Papers by Selcan Həşimova 🌿
III International Scientific and Practical Conferenc/ Baku Engineering University. 22=23 December 2023/Baku Azerbaijan , 2023
Azərbaycanın tarixi ərazilərində məskunlaşmış etnik tayfalar hələ yazıya qədərki dövrlərdə sivili... more Azərbaycanın tarixi ərazilərində məskunlaşmış etnik tayfalar hələ yazıya qədərki dövrlərdə sivilizasiyanın başlanğıcı sayılan İkiçayarasının sakinləri ilə sıx əlaqələr yarada bilmişlər. İkiçayarasının Xələf, Xassuna, Ubeyd, Uruk kimi Eneolit mədəniyyətlərinə məxsus xüsusiyyətlər Urmiya gölü hövzəsinə, oradan da Naxçıvan və Qarabağa yayılmışdır.
Geostrategiya Jurnalı, 2023
Arxeoloji tədqiqatların nəticəsində məlum olur ki, orta tunc dövründə yaranan qala şəhərlərimizdə... more Arxeoloji tədqiqatların nəticəsində məlum olur ki, orta tunc dövründə yaranan qala şəhərlərimizdə yaşayan əhali sosial-ictimai cəhətdən bir neçə təbəqəyə bölünmüşdür. Çox güman ki əyanlar, varlı ailələr qala şəhərlərin daxilində, əkinçilik, maldarlıq, sənətkarlıqla məşğul olan təbəqə isə qaladan kənarda yaşayırdı. Qala tipli yaşayış məskənləri planlı şəkildə inşa olunurdu. Qala divarlarının daxilində açılan binalar bir-birindən enli, dar planlı küçələrlə ayrılırdı. Bu möhtəşəm qala sədlərinin tikintisi zamanı küllü miqdarda daş materialı sərf olunurdu. İnşa zamanı bərkidici maddə kimi gil məhluldan da istifadə edilirdi. Qalaçaların inşasında iki səbəb ola bilərdi: hərbi yürüşlər zamanı müdafiə olunmaq məqsədi və təbii fəlakətlər zamanı (sel, güclü yağış) mal-qaranı qorumaq. Qala divarları boyunca hündür zirvələrdə dairəvi və düzbucaqlı formalı bürclər - gözətçi məntəqələri də tikilirdi. Təqdim olunan məqalədə Azərbaycan ərazisində mövcud olmuş ilk siklopik tikili mərkəzlərinin (qalaça) strateji əhəmiyyəti, memarlıq xüsusiyyətləri və inşa xüsusiyyətləri təhlil edilir. Orta tunc dövrünün şəhərsalma mədəniyyətində baş verən yeniliklərdən biri məzarlıqların yaşayış yerindən kənarda salınması idi.
Azərbaycan Dövlət Dəniz Akademiyası, "Su nəqliyyatının problemləri" XV Elmi-texniki konfransın məruzə materialları. , 2020
İkiçayarası dünyanın ilk şəhər sivilizasiya mərkəzi idi və Antik müəlliflərə görə bu ərazi Fərat... more İkiçayarası dünyanın ilk şəhər sivilizasiya mərkəzi idi və Antik müəlliflərə görə bu ərazi Fərat və Dəcla çayları arasında qalan məhsuldar bölgə müasir İraq, Küveyt, Türkiyə və Suriya torpaqlarıdır. Adı "Mesos" (orta) və "potomos" (sahil) sözlərinin birləşməsindən yaranan bölgənin inkişafı Dəclə və Fərat çaylarından asılı idi. Dəclə və Fərat çayları Suriya vasitəsilə İraqdan keçərək İran körfəzinə axır. Şəhər mədəniyyətinin ilk yarandığı Ikiçayarası Cənubi Azərbaycan sivilizasiyasının formalaşmasında müstəsna rol oynadı. Bunu şumer şəhər dövlətlərinin hökmdar yazılarına əsasən deyə bilərik. Cənubi Azərbaycanın Urmiya hövzəsi tarixini araşdırmaq üçün İkiçayarası sivilizasiyasını araşdırmaq lazımdır. Mesopotomiyada şəhər-dövlətlərin inkişafında ticarət əlaqələrinin, çay vadiləri ətrafındakı yollar, dağ aşırımları və dəniz yollarının da rolu var idi. E.ə.III minilliyin ikinci yarısında İkiçayarası şəhər dövlətləri zəifləyən zaman Urmiya gölünün cənubunda lullubi və kuti tayfa birləşmələri bölgədə güclənməyə başladı. Təqdim olunan məqalədə e.ə.III-II minilliklərdə İkiçayarası şəhər-dövləri və Urmiya hövzəsi arasında əlaqələr təhlil edilmişdir.
AMEA Elmi Xəbərləri, Sosial Elmlər bölümü, 2020
etnoslarımızın yayıldıqları əraziləri xarici müdaxilədən qorumaq məqsədilə kondolidasiyasından ya... more etnoslarımızın yayıldıqları əraziləri xarici müdaxilədən qorumaq məqsədilə kondolidasiyasından yaranan ilk sülalə sistemli dövlət olmuşdur. Sələfi olan əvvəlki tayfa birliklərindən fərqli olaraq Manna yetkin dövlət kimi daimi paytaxta, stabil idarəçilik sisteminə, ərazi-inzibati bölgüsünə, vahid mərkəzdən idarə olunan təsərrüfat infrastrukturuna malik idi. Ilk mənbələrin təhlili göstərir ki, əvvəllər kiçik əraziyə malik olan Manna bir əsr ərzində qonşuluqdakı zəif tayfa birliklərinin və yenicə siyasi səhnəyə atılan müstəqil icmaların torpaqlarının işğalı hesabına xeyli genişlənmiş, Aşşur və Urartu kimi regionun aparıcı güc mərkəzləri ilə mübarizədə uzun müddət öz suverenliyini və identikliyini qoruyub saxlaya bilmişdir.
Akademik Taih ve Düşüncü Dergisi, 2020
Греческие и латинские писатели античности сохранили отрывочные сведения об Атропатене, государств... more Греческие и латинские писатели античности сохранили отрывочные сведения об Атропатене, государстве, возникшем на южных территориях исторического Азербайджана (ныне Иранский Азербайджан). Это государство было создано бывшим ахеменидским наместником области Мидия Атропатом, добившимся после смерти Александра Македонского (323 г. до н.э.) политической независимости северо-западной части подвластной ему области. В течение 330 лет преемники Атропата вели войны, поддерживали дипломатические связи, устанавливалиродственные узы с правителями соседних стран. В 147-35 гг. до н.э. Атропатена находилась в вассальной зависимости от Парфии. С 35 г. до н.э. до смерти своего покровителя римского императора Октавиана Августа (14 г. до н.э.) Атропатена была суверенной и вела относительно самостоятельную политику.
Проблемы истории, филологии, культуры, 2020
Греческие и латинские писатели античности сохранили отрывочные сведения об Атропатене, государств... more Греческие и латинские писатели античности сохранили отрывочные сведения об Атропатене, государстве, возникшем на южных территориях исторического Азербайджана (ныне Иранский Азербайджан). Это государство было создано бывшимахеменидским наместником области Мидия Атропатом, добившимся после смерти Александра Македонского (323 г. до н.э.) политической независимости северо-западной части подвластной ему области. В течение 330 лет преемники Атропата вели войны, поддерживали дипломатические связи, устанавливалиродственные узы с правителями соседних стран. В 147-35 гг. до н.э. Атропатена находилась в вассальной зависимости от Парфии. С 35 г. до н.э. до смерти своего покровителя римского императора Октавиана Августа (14 г. до н.э.) Атропатенабыла суверенной и вела относительно самостоятельную политику. До 225 г. до н.э. Атропатена находилась в составе Парфии, а позже была включена в состав империи Сасанидов.
Conference Presentations by Selcan Həşimova 🌿
Atropatenanın beş şəhərinin tarixinə dair qeydlər (Aşşur kitabələri və antik mənbələr əsasında), 2024
The article is devoted to the analysis of cuneiform texts, antique writers’ reports about five ci... more The article is devoted to the analysis of cuneiform texts, antique writers’ reports about five cities in the territory of South Azerbaijan. These cities – Kazaka, Phraaspa, Andarpatian, Phraata, Vera are mentioned in the Assyrian cuneiform texts and ancient sources. Parda was the capital of the eastern Mannean region of Zigirtu (Asagarta–Sagartya of ancient Persian inscriptions and ancient Greek writers). After the destruction in 714 BC by the Assyrians, the city was restored and at the end of the 4th century BC became one of the fortresses of Atropatene, which ancient authors called “Phraata”. Greek writers called this Atropatene city of Aganzana, which corresponds to the modern name of the city of Zanjan. The city of Kazaka is first mentioned in the texts of the Assyrian ruler Sargon II. Sargon II passed through Mannea In 716, he had organized a military campaign to the territory of the Media In the text on the stela depicting that procession and found in 1965 in the village of Najafabad (in Luristan, in the Valley of Asadabad), the name of Kazaka is depicted in the form of Ka-Za-ba-ka-ni. Based on the sources, it can be claimed that this city was the summer residence of Atropatena rulers. Atropatena was not existed yet, the name Andarptian was mentioned last time in the texts related to assyrians` 671 BC uprising.
Baku Engineering University International and Scientific Conference, 2023
Səhifə 485-488 "E.Ə. III- I MİNİLLİKLƏR MESOPOTAMİYA VƏ ARATTA, KUTİ,
LULLUBİ, DÖVLƏTLƏRİ ARASIN... more Səhifə 485-488 "E.Ə. III- I MİNİLLİKLƏR MESOPOTAMİYA VƏ ARATTA, KUTİ,
LULLUBİ, DÖVLƏTLƏRİ ARASINDA BEYNƏLXALQ ƏLAQƏLƏR" adlı məqalə
Akademik Ziya Musa oğlu Bünyadovun 100 İllik Yubileyinə həsr olunmuş "Qədim və Müasir Şərq: Mənbələr, tədqiqatlar, perspektivlər" Mövzusunda Beynəlxalq Elmi Konfransı, 2023
Urbanizasiya proseslərinin normal gedişi müharibə, təbii fəlakət və siyasi əhəmiyyətini itirməsi ... more Urbanizasiya proseslərinin normal gedişi müharibə, təbii fəlakət və siyasi əhəmiyyətini itirməsi səbəbindən pozula bilərdi.
a) Xarici müdaxilələr şəhərlərin infrastrukturuna ağır zərbə vururdu. Məsələn, Kiçik Asiyada e.ə. III minillikdə mövcud olmuş 10 ən iri yaşayış məskənində aparılan arxeoloji qazıntılarda yanğın nəticəsində dağıntıların olduğu təsdiqini tapıb.
b) Şəhərlərin gündəlik həyatına, hətta aqibətinə ekoloji amillər təsir göstərirdi. Məsələn, e.ə. XVI-XII əsrlərdə Babilistan şəhərlərinin siyasi böhran keçirməsi ilə Diyala çayının öz məcrasını dəyişməsi eyni vaxta təsadüf etmişdir. Bu amillər nəticəsində Diyala hövzəsində oturaq məskənlərin sayının kəskin dərəcədə azalması müşahidə olunur. Cənubi Mesopotamiya Əhəməni imperiyasının tərkibinə qatıldıqdan sonra (e.ə. 539-cu il) yaşayış məntəqələrinin sayı tədricən artaraq 33-dən 57-ə yüksəlmiş və hər birinin sahəsi 75-100 hektaradək artmışdır. Bu artım iqtisadi yüksəlişə səbəb olduğundan Babil əyaləti Əhəməni imperiyasının ən çox gəlir gətirən bölgəsinə çevrilmişdir.
c) Urbanizasiya prosesi bölgənin qabaqcıl şəhərinin siyasi əhəmiyyətini itirməsi ilə pozula bilərdi. Məsələn, Selevk Nikator e.ə. 305-ci ildə öz adına şəhər (Bağdaddan 25 km cənubda indiki Təll-Ömər) salandan sonra Babil birdəfəlik əhəmiyyətini itirmişdir.
Azərbaycanın qədim yaşayış məntəqələrinin və şəhərlərinin meydana gəlmə səbəbləri ümumən Ön Asiyanın analoji məskənləri ilə eynilik təşkil etsə də, inkişaf modelinə görə fərqlənirdi.
Books by Selcan Həşimova 🌿
by John Huehnergard (Author), 1997
This book provides a concise, easily accessible introduction to Akkadian grammar, syntax, and eve... more This book provides a concise, easily accessible introduction to Akkadian grammar, syntax, and even the cuneiform script. It does not presume great exposure to other Semitic languages, although naturally that would only help the learning process. The use of exercises makes the book more like a course than a reference grammar, so it is well suited to a beginner.
Uploads