Yeni Lissabon Universiteti
Yeni Lissabon Universiteti | |
---|---|
38°43′48″ şm. e. 9°09′36″ q. u.HGYO | |
Əsası qoyulub | 1973 |
Tip | Dövlət universiteti |
Ölkə | |
Sayt | unl.pt |
Vikianbarda əlaqəli mediafayllar |
Yeni Lissabon Universiteti (port. Universidade Nova de Lisboa) — Portuqaliyanın paytaxtı olan Lissabon şəhərində yerləşən dövlət universitetidir. 1973-cü ildə yaradılmış olan universitet Lissabondakı 3 universitetdən ən yenisidir.
2018-ci ilin məlumatlarına əsasən 20.077 tələbəsi olan universitetdə 5 fakültə və 4 institut fəaliyyət göstərir. Universitet Lissabonun müxtəlif ərazilərinə səpələnmiş müxtəlif kampuslarda təhsil verir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yeni Lissabon Universiteti 1973-cü ildə təsis edilmiş və Lissabon metropoliten ərazisində fəaliyyət göstərən ən yeni dövlət universitetidir. Bu universitetin Lissabon, Almade, Oeiraşe və Kaşkaişedə tədris bölmələri fəaliyyət göstərir.
Universitet Portuqaliyada və xüsusilə Lissabonda müntəzəm olaraq ali təhsilə artan tələbata cavab olaraq yaradılmışdır. Universitet yarandığı ilk illərdə magistratura və mütəxəssis proqramlarına diqqət yetirdiyi halda, 1977-ci ildən etibarən tədris proqramlarını və tədqiqat işlərini genişləndirməyə başlamışdır.
Yeni Lissabon Universitetinin strukturu Akademik Bölmələrin hər birinin böyük muxtariyyətə malik olduğu şöbə və fənlərarası modelə müvafiq formada təşkil edilmişdir.
Fakültələr
[redaktə | mənbəni redaktə et]Yeni Lissabon Universiteti hər biri böyük muxtariyyətə malik olan doqquz akademik bölməyə ayrılmışdır. Bunlar aşağıdakılardır:
- Elmlər və texnologiyalar fakültəsi (ing. Sciences and technology)
- Sosial və humanitar elmlər fakültəsi
- Tibb elmləri fakültəsi
- Hüquq fakültəsi
- İqtisadiyyat və idarəetmə fakültəsi
- Statistika və məlumatların idarə edilməsi
- Xalq sağlamlığı (ing. Public health)
- Gigiyena və tropik təbabət (ing. Hygiene and tropical medicine)
- Kimyəvi və bioloji texnologiya (ing. Chemical and biological technology)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Directory of Open Access Journals. 2003.