Versiya 3.0 • Hər hansı düzəlişlər və dəyişiklik tarixi üçün səhvlər səhifəsinə baxın
Bildiri
Bu, bu lisenziyanın köhnə versiyasıdır. Əvvəlki versiyalarla müqayisədə, bütün CC lisenziyalarının 4.0 versiyaları daha çox istifadəçi dostudur və beynəlxalq səviyyədə daha etibarlıdır. Öz işinizi lisenziyalaşdırırsınızsa , bunun əvəzinə 4.0 lisenziyasından istifadə etməyi tövsiyə edirik: Legal Code - Attribution-NonCommercial-ShareAlike 4.0 International
Müəllifliyin müəyyən edilməsi, qeyri-kommersiya, bərabər istifadə hüquqlu 3.0
KREATIV KOMMONS KORPORASİYASI HÜQUQ FİRMASI DEYİL VƏ HÜQUQ XİDMƏTLƏRİ GÖSTƏRMİR. BU MÜQAVİLƏNİN YAYILMASI TƏRƏFLƏR ARASINDA VƏ KREATİVE KOMMONSLA MÜŞTƏRİ MÜNASİBƏTLƏRİNİ YARATMIR. KREATIV KOMMONS BU MƏLUMATI OLDUĞU KİMİ TƏQDİM EDİR. KREATIV KOMMONS TƏQDİM OLUNAN MƏLUMATA ZƏMANƏT VERMİR VƏ ONDAN İSTİFADƏ NƏTİCƏSİNDƏ DƏYƏ BİLƏCƏK ZİYANA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.
Müqavilə (Lisenziya)
ƏSƏRDƏN İSTİFADƏ HÜQUQU (AŞAĞIDA GÖSTƏRİLDİYİ KİMİ) BU KREATIV KOMMONS İCTIMAİ MÜQAVİLƏ ŞƏRTLƏRİNƏ ƏSASƏN TƏQDİM EDİLİR. İSTIFADƏ HÜQUQU MÜQAVILƏNIN PREDMETI OLARAQ MÜƏLLİF HÜQUQLARI VƏ ƏLAQƏLİ HÜQUQLAR HAQQINDA AZƏRBAYACAN RESPUBLİKASI QANUNU VƏ/VƏ YA DİGƏR TƏDBİQ EDİLƏ BİLƏCƏK HÜQUQLA QORUNUR. BU MÜQAVİLƏDƏ VƏ YA MÜƏLLİFLİK HÜQUQLARI HAQQINDA QANUNDA NƏZƏRDƏ TUTULAN FORMADAN BAŞQA ƏSƏRİN İSTİFADƏSİ QADAĞANDIR.
BURADA GÖSTƏRİLƏN ƏSƏRƏ OLAN HƏR HANSI HÜQUQLARI İFADƏ EDƏRƏK SİZ BU MÜQAVİLƏNİN (Lisenziya) ŞƏRTLƏRİNƏ RİAYƏT ETMƏYİ ÖHDƏNİZƏ GÖTÜRMƏYƏ RAZILAŞIRSINIZ. BU MÜQAVİLƏ (Lisenziya) SAYILA BİLİNDİYİNDƏN, LİSENZİYA VERƏN SİZİN BU CÜR ŞƏRTLƏRİ QƏBUL ETMƏYİNİZİ NƏZƏRƏ ALARAQ BURADA GÖSTƏRİLƏN HÜQUQLARI ƏSƏRİN İSTİFADƏÇİSİNƏ (Lisenziya alana) VERİR.
1. Anlayışlar
-
“Uyğunlaşdırma”
(
bundan sonra “Törəmə əsər” adlanacaq
) - başqa əsər əsaında yaradılan intellektual məhsuldur (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar və s.).
Törəmə əsər
- əsərin Əsər üzərində və ya digər əvvəl mövcud olan əsərlər üzərində qurulması deməkdir, məsələn tərcümə, uyğunlaşdırma, törəmə əsər, musiqinin aranjemanı, və ya ədəbiyyat və ya incəsənət əsərinin, və ya fonoqram və ya ifanın digər formada dəyişdirilməsi, bura həmçinin, kinematoqrafik uyğunlaşdırmalar və ya Əsərin başqa formada dəyişməsi və eyni zamanda onun orijinaldan törəməsinin aydın şəkildə bilinməsi deməkdir. Bu Müqavilənin (Lisenziyanın) məqsədlərinə görə, əsər Toplu olduğu halda Törəmə Əsər sayıla bilməz. Şübhə yaranmaması üçün, bu Müqavilənin (Lisenziyanın) məqsədlərinə görə Əsər musiqi əsəri, ifa və ya fonoqram olduqda Əsərin hərəkət edən şəkillə birləşdirilməsi (sinxronlaşdırılması) Törəmə Əsər sayılacaq.
-
“Toplu”
- Bu müqavilənin (lisenziyanın) məqsədinə əsasən Toplu bu müqavilənin 1(g) Bölməsində sadalanan əsərlərdən olmayan, seçilmə və məzmun quruluşuna görə intellektual yaradıcılıq olan ifalar, fonoqramlar və ya yayımlar və ya digər əsərlərdir, ki bunlara Əsərlər olduğu kimi dəyişdirilmədən əlavə edilir, və hər biri ayrı və müstəqil əsər kimi bir topluda birləşdirilir. Toplu təşkil edən Əsər, bu Lisenziyanın məqsədlərinə görə törəmə əsər (yuxarıda göstərildiyi kimi) sayılmayacaq.
-
“İstifadəyə buraxılma”
(
bundan sonra “əsərin açıqlanması” adlanacaq
) - müəllifin razılığı ilə əsərin ilk dəfə kütləyə çatdırılması məqsədi ilə dərj edilməsi, kütləvi nümayiş etdirilməsi, kütləvi ifa olunması, efirə verilməsi və başqa üsullarla edilən hərəkətdir.
-
“Lisenziya elementləri”
- Lisenziya tərəfindən seçilən və bu Lisenziyanın başlığında göstərilən aşağıdakı yüksək səviyyəli lisenziya atributları deməkdir: Müəllifliyin müəyyən edilməsi, qeyri-kommersiya, bərabərhüquqlu.
-
“Lisenziya verən”
- bu lisenziyanın müddəalarına əsasən Əsər təklif edən fərd, fərdlər, təşkilat və ya təşkilatlardır.
-
“Əsl Müəllif”
(
bundan sonra “Müəllif” adlanacaq
) - əsərin yaradıjısı olanfiziki şəxsdir (hüquqi şəxs deyil).
-
“Əlaqəli Hüquqların sahibi”
- müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanuna əsasən ifaçı, fonoqram istehsalçısı, məlumat bazasının yaradıcısı və yayımı həyata keçirən təşkilatdır.
- Bu bölmədə göstərilən fonoqram istehsalçıları və yayımı həyata keçirən təşkilatların hüquqları bu müqaviləyə əsasən fonoqrama yazılmış və ya yayımlanan əsərin ifaçısı və ya müəllifinə verilən hüquqlarla məhdudlaşdırılır.
-
“Əsər”
bu lisenziyanın müddəalarına uyğun olaraq təklif olunan ədəbiyyat və/və ya incəsənət əsəridir.
Aşagıdakı əsərlər müəlliflik hüququnun subyektidir:
- ədəbi əsərlər, dram, musiqili-dram, xoreoqrafiya əsərləri və pantomimalar, musiqi əsərləri, audiovizual əsərlər, rəngkarlıq, fotoqrafiya əsərləri, dizayn, dekorativ tətbiqi əsərlər, memarlıq, xəritələr, planlar, eskizlər, toplular və digər əsərlər.
Bu lisenziyanın məqsədləri üçün əsər, həmçinin ifa, fonoqram, plyonkanın ilkin yazılması, yayım təşkilatlarının proqramları və məlumat bazaları deməkdir ki, bu məlumat bazaları, ifa, fonoqram, plyonkanın ilkin yazılması, yayım təşkilatlarının proqramları müvafiq qanunla qorunur.
-
Əlaqəli hüquqlar
- ifalar, fonoqramlar, yayımlanan əsərlər və məlumat bazaları, həmçinin, qanuna əsasən müstəsna hüquqla qorunur.
-
Məlumat bazası
- materialların seçilməsinə və ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və kompüterin köməyi ilə tapıla və işlənə biləcək şəkildə sistemləşdirilmiş məlumatların (məqalələrin, hesablamaların, faktların və başqa materialların) məcmusudur.
-
“Lisenziya alan (Siz/İstifadəçi)”
- bu Lisenziyaya əsasən hüquqlardan istifadə edən, əvvəllər Əsərə münasibətdə bu Lisenziyanın şərtlərini pozmayan və ya əvvəlki pozuntuya baxmayaraq Lisenziya verəndən bu Lisenziyaya əsasən hüquqlardan istifadə etmək üçün razılıq alan fərd və ya təşkilat.
-
“Kütləvi ifa”
- əsərin, ifanın yayım təşkilatının verilişinin orijinalının və ya bir nüsxəsinin bilavasitə, yaxud plyonkanın, slaydın, kadrın, yaxud başqa qurğuların və ya proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) ekranda elə tərzdə nümayiş etdirilməsidir ki, ailə dairəsində və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin. Audiovizual əsərin ayrı-ayrı təsvirlərinin ardıcıl olmayan nümayişidir.
-
“Reproduksiya”
- əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması. Əsərlərin və ya fonoqramların elektron (rəqəmli də daxil olmaqla), optik və ya maşınla oxunan digər formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılmasıdır.
2. Müstəsna hüquqların məhdudlaşdırılması.
Bu Lisenziyanın heç bir müddəası müəlliflik hüququ və əlaqəli hüquqların qorunmasına dair qanunvericilikdə nəzərdə tutulmuş müəlliflik hüquqlarından/əlaqəli hüquqlardan və ya məhdudiyyətlərdən və ya istisnalardan irəli gələn hüquqlardan azad istifadəni azaltmır və məhdudlaşdırmır.
Pulsuz istifadə
- əsərin orijinalına və ya nüsxəsinə sahiblik hüququnun müəyyən müddətə əhaliyə pulsuz xidmət göstərən kitabxanalara, arxivlərə və başqa müəssisələrə, təşkilatlara verilməsi.
3. Lisenziyanın verilməsi.
Bu Lisenziyanın şərtlərinə uyğun olaraq, Lisenziya verən bununla sizə ümumdünya, müəllif honorarından azad, qeyri-müstəsna, daimi (tətbiqedilən müəllif hüququnun müddətinə) aşağıda göstərildiyi kimi Əsərə olan hüquqlardan istifadə üçün lisenziya verir:
-
Əsərin surətini çıxarmaq, bir və ya bir neçə Toplulara daxil etmək, və əsərin Topluya daxil edilmiş kimi surətini çıxarmaq;
-
Tərcümə daxil olmaqla Uyğunlaşdırmalar yaratmaq və sürətini çıxarmaq, o şərtlə ki, Əsərin əslinin üzərində dəyişikliklərin edildiyini bildirmək üçün bütün addımlar atılacaqdır. Məsələn, tərcüməyə bu cür qeyd əlavə edilə bilər ki, “Orijinal əsər İngilis dilindən İspan dilinə tərcümə olunmuşdur" və ya dəyişikliklər edildikdə göstərmək olar ki, "Orijinal əsər dəyişdirilmişdir";
-
Toplularda olan Əsərlər daxil olmaqla Əsərləri Yaymaq və Kütləvi surətdə İfa etmək; və
-
Törəmə əsərləri Yaymaq və Kütləvi surətdə İfa etmək.
Milli qanunvericiliyə əsasən Lisenziya verənin Məlumat bazasına müstəsna hüquqları olduqda (Məlumat bazasının yaradıcısının hüquqlarının qorunması) Lisenziya verən bu hüquqlardan imtina edəcək.
Yuxarıda göstərilən hüquqlar bütün indi bilinən və ya bundan sonra yaradılaca mediya və formatlarda istifadə edilə bilər. Yuxarida göstərilən hüquqlara digər mediya və formatlarda istifadə üçün texniki cəhətdən tələb olunan bu cür modifikasiyalar etmək hüququ daxildir. Lisenziya verən tərəfindən burada açıq göstərilməyən hüquqlar beləliklə nəzərdə tutulur.
4. Məhdudiyyətlər.
Yuxarıda göstərilən 3-cü Bölmədə oduğu kimi verilən aşağıdakı məhduduyyətlərə məruz qalır:
-
Lisenziya alan İşi yalnız bu Lisenziyanın şərtlərnə uyğun olaraq Paylaşdıra və ya Açıq şəkildə Yerinə Yetirə bilərsiniz. Lisenziya alan Paylaşdırdığı və ya Açıq şəkildə Yerinə Yetirdikdə hər İşin surətinə bu lisenziya üçün internet ünvanının və ya onun surətini əlavə etməlidir. Lisenziya alan Əsərə dair heç bir bu Lisenziyanın şərtlərini və ya bu Lisenziyaya əsasən Əsəri alanın hüquqlarından istifadə etmək imkanlarını məhdudlaşdıran şərt qoya və ya təklif edə bilməz. Lisenziya alan Əsərə əlavə lisenziya verə bilməz. Lisenziya alan bu Lisenziyaya aid bütün qeydləri saxlamalıdır və hər Yaydığı və ya Kütləvi Şəkildə İfa etdiyi Əsərə dair verilən zəmanətdən imtina edə bilməz. Əsəri Yaydığı və ya Kütləvi Şəkildə İfa etdiyi zaman Əsəri alanın bu Lisenziyaya əsasən əldə etdiyi hüquqlarında istifadə etmək imkanlarını məhdudlaşdıran heç bir texnoloji meyar qoya bilməz. Bu Bölmə 4(a) Əsəri Toplunun bir hissəsi kimi nəzərə alır, lakin buna görə Toplunun Əsərdən ayrı olaraq Lisenziya subyekti olmağı tələb olunmur. Lisenziya alan Toplu yaradırsa, Lisenziya verənə xəbərdarlıq etdikdən sonra Lisenziya alan, tələb olunarsa, 4(d) bölməsində göstərilən qeydləri Topludan çıxarmalıdır.
-
Lisenziya alan hər hansı bir Törəmə Əsəri yalnız aşağıda göstərilən şərtlərlə Yaya və ya Kütləvi Şəkildə İfa edə Bilər: (İ) bu Lisenziyanın şərtləri; (İİ) bu Lisenziyada olan eyni Lisenziya Elementləri ilə olan bu Lisenziyanın daha sonrakı versiyaları; (İİİ) bu Lisenziyada olan eyni Lisenziya Elementləri ilə (Unported) Kreativ Kommons lisenziyası və ya Kreativ Kommons şirkətinin yurisdiksiyasına aid Lisenziya (bu və ya daha sonrakı lisenziya versiyaları) (yəni Müəllifliyin müəyyən edilməsi - qeyri-kommersiya - bərabərhüquqlu 3.0 (Unported)) (“Tətbiqedilən Lisenziya”).
Lisenziya alan Yaydığınız və ya Kütləvi Şəkildə İfa etdiyiniz hər Törəmə Əsərə Tətbiqedilən Müqavilənin (Lisenziyanın) surətini və onun üçün internet ünvanının əlavə etməlidir. Lisenziya alan Törəmə Əsərə dair heç bir Tətbiqedilən Müqavilənin (Lisenziyanın) şərtlərini və ya Tətbiqedilən Müqaviləyə (Lisenziyaya) əsasən Törəmə Əsəri alanın hüquqlarından istifadə etmək imkanlarını məhdudlaşdıran şərt qoya və ya təklif edə bilməz. Lisenziya alan Tətbiqedilən Müqaviləyə (Lisenziyaya) aid bütün qeydləri saxlamalıdır və hər Yaydığı və ya Kütləvi Şəkildə İfa etdiyi Törəmə Əsərə dair verilən zəmanətdən imtina edə bilməz. Törəmə Əsəri Yaydığı və ya Kütləvi Şəkildə İfa etdiyi zaman Törəmə Əsəri alanın Tətbiqedilən Müqaviləyə (Lisenziyaya) əsasən əldə etdiyi hüquqlarında istifadə etmək imkanlarını məhdudlaşdıran heç bir texnoloji meyar qoya bilməz. Bu Bölmə 4(b) Törəmə Əsəri Toplunun bir hissəsi kimi nəzərə alır, lakin buna görə Toplunun Törəmə Əsərdən ayrı olaraq Tətbiqedilən Müqavilə (Lisenziya) subyekti olmağı tələb olunmur.
-
Yuxarıda göstərilən 3-cü Bölmədə Lisenziya alana verilən heç bir hüquqdan kommersiya məqsədi ilə və ya şəxsi pul mükafatı almaq niyyəti ilə istifadə edə bilməz. Bü Əsərin digər müəlliflik və əlaqəli hüquqları qorunan əsərlərə hər hansı formada dəyişdirilməsi (mübadiləsi) kommersiya məqsədi ilə və ya şəxsi pul mükafatı almaq məqsədi ilə istifadə ayıla bilməz, ona görə ki, bürada müəlliflik və əlaqəli hüquqları qorunan əsərlərin mübadiləsinə aid heç bir pul mükafatının verilməsi nəzərdə tutulmayıb.
-
Lisenziya alan Əsəri ya Törəmə Əsəri və ya Toplunu Yayır və ya Kütləvi surətdə İfa edirsə Lisenziya alan, 4 (a) bölməsinə uyğun tələb edilməyibsə, müəlliflik və əlaqəli hüquqlarına aid istifadə etdiyi daşıyıcı və ya vasitələrə uyğun bütün qeydləri saxlamalıdır:
(i) Əsl Müəllifin və ya Əlaqəli Hüquq Sahibinin adının (psevdonim də ola bilər) varsa, və/və ya Əsl Müəllif, Əlaqəli Hüquq Sahibi və/və ya Lisenziya verən digər tərəfi və ya tərəflərin (yəni sponsor təşkilat, nəşriyyat, jurnal) qeyd olunması üçün göstərdikdə (“Qeyd olunan Tərəflər”) Lisenziya verənin müəllif hüquqlarına dair qeydində göstərilməsi; (İİ) Əsərin adı təmin edilirsə; (İİİ) Lisenziya verənin Əsərlə əlaqələndirdiyi və istifadə olunan internet ünvanı, bu cür internet ünvanı müəllif hüquqlarına dair qeydlərə və ya Əsərlə əlaqədar lisenziyalaşma məlumatlarına aid olmadığı hallar istisna olmaqla; və (İV) 3(b) Bölməsinə əsasən, Törəmə Əsər olduqda Əsərin Törəmə Əsərdə istifadə olunduğunu bildirən qeyd (məsələn,”Orijinal Müəllifin və ya Əlaqəli Hüquq Sahibinin Əsərinin Fransız dilinə tərcüməsi”, və ya “Orijinal Müəllifin və ya Əlaqəli Hüquq Sahibinin Orijinal Əsərini üzərində qurulmuş ssenari”). 4(d) Bölməsinin tələb etdiyi qeyd hər bir uyğun formada edilə bilər, lakin Törəmə Əsərya və ya Topluya qeyd edilərkən bütün müəlliflər barədə edilən qeydlər eyni formada olunmalıdır. Şübhə yaranmaması üçün Lisenziya alan bu Müqaviləyə (Lisenziyaya) dair hüquqlarınızdan istifadə edərək yalnız bu Bölmədə göstərilən qeydlərdən istifadə edə bilər. Lisenziya alan Orijinal Müəllifin və ya Əlaqəli Hüquq Sahibinin, Lisenziya verənin və /və ya digər qeyd olunan tərəfin əvvəlcədən yazılı icazəsi olmadan Orijinal Müəllifin və ya Əlaqəli Hüquq Sahibinin, Lisenziya verənin və /və ya Digər Qeyd Olunan Tərəfin hər hansı sponsorluqla əlaqəsini göstərə bilməz.
-
Şübhə yaranmaması üçün:
Yuxarıda göstərilən məhdudiyyətlər əsərin bu lisenziyadaki “Əsər” anlayışına aid olan hissələrinə tətbiq edilmir, ona görə ki, milli ganunvericiliyə əsasən onlar müstəsna məlumat bazası hüququnun meyarlarına uyğundurlar.
-
Müəllifin və İfaçının Mənəvi hüquqlar tətbiqedilən qanunvericiliyə əsasən imtina edilməz olduğuna görə toxunulmaz olaraq qalır.
-
Şübhə yaranmaması üçün:
Könüllü Lisenziya Sxemləri.
Lisenziya verən fərdi olaraq və ya müəllif honorarlarını toplayan könüllü lisenziyalaşma sxemlərindən istifadə edən təşkilatın üzvü olaraq Lisenziya alanın bu Müqavilə (Lisenziya) əsasənda əsərdən istifadəsinə görə müəllif honorarlarını toplamaq hüququndan imtina edir, və bu Bölmə 4(b) də göstərilən qeyri-kommersiya məqsədlərindən fərqli məqsəd və ya istifadə üçündür.
5. Nümayəndəlik və zəmanət
Lisenziya verən təmsilçilik edir və zəmanət verir ki:
-
Bu Müqavilənin (Lisenziyanın) həyata keçirilməsi Lisenziya verənin iqtidarındadır və heç bir qanunvericlik aktı ilə ziddiyət təşkil etmir
-
Lisenziya verən əsər üzərində müqavilə ilə verilən bütün hüquqlara sahiblik hüququ vardır və bu hüquqları həyata keçirmək üçün heç bir hüquqi əngəl yoxdur.
6. Öhdəliyin məhdudlaşdırılması
TƏTBİQEDİLƏN QANUNVERİCİLİKDƏ TƏLƏB OLUNDUĞU HALLAR İSİSNA OLMAQLA, HEÇ BİR HALDA LİSENZİYA VERƏN SİZİN QARŞINIZDA BU LİSENZİYADAN VƏ YA ƏSƏRİN İSTİFADƏSİNDƏN İRƏLİ GƏLƏN HÜQUQİ NƏZƏRİ CƏHƏTDƏN HEÇ BİR XÜSUSİ, TƏSADÜFİ, VƏ YA HƏR HANSI SƏBƏBDƏN YARANAN NÜMUNƏVİ VƏ YA CƏZALANDIRICI ZƏRƏRƏ (QƏSDƏN ZIYAN VURMA ISTISNA OLMAQLA) GÖRƏ MƏSULİYYƏT DAŞIMAYACAQ, HƏTTA LİSENZİYA VERƏNƏ BU CÜR ZƏRƏRİN EHTİMAL EDİLDİYİ BARƏDƏ MƏSLƏHƏT VERİLDİKDƏ BELƏ.
7. Xitam
-
Bu Müqavilə (Lisenziya) və ona əsasən verilən hüquqlara Lisenziya alan tərəfindən Lisenziyanın şərtləri pozulduqda avtomatik olaraq xitam veriləcək. 1, 2, 5, 6, 7, və 8-ci Bölmələr bu Lisenziyanın ləğv edildiyi hər bir halda qüvvədə qalacaqlar.
-
Yuxarıda göstərilən şərtlərə uyğun olaraq burada verilən lisenziya daimidir (Əsərə tətbiqedilən müəllif hüquqlarının müddətinə). Yuxarıda göstərilənlərə baxmayaraq, Lisenziya verən Əsəri müxtəlif lisenziya şərtlərinə uyğun olaraq verə və ya hər bir zaman yayılmasını dayandıra bilər; lakin hər belə sechim bu Müqaviləni (Lisenziyanı) (və ya bu Müqavilənin (Lisenziyanın) şərtlərinə uyğun olaraq verilməli olan hər hansı başqa lisenziyanı) ləğv etməyəcək, və bu Müqavilə (Lisenziya) yuxarıda göstərildiyi kimi xitam verilməyənə qədər tam qüvvəsi ilə davam edəcək.
8. Digər məsələlər
-
Hər dəfə Əsəri və ya Toplunu Yayanda və ya Kütləvi şəkildə İfa etdikdə müəllif istifadəçiyə verdiyi şərtlərlə Əsərə müəlliflik hüququ verir.
-
Hər dəfə törəmə əsəri və ya Toplumu Yayanda və ya Kütləvi şəkildə İfa etdikdə müəllif istifadəçiyə verdiyi şərtlərlə orijinal Əsərə müəlliflik hüququ verir.
-
Bu Müqavilənin (Lisenziyanın) hər hansı müddəası yararsız və ya tətbiq edilən qanunvericilik çərçivəsində yerinə yetirilməsi mümkun deyilsə, bu müqavilənin digər şərtlərinin qüvvədə olmasına təsir etməməlidir, və bu müqavilənin tərəfləri növbəti hərəkəti etmədən bu cür müddəa mümkün qədər dəyişdirilməlidir ki, yararlı və icra edilən olsun.
-
Bu Müqavilənin (Lisenziyanın) heç bir şərti və ya müddəasından üzürsüz səbəbdən imtina etmək və ya onu pozmaq olmaz. Bu cür imtina yalnız yazılı surətdə və buna cavabdeh tərəfin imzası ilə həyata keçirilməlidir.
-
Bu Müqavilə (Lisenziya) burada icazə verilən Əsərə dair tərəflərin razılığını ehtiva edən müqavilədir. Burada göstərilməyən Əsərə dair bu müqavilədə heç bir anlaşma, razılıq və ya bəyanatlar yoxdur. Müəlliflik hüquqlarını verən heç bir əlavə müddəalara öhdəlik daşımır. Bu müqavilə müəlliflik hüququ verənin və istifadəçi arasında qarşılıqlı yazılı razılaşma olmadan dəyişdirilə bilməz.
Kreativ Kommons şirkətinin Qeydi
Kreativ Kommons bu Müqaviləyə (Lisenziyaya) tərəf deyil, və Əsərə dair heç bir zəmanət vermir. Kreativ Kommons Lisenziya alanın və ya hər hansı digər tərəf qarşısında bu lisenziyayadan irəli gələn heç bir xüsusi, təsadüfi, və ya hər hansı səbəbdən yaranan zərərə görə məsuliyyət daşımayacaq. Yuxarıdakı iki (2) cümləyə baxmayaraq, Kreativ Kommons şirkəti nə zaman özünü Lisenziya verən kimi göstərərsə və Lisenziya verənin bütün hüquq və öhdəliklərinə malik olmalıdır.
Məhdud şəkildə ictimaiyyətə Əsərin CCPL vasitəsi ilə lisenziyalaşdırıldığını bildirmək məqsədi istisna olmaqla, Kreativ Kommons şirkəti onun əvvəlcədən yazılı razılığı olmadan heç bir tərəfin onun adından “Creative Commons” əmtəə nişanı kimi və ya hər hansı oxşar əmtəə nişanı və ya Kreativ Kommons şirkətinin loqotipindən istifadə etməsinə razılıq vermir. Hər bir icazə verilən istifadə Kreativ Kommons Şirkətinin internet səhifəsində və ya tələb olunan zaman verilən cari əmtəə nişanından istifadə qaydalarına uyğun edilməlidir. Şübhə yaranmaması üçün, bu əmtəə nişanına dair məhdudiyyət bu Müqavilənin (Lisenziyanın) bir hissəsi deyil.
Kreativ Kommons şirkəti ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar
https://creativecommons.org/
.
KREATIV KOMMONS KORPORASİYASI HÜQUQ FİRMASI DEYİL VƏ HÜQUQ XİDMƏTLƏRİ GÖSTƏRMİR. BU MÜQAVİLƏNİN YAYILMASI TƏRƏFLƏR ARASINDA VƏ KREATİVE KOMMONSLA MÜŞTƏRİ MÜNASİBƏTLƏRİNİ YARATMIR. KREATIV KOMMONS BU MƏLUMATI OLDUĞU KİMİ TƏQDİM EDİR. KREATIV KOMMONS TƏQDİM OLUNAN MƏLUMATA ZƏMANƏT VERMİR VƏ ONDAN İSTİFADƏ NƏTİCƏSİNDƏ DƏYƏ BİLƏCƏK ZİYANA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.
Müqavilə (Lisenziya)
ƏSƏRDƏN İSTİFADƏ HÜQUQU (AŞAĞIDA GÖSTƏRİLDİYİ KİMİ) BU KREATIV KOMMONS İCTIMAİ MÜQAVİLƏ ŞƏRTLƏRİNƏ ƏSASƏN TƏQDİM EDİLİR. İSTIFADƏ HÜQUQU MÜQAVILƏNIN PREDMETI OLARAQ MÜƏLLİF HÜQUQLARI VƏ ƏLAQƏLİ HÜQUQLAR HAQQINDA AZƏRBAYACAN RESPUBLİKASI QANUNU VƏ/VƏ YA DİGƏR TƏDBİQ EDİLƏ BİLƏCƏK HÜQUQLA QORUNUR. BU MÜQAVİLƏDƏ VƏ YA MÜƏLLİFLİK HÜQUQLARI HAQQINDA QANUNDA NƏZƏRDƏ TUTULAN FORMADAN BAŞQA ƏSƏRİN İSTİFADƏSİ QADAĞANDIR.
BURADA GÖSTƏRİLƏN ƏSƏRƏ OLAN HƏR HANSI HÜQUQLARI İFADƏ EDƏRƏK SİZ BU MÜQAVİLƏNİN (Lisenziya) ŞƏRTLƏRİNƏ RİAYƏT ETMƏYİ ÖHDƏNİZƏ GÖTÜRMƏYƏ RAZILAŞIRSINIZ. BU MÜQAVİLƏ (Lisenziya) SAYILA BİLİNDİYİNDƏN, LİSENZİYA VERƏN SİZİN BU CÜR ŞƏRTLƏRİ QƏBUL ETMƏYİNİZİ NƏZƏRƏ ALARAQ BURADA GÖSTƏRİLƏN HÜQUQLARI ƏSƏRİN İSTİFADƏÇİSİNƏ (Lisenziya alana) VERİR.
1. Anlayışlar
-
“Uyğunlaşdırma”
(
bundan sonra “Törəmə əsər” adlanacaq
) - başqa əsər əsaında yaradılan intellektual məhsuldur (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar və s.).
Törəmə əsər - əsərin Əsər üzərində və ya digər əvvəl mövcud olan əsərlər üzərində qurulması deməkdir, məsələn tərcümə, uyğunlaşdırma, törəmə əsər, musiqinin aranjemanı, və ya ədəbiyyat və ya incəsənət əsərinin, və ya fonoqram və ya ifanın digər formada dəyişdirilməsi, bura həmçinin, kinematoqrafik uyğunlaşdırmalar və ya Əsərin başqa formada dəyişməsi və eyni zamanda onun orijinaldan törəməsinin aydın şəkildə bilinməsi deməkdir. Bu Müqavilənin (Lisenziyanın) məqsədlərinə görə, əsər Toplu olduğu halda Törəmə Əsər sayıla bilməz. Şübhə yaranmaması üçün, bu Müqavilənin (Lisenziyanın) məqsədlərinə görə Əsər musiqi əsəri, ifa və ya fonoqram olduqda Əsərin hərəkət edən şəkillə birləşdirilməsi (sinxronlaşdırılması) Törəmə Əsər sayılacaq.
- “Toplu” - Bu müqavilənin (lisenziyanın) məqsədinə əsasən Toplu bu müqavilənin 1(g) Bölməsində sadalanan əsərlərdən olmayan, seçilmə və məzmun quruluşuna görə intellektual yaradıcılıq olan ifalar, fonoqramlar və ya yayımlar və ya digər əsərlərdir, ki bunlara Əsərlər olduğu kimi dəyişdirilmədən əlavə edilir, və hər biri ayrı və müstəqil əsər kimi bir topluda birləşdirilir. Toplu təşkil edən Əsər, bu Lisenziyanın məqsədlərinə görə törəmə əsər (yuxarıda göstərildiyi kimi) sayılmayacaq.
- “İstifadəyə buraxılma” ( bundan sonra “əsərin açıqlanması” adlanacaq ) - müəllifin razılığı ilə əsərin ilk dəfə kütləyə çatdırılması məqsədi ilə dərj edilməsi, kütləvi nümayiş etdirilməsi, kütləvi ifa olunması, efirə verilməsi və başqa üsullarla edilən hərəkətdir.
- “Lisenziya elementləri” - Lisenziya tərəfindən seçilən və bu Lisenziyanın başlığında göstərilən aşağıdakı yüksək səviyyəli lisenziya atributları deməkdir: Müəllifliyin müəyyən edilməsi, qeyri-kommersiya, bərabərhüquqlu.
- “Lisenziya verən” - bu lisenziyanın müddəalarına əsasən Əsər təklif edən fərd, fərdlər, təşkilat və ya təşkilatlardır.
- “Əsl Müəllif” ( bundan sonra “Müəllif” adlanacaq ) - əsərin yaradıjısı olanfiziki şəxsdir (hüquqi şəxs deyil).
-
“Əlaqəli Hüquqların sahibi”
- müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanuna əsasən ifaçı, fonoqram istehsalçısı, məlumat bazasının yaradıcısı və yayımı həyata keçirən təşkilatdır.
- Bu bölmədə göstərilən fonoqram istehsalçıları və yayımı həyata keçirən təşkilatların hüquqları bu müqaviləyə əsasən fonoqrama yazılmış və ya yayımlanan əsərin ifaçısı və ya müəllifinə verilən hüquqlarla məhdudlaşdırılır.
-
“Əsər”
bu lisenziyanın müddəalarına uyğun olaraq təklif olunan ədəbiyyat və/və ya incəsənət əsəridir.
Aşagıdakı əsərlər müəlliflik hüququnun subyektidir:
- ədəbi əsərlər, dram, musiqili-dram, xoreoqrafiya əsərləri və pantomimalar, musiqi əsərləri, audiovizual əsərlər, rəngkarlıq, fotoqrafiya əsərləri, dizayn, dekorativ tətbiqi əsərlər, memarlıq, xəritələr, planlar, eskizlər, toplular və digər əsərlər.
Bu lisenziyanın məqsədləri üçün əsər, həmçinin ifa, fonoqram, plyonkanın ilkin yazılması, yayım təşkilatlarının proqramları və məlumat bazaları deməkdir ki, bu məlumat bazaları, ifa, fonoqram, plyonkanın ilkin yazılması, yayım təşkilatlarının proqramları müvafiq qanunla qorunur.
- Əlaqəli hüquqlar - ifalar, fonoqramlar, yayımlanan əsərlər və məlumat bazaları, həmçinin, qanuna əsasən müstəsna hüquqla qorunur.
- Məlumat bazası - materialların seçilməsinə və ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və kompüterin köməyi ilə tapıla və işlənə biləcək şəkildə sistemləşdirilmiş məlumatların (məqalələrin, hesablamaların, faktların və başqa materialların) məcmusudur.
- “Lisenziya alan (Siz/İstifadəçi)” - bu Lisenziyaya əsasən hüquqlardan istifadə edən, əvvəllər Əsərə münasibətdə bu Lisenziyanın şərtlərini pozmayan və ya əvvəlki pozuntuya baxmayaraq Lisenziya verəndən bu Lisenziyaya əsasən hüquqlardan istifadə etmək üçün razılıq alan fərd və ya təşkilat.
- “Kütləvi ifa” - əsərin, ifanın yayım təşkilatının verilişinin orijinalının və ya bir nüsxəsinin bilavasitə, yaxud plyonkanın, slaydın, kadrın, yaxud başqa qurğuların və ya proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) ekranda elə tərzdə nümayiş etdirilməsidir ki, ailə dairəsində və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin. Audiovizual əsərin ayrı-ayrı təsvirlərinin ardıcıl olmayan nümayişidir.
- “Reproduksiya” - əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması. Əsərlərin və ya fonoqramların elektron (rəqəmli də daxil olmaqla), optik və ya maşınla oxunan digər formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılmasıdır.
2. Müstəsna hüquqların məhdudlaşdırılması. Bu Lisenziyanın heç bir müddəası müəlliflik hüququ və əlaqəli hüquqların qorunmasına dair qanunvericilikdə nəzərdə tutulmuş müəlliflik hüquqlarından/əlaqəli hüquqlardan və ya məhdudiyyətlərdən və ya istisnalardan irəli gələn hüquqlardan azad istifadəni azaltmır və məhdudlaşdırmır.
Pulsuz istifadə - əsərin orijinalına və ya nüsxəsinə sahiblik hüququnun müəyyən müddətə əhaliyə pulsuz xidmət göstərən kitabxanalara, arxivlərə və başqa müəssisələrə, təşkilatlara verilməsi.
3. Lisenziyanın verilməsi. Bu Lisenziyanın şərtlərinə uyğun olaraq, Lisenziya verən bununla sizə ümumdünya, müəllif honorarından azad, qeyri-müstəsna, daimi (tətbiqedilən müəllif hüququnun müddətinə) aşağıda göstərildiyi kimi Əsərə olan hüquqlardan istifadə üçün lisenziya verir:
- Əsərin surətini çıxarmaq, bir və ya bir neçə Toplulara daxil etmək, və əsərin Topluya daxil edilmiş kimi surətini çıxarmaq;
- Tərcümə daxil olmaqla Uyğunlaşdırmalar yaratmaq və sürətini çıxarmaq, o şərtlə ki, Əsərin əslinin üzərində dəyişikliklərin edildiyini bildirmək üçün bütün addımlar atılacaqdır. Məsələn, tərcüməyə bu cür qeyd əlavə edilə bilər ki, “Orijinal əsər İngilis dilindən İspan dilinə tərcümə olunmuşdur" və ya dəyişikliklər edildikdə göstərmək olar ki, "Orijinal əsər dəyişdirilmişdir";
- Toplularda olan Əsərlər daxil olmaqla Əsərləri Yaymaq və Kütləvi surətdə İfa etmək; və
- Törəmə əsərləri Yaymaq və Kütləvi surətdə İfa etmək.
Milli qanunvericiliyə əsasən Lisenziya verənin Məlumat bazasına müstəsna hüquqları olduqda (Məlumat bazasının yaradıcısının hüquqlarının qorunması) Lisenziya verən bu hüquqlardan imtina edəcək.
Yuxarıda göstərilən hüquqlar bütün indi bilinən və ya bundan sonra yaradılaca mediya və formatlarda istifadə edilə bilər. Yuxarida göstərilən hüquqlara digər mediya və formatlarda istifadə üçün texniki cəhətdən tələb olunan bu cür modifikasiyalar etmək hüququ daxildir. Lisenziya verən tərəfindən burada açıq göstərilməyən hüquqlar beləliklə nəzərdə tutulur.
4. Məhdudiyyətlər. Yuxarıda göstərilən 3-cü Bölmədə oduğu kimi verilən aşağıdakı məhduduyyətlərə məruz qalır:
- Lisenziya alan İşi yalnız bu Lisenziyanın şərtlərnə uyğun olaraq Paylaşdıra və ya Açıq şəkildə Yerinə Yetirə bilərsiniz. Lisenziya alan Paylaşdırdığı və ya Açıq şəkildə Yerinə Yetirdikdə hər İşin surətinə bu lisenziya üçün internet ünvanının və ya onun surətini əlavə etməlidir. Lisenziya alan Əsərə dair heç bir bu Lisenziyanın şərtlərini və ya bu Lisenziyaya əsasən Əsəri alanın hüquqlarından istifadə etmək imkanlarını məhdudlaşdıran şərt qoya və ya təklif edə bilməz. Lisenziya alan Əsərə əlavə lisenziya verə bilməz. Lisenziya alan bu Lisenziyaya aid bütün qeydləri saxlamalıdır və hər Yaydığı və ya Kütləvi Şəkildə İfa etdiyi Əsərə dair verilən zəmanətdən imtina edə bilməz. Əsəri Yaydığı və ya Kütləvi Şəkildə İfa etdiyi zaman Əsəri alanın bu Lisenziyaya əsasən əldə etdiyi hüquqlarında istifadə etmək imkanlarını məhdudlaşdıran heç bir texnoloji meyar qoya bilməz. Bu Bölmə 4(a) Əsəri Toplunun bir hissəsi kimi nəzərə alır, lakin buna görə Toplunun Əsərdən ayrı olaraq Lisenziya subyekti olmağı tələb olunmur. Lisenziya alan Toplu yaradırsa, Lisenziya verənə xəbərdarlıq etdikdən sonra Lisenziya alan, tələb olunarsa, 4(d) bölməsində göstərilən qeydləri Topludan çıxarmalıdır.
-
Lisenziya alan hər hansı bir Törəmə Əsəri yalnız aşağıda göstərilən şərtlərlə Yaya və ya Kütləvi Şəkildə İfa edə Bilər: (İ) bu Lisenziyanın şərtləri; (İİ) bu Lisenziyada olan eyni Lisenziya Elementləri ilə olan bu Lisenziyanın daha sonrakı versiyaları; (İİİ) bu Lisenziyada olan eyni Lisenziya Elementləri ilə (Unported) Kreativ Kommons lisenziyası və ya Kreativ Kommons şirkətinin yurisdiksiyasına aid Lisenziya (bu və ya daha sonrakı lisenziya versiyaları) (yəni Müəllifliyin müəyyən edilməsi - qeyri-kommersiya - bərabərhüquqlu 3.0 (Unported)) (“Tətbiqedilən Lisenziya”).
Lisenziya alan Yaydığınız və ya Kütləvi Şəkildə İfa etdiyiniz hər Törəmə Əsərə Tətbiqedilən Müqavilənin (Lisenziyanın) surətini və onun üçün internet ünvanının əlavə etməlidir. Lisenziya alan Törəmə Əsərə dair heç bir Tətbiqedilən Müqavilənin (Lisenziyanın) şərtlərini və ya Tətbiqedilən Müqaviləyə (Lisenziyaya) əsasən Törəmə Əsəri alanın hüquqlarından istifadə etmək imkanlarını məhdudlaşdıran şərt qoya və ya təklif edə bilməz. Lisenziya alan Tətbiqedilən Müqaviləyə (Lisenziyaya) aid bütün qeydləri saxlamalıdır və hər Yaydığı və ya Kütləvi Şəkildə İfa etdiyi Törəmə Əsərə dair verilən zəmanətdən imtina edə bilməz. Törəmə Əsəri Yaydığı və ya Kütləvi Şəkildə İfa etdiyi zaman Törəmə Əsəri alanın Tətbiqedilən Müqaviləyə (Lisenziyaya) əsasən əldə etdiyi hüquqlarında istifadə etmək imkanlarını məhdudlaşdıran heç bir texnoloji meyar qoya bilməz. Bu Bölmə 4(b) Törəmə Əsəri Toplunun bir hissəsi kimi nəzərə alır, lakin buna görə Toplunun Törəmə Əsərdən ayrı olaraq Tətbiqedilən Müqavilə (Lisenziya) subyekti olmağı tələb olunmur. - Yuxarıda göstərilən 3-cü Bölmədə Lisenziya alana verilən heç bir hüquqdan kommersiya məqsədi ilə və ya şəxsi pul mükafatı almaq niyyəti ilə istifadə edə bilməz. Bü Əsərin digər müəlliflik və əlaqəli hüquqları qorunan əsərlərə hər hansı formada dəyişdirilməsi (mübadiləsi) kommersiya məqsədi ilə və ya şəxsi pul mükafatı almaq məqsədi ilə istifadə ayıla bilməz, ona görə ki, bürada müəlliflik və əlaqəli hüquqları qorunan əsərlərin mübadiləsinə aid heç bir pul mükafatının verilməsi nəzərdə tutulmayıb.
-
Lisenziya alan Əsəri ya Törəmə Əsəri və ya Toplunu Yayır və ya Kütləvi surətdə İfa edirsə Lisenziya alan, 4 (a) bölməsinə uyğun tələb edilməyibsə, müəlliflik və əlaqəli hüquqlarına aid istifadə etdiyi daşıyıcı və ya vasitələrə uyğun bütün qeydləri saxlamalıdır:
(i) Əsl Müəllifin və ya Əlaqəli Hüquq Sahibinin adının (psevdonim də ola bilər) varsa, və/və ya Əsl Müəllif, Əlaqəli Hüquq Sahibi və/və ya Lisenziya verən digər tərəfi və ya tərəflərin (yəni sponsor təşkilat, nəşriyyat, jurnal) qeyd olunması üçün göstərdikdə (“Qeyd olunan Tərəflər”) Lisenziya verənin müəllif hüquqlarına dair qeydində göstərilməsi; (İİ) Əsərin adı təmin edilirsə; (İİİ) Lisenziya verənin Əsərlə əlaqələndirdiyi və istifadə olunan internet ünvanı, bu cür internet ünvanı müəllif hüquqlarına dair qeydlərə və ya Əsərlə əlaqədar lisenziyalaşma məlumatlarına aid olmadığı hallar istisna olmaqla; və (İV) 3(b) Bölməsinə əsasən, Törəmə Əsər olduqda Əsərin Törəmə Əsərdə istifadə olunduğunu bildirən qeyd (məsələn,”Orijinal Müəllifin və ya Əlaqəli Hüquq Sahibinin Əsərinin Fransız dilinə tərcüməsi”, və ya “Orijinal Müəllifin və ya Əlaqəli Hüquq Sahibinin Orijinal Əsərini üzərində qurulmuş ssenari”). 4(d) Bölməsinin tələb etdiyi qeyd hər bir uyğun formada edilə bilər, lakin Törəmə Əsərya və ya Topluya qeyd edilərkən bütün müəlliflər barədə edilən qeydlər eyni formada olunmalıdır. Şübhə yaranmaması üçün Lisenziya alan bu Müqaviləyə (Lisenziyaya) dair hüquqlarınızdan istifadə edərək yalnız bu Bölmədə göstərilən qeydlərdən istifadə edə bilər. Lisenziya alan Orijinal Müəllifin və ya Əlaqəli Hüquq Sahibinin, Lisenziya verənin və /və ya digər qeyd olunan tərəfin əvvəlcədən yazılı icazəsi olmadan Orijinal Müəllifin və ya Əlaqəli Hüquq Sahibinin, Lisenziya verənin və /və ya Digər Qeyd Olunan Tərəfin hər hansı sponsorluqla əlaqəsini göstərə bilməz. -
Şübhə yaranmaması üçün:
Yuxarıda göstərilən məhdudiyyətlər əsərin bu lisenziyadaki “Əsər” anlayışına aid olan hissələrinə tətbiq edilmir, ona görə ki, milli ganunvericiliyə əsasən onlar müstəsna məlumat bazası hüququnun meyarlarına uyğundurlar. - Müəllifin və İfaçının Mənəvi hüquqlar tətbiqedilən qanunvericiliyə əsasən imtina edilməz olduğuna görə toxunulmaz olaraq qalır.
-
Şübhə yaranmaması üçün:
Könüllü Lisenziya Sxemləri. Lisenziya verən fərdi olaraq və ya müəllif honorarlarını toplayan könüllü lisenziyalaşma sxemlərindən istifadə edən təşkilatın üzvü olaraq Lisenziya alanın bu Müqavilə (Lisenziya) əsasənda əsərdən istifadəsinə görə müəllif honorarlarını toplamaq hüququndan imtina edir, və bu Bölmə 4(b) də göstərilən qeyri-kommersiya məqsədlərindən fərqli məqsəd və ya istifadə üçündür.
5. Nümayəndəlik və zəmanət
Lisenziya verən təmsilçilik edir və zəmanət verir ki:
- Bu Müqavilənin (Lisenziyanın) həyata keçirilməsi Lisenziya verənin iqtidarındadır və heç bir qanunvericlik aktı ilə ziddiyət təşkil etmir
- Lisenziya verən əsər üzərində müqavilə ilə verilən bütün hüquqlara sahiblik hüququ vardır və bu hüquqları həyata keçirmək üçün heç bir hüquqi əngəl yoxdur.
6. Öhdəliyin məhdudlaşdırılması
TƏTBİQEDİLƏN QANUNVERİCİLİKDƏ TƏLƏB OLUNDUĞU HALLAR İSİSNA OLMAQLA, HEÇ BİR HALDA LİSENZİYA VERƏN SİZİN QARŞINIZDA BU LİSENZİYADAN VƏ YA ƏSƏRİN İSTİFADƏSİNDƏN İRƏLİ GƏLƏN HÜQUQİ NƏZƏRİ CƏHƏTDƏN HEÇ BİR XÜSUSİ, TƏSADÜFİ, VƏ YA HƏR HANSI SƏBƏBDƏN YARANAN NÜMUNƏVİ VƏ YA CƏZALANDIRICI ZƏRƏRƏ (QƏSDƏN ZIYAN VURMA ISTISNA OLMAQLA) GÖRƏ MƏSULİYYƏT DAŞIMAYACAQ, HƏTTA LİSENZİYA VERƏNƏ BU CÜR ZƏRƏRİN EHTİMAL EDİLDİYİ BARƏDƏ MƏSLƏHƏT VERİLDİKDƏ BELƏ.
7. Xitam
- Bu Müqavilə (Lisenziya) və ona əsasən verilən hüquqlara Lisenziya alan tərəfindən Lisenziyanın şərtləri pozulduqda avtomatik olaraq xitam veriləcək. 1, 2, 5, 6, 7, və 8-ci Bölmələr bu Lisenziyanın ləğv edildiyi hər bir halda qüvvədə qalacaqlar.
- Yuxarıda göstərilən şərtlərə uyğun olaraq burada verilən lisenziya daimidir (Əsərə tətbiqedilən müəllif hüquqlarının müddətinə). Yuxarıda göstərilənlərə baxmayaraq, Lisenziya verən Əsəri müxtəlif lisenziya şərtlərinə uyğun olaraq verə və ya hər bir zaman yayılmasını dayandıra bilər; lakin hər belə sechim bu Müqaviləni (Lisenziyanı) (və ya bu Müqavilənin (Lisenziyanın) şərtlərinə uyğun olaraq verilməli olan hər hansı başqa lisenziyanı) ləğv etməyəcək, və bu Müqavilə (Lisenziya) yuxarıda göstərildiyi kimi xitam verilməyənə qədər tam qüvvəsi ilə davam edəcək.
8. Digər məsələlər
- Hər dəfə Əsəri və ya Toplunu Yayanda və ya Kütləvi şəkildə İfa etdikdə müəllif istifadəçiyə verdiyi şərtlərlə Əsərə müəlliflik hüququ verir.
- Hər dəfə törəmə əsəri və ya Toplumu Yayanda və ya Kütləvi şəkildə İfa etdikdə müəllif istifadəçiyə verdiyi şərtlərlə orijinal Əsərə müəlliflik hüququ verir.
- Bu Müqavilənin (Lisenziyanın) hər hansı müddəası yararsız və ya tətbiq edilən qanunvericilik çərçivəsində yerinə yetirilməsi mümkun deyilsə, bu müqavilənin digər şərtlərinin qüvvədə olmasına təsir etməməlidir, və bu müqavilənin tərəfləri növbəti hərəkəti etmədən bu cür müddəa mümkün qədər dəyişdirilməlidir ki, yararlı və icra edilən olsun.
- Bu Müqavilənin (Lisenziyanın) heç bir şərti və ya müddəasından üzürsüz səbəbdən imtina etmək və ya onu pozmaq olmaz. Bu cür imtina yalnız yazılı surətdə və buna cavabdeh tərəfin imzası ilə həyata keçirilməlidir.
- Bu Müqavilə (Lisenziya) burada icazə verilən Əsərə dair tərəflərin razılığını ehtiva edən müqavilədir. Burada göstərilməyən Əsərə dair bu müqavilədə heç bir anlaşma, razılıq və ya bəyanatlar yoxdur. Müəlliflik hüquqlarını verən heç bir əlavə müddəalara öhdəlik daşımır. Bu müqavilə müəlliflik hüququ verənin və istifadəçi arasında qarşılıqlı yazılı razılaşma olmadan dəyişdirilə bilməz.
Kreativ Kommons şirkətinin Qeydi
Kreativ Kommons bu Müqaviləyə (Lisenziyaya) tərəf deyil, və Əsərə dair heç bir zəmanət vermir. Kreativ Kommons Lisenziya alanın və ya hər hansı digər tərəf qarşısında bu lisenziyayadan irəli gələn heç bir xüsusi, təsadüfi, və ya hər hansı səbəbdən yaranan zərərə görə məsuliyyət daşımayacaq. Yuxarıdakı iki (2) cümləyə baxmayaraq, Kreativ Kommons şirkəti nə zaman özünü Lisenziya verən kimi göstərərsə və Lisenziya verənin bütün hüquq və öhdəliklərinə malik olmalıdır.
Məhdud şəkildə ictimaiyyətə Əsərin CCPL vasitəsi ilə lisenziyalaşdırıldığını bildirmək məqsədi istisna olmaqla, Kreativ Kommons şirkəti onun əvvəlcədən yazılı razılığı olmadan heç bir tərəfin onun adından “Creative Commons” əmtəə nişanı kimi və ya hər hansı oxşar əmtəə nişanı və ya Kreativ Kommons şirkətinin loqotipindən istifadə etməsinə razılıq vermir. Hər bir icazə verilən istifadə Kreativ Kommons Şirkətinin internet səhifəsində və ya tələb olunan zaman verilən cari əmtəə nişanından istifadə qaydalarına uyğun edilməlidir. Şübhə yaranmaması üçün, bu əmtəə nişanına dair məhdudiyyət bu Müqavilənin (Lisenziyanın) bir hissəsi deyil.
Kreativ Kommons şirkəti ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar https://creativecommons.org/ .
Creative Commons haqqında
Creative Commons is not a party to its public licenses. Notwithstanding, Creative Commons may elect to apply one of its public licenses to material it publishes and in those instances will be considered the "Licensor." The text of the Creative Commons public licenses is dedicated to the public domain under the CC0 Public Domain Dedication . Except for the limited purpose of indicating that material is shared under a Creative Commons public license or as otherwise permitted by the Creative Commons policies published at creativecommons.org/policies , Creative Commons does not authorize the use of the trademark "Creative Commons" or any other trademark or logo of Creative Commons without its prior written consent including, without limitation, in connection with any unauthorized modifications to any of its public licenses or any other arrangements, understandings, or agreements concerning use of licensed material. For the avoidance of doubt, this paragraph does not form part of the public licenses.
Creative Commons ilə creativecommons.org ünvanında əlaqə saxlamaq olar.
Creative Commons, yaradıcılara işlərini paylaşmağa imkan verən açıq lisenziyaların və digər hüquqi vasitələri yaradıcısı olan qeyri-kommersiya təşkilatıdır. Hüquqi alətlərimizdən istifadə etmək pulsuzdur.