Zökəm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zökəm
Rinovirus zökəm törədən əsas virusdur.
Rinovirus zökəm törədən əsas virusdur.
XBT-10 J00., J31.1
XBT-10-KM J00
XBT-9 460
XBT-9-KM 460[1][2]
DiseasesDB 31088
MedlinePlus 000678
eMedicine aaem/118 med/2339
MeSH D003139
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zökəm və ya tumov, Burun selikli qişasının iltihabıdır.

  • Xəstəlik iki formada keçir: xroniki və kəskin.

Kəskin zökəm

[redaktə | mənbəni redaktə et]

Xəstəlik öz-özünə və ya bəzi infeksiyalardan yaranır. Kataral zökəm soyuqdəymə nəticəsində orqanizmdə immunitetin zəifləməsi ilə burun səthində mikrobların aktivləşməsi ilə başlayır. Travmatik zökəm isə selikli qişanın yad cisimlərlə zədələnməsi ilə əlaqədardır. Bir sıra hallarda ətraf mühit amilləri (toz, kömür, metal, qaz hissəcikləri) də təsir edir. Kataral zökəm qəfil başlayır və hər iki burun dəliyində, travmatik zökəm isə burun dəliyinin birində keçir. Xəstəlik burunda qaşınma, yanğı, quruluq, asqırma ilə başlayır. Hərarət 38–39 dərəcə qalxır, ümumi zəiflik, başağrısı, üşütmə əlamətləri baş verir. Burunla nəfəsalma çətinləşir. Dad, iy bilmə hissiyyatı itir. Burundan amiak və xleorid natriy tərkibli şəffaf maye axır. Bu üzdən burun qıcıqlanır, burun ətrafı dodaqüstü dəri qızarır və şişir. Burundan seliz axını gücləndikdən sonra xəstəliyin birinci mərhələsi simptomları — burunda quruluq, gicişmə yox olur. Əvəzində göz sulanması, bəzən konyuktivit, ağır nəfəsalma, asqırıq, qulaqlarda küy güclənir. Xəstəliyin 4–5 günlərində irinli sliz axını başlayır. Bu xəstəliyin kluminasiya mərhələsinə keçdiyini göstərir. Burunda kiçik kapilyarlar zədələndiyinə görə ifrazat qanlı olur. Sonrakı günlər ifrazat azalır, nəfəs və dad hissiyyatı normallaşır və xəstəlik başladığından 8–14 gün sonra zökəm keçir. Burunun selikli qişasının iltihabı bəzən nəfəs yollarına, eşitmə yollarına da keçə bilir.

  • Müalicəsi: Xəstə isti otaqda yerləşdirilməli, qida və ifrazat nəzarətdə olmalıdır. Burun tutulması zamanı güclə nəfəs almaq, burun yollarını var gücü ilə təmizləmək olmaz. Adrenalin, naftizan, qlozamin və sair damcılar, fizioterapiya, həmçinin sulfanilamid dərmanlarının tozunu buruna üfürtmək, moruq və ya bal ilə tərlədici çaylar içmək, ayaqlara isti vanna, dabanların balzamla ovxalanması, massaj yaxşı kömək edir. İsti ayaq vannalarından sonra 1 stəkan isti çay içib, 1 həb aspirin qəbul etdikdən sonra isti yorğana bürünüb yatağa uzanmaq lazımdır.

Xroniki zökəm

[redaktə | mənbəni redaktə et]

Xroniki zökəmin allergik, adi, hipertrofik, atrofik növləri var. Xroniki zökəmə burun arakəsmələrindəki deffektlər, udlaq, ağciyər bronxial və immun sistemi pozğunluqları səbəb olur. Allergik zökəm mövsümi və ya daimi olur. Əsas simptomları asqırma, burun, ağız boşluğunda gicişmə ilə keçir. Allergik forma zamanı individual olaraq orqanizmə qıcıqlandırıcı təsirləri, məsələn, yun xalça, ev heyvanları, toz və ya allergiya yaradan qidaları kənarlaşdırmaq. Damaryığan və antiqistalin (dimedrol, sulfastin, diazolin və s), harmonal (prednizon, prednizalol və s) həblər qəbul edilir. Həmçinin vitamin və kalsi qəbulu da vacibdir. Əsəb sistemi zəifləyən xəstələrə iynəbatırma üsulu müsbət təsir göstərir. Gündəlik idmanla məşğul olmaq, təmiz hava, su prosedurları orqanizmi möhkəmləndirir, xəstəliklərə qarşı müqaviməti artırır.

  • Zökəm və yuxarı tənəffüs yollarının xəstəliyi zamanı soğanı sürtgəcdən keçirib üstünə qaynar su tökün. 5 dəqiqə müddətində onun buxarı ilə nəfəs alın. Bunu gündə 3–4 dəfə təkrar edin.
  • Yaşıl reyhanı iyləmək, kətan çöpünü yandırmaq və başı onun tüstüsünə vermək zökəm üçün yaxşı dərmandır.
  • Baqulnik (yarpaqlar) – 1 xörək qaşığı, zeytun (yaxud günəbaxan) yağı – 100 q. Yağı baqulnikin xırdalanmış yarpaqları ilə qarışdıraraq 21 gün qaranlıq yerdə dəmə qoymaq hər gün onu çalxalamaq süzmək və sıxmaq lazımdır. Hər bir burun dəliyinə 2–3 damcı damızdırırlar. Birinci gün 3 dəfə, sonralar — gündə 1 damcı 3–4 dəfə. Müalicə 1 həftədən çox davam etməməlidir.

Tibb Universitetinin Kliniki Farmokologiya Kafedrasının assistenti, tibb elmləri namizədi Arzu Bəydəmirova nın sözlərinə görə, zökəm, yuxarı tənəffüs yollarının iltihabı kimi problemlərlə bağlı onlara edilən müraciətlər çoxalıb: "Müraciət edən insanların 30–45 faizi bu cür xəstələrdir". O bildirib ki, payızda ətraf mühitin temperaturu kəskin düşür, bədənin temperaturu isə buna uyğun olmadığından xəstələnmə halları çoxalır: "Əgər xəstədə yüksək temperatur varsa, burun suyu axırsa, angina varsa, yubanmadan həkimə müraciət etmək lazımdır".

Əllərin tez-tez yuyulması, o cümlədən sabunla yuyulması və maskalar taxılması infeksiyanın qarşısını almaq baxımından soyuqdəymə üçün yaxşı profilaktika ola bilər. Eyni zamanda, maskaların mümkün qədər tez-tez dəyişdirilməsi tövsiyə olunur. Müxtəlif tədqiqatların təhlili göstərdi ki, ən azı əllərin yuyulması həm sağlam insanlarda yoluxma riskini, həm də artıq xəstə insanlarda xəstəliklərin yayılması riskini azaldır.[3] Həmçinin, mümkün qədər sağlam insanlara xəstə insanların yanında olmamaq, xəstə insanlara isə sağlam insanların yanında olmamaq tövsiyə olunur.

Əsas yoluxma yolları burun və gözlərdən keçir, ona görə də həm sağlam, həm də xəstə insanlara göz və buruna toxunmamağa çalışmaq tövsiyə olunur.[4] Şəxsi gigiyena vasitələri və dəsmal və ya kupa kimi məişət əşyalarını xəstələrlə paylaşmamaq tövsiyə olunur. Həm də otaqları daha tez-tez havalandırmaq (yaşayış yerlərində optimal temperatur 20–22 ° C-dir) və nəm təmizləmə aparmaq tövsiyə olunur.[5] Əgər təmas baş verərsə, infeksiyanın qarşısını almaq üçün boğazınızı və burnunuzu salinlə yuya bilərsiniz. Burun və boğazı yuyarkən, izdihamlı bir yerdən dərhal sonra hüceyrələrə sızmağa vaxt tapmamış viral hissəciklərin hissəciklərini mexaniki şəkildə çıxarmaq, yumaq mümkündür (nə qədər tez olması barədə dəqiq məlumat yoxdur. giriş baş verir).

Bundan əlavə, zəif yuxu və stress səbəbindən xəstələnmə riski artır. Tədqiqatlar göstərir ki, riski minimuma endirmək üçün gündə ən azı 8 saat yuxu arzu edilir, hər hansı bir yuxu pozğunluğu riski artırır.[6]

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. "Prevention and treatment of the common cold: making sense of the evidence" (PDF). cmaj.ca. 2022-08-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-23.
  4. "The Common Cold" (PDF). idph.iowa.gov. 2022-06-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-23.
  5. "Approach to Common Cold in Children" (PDF). cms.galenos.com.tr. 2021-09-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-23.
  6. "Sleep Habits and Susceptibility to the Common Cold" (PDF). ncbi.nlm.nih.gov. 2022-08-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-23.