Yaqub Şinkieviç
Yaqub Şinkieviç | |
---|---|
Polyakca: Jakub Szynkiewicz | |
Doğum tarixi | 16 aprel 1884[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1 noyabr 1966[1] (82 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı |
Rusiya İmperiyası Polşa Respublikası ABŞ |
Milliyyəti | Lipka tatarı |
Dini | Sünni İslam |
İxtisası | Şərqşünas |
Təhsili |
Peterburq Universiteti Berlin Universiteti |
Fəaliyyəti | mufti, fəlsəfə doktoru |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaqub Şinkieviç (16 aprel 1884[1], Lyaxoviçi[d], Minsk quberniyası[d] – 1 noyabr 1966[1], Vaterburi[d]) — şərqşünaslıq üzrə fəlsəfə doktoru, 1925-ci ildə yenicə müstəqil olmuş Polşanın seçilmiş ilk müftisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yaqub Şinkieviç 1884-cü ilin 16 aprelində Lyaxavişi bölgəsində anadan olmuşdur. Bu bölgə o dövrdə Rusiya imperiyasının Minsk quberniyasına tabe idi. Lyaxavişi 1921-ci ildən 1939-cu ilə qədər Polşanın bir parçası olmuşdur. Hal-hazırda isə Belarusa məxsusdur.
Tatar ailəsində doğulan Yaqub Şinkieviç Süleyman və Fatma adlı şəxslərin övladıdır.[2] Ailədə bir qardaşı və bir bacısı olmuşdur. Qardaşı Mustafa Şinkieviç Lipka Tatarları Cəmiyyətinin (polyakca: Związek Tatarów Litewskich) rəhbəri olmuşdur.[2] Bacısının adı Əminədir.[2]
1904-cü ildə Minsk Ali Məktəbini bitirmişdir.[2] Daha sonra ilk öncə mühəndislik sahəsində təhsil alsa da, 1907-ci ildə Peterburq şəhərinə şərqşünaslıq sahəsində təhsil almağa yollanmışdır.[2] 1925-ci ildə Berlin Universitetində öz doktorantura mövzusunu alman dilində müdafiə edərək fəlsəfə doktoru elmi adını almışdır.[3] Elə həmin ilin 25 oktyabrında bütün Polşa müsəlmanlarının müftisi seçilmişdir. Bu qurumun mərkəzi Vilnüs şəhərində yerləşirdi.
O, fəaliyyəti dövründə Qurandan bir çox ayəni ərəbcədən polyak dilinə tərcümə etmişdir. Onun bu tərcümələri 1935-ci ildə "Wersety z Koranu" adı altında nəşr edilmişdir.[4] Onun rəhbərliyi dövründə bu qurum bir çox müsəlman dünaysı dövltələri ilə əlaqə yarada bilmişdi. Belə dövlətlərə misal olaraq Hindistanı, Fələstini, Misir və digərlərini göstərmək olar. Müfti Şinkieviç 1926-cı ildə Qahirədə keçirilən konqresə də qatılmışdır. 1935-ci ildə təşkil edilən Avropa Müsəlmanları Konqresi zamanı Şinkieviç "ən görkəmli iştirakçılarından biri" kimi qeyd edilmişdir. Konqresin ən yadda qalan anlarından biri budur ki, Müfti Şinkieviç Napoli Şərqşünaslıq İnistitutunun rəhbəri Bernardo Barbiellini Amidey kürsü önünə çıxıb danışmaq istəyərkən Şinkieviç ondan hamının gözü qarşısında islamı qəbul etdiyini təstiqləmək üçün 3 dəfə şəhadət gətirməsini istəmişdir.[4]
O, həmçinin nisbətən yeni yaranmış respublika olan Polşanın 1936-cı ildə müsəlmanların hüquqi vəziyyətini tənzimləmək üçün hazırladığı qanun layihəsinə də nəzarət edib, rəy bildirirdi. Onun planlarından biri də Polşanın paytaxtı Varşava şəhərində məscid tikmək idi. Lakin Polşanın 1939-cu ildə Almaniya-Sovet İttifaqı blokunun ortaq işğalına məruz qalması bu planın yarımçıq qalmasına səbəb oldu.[4]
II Dünya müharibəsi və mühacirət
[redaktə | mənbəni redaktə et]İkinci Dünya müharibəsi zamanı o, almanların şərqə hücumunda müfti kimi xidmət etmişdir. 1944-cü ildə o, almanların xidmətindən çıxdı və kommunist Polşaya geri dönmək qərarına gəldi. Müharibə bitdikdən sonra isə Misirdə məskunlaşmaq qərarına gəldi və orada yaşamağa başladı. Lakin 1952-ci ildə sovetpərəst Camal Əbdül Nasirin hərbi çevrilişindən sonra Misiri də tərk etməyə məcbur oldu. ABŞ-a yollanan Şinkieviç Konnektikut ştatının Vaterburi bölgəsində məskunlaşdı. 1 noyabr 1966-cı ildə elə orada da vəfat etdi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #1042167737 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 4 5 Gąsiorowski, Stefan. Szynkiewicz Jakub // Polski Słownik Biograficzny. 50. Polska Akademia Nauk & Polska Akademia Umiejętności. 2015. 321.
- ↑ Schinkewitsch, Jakob: Rabghuzis Syntax. In: Mitteilungen d. Sem. f. Orient. Sprachen zu Berlin, Abt. II <Westasiat. Studien>. Jg. 29, Berlin, Phil. Diss. vom 10. Juni 1926. Berlin, Reichsdruckerei, 1926
- ↑ 1 2 3 "Swiss Exile: The European Muslim Congress, 1935 by Martin Kramer (from Islam Assembled)". 2009-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-26.