Zəmilərdə dairələr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
1678-ci ildə yazılmış "Otbiçən şeytan" pamfleti

Zəmilərdə dairələr — yastılanmış bitkilər vasitəsilə zəmilərdə dairə, halqa və digər həndəsi fiqurlar formasında şəkillərin əmələ gəlməsini ifadə edən termin. Bu şəkillər kiçik və ya tam şəkildə təyyarədən görünə biləcək qədər böyük olurlar.

Zəmilərdə dairələrin dəqiq yaranma tarixi məlum olmasa da, 1970-ci illərdən başlayaraq bu haqda rəsmi qeydlər artmağa başlamışdır. XX əsrin son 30 illiyində 26 ölkədə 10 minə yaxın bu cür hal qeydə alınmışdır ki, bunun da 90%-i İngiltərənin cənubuna təsadüf edir. Dairələr adətən gecələr yaranır, lakin gündüzlər yaradılmış dairələrə də rast gəlinir. İnsanlar tərəfindən yaradılan dairələrin hazırlanması zamanı əsasən bir ucu dayaq nöqtəsinə, digər ucu isə bitkiləri yastılamaq üçün istifadə edilən lövhəyə bərkidilmiş ipdən istifadə edilir.

Bəzi dairələr müxtəlif şirkətlər tərəfindən reklam məqsədilə sifarişlə hazırlanır.[1]

Zəmilərdə dairələrin ölçüləri 5–220 metr arasında dəyişir. Hətta ən böyüyünün uzunluğu 280-ə metrə çatır və 10 min kvadrat metr ərazini əhatə edir. İngiltərənin Stounhenc bölgəsi bu çevrələrin vətəni kimi tanınsa da, dünyanın demək olar ki, bir çox ölkəsində bu işarələrə rast gəlinib. Onlara əsasən, İngiltərə, Rusiya, Kanada, Almaniyada rast gəlinir. İlk meydana gəldikləri dövrdə işarələrin sadə olmaqlarına baxmayaraq, indiki dövrdəki "zəmilərdə dairələr" riyazi baxımdan qüsursuz qrafikləri özündə birləşdirən spirallar şəklində ortaya çıxırlar. Şəkillər zamanla həndəsi, riyazi və qrafiki baxımdan mürəkkəbləşmişdir.

Zəmilərdə dairələrin xüsusi cəhəti odur ki, bitkilər yerə yatmış vəziyyətdədir, yerdən 1 qarış yüksəklikdədir, onlar qətiyyən qırılmamışdır və bu halda böyüməyə də davam edə bilirlər. Bu fakt dairələrin insanlar tərəfindən düzəldilmədiyinə sübut kimi göstərilir, çünki insanların düzəltdiyi çevrələrdə riyazi xətaların sayı çox olmaqla yanaşı, bitkilər də qırılmış, zədələnmiş olurlar. Bəzi dairələrdə isə bitkilər inanılmaz nizamla hörülmüşdür.

Zəmilərdə dairələrin keçmişi 1670-ci illərədək uzansa da, varlıqlarına aid sübutlar son zamanlarda əldə edilməyə başlamışdır. Qeydə alınan ilk dairə 1966-cı ildə İngiltərənin Hertfordşir qəsəbəsi sakinləri tərəfindən görülmüşdür. 1972-ci ildə Vorminster bölgəsində əvvəlcə bir uçan naməlum obyekt (UNO) görülmüş, daha sonra buğda tarlasında əsrarəngiz şəkillər tapılmışdır.

1976-cı ildə Langenburqlu Edvin Fur, tarlası üzərində uçan qübbə şəkilli obyektlər görmüş, elə o gecə, tarlasını araşdırarkən burada 4 dairə ilə rastlaşmışdır. 3 gün ərzində o UNO-ları görmüş və dairələrin sayı da müvafiq olaraq artmış, 7-yə çatmışdır.

1994-cü ildə Stounhencin üzərində uçan və yerdə qeyri-adi heç nəyə rast gəlməmiş olan bir pilot təxminən 45 dəqiqə sonra eyni yerdən keçərkən Stounhencin cənubunda olduqca geniş və həndəsi baxımdan qüsursuz, qrafika baxımdan əsrarəngiz bir dairənin ortaya çıxdığını görmüşdür. Birdən-birə ortaya çıxan 134 metrlik bu "əsər" bunun insan gücü və qabiliyyəti tərəfindən yaradılması ehtimalını olduqca zəiflətsə də, bəzi qruplar tərəfindən gecələr belə çevrələrin yaradılması cəhdinin aşkarlanması insanlarda suallar doğurur.

  1. "Peşəkar zəmilərdə dairə yaratma komandası". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]