43, s.55; 1, s.41].
A.Y.Şpakovskinin yazdığı kimi, bu iki dövlət
arasındakı səfirlik mübadiləsində ənənəvi bir
fikrə rast gəlirik: “Atalar və babalar kimi dost
olaq, bir-birimizə məhəbbətlə yanaşaq, düşmənə qarşı birlikdə dayanaq”. Moskva knyazlığı108
nın Səfəvi dövləti ilə diplomatik əlaqələri məhz
Osmanlı dövlətinə qarşı yönəlmişdi. Buna görə
də, həmişə səfirlərə verilən tapşırıqlarda Osmanlı-Səfəvi münasibətlərinin öyrənilməsi tələb edilirdi. Həm də Moskva səfirləri Səfəvi sarayında Moskva dövlətinin qüdrətli və güclü olması haqqında fikir yaratmalı və bunu onlara
təqdim etməli idilər [37, s.20, 21; 1, 41-42].
XVII əsrin əvvəllərində I Şah Abbasın Osmanlı dövlətinə qarşı hrbi əməliyyatlarda əldə
etdiyi uğurlar Moskvanı narahat etdiyi üçün Səfəvi sarayına ardıcıl olaraq göndərilən elçiləri
vasitəsilə bunu şaha çatdırırdı. Şübhə yoxdur
ki, Osmanlı imperiyası ilə müharibə aparan I
Şah Abbasa rus çarı ilə münasibətləri inkişaf etdirmək tələb olunurdu. Üstəlik də Gürcüstana
yürüş zamanı gürcü çarı Teymuraz Moskvaya
müraciət edərək çara onu öz himayəsi altına almasını istəmişdi. Çar Mixail Fyodoroviç bu xahişi böyük məmnuniyyətlə qəbul etməklə, həm
də Səfəvilərə bəzi ciddi mesajlar vermişdi. Münasibətləri korlamaq istəməyən və Moskva dövlətini müəyyən müddətə neytrallaşdırmağa çalışan I Şah Abbas 1622-ci ildə Gürcüstanın və
Teymurazın sonrakı taleyi ilə bağlı danışıqlar
zamanı rus elçilərinə onda İsa peyğəmbərə aid
müqəddəs xitonun olduğunu söyləyir. Əlbəttə
ki, bu, gərgin vəziyyəti müəyyən qədər yumşaltmaq, Moskvanı hələlik neytrallaşdırmaq
məqsədilə atılmış bir addım idi. 1625-ci ilin
martında Səfəvi elçisi Rusan bəylə Polad bəy
rizəni I Şah Abbasın patriarx Filaretə və onun
oğlu çar Mixail Fyodoroviçə hədiyyəsi kimi
Moskvaya gətirir [36, s.27; 4, s.297]. Bu, balaca bir qutunun içərisində bir az qızartdaq, solğun, çox köhnə olduğu ilk baxışda adi görünən
parça idi. Göz yaşları içərisində rizəni öpərək
qəbul edən çar Mixail Fyodoroviç və atası mitropolit Filaret Nikitiç onu kilsədə xüsusi hazırlanmış yerə qoyurlar və bundan sonra çar müqəddəs hədiyyənin əvəzində minnətdarlıq əlaməti olaraq Səfəvi şahına çoxlu hədiyyələr göndərir. Səfəvi elçisi Rusan bəylə birlikdə knyaz
Qriqori Tyufyakin, Qriqori Feofilatov və Panov
I Şah Abbasın sarayına yola salınır [36, s.2728; 4, s.297]. Beləliklə, I Şah Abbasın hədiyyəsi iki dövlət arasında münasibətlərin yaxşılaşmasına şərait yaratdı.
Sosial elmlər, 2023, №2
4. Azərbaycan Səfəvi imperiyasının
Moskva dövləti ilə ticarət əlaqələri
Səfəvi dövləti ilə Böyük Moskva knyazlığı
arasında qarşılıqlı münasibətlərin əsas siyasi
mövzusunu osmanlılara qarşı birgə mübarizə
aparmağın yollarının müzakirəsi təşkil etsə də,
hər iki dövlət iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verirdi.
Dövlət səviyyəsində qurulan ticarət münasibətlərində hədiyyələr xüsusi yer tuturdu. Hədiyyələr mübadiləsində əsas məqsəd hökmdarların
saray ehtiyaclarını zəruri mallarla ödəməkdən
ibarət idi. Məhz buna görə də, hər iki dövlət
bir-birinə göndərdiyi səfirliklərin tərkibində
hökmən ticarət dairələrinin təmsilçiləri də olurdu. İki dövlət arasında hədiyyələr mübadiləsi
formasında ticarət əməliyyatları aparan tərəflər
öz mallarını topdansatış qaydada dəyişməyə daha çox üstünlük verir, bu yolla daha çox qazanc
əldə etməyə çalışırdılar. Böyük Moskva knyazlığı ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə
xüsusi diqqət yetirən I Şah Abbas Moskva sarayına ünvanlanmış fərmanlarla rus çarından ona
göndərdiyi hədiyyələrin əvəzinə qiymətli mallar verilməsi və Səfəvi tacirlərinə yardım göstərilməsi xahiş edilirdi [41, s.66]. Bəzən elə olurdu ki, çar məmurları tərəfindən ədalətli qiymət
qoyulmadığına görə Səfəvi tacirləri Moskvaya
apardıqları hədiyyələri geri qaytarmağa məcbur
olurdular. Buna görə də, Səfəvi elçilərinin
Moskvaya apardıqları hədiyyələrin rus tacirlərinə deyil, çar xəzinəsinə vermək və əvəzində eyni dəyərdə hədiyyələr almaq daha sərfəli idi. I
Şah Abbasın Moskvaya elçisi Hadi bəylə birlikdə göndərdiyi tacir Əli Xosrov çara apardığı hədiyyələri təqdim edəndə ona bildirildi ki, malların yaxşıları xəzinə üçün seçilib götürüləcək,
yerdə qalan mallar isə tacirlərə satıla bilər. Lakin o, bu təklifi qəti şəkildə rədd edərək bildirmişdi: “Əlahəzrət şah məni buraya ticarət etmək üçün göndərməmişdir. O, bütün bəxşişlərin çar xəzinəsinə verilməsini buyurmuşdur.
Hökmdar buyururdu ki, hədiyyələrin əvəzinə
çar xəzinəsindən başqa heç kimlə alış-veriş etmə, əgər hamısını götürməsələr, geri qaytar, hamısını götürsələr – ver, satma. Alver etmək olmaz” [38, s.35; 5, s.274]. Bu, Səfəvi tacirlərinin
hədiyyə mübadiləsində şahın göstərişlərini dəqiqliklə yerinə yetirdiyini göstərir.
I Şah Abbasın rus çarlarına ünvanlanmış
rəsmi məktublarında onun tacirlərinə sarayı
üçün lazım olan malların alınmasına kömək
göstərilməsi, zəruri malların gömrüksüz idxalixracına icazə verilməsi xahiş olunurdu [25,
s.226-227; 38, s.37]. Səfəvi tacirlərinin gömrüksüz ticarətinə o halda icazə verilirdi ki, həmin malların Səfəvi hökmdarına aid olmasını
təsdiq edən şah fərmanı olsun. Xəzinə ticarətinin üstünlüyü onda idi ki, hökmdarın göndərdiyi elçiliyin tərkibində xəzinə malları aparan tacirlər xüusi qaydada gedən tacirlərdən fərqli
olaraq gömrük qüsumlarından azad edilirdilər.
Belə ticarət mübadiləei zamanı hər iki hökumətin səfirləri apardıqları malları sərhəddən gömrüksüz keçirməyə səy göstərir, sərhəd məntəqəsindəki məmurlar isə digərinin mallarına rüsum
qoymağa çalışırdılar. Səfəvi gömrük məntəqələrində adətən səfirlərin gətirdikləri hədiyyələr
və mallar yoxlanılırdı, ancaq rüsum alınmırdı.
Ticarət adamlarının və rəsmi hökmdar sənədi
olmayan nümayəndələrin malları üzərinə gömrük rüsumu qoyulurdu. 1623-cü ildə rus çarı
Mixail Romanovun xəzinə malı ilə Səfəvi dövlətinə göndərdiyi tacir Fedot Kotov yazırdı ki,
Kür çayı üzərindəki körpüdən keçən hər dəvə
yükünə görə iki abbası rəhdari ödənilirdi [35,
s.63, 73; 5, s.276]. Görünür, Kotov xəzinə malı
aparsa da, xüsusi elçi statusuna malik olmadığına görə apardığı malın tərkibində Səfəvi şahına
hədiyyələr olmadığına görə Cavadda rəhdari rüsumu ödəmişdi. Tacir belə bir sənədə malik olsaydı, ondan gömrük rüsumu, sözsüz ki, alınmazdı.
Səfəvi səfirləri də Moskva dövlətinə gətirdikləri şah mallarına və hədiyyələrə görə gömrük rüsumu ödəmirdilər. Ancaq Moskvanın prikaz məmurları çalışırdılar ki, heç olmasa, malların adlarını və bağlamaların sayını qeyd etdirsinlər. Məqsəd gömrüksüz ticarətin həddini müəyyənləşdirmək və xüsusi imtiyazların tətbiqini
yalnız xəzinə malları ilə məhdudlaşdırmaq idi. I
Şah Abbas və çar Mixail Romanov dövlətlərinin iqtisadi maraqlarına uyğun olaraq, iki ölkə
arasında ticarət əlaqələrinin genişləndirilməsi
üçün zəruri olan bütün tədbirləri görürdülər.
Mixail Romanov 1615-ci ildə I Şah Abbasa yazırdı: “Sizin gilanlı Hacı Murtuzaya, bizim böyük rus dövlətində sizin üçün istənilən qədər
rüsumsuz mal almağa imkan vermişik” [16,
109
Social sciences, 2023, №2
s.98; 5, s.278]. Çar Mixail Romanov öz ölkəsində Səfəvi tacirləri, xüsusilə şahın göndərdiyi
hədiyyə və məhsulları gətirən səfir və tacirlər
üçün güzəştli iqtisadi şərait yaratmağa çalışırdı.
Bu məqsədlə o, 1618-ci ildə Həştərxan və Kazan voyevodalarına fərmanlar göndərmişdi. Həmin çar fərmanında səfirlər vasitəsilə göndərilən şah malları ilə ticarətin hökmən rüsumsuz
aparılması qanuni tələb kimi irəli sürülmüş və
bildirilmişdi ki, bundan sonra da şahın fırmanı
olan Səfəvi tacirlərindən rüsum alınmayacaqdır
[38, s.38; 5, s.279].
Qeyd etmək lazımdır ki, hər iki tərəfdən
rüsumsuz ticarət hüququndan yalnız şahın və
çarın səfirləri, hökmdarın malları ilə ticarət
edənlər, yaxud, saraya yaxınlığına görə belə bir
imtiyaz əldə edən tacirlər yararlana bilirdilər.
Rüsumsuz ticarət mübadiləsi, təbii ki, Səfəvi və
Moskva hökmdarları üçün çox faydalı idi. Ancaq rüsumsuz ticarət hüququ daimi olmayıb
müəyyən müddət üçün nəzərdə tutulurdu. Belə
ticarətin faydalı olduğunu görən Moskva hökuməti bəzi malların sərbəst şəkildə ayrı-ayrı tacirlər tərəfindən Səfəvi ölkəsinə ixracını qadağan etmiş, həmin mallar azad ticarət dövriyyəsindən çıxarılmışdı. “Fərmanlı mallar” adı daşıyan məhsullar üzərində dövlət xəzinəsinin inhisarı elan olunmuşdu. Çar Mixail Romanov 23
may 1618-ci ildə knyaz M.Baryatinski, zadəgan
İ.Çiçerin və dyak (mirzə) M.Tyuxindən ibarət
nümayəndə heyətini maliyyə yardımı almaq
məqsədilə Səfəvi sarayına göndərən zaman elçi
heyətinin rəhbəri knyaz M.Baryatinskiyə tapşırmışdı ki, “Hamıya tapşırılsın və özün də möhkəm nəzarət et ki, heç bir ticarət adamı qadağan
olunmuş malları özü ilə götürməsin və sən də
şahın yanına gedəndə heç bir şunqar, şahin, qırğı və başqa quşlar götürmə” [38, s.39-40; 5,
s.279-280].
Çar Mixail Romanovun Həştərxan voyevodası knyaz Prozorovskiyə göndərdiyi 1621-ci il
7 yanvar tarixli fərmanında ixracı qadan olunmuş malların uzun siyahısı verilmişdir. Fərmanda deyilirdi: “Bizim fərman sizə çatan kimi
Həştərxanda olan bütün rus ticarət adamlarına
belə bir sərancam verin ki, Həştərxana alış-veriş üçün gələn şah səfirlərinə və ticarət adamlarına adi qırğını, vəhşi quşları, kərkincəkləri, dələ və vəhşi sincabları və qırmızı tülküləri baha
qiymətə satsınlar, ucuzlaşdırmasınlar. Şunqar,
110
şahin və ağ qırğıları, samur və diri samurları,
tülkü və diri vaşaqları qətiyyən satmasınlar.
Çünki həmin heyvanlar və quşlar bizdən şaha
hədiyyə kimi göndərilir, onları ucuz tutmaq olmaz və bizim dövlətdən həmin heyvanlar və
quşlar şaha başqa cür verilə bilməz” [38, s.4041; 5, s. 280-281].
Səfəvilərin ehtiyac duyduğu bir çox malların ixracının çar tərəfindən qadağan olunması I
Şah Abbası narazı salmışdı. Buna görə də, I
Şah Abbas 1622-ci ilin sentyabr ayında Həştərxan voyevodasına göndərdiyi türkcə fərmanda
ticarət nümayəndələrinə lazımi malların alınmasına maneçilik törədilməsinə imkan verilməməsini, öz nümayəndəsi mazandaranlı Ağa Həsənin tələb olunan malları almasına imkan yaradılmasını diqqətə çatdırmışdı: “Biz bir-birimizə
müjdə ilə elçilər göndəririk və indi yüksək taxttac padşahı ilə aramızda – əvvəlkindən də yaxşı
– dostluq və qardaşlıq yolu keçibdir. Bu birlik
sayəsində bizim tacirlərimiz daim maraqlandığımız malları və hər cür əşyaları almaq üçün
onun ölkəsinə gəlirlər. İndi də bizə belə sözsöhbətlər gəlib ki, vaxtaşırı müəyyən adamlar
maneçilik tərədirlər, sifariş etdiyimiz malları və
hər cür əşyaları almaq mümkün olmur. İndi biz
şahımızın taciri, gözəl əxlaqlı, etibarlı mazandaranlı Ağa Həsəni göndəririk. Şücaət mərkəzi,
qüdrət sığınacağı – yüksək taxtlı xeyirxah padşahla dostluğumuz həmişəkindən daha güclü olduğuna görə – yuxarıda adı çəkilən taciri lazım
olan hər şeylə təmin etməli, onu müşayiət etməli və heç bir halda [bu əmrləri] laqeyd qoymamalı ki, tacir ən yaxşı malları və hər cür şeyləri
əldə edə bilsin, lazım olduğu zaman evə qayıda
və döndükdən sonra şücaət mərkəzinin hərəkətlərindən məmnunluğunu bildirsin” [37, s.29,
30]. Səfəvi şahının fərmanından da görünür ki,
iki dövlət arasında dostluq münasibətləri son
dövrlərdə daha da möhkəmləndiyinə görə bu
cür hallar yol verilməzdir.
Qeyd etmək lazımdır ki, çar Mixail Romanovun qoyduğu qaydaya görə, Səfəvi tacirlərinə
ancaq Həştərxan və Kazan şəhərlərinə sərbəst
şəkildə daxil olmaq hüququ verilmişdi. Bu qayda pozulduqda Moskva ticarət nümayındələri
dərhal öz dövlətlərinə bu haqda məlumat verirdilər. Görünür, Moskva dövlətinin bu qaydası
rus tacirlərinin maraqlarını müdafiə etməsindən
irəli gəlirdi. 1627-ci ilə aid şikayət ərizəsində
Sosial elmlər, 2023, №2
Moskva ticarət nümayəndələri öz hökumətlərindən xahiş edirdilər ki, Qızılbaş və Buxara tacirləri Həştərxan və Kazan şəhərlərindən başqa
dövlətin içərilərinə buraxılmasınlar. Moskva
hökuməti müvafiq sərəncam vermişdi: “Həmin
tacirlər Həştərxan və Kazandan başqa heç bir şəhərə və Moskvaya buraxılmasınlar” [25, s.287,
288; 5, s.283]. Ancaq buna baxmayaraq, zəruri
hallarda Səfəvi ölkəsindən gələn səfir və elçilərə
dövlətin daxili şəhərlərinə, hətta Moskvaya sərbəst hərəkət etməyə icazə verilirdi. Bu zaman səfirə xüsusi etimadnamə təqdim edilirdi. Moskvaya qədər bütün voyevodalara tapşırılırdı ki, onların hərəkətinə mane olmasınlar [38, s.30].
I Şah Abbas dövründə Səfəvi dövlətindən
rus çarına hədiyyələr şəklində göndərilən və
ümumi qaydada Moskva dövlətinə ixrac edilən
mallar içərisində ipək parçalar – zərbaft, zərxara, atlas, kemxa, kisəyi, tafta, darayi, maral dərisi, yapıncı, bez, pambıq, neft, boyaq, müxtəlif
boyalı və işləməli ipəklər, qızılbaş məxməri,
yun və ipək xalçalar, qızıldan və parçadan qurşaqlar, qızıl və gümüşlə bəzədilmiş qumaş belbağı, üzərində qatar-qatar mirvari düzülmüş örtüklər, rəhgli iplik, süzgəcli bardaq, kasalar,
qiymətli daşları olan müztəlif üzüklər, qotazlar,
kamanlar, yəhərlər, yüyənlər, qılınclar, polad tiyəli xəncərlər, yumşaq dərilər, qədəh və boşqablar, daraqlar, hil, sarıkök, ənlik, göy kağızlar, təbil, billurlar, saroçin darısı (çəltik) və s.
əsas yer tuturdu [25, s.129-131, 157, 167; 26,
s.417-418, 443]. Səfəvi tacirləri və onların gətirdikləri mallar ilk gəldikləri Həştərxanda
gömrük nəzarətçiləri tərəfindən yoxlanılır və
qeydiyyata alınırdı. Səfəvi tacirləri öz malları
ilə birlikdə Həştərxanda “Gilan” adlanan karvansara tipli rastbazarda yerləşirdilər. Belə rastbazarlardan biri Moskva şəhərində fəaliyyət
göstərirdi. 1628-ci ildə Moskva hökuməti Həştərxan voyevodasına belə bir tapşırıq vermişdi:
“Həştərxana öz məhsulları ilə gələn Qızılbaş,
Buxara və Gilan ticarət adamlarını “Gilan” və
“Buxara” rastbazarlarında yerləşdirin. Onların
həmin bazarlardan başqa yerdə mal saxlamağa
və ticarət etməyə icazə verilməsin” [34, s.42].
XVII əsrin ilk onilliklərində Moskva dövlətindən Səfəvi ölkəsinə hədiyyələr və sərbəst ticarət qaydasında mal ixracında müxtəlif ov quşları və xəzli heyvanlar üstünlük təşkil etmişdi
[38, s.47].
Nəticə
Beləliklə, Azərbaycan Səfəvi imperiyasının
Böyük Moskva knyazlığı ilə qaşılıqlı əlaqələrinin təhlili göstərir ki, XVI əsrin sonu – XVII
əsrin əvvəllərində Səfəvi dövlətinin məruz qaldığı işğallar və düçar olduğu ağır şəraitdə Səfəvi hökmdarı şimaldan gələn real təhlükə qarşısında düşünülmüş siyasət yürüdərək diplomatik
vasitələrlə bu təhlükəni neytrallaşdırmaq və
aradan qaldırmaq və iqtisadi əlaqələri inkişaf
etdirmək məqsədini güdürdü. Və tarixi proseslərin gedişatı bu siyasətin uğurla nəticələndiyini
göstərdi.
I Şah Abbas dövründə Səfəvi imperiyası ilə
Moskva dövləti arasındakı siyasi və iqtisadi
əlaqələr Osmanlı imperiyasının regionda yeritdiyi siyasətlə bilavasitə sıx bağlı olmuşdu. Rus
çarının Osmanlılara qarşı düşmən münasibəti
və onların Cənubi Qafqaz hüdudlarından qovulmasında maraqlı olması Səfəvi şahını Moskva
dövlətini bu münaqişəyə cəlb etməyə vadar etmişdi. Lakin Moskva dövləti daxili və xarici siyasətin mürəkkəbliyi üzündən o dövrdə güclü
olan Osmanlı imperiyası ilə birbaşa hərbi toqquşmaya cəsarət etmədi. Eyni zamanda yaranmış şəraitdə öz şansını itirmək istəməyən
Moskva dövləti Səfəvi imperiyasını hər vəchlə
Osmanlı imperiyasına qarşı müharibəyə təhrik
edərək, ona hərbi yardım göstərəcəyinə vədlər
verməkdən çəkinmədi. İki dövlət arasında uzun
sürən üzücü danışıqlar heç bir nəticə vermədiyi
kimi, I Şah Abbas Moskva dövlətinin heç bir
yardımı olmadan Osmanlılar üzərində tam qələbə qazanaraq işğal olunmuş Azərbaycan ərazilərini azad etməyə nail oldu.
Ədəbiyyat siyahısı
1. Həsənəliyev Z., Bayramlı Z. II Şah Abbasın hakimiyyət illərində Azərbaycan Səfəvi
dövlətinin daxili və xarici siyasəti. Bakı, Elm,
2011.
2. Münşi İsgəndər bəy. Dünyanı bəzəyən
Abbasın tarixi. Fars dilindən tərcümə t.e.d. Ş.F.
Fərzəliyevindir. I Kitab. Bakı, 2010.
3. Münşi İsgəndər bəy. Dünyanı bəzəyən
Abbasın tarixi. II Kitab. Fars dilindən tərcümə
t.e.d. Ş.F.Fərzəliyevindir. Bakı, Şərq-Qərb,
2014.
111
Social sciences, 2023, №2
4. Nəcəfli H.T. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. Bakı: Turxan NPB, 2020.
5. Süleymanov M.N. Səfəvi dövlətinin təsərrüfat həyatı. Bakı: Elm, 2012..
6. Aydoğmuşoğlu C. Şah Abbas ve zamanı. Berikan Yayınevi, Ankara, 2013, s.268.
7. Kurat N.A. Rusiya tarihi. Başlangıçdan
1917-ye Kadar. Ankara, Türk Tarih Kurumu
Basımevi, 1993.
8. Kütükoğlu B. Osmanlı-İran siyasi
münasebetleri (1578-1612). İstanbul, 1993.
9. Sadık M. Bilge. Osmanlı devleti ve
Kavkasya. Eren Yayınçılık, İstanbul, 2005.
10. Алиев М.Ф. Азербайджано-русские
отношения (XV-XIX вв.). часть I, Баку,
«Элм», 1985.
11. Андреев А.А. Шах Аббас и русская
Смута: дискуссия в историографии о развитии российско-иранских отношений // Новое
прошлое / The New Past, 2021, № 4, с. 156173.
12. Ашурбейли Б.С. История города
Баку. Баку, Элм, 1992.
13. Базиленко В.И. Православная Россия и шиитский Иран: по страницам истории отношений (XVI – нач. XX вв.). //Христианское чтение №2 (37), 2011, c. 139-185.
14. Белокуров А.С. Сношения России с
Кавказом 1578-1613 гг., Выпуск 1, Москва
Университетская типография, Страстной
бульвар, 1889.
15. Бушев П.П. История посольств и
дипломатических отношений Русского и
Иранского государств в 1586-1612 гг. (по
русским архивам) Изд. «Наука». Москва,
1976.
16. Бушев П.П. История посольства и
дипломатических отношений Русского и
Иранского государства. 1613-1621 гг. (по
русским архивам). Москва: Наука, 1987
17. Гусейн А.Ф. К вопросу об обещании
шаха Аббаса I уступить Московсуому государству Дербент, Баку и Шемаху. Вопросы
истории, 2010, № 9, с.113-124.
18. Карамзин М.Н. История Государства Российского, том X. Санкт-Петербург,
Типография Н.Греча, 1824.
19. Книга Орудж-бека Байата. ДонЖуана Персидского. Перевод с английского,
введение и коментарии д.и.н. Октая Эфен112
диева, к.и.н. Акифа Фарзалиева. Баку, Элм,
1988.
20. Кораев К.Т. Московская Русь и
Сафавидский Иран в Прикаспии XVIXVII вв: Соседство, cоперничество, сосуществование // Исторический вестник, 2015,
№ 11 (158), c.154-199.
21. Кортунов А. Борис Годунов: попытка внешнеполитического транзита, 21 января, 2022, https://russiancouncil.ru/analyticsand-comments/analytics/boris-godunovpopytka-vneshnepoliticheskogo-tranzita/
22. Кушева Н.Е. Русско-дагестанские
отношения в XVI-XVII вв. Махачкала, 1954.
23. Моисеев М. «Проваленная миссия».
Посольство М.Н.Тиханова в Иран в 16131615 годы, Мининские чтения, Сборник
научных трудов по истории Смутного времени в Росси начала XVII в. В память 400летия Нижегородского Подвига, Нижний
Новгород, Изд-во Кварц, 2012, с. 351-360.
24. Наджафли Г.Т. Взаимоотношения
Азербайджанского государства Сефевидов с
Россией в XVI-XVII вв. //Вопросы истории.
– М.: 2015. – №4. – c. 122-136.
25. Памятники дипломатических и торговых сношений Московской Руси с Персией. Изданы под редакцией Н.И.Веселовского, том I. Спб.-Петербург, 1890.
26. Памятники дипломатических и торговых сношений Московской Руси с Персией, Изданы под редакцией Н.И.Веселовского, том II. Спб.-Петербург, 1898.
27. Петрушевский И.П. Азербайджан в
XVI-XVII вв. «Сборник статей по истории
Азербайджана». Вып. I. Баку, Изд-во
АН Азербайджанской ССР, 1949.
28. Пигулевская В.Н. Якубовский Ю.А.,
Петрушевский П.И., Строева В.Л., Беленицкий М.А. История Ирана с древнейших времен до конца XVIII в. Лениниград, Изд-во
Ленинградского университета, 1958.
29. Рахмани А.А. Азербайджан в конце
XVI и в XVII веке. Баку, Элм, 1981.
30. Сеидова М.Г. Азербайджан во взаимоотношениях Сефевидской империи и
Русского государства, (по русским источникам). Баку, Нурлан, 2004.
Sosial elmlər, 2023, №2
31. Словарь современного русского литературного языка, том I. Москва-Ленинград, 1948.
32. Соловьев М.С. История России с
древнейших времен, В 15 книгах: книга 5,
Москва, Изд-во социально-экономической
литературы, 1961.
33. Тивадзе Г.Т. Иранский вопрос во
внешней политике Московского государства
в конце XVI и начале XVII вв. Автореферат
дис. … канд. ист. наук. Тбилиси: 1966.
34. Фехнер В.М. Торговля Русского
государства со странами Востока в веке.
Москва: Государсвенное изд-во культурнопросветительной литературы, 1956.
35. Хождение купца Федота Котова в
Персию. Москва: Изд. Восточной литературы, 1958.
36. Широкорад А. Друзя и враги России. Персия-Иран. Империя на Востоке.
Москва: Вече, 2010.
37. Шорохов А.В., Слесарев А.Т. Фирман персидского шаха Аббаса I астраханскому воеводе из фондов Российского государственного архива древних актов. // Источниковедение, Клио № 4(148), 2019, с. 2833.
38. Шпаковский Я.А. Торговля Московской Руси с Персией в XVI и в XVII вв.
/Сборник статей. Выпуск VII. Киев, Топография И.И.Чоколова, 1915, с. 1-54.
39. Allen E.D.W. Russion Embassis to
the Georgian Kings 1589-1605, Vol., I, Cambridge, Cambridge University Press, 1970.
40. Mathee R. “Anti-Ottoman Politics and
Transit Rights The Seventeenth-Century Trade
in Silk between Safavid Iran and Musscovy”,
Cahirers du Monde russe, Vol. 35, no. 4 (Oct. –
Dec., 1994), pp. 739-761.
41. Mehdəvi A.H. Tarix-i revabıt-ı xarici-i
İran: Ez ibtida-i devran-i Səfəviyye ta payan-ı
ceng-i dovvom-Cihanı (1500-1945), Müessesei İntişarat-ı Emir Kebir. Tehran, 1377.
42. Mihriban N.E.M. I Şah Abbas-ı Kebir.
Şirket-i Mütalaat və neşr-i kitab-ı Parsa.
Tehran, 1387.
43. Vəhid Məhəmməd Tahir. Sərqozaşte
Şah Abas devvom. Be kuşeşe Səttar Əvdi.
Tehran, 1334.
44. Tevekkuli F. Revabıt-ı İran və Rusiya
der asr-ı Safeviyye. Mecmua-i Makalat-ı
Hemayeş-i Safeviyye der göstere-i tarih-i İran
zemin. Hazırlayan Maksud Əli Sadıqi, İntişaratı Sütude, Təbriz, 1383.
Summary
Tofig Najafli, Farah Huseyn
Relations of the Safavid state and the kingdom of Moscow
during the reign of Shah Abbas I
The seizure of most territories of Azerbaijan and the Caspian coastal areas of Dagestan by the
Ottoman army during the Safavi-Ottoman war in 1578-1590 years resulted with blocking of the
Volga-Caspian trade route that was a serious blow on the economic relations between the Azerbaijan Safavid state and the Moscow kingdom. The common interest to release the Volga - Caspian
trade route from the control of the Ottoman Empire created certain groundings for rapprochement of
the Safavid state with the Moscow kingdom from the political view point. In this article the level of
relations of the Azerbaijani Safavi state under Shah Abbas I with Moscow kingdom in was studied
and using the sources of the time were analyzed.
The Safavid state of Azerbaijan was looking for ways to ally with the Moscow state in the
struggle against the Ottoman occupation in the South Caucasus and Azerbaijan. During the period
of Shah Abbas I, the political diplomatic and economic relations of the Safavid state with the Moscow kingdom were investigated, and detailed information was given about the diplomatic delegations sent to Isfahan and Moscow and the exchange of envoys between the parties.
Keywords: Shah Abbas I, Azerbaijan, Safavids, Moskva, South Caucasus.
113
Social sciences, 2023, №2
Резюме
Т.Г.Наджафли, Фарах Гусейн
Взаимоотношений государства Сефевидов и Московского царства
в период правления Шаха Аббаса I
В результате Османо-сефевидской войны 1578-1590 гг. большинство территорий Азербайджана и прикаспийские области Дагестана были окупированы османской армией. Это
привело к закрытию Волжско-Каспийского торгового пути, нанесло серьёзный удар по экономическим связям азербайджанского государства Сефевидов с Московским княжеством.
Сефевидский шах и московский князь были заинтересованы в «освобождении» ВолжскоКаспийского торгового пути от Османского контроля. Общность интересов создала определённую почву для политического сближения азербайджанского государства Сефевидов и
Московского княжества. В представляемой статье предпринята попытка определить уровень
исследования истории московско-сефевидских отношении в современно турецкой историографии на основе критического анализа первоисточников рассматриваемого периода.
В борьбе за освобождение Южного Кавказа и Азербайджана от османской оккупации
Сефевидский шах Аббас I (1587-1629) стремился заключить военно-политический союз с
Московским княжеством. Сефевидское государство Азербайджана искало пути объединения
с Московским государством в борьбе против османской оккупации на Южном Кавказе и в
Азербайджане. В период шаха Аббаса I были исследованы политико-дипломатические и
экономические отношения государства Сефевидов с Московским царством, даны подробные
сведения о дипломатических делегациях, направляемых в Исфахан и Москву, и обмене посланниками между сторонами.
Ключевые слова: Шах Аббас I, Азербайджан, Сефевиды, Москва, Южный Кавказ.
114