Xubilay xan

Vikipediya, azad ensiklopediya
(Xubilay səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Xubilay xan
monq. Хубилай хаан
çin. 忽必烈
Yuan dövründə Xubilay xanın portreti
Yuan dövründə Xubilay xanın portreti
5 may 1260 – 18 fevral 1294
ƏvvəlkiArıqbuğa xaqan
SonrakıTitul Yuan sülaləsinin hökmdarlarına keçdi
Yuan İmperiyasının banisi və ilk imperatoru
ƏvvəlkiDövlət quruldu
SonrakıTemür Xaqan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Xanbalıq, Yuan İmperiyası
Dəfn yeri
Fəaliyyəti hərbi qulluqçu
Atası Toluy xan
Anası Sörköktəni Bəgi
Ailəsi Borucigin
Dini Tibet buddizmi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xubilay xan (doğum adı Xubilay və ölümündən sonra isə Şizu) (23 sentyabr 1215[1][2][…], Böyük Monqol imperiyası18 fevral 1294[1][2][…], Xanbalıq, Yuan[3]) — Monqol İmperiyasının beşinci xaqanı (1260–1294) və Yuan sülaləsinin banisi.

Xubilay Toluy xanın 4-cü (Sörköktəni Bəgi ilə olan 2-ci) oğlu və Çingiz xanın nəvəsi idi. 1260-cı ildə böyük qardaşı Mengü xanın ölümündən sonra taxta çıxdı, ancaq o, kiçik qardaşı Arıq Buğanı 1264-cü ilə qədər davam edəm Monqolustan Vətəndaş Müharibəsində məğlub etməli oldu. Bu hadisə imperatorluğun dağılmasının başlanğıcı hesab edilir.[4] Xubilayın həqiqi qüdrəti ÇinəMonqolustana çatsa da, hələ də Elxanilər dövləti üzərində və az da olsa, Qızıl Ordu üzərində hakimiyyəti var idi.[5][6][7] Əgər Monqol imperiyası o dövr üçün vahid hesab edilsə idi, Xubilay xanın gücü Sakit okeandan Qara Dənizə Sibirdən müasir Əfqanıstana — dünyanın məskunlaşılmış torpaq ərazisinin beşdə birinə çatırdı.

1271-ci ildə Xubilay Yuan sülaləsinin əsasını qoydu. O, müasir Monqolustan, Çin, Koreya və bəzi qonşu əraziləri idarə edir və Çin imperatoru hesab edilirdi. 1279-cu ilə qədər Yuan qüvvələri Cənubi Sun sülaləsinin axırıncı müqavimətini qırdı və Xubilay imperatorluğu birləşdirən ilk Xan sülaləsinə mənsub olmayan şəxs oldu. Bundan başqa Xubilay 1260-cı ildən sonra yeni ərazilər işğal edən tək Monqol xanı oldu.[8]

Tuluy xan və Sorğağtani Bəki

Xubilay Toluy xanın 4-cü oğlu (Sörköktəni Bəgi olan ikinci oğlu) idi. Babası Çingiz xanın məsləhəti ilə Sorğağtani buddist tanqut qadını öz oğlunun dayəsi kimi seçdi və daha sonra Xubilay onu yüksək qiymətləndirdi. Xarəzmşahlar dövlətinin işğalından sonra evə gedən yolda Çingiz xan İli çayının yaxınlığında 1224-cü ildə baş verən ilk ovdan sonra nəvələri Mengü və Xubilay üçün mərasim təşkil elədi.[9] Doqquz yaşında olan Xubilay böyük qardaşı ilə birlikdə dovşan və antilop ovladı. Onun babası monqol ənənələrinə uyğun olaraq öldürülmüş heyvanlardan Xubilayın orta barmağına sürtdü.

Monqol-Çzin müharibəsindən sonra 1236-cı ildə Ögedey xan Hebey vilayətini (80 min insanla birlikdə) 1232-ci ildə ölmüş Tuluy xanın ailəsinə verdi. Xubilay 10 min insanın daxil olduğu öz malikanəsini aldı. O, təcrübəsiz olduğundan yerli məmurlara müstəqil idarəçilik verdi. Məmurlar arasındakı özbaşınalıq və soyğunçu vergi siyasəti çinli kəndlilərə qaçmağa məcbur etdi və bu da vergi gəlirlərini azaltdı. Xubilay cəld Hebeydəki mirasına gəldi və islahatlar keçirdi. Sorğağtani ona kömək etməsi üçün yeni məmurlar göndərdi və vergi qanunları yenidən işləndi. Bu səylər sayəsində getmiş insanların çoxu qayıtdı.

Xubilay xanın erkən həyatının ən əhəmiyyətli və ona həyatında ən təsir edən hissəsi onun həmin dövrün Çin mədəniyyətinə maraq göstərməsidir. Xubilay Şimali Çinin buddist monarxı Heyunu Monqolustandakı ordasına çağırdı. O, 1242-ci ildə Heyunla Qaraqorumda görüşəndə ondan buddizmin fəlsəfəsi barədə soruşdu. Heyun 1243-cü ildə doğulan Xubilayın oğlunu Çingim (mənası təmiz qızıl) adlandırdı.[10] Heyun Xubilayı əvvəl taoist və sonra buddist keşiş olmuş Liu Binqzonqla tanış elədi. Liu rəsam, xəttat, şair və riyaziyyatçı idi və Heyun müasir Pekindəki məbədinə qayıdanda Liu Xubilayın məsləhətçisi oldu.[11] Xubilay tezliklə alim Zao Bini də öz məiyyətinə daxil etdi.

Şimali Çinin işğalı

[redaktə | mənbəni redaktə et]
Gənc Xubilayın portreti, Xubilayın sarayındakı Nepal rəssamı Araniko

1251-ci ildə Xubilayın böyük qardaşı Mengü Monqol İmperiyasının xanı oldu. Mahmud Yalavac və Xubilay Çinə göndərildi. Xubilay şimali Çin üzərində Mengü xanın vitse-kralı olaraq hakimiyyəti qəbul etdi və öz ordasını Daxili Monqolustana köçürdü. Vitse-kral kimi hakimiyyəti zamanı Xubilay öz ərazisini yaxşı idarə elədi, Henan ərazisinin kənd təsərrüfatı məhsulatını artırdı və Sianı alandan sonra sosial məişət xərclərini artırdı. Belə hərəkətlər Çin sərkərdələrinin rəğbətinə səbəb oldu və Yuan sülaləsinin əsasının qoyulmasında vacib rol oynadı. 1252-ci ildə Xubilay Mahmud Yalavacı məhkəmə müzakirələri zamanı şübhəlilərin edamı üçün tənqid elədi və Zao Bi taxta qarşı saymaz hərəkətlərinə görə ona hücum etdi. Mengü xan Mahmud Yalavacı vəzifəsindən azad elədi.

1253-cü ildə Xubilaya Yunnan ərazisinə hücum etmək əmr edildi və Xubilay Dali krallığından tabe olmağı tələb etdi. Hakim Qao ailəsi müqavimət göstərdi və monqol elçilərini öldürdü. Monqollar qüvvələrini üç hissəyə böldülər. Ordunun bir qanadı şərqə — Siçuan hövzəsinə hərəkət elədi. Subutayın oğlu Uryanxadayın başçılığı altındakı ikinci hissə qərbi Siçuanın dağlarına tərəf olan çətin istiqaməti götürdü.[12] Xubilay isə otlaq ərazilər üzərindən cənuba getdi və ordunun birinci qanadı ilə görüşdü. Uryanxaday şimaldan göl kənarı boyunca gedərkən Xubilay paytaxt şəhər Dalini ələ keçirdi və elçilərinin qatillərindən başqa bütün sakinləri qorudu. Dalinin sonuncu kralı Duan Şinqzi Mengü xan tərəfindən yerli hakim olaraq təyin edildi; Duan ərazisində əsayiş komissarının yerləşdirilməsini qəbul etdi.[13] Xubilayın gedişindən sonra müəyyən fraksiyalar arasında iğtişaş başlandı. 1255-ci ildə və 1256-cı ildə Duan Şinqzi sarayda oldu və Mengüyə Yunnanın xəritələrini və təslim olmayan qəbilələrin məğlub edilməsi barədə məsləhətləri təklif elədi. Duan daha sonra monqol ordusuna bələdçilik və öncülük eləmək üçün böyük bir orduya rəhbərlik elədi. 1256-cı ilin sonuna qədər Uryanxaday Yunnanda tamamilə əmin-əmanlıq yaratdı.[14]

Xubilay Tibet keşişlərinin həkimlik bacarıqlarıma heyran idi. 1253-cü ildə o, Sakya məktəbindən Droqn Çöqyl Faqpanı öz məiyyətinin üzvü elədi. Xubilay 1254-cü ildə uyğur Layn Jijini (1231–1280) öz asayiş komissiyasının başçısı elədi. Xubilayın uğurlarına paxıllıq eləyən bəzi məmurlar dedilər ki, o, layiq olmadığı şeyləri əldə edir və Mengünün paytaxtı Qaraqorumla yarışacaq imperatorluq xəyalındadır. 1257-ci ildə Xubilayın məmurlarının təftiş edilməsi üçün Böyük Mengü xan iki vergi müfəttişi — Ələmdarı (Arıq Buğanın yaxın dostu və Şimali Çində hakim) və Liu Taypinqi göndərdi. Müfəttişlər səhv tapdılar, 142 qayda pozuntusunu siyahıya aldılar, çinli məmurları günahlandırdılar və bəzilərini edam elədilər. Xubilayın yeni asayiş komissiyası ləğv edildi.[15] Xubilay onun arvadları ilə elçilər göndərdi və daha sonra şəxsən Mengüyə müraciət elədi. Mengü kiçik qardaşını bağışladı və onunla barışdı.

Daoistlər buddist məbədlərinə yiyələnərək öz var-dövlətlərini və statuslarını əldə etdilər. Mengü daoistlərin buddizmi tənqid etmələrini dayandırmalarını tələb etdi və Xubilaya onun ərazisindəki buddistlər və daoistlər arasında olan mübarizəni dayandırmasını əmr etdi.[16] 1258-ci ilin əvvəllərində Xubilay daoist və buddist liderlər arasında bir müşavirə təşkil elədi. Müşavirədə daoistlərin iddiası rəsmi olaraq təkzib edildi və Xubilay zorla 237 daoist məbədi buddist məbədə çevirdi və daoist mətnlərin nüsxələrini məhv etdi.[17][18][19][20] Xubilay xan və Yuan sülaləsi buddizmi dəstəkləyirdilər, ancaq Cığatay xanlığı, Qızıl OrdaHülakülər dövləti müxtəlif vaxtlarda İslamı qəbul etdilər; Bərkə xan Xubilayla eyni dövrdə hökm sürmüş tək müsəlman idi (onun varisi İslamı qəbul etmədi).

1258-ci ildə Mengü Xubilaya Şərqi Ordunun komandanlığını verdi və ona Siçuan üzərinə olan hücümu dəstəkləməyi əmr etdi. Xubilay podaqradan əziyyət çəkdiyi üçün ona evdə qalmağa icazə verildi, ancaq o, Mengünü dəstəkləmək üçün hərəkət etdi. 1259-cu ildə Xubilay gəlməzdən əvvəl Mengünün ölməsi xəbəri gəldi. Xubilay qardaşının ölümünü gizli saxlamağa qərar verdi və Yanszı çayı yaxınlığındakı Vuhana hücum elədi. Xubilayın qüvvələri Vuçanqı mühasirəyə alanda Uryanxaday ona qoşuldu.[mənbə göstərin] Sun sülaləsinin naziri Cia Sidoa sülh üçün şərtləri təklif elədi. O, Yanszı çayının dövlətlər arasında sərhəd olmasına monqolların razılaşması əvəzində illik xərac olaraq 200 min tael gümüş və 200 min top ipək təklif elədi.[21] Xubilay əvvəlcə təklifi rədd etdi, ancaq sonra Cia Sidao ilə sülh razılaşmasına gəldi.

Hakimiyyətə gəlməsi və vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]
1260-cı ildə keçirilən Monqol qurultayında Xubilay xan tərəfdarları tərəfindən Böyük Xan seçilib. Moğol məktəbi

Xubilay arvadından qardaşı Arıq Buğanın ordu toplaması xəbərini aldı və şimala — Monqolustan ovalarına qayıtdı.[22] O, Monqolustana çatmazdan əvvvəl öyrəndi ki, paytaxt Qaraqorumda Arıq Buğa qurultay keçirib və Çingiz xanın nəslindən olan kəslərin bir çoxunun dəstəyi ilə Böyük Xan seçilib. Xubilay və onun dördüncü qardaşı Hülaku xan buna qarşı çıxdılar. Xubilayın çinlilərdən ibarət heyəti onun taxta çıxmasını dəstəklədi və Şimali Çindəki və Mancuriyadakı yüksək rütbəli şahzadələrin demək olar ki, hamısı onun namizədliyini dəstəklədi.[23] Öz ərazilərinə qayıdandan sonra Xubilay öz qurultayını çağırdı. Baxmayaraq ki iştirakçıların kiçik bir hissəsini Cuçi xanınkılar istisna olmaqla boruciginlərin nümayəndələri təşkil edirdi, ancaq hökmdar ailəsinin az bir hissəsi Xubilayın Böyük Xan tituluna olan iddiasını dəstəklədi. Arıq Buğanın qanuni iddiasına baxmayaraq, 15 aprel 1260-cı ildə qurultay Xubilayı Böyük Xan seçdi.

Bu Xubilay və Arıq Buğa arasında Monqolustan paytaxtının dağılması ilə nəticələnən müharibəyə səbəb oldu. Şensi və Siçuanda Mengünün ordusu Arıq Buğanı dəstəklədi. Layn Jijini Şensi və Siçuana göndərdi. Onlar burada Arıq Buğanın mülki idarəçisi Liu Taypinqi edam etdilər və digər generallar üzərində də qələbə qazandılar.[24] Cənub cəbhəsini qorumaq üçün Xubilay diplomatik həll tapmağa cəhd göstərdi və Hanczouya elçilər göndərdi, ancaq Cia vədini pozdu və onları həbs etdirdi.[25] Xubilay Cığatay xanlığına yeni xan kimi Abişqanı göndərdi. Arıq Buğa Abişqa, iki başqa şahzadə və 100 adamı ələ keçirdi. Çağatayın nəvəsi və Cağatayın ərazisinin xanı olan Alqu xan Arıq Buğanın tərəfində idi.

Böyük Xan titulu üçün Xubilayla müharibə etmiş Arıq Buğa

Arıq Buğa ilə Xubilay arasında olan ilk silahlı toqquşmada Arıq Buğa məğlub oldu və onun sərkərdəsi Ələmdar döyüşdə öldürüldü. Əvəz çıxmaq üçün Arıq Buğa Abişqanı edam etdi. Ögedey xanın oğlu Kadanın dəstəyi ilə Xubilay Qaraqoruma gedən qida təchizatını kəsdi. Qaraqoruma Xubilayın böyük ordusu tərəfindən ələ keçirildi, ancaq Xubilayın gedişindən sonra 1261-ci ildə Arıq Buğa tərəfindən yenidən işğal edildi. Yizu qubernatoru Li Tan 1262-ci ilin fevralında monqol hakimiyyətinə qarşı mübarizəyə başladı. Xubilay öz naziri Çi Tianze və Şi Şuya Li Tana hücum etməyi əmr etdi. İki ordu yalnız bir neçə ayda Li Tanın qiyamını yatırdı və Li Tan edam edildi. İki ordu həm də Li Tanın qaynatası Vanq Ventonqu edam etdi.

Arıq Buğanın hakimiyyətə gətirdiyi Cığatay xanı Alqu xan Xubilaya bağlılığını elan etdi və 1262-ci ildə Arıq Buğa tərəfindən göndərilən cəzalandırıcı ekspedisiyanı məğlub etdi. Elxanilər dövlətinin hökmdarı Hülaku xan Xubilayı dəstəklədi və Arıq Buğanı tənqid etdi. 21 avqust 1264-cü ildə Arıq Buğa Şanduda Xubilaya təslim oldu. Qərbi xanlıqların hökmdarları Xubilayın Monqolustanda qələbəsini və hökmdarlığını qəbul etdilər.[26] Xubilay onları yeni qurultaya yığanda Alqu xan etdiklərinin əvəzində Xubilaydan onun qeyri-leqal vəzifəsinin qəbul edilməsini tələb etdi. Hülaku xan və Qızıl Ordu hökmdarı Bərkə xan əvvəl Xubilayın dəvətini qəbul etdilər.[27][28] Ancaq tezliklə qurultayda iştirak etməkdən imtina etdilər. Xubilay Arıq Buğanın əsas tərəfdarlarını edam etdirsə də, Arıq Buğanı bağışladı. 1266-cı ildə Arıq Buğa həbsdə olarkən öldü[29] və bu da Xubilayın onu zəhərlədiyi haqqda fərziyyələrə səbəb oldu.[30]

Monqolların Böyük Xanı

[redaktə | mənbəni redaktə et]
Xubilay xanın ov zamanı çəkilmiş şəkli, Saray rəssamı Liu Quanda.

Hülaku xanın xidmətindəki üç Cuçi şahzadəsinin sirli ölümü, Bağdadın mühasirəsi və müharibə qənimətinin qeyri-bərabər şəkildə bölünməsi Elxanilərin Qızıl Ordu ilə əlaqələrini gərginləşdirdi. 1262-ci ildə Hülakunun Cuçi qoşunlarını tamamilə təmizləməsi və Arıq Buğaya qarşı müharibədə Xubilaya dəstəyi Qızıl Ordu ilə müharibəyə səbəb oldu. Xubilay Monqol İmperiyasının qərb ərazilərindəki siyasi böhranı stabilləşdirmək üçün 30 min gənc monqolla Hülakuya kömək etdi.[31] Hülaku xan 8 fevral 1265-ci ildə öləndə Bərkə Elxanilər dövlətini işğal etmək üçün Tiflisin yaxınlığına qədər gəldi, ancaq yolda vəfat etdi. Çığatay xanı Alqu xan da öldü. Öz ailə tarixinin yeni rəsmi versiyasında Xubilay Arıq Buğaya kömək göstərməsinə və Hülaku ilə müharibə aparmasına görə Bərkə xanın adını Qızıl Ordu dövlətinin xanı kimi yazmaqdan imtina etdi. Ancaq Cuçi xanın ailəsi qanuni ailə üzvləri kimi tanındı.[32]

Xubilay xan Abaqanı Elxanilər dövlətinin yeni xanı (itaətkar xan) olaraq təyin etdi və Batı xanın nəvəsi Məngu Teymuru Qızıl Ordu dövlətinin paytaxtı Saray Batudakı taxtla mükafatlandırdı.[33][34] Xubilayın nəslindən gələnlər Elxanilərin şərqdəki hakimiyyətini onların hakimiyyətlərinin sonuna qədər dəstəklədilər.[35][36] Həmçinin Xubilay öz adamı Baraqı Xubilay xanın icazəsini almadan 1265-ci ildə öz oğlu Mübarək Şahı hakimiyyətə gətirən Çığatay xanlığının kraliçası Oyrat tayfasından olan Orqananı devirmək üçün göndərdi. Ögedey xanın nəslindən olan şahzadə Kaydu Xubilay xanın sarayına gəlməkdən şəxsən imtina etdi. Xubilay Kayduya hücum etməsi üçün Baraqı şirnikləndirdi. Baraq öz ərazilərini şimala qədər genişləndirdi. 1266-cı ildə o, gücünü artırdı və Kayduya və Qızıl Orduya qarşı döyüşdü. Kaydu xan və Məngu Teymur birlikdə Xubilayı məğlub edəndə Baraq Ögedey sülaləsi və Qızıl Ordu ilə şərqdə Xubilay və qərbdə Abaqaya qarşı ittifaqa girdi. Bu zaman Məngu Teymur Xubilaya qarşı hər hansı birbağa hərbi ekspedisiyadan çəkindi. Qızıl Ordu Xubilaya Məngu Teymuru qiyamçı adlandıran Kaydunu məğlub etmək üçün lazım olam köməyi söz verdi.[37] Bu Talas qurultayında etdikləri razılıq üzərində Kaydu və Məngu Teymur arasında yaranan konfliktə görə idi. Monqol İranının orduları 1269-cu ildə Baraqın işğalçı ordusunu məğlub etdi. Növbəti il Baraq öləndə Kaydu Çığatay xanlığının idarəsini ələ keçirdi və Məngu Teymurla olan ittifaqını təzələdi.

1259-cu ildə Qankvadada Vonconqu yeni Koryö kralı elan etdikdən sonra başqa bir monqol işğalı təşkil edərək Koreya üzərində hakimiyyətini gücləndirməyə çalışdı. Qızıl Ordunun Orta ŞərqəQafqaza olan marağına baxmayaraq 1270-ci ildə Xubilay Qızıl Ordunun və Elxanilərin hökmdarlarını atəşkəs etməyə məcbur etdi.[38] Xubilay Sun sülaləsinin Çində hakimiyyətdə olduğu yerlərdəki qalaları dağıtmaq üçün Elxanilər dövlətindən iki iraqlı mühasirə mühəndisi çağırdı. 1273-cü ildə Şianqyanın süqutundan sonra Xubilayın sərkərdələri Adju və Liu Zenq Sun sülaləsinə qarşı son bir hərbi səfər təklif etdilər və Xubilay Bayanı ali komandan elədi.[39] Xubilay Məngu Teymurdan Çinin işğalı üçün mənbə və əsgər təmin etmək üçün Qızıl Ordu dövlətinin ikinci əhalinin siyahıya alınmasını keçirməsini əmr etdi.[40] 1274–1275-ci illərdə Smolensk və Vitebsk daxil olmaqla Qızıl Ordunun bütün hissələrində əhalinin siyahıya alması keçirildi. Xan Balkan yarımadasında gücünü artırmaq üçün Noğay xanı oraya göndərdi.[41]

Bütün Çini əhatə edən Monqol İmperiyası. Boz ərazi daha sonra Teymurilər dövlətinin tərkibinə keçir.

Xubilay baş qərargahını Xanbalığa köçürəndə qədim paytaxt Qaraqorumda Xubilayın güclə idarə etdiyi üsyan oldu. Xubilayın hərəkətləri hələ də onu həddindən artıq Çin mədəniyyətinə bağlı olmaqda günahlandıran ənənəpərəstlər və Xubilayın tənqidçiləri tərəfindən pisləndi. Kaydu özüünü Çingiz xanın yolundan dönmüş Xubilayın yerinə taxtın qanuni varisi elan edərək Monqol İmperiyasının digər kübarlarını özünə tərəf çəkdi.[42][43] Xubilay sülaləsinin səhvləri Ögedey sülaləsinin gücünü artırdı.

Sun imperiya ailəsi 1276-cı ildə Yuana təslim oldu və monqollar bütün Çini işğal etmiş ilk çinli olmayan millət oldular. Üç il sonra Yuan donanma əsgərləri Suna sadıq qalan son şəxsləri məhv etdi. Sun sülaləsinin ana kraliçası və onun nəvəsi Zao Şian Xanbalıqda məskunlaşdılar. Burada onlara vergidən azad mülkiyyə verildi və Xubilayın arvadı Çabi onların salamatlığına xüsusi maraq göstərdi. Ancaq daha sonra Xubilay Zaonu Zanqyeyə keşiş olaraq göndərdi. Xubilay akademiya, dövlət idarələri, ticarət limanları və kanallar tikərək və elmə və incəsənətə hamilik edərək güclü imperiya qurmaqda uğurlu oldu. Monqol səlnamələri Xubilayın dövründə inşa edilmiş 20166 dövlət məktəbini qeyd edir.[44] Avrasiyada həqiqi və ya nominal hakimiyyətə nail olaraq və Çini uğurla işğal edərək Xubilay Çindən daha böyük ərazidə hakimiyyətdə oldu.[45] Ancaq Xubilayın Burma, Annam, Saxalin və Tyampana bahalı basqınları bu ölkələrin yalnız vassal asılılığını saxladı. Yaponiyanı (1274 və 1280) və Yavanı (1293) işğal etmə cəhdləri uğursuzluqla nəticələndi. Eyni vaxtda Xubilayın qardaşı oğlu Abaqa xan monqolların hakimiyyəti altında olan ölkələrə hücum edən məmlükləri məğlub etmək üçün monqollar və qərbi Avropa ölkələri arasında böyük ittifaq qurmağa çalışırdı. Abaqa və Xubilay xarici ölkələrlə ittifaqa böyük önəm verirdilər və ticarət yollarını açmışdılar. Xubilay hər gün böyük sarayla nahar edir və bir çox səfirlə, xarici tacirlərlə görüşürdü.

Xubilayın oğlu Nomuxan və heneralları 1266-cı ildən 1276-cı ilə qədər Almalıkı işğal etdi. 1277-ci ildə Mengü xanın oğlu Şireqinin başçılığı altında Çingiz sülaləsinin şahzadələri üsyan etdi. Onlar Xubilayın iki oğlunu və general Antonqu qaçırdılar və onları Kaydu və Məngu Teymura təslim etdilər. Məngu Teymur 1269-cu ildə onunla ittifaqı yeni formaya gətirən Kaydu ilə hələ də münasibətləri saxlayırdı. Ancaq Məngu Teymur Xubilaya Ögedey sülaləsindən olanlardan onu qorumaq üçün hərbi dəstək söz verdi.[46] Xubilayın əsgərləri üsyanı basdırdı və Monqolustanda və İli çayı hövzəsində Yuan qarnizonlarını gücləndirdi. Ancaq Kaydu Almalık üzərində hakimiyyəti əlində saxladı.

1279–80-ci ildə Xubilay monqol adət-ənənələrini pozduğuna görə İslamİudaizm üsulu ilə mal-qaranın kəsimi edənlərə ölüm hökmü verdi.[47] Əhməd Təkudar xan 1282-ci ildə Elxanilər dövlətində hakimiyyətə gələndə məmlüklərlə sülh bağlamağa cəhd etdiyinə görə Abaqanın adamları şahzadə Arqunun başçılığı altında Xubilaya müraciət etdilər. Əhmədin edam edilməsindən sonra Xubilay Arqun xanın tacqoymasını tanıdı və onun baş komandiri Buğa qoyon Cəlayırı kansler vəzifəsi ilə təltif etdi.[mənbə göstərin]

Qızıl Ordu dövlətinin generalı ilə evlənən Xubilayın qardaşı qızı Kelmiş Xubilayın oğulları Numoqan və Koxçunu geri qaytarmaq üçün kifayət qədər güclü idi. Cuçilər sülaləsindən olan üç lider — Tuda Məngu, Konçi, Noqay iki şahzadəni verməyə razı oldular.[48] Qızıl Ordu sarayı 1282-ci ildə Yuan sülaləsi ilə sülhün başlanğıcı olaraq şahzadələri qaytardı və Kayduya da Xubilayın generalını qaytarmağa vadar etdi. Qızıl Ordunun tərkibindəki Cuçi ulusunun xanı Konçi Yuanla və Elxanilərlə dostluq münasibətləri yaratdı və mmükafat olaraq Xubilaydan dəbdəbəli hədiyyələr və taxıl qəbul etdi.[49] Ailənin budaqları arasında olan siyasi anlaşmazlığa baxmayaraq iqtisadi və ticarət sistemi davam edirdi.[50][51][52][53]

Yuan sülaləsinin imperatoru

[redaktə | mənbəni redaktə et]
Çin monqolların idarəsi altında olanda Çin operası inkişaf edib.

Xubilay Çini əsas ərazisi olaraq görürdü və Böyük Xan kimi keçirdiyi 10 ildə o, bu ərazini idarə etməyə diqqət göstərməli olduğunu başa düşdü.[54] Hakimiyyətinin başlanğıcından o, Çinin siyasi və mədəni nümunələrini mənimsədi və Sun sülaləsinin dövründən əvvəl və Sün sülaləsinin vaxtında gücü əlində tutan yerli idarəçilərin təsir gücünü azaltmağa çalışdı. Təqribən 1276-cı ilə qədər Xubilay çinli məsləhətçilərinə çox inanırdı. Onun Liu Binqzonq və Syuy Xen kimi çinli məsləhətçiləri var idi və Xubilay bəziləri Çin ərazilərini idarə edən ərazi komissarları olan uyğurları işlədirdi.[55]

Xubilay Sakya məktəbindən Droqn Çöqyl Faqpanı öz dövlət müəllimi elan etdi və ona imperiyanın bütün buddist keşişləri üzərində hakimiyyət verdi. Faqpa kvadrat yazını tapdıqdan sonra 1270-ci ildə o, imperiya müəllimliyinə gətirildi. Xubilay Faqpanın idarəçiliyi altında tibetli və çinli keşişlərin məsələlərini idarə etmək üçün Ali Nəzarət Komissiyasını qurdu. Faqpa Tibetdə olmayanda Tibet keşişi Sanqa vəzifəyə gəldi və idarənin adı Buddist və Tibet məsələləri üçün Komissiya olaraq dəyişdirildi. 1286-cı ildə Sanqa baş maliyyə zabiti vəzifəsini tutdu. 1265-ci ildən Cəlayirlərdən olan Antonq və Baarin tayfasından olan Bayan baş məclis üzvləri olaraq qulluq elədilər. Boroxulanın varisi Oçiçer keşik və saray təminatı komissiyasına başçılıq etdi.

1271-ci ildə Xubilay Yuan Sülaləsininin rəsmən əsasını qurdu və növbəti il Dadunu (Xanbalıq) paytaxt olaraq elan etdi. Onun yay paytaxtı Şanqdu idi. Çini birləşdirmək üçün[56] 1274-cü ildə Cənubi Sun Sülaləsinin qalıqlarına qarşı böyük hücuma başladı. 1279-cu ildə tamamilə Sun Sülaləsini süquta uğradaraq Çini birləşdirdi.

Yuan sülaləsinin ərazisi, təqribən 1294-cü il

Xubilay Böyük Kanal tikərək, ictimai binaları təmir edərək və böyük yolları genişləndirərək iqtisadi inkişafı dəstəklədi. Ancaq onun daxili siyasəti qədim monqol yaşayış tərzi ənənələrininin bəzi cəhətlərini ehtiva edirdi və onun hakimiyyəti davam etdikcə bu ənənələr ənənəvi Çinin iqtisadi və ictimai mədəniyyəti ilə toqquşurdu. 1263-cü ildə Xubilay hökm verdi ki, monqollarla ortaq tacirlər vergilərə tabe olmalıdırlar və onlara nəzarət etmək üçün 1268-ci ildə Ticarət Vergiləri İdarəsini qurdu. Sun sülaləsinin monqollar tərəfindən işğalından sonra tacirlər öz fəaliyyətlərini Cənubi Çin Dənizinə və Hind Okeanına qədər genişləndirdilər. 1268-ci ildə dəniz ticarəti Ticarət Vergiləri İdarəsinin nəzarətinə verildi. Hökumətin əsas gəlir mənbəyi duz istehsalı üzərində monopoliyası idi.[57]

Monqol idarəçiliyi 1227-ci ildən kağız pul çıxarırdı.[58][59] 1260-cı ilin avqustunda Xubilay "çao" adlanan ilk vahid kağız pulu yaratdı. Pullar Yuan ərazisində son istifadə tarixi olmadan yayılmağa başladı. Devalvasiyaya qarşı ehtiyat tədbirləri kimi kağız pul gümüşqızılla dəyişdirilə bilirdi və hökumət kağız valyuta ilə vergi ödənişlərini qəbul edirdi. 1273-cü ildə Xubilay Sun sülaləsinin işğalını maliyyələşdirmək üçün dövlət dəstəkli kağız pulların yeni seriyasını çıxardı. Ancaq maliyyə intizamının çatışmaması və inflyasiya bunu iqtisadi fəlakətə çevirdi. Ancaq kağız pulla ödəmək tələb olunurdu. İstifadəni təmin etmək üçün Xubilayın hökuməti sıravi vətəndaşlardan və xarici tacirlərdən qızıl və gümüşü müsadirə etdi, ancaq alverçilər əvəzində dövlət tərəfindən verilən kağız pulu qəbul etdi. Xubilay hökumətin təyin etdiyi dəyəri alan pul istehsal edən ilk şəxs hesab edilir. Kağız pullar vergiləri yığmağı və imperiyanı idarə etməyi daha asan etdi və sikkələrin nəql edilməsi məsrəfini azaltdı.[60] 1287-ci ildə Xubilayın naziri Sanqa büdcə çatışmazlığı ilə mübarizə aparmaq üçün yeni valyutanı — Ziyuan Çaonu düzəltdi.[61] O, digər ödəmə növləri ilə dəyişdirilə bilmirdi və mis qəpiklərlə qiyməti ifadə edilirdi. Daha sonra Elxanilər dövlətinin hökmdarı Keyxatu xan İrandaOrta Şərqdə kağız pul sistemini həyata keçirməyə çalışdı, ancaq cəhd uğursuz oldu və az sonra o öldürüldü.

Müsəlmanlarla əlaqələr

[redaktə | mənbəni redaktə et]
Müsəlman mancanağı Fançenq və Şanqzunun divarlarının dağıdılması üçün istifadə edilib.

Müsəlman olan otuz yüksək vəzifəli məmur Xubilayın sarayında xidmət edib. Sülalənin on iki inzibati rayonundan səkkizinin Xubilay xan tərəfindən vəzifəyə gətirilmiş müsəlman başçısı var idi.[62] Müsəlman başçılardan biri də Yunnanın idarəçisi olmuş Seyid Əccal Şəmsəddindir. O, konfutsiçiliyidaoizmi yüksək səviyyədə öyrənmişdi və onun Çində islamı təbliğ etdiyi düşünülürdü. Başqa idarəçilərə Nəsr əl-Din və Mahmud Yalavac daxildir.

Xubilay xan müsəlman alimləri və astronomları Şensidəki rəsədxananın tikilməsinə görə himayə edirdi.[63] Camal al-Din kimi astronomlar Çin təqvimindəki səhvlərin düzəlməsinə kömək edən 7 yeni instrument və anlayış təqdim etmişdilər.

Müsəlman kartoqraflar İpək Yolu boyunca bütün millətlərin düzgün xəritələrini hazırlamışdılar və bu Yuan sülaləsi hökmdarlarını və tacirlərinin biliyində çox böyük təsirə malik olmuşdur.

Müsəlman həkimləri hospitallar təşkil etdilər və onların Pekində və Şanduda öz Tibb institutları var idi. Hui təbabətinin və cərrahiyyəsinin Pekində öyrədildiyi məşhur Quanq Hui Si var idi və İbn Sinanın tədqiqatları da bu vaxt ərzində Çində dərc edilmişdi.[64]

Müsəlman riyaziyyatçılar Çini Evklid həndəsəsi, sferikal triqonometriyaərəb rəqəmləri ilə tanış etmişdilər.[65]

Xubilay mühasirə mühəndisləri İsmayıl və Ələddini Çinə gətirdi və onlar birlikdə Müsəlman mancanağını kəşf etdilər və Xubilay Şanqzu döyüşündə bunu istifadə etdi.[66]

Müharibələri və xarici əlaqələr

[redaktə | mənbəni redaktə et]
Yuan sülaləsinin dövründə ağızdan dolma top

Keşikin vəzifələrini məhdudlaşdırmasına baxmayaraq, Xubilay xan yeni imperiya mühafizə dəstəsi yaratdı. Bu əvvəl tərkibcə tamamilə çinlilərdən ibarət idi, ancaq daha sonra qıqçaq, alan və rus hərbi hissələri ilə gücləndirildi.[67][68][69] 1263-cü ildə onun öz keşiki təşkil ediləndə Xubilay əvvəlki keşiklərdən üçünü Çingiz xanın köməkçiləri Boroxula, Borçu və Mukali qoyon Cəlayırın varislərinin əmri altında qoydu. Monqol və çin ölçü vahidləri Çingiz xanın dövründə istifadə edilmiş eyni onluq sistemini istifadə etmək üçün tərtib edildi. Monqollar yeni artilleriyanı və texnologiyaları mənimsəməyə can atırdılar. Xubilay və onun sərkərdələri Cənubi Çində hərbi kampaniyaların diqqətlə hazırlanmış, orta səviyyədə sistemini istifadə edirdilər. Çinin dənizçilik texnikasının effektiv mənimsənməsi Yuan ordusunun Sunu sürətlə işğal etməsinə kömək etdi.

Sələfləri kimi Xubilayın da xarici siyasəti imperialist hesab edilə bilər. O, Koryönü (Koreya) işğal edib və 1260-cı ildə onu xərac verən vassal dövlətə çevirib. 1273-cü ildə edilən başqa bir monqol müdaxiləsindən sonra Koryö Yuanın daha çox hakimiyyəti altına keçib.[70][71][72][73][74] Köryö monqolların hərbi bazası oldu və burada bir çox bölgə hakimiyyətləri quruldu. Koryö sarayı monqol kampaniyaları üçün qoşun və okeanla gedən hərbi dəniz qüvvələri təmin etdi. Onun konfutsiçilik təlimi almış məsləhətçilərinin əleyhinə olmasına baxmayaraq, Xubilay monqol rəsmilərinin bəzilərinin təkliflərinə uyaraq Yaponiya, Burma, VyetnamYavanı işğal etməyə qərar verdi. O, həmçinin Saxalin adası kimi ətraf əraziləri asılı vəziyyətə salmağa çalışdı. Buradakı yerli insanlar Xubilayın ölümündən sonra, 1308-ci ildə monqollara təslim oldular. Bu bahalı müharibələr və kağız pulun təqdim edilməsi inflyasiyaya səbəb oldu. 1273-cü ildən 1276-cı ilə qədər Sun sülaləsinə və Yaponiyaya qarşı müharibə kağız pulun nəşrini 110 mindən 1420 minə qədər artırdı.[75]

Yaponiyaya yürüşlər

[redaktə | mənbəni redaktə et]
Samuray Sueneqa monqol bombaları və oxları ilə qarşılaşır, təqribən 1293-cü il

Xubilay xan iki dəfə Yaponiyanı işğal etməyə çalışıb. Ancaq hər iki cəhd havanın pis olmasına və ya gilləri (gəmidə tirlər) olmayan çay qayıqlarına əsaslanan gəmilərin layihələndirilməsindəki səhvə görə uğursuz oldu və onun eskadraları məhv edildi. Birinci cəhd 1274-cü ildə 900 gəmilik eskadra ilə təşkil edildi. Monqolların Yaponiyaya birinci hücumundan sonra Vokou olaraq bilinən yapon dəniz quldurları Koreyaya basqın etdilər, ancaq monqol və koreyalıların qüvvələri onları geri oturtdu və Vokou dəniz quldurları Koryö və Kamakuranın hərbi hazırlığının artmasına görə öz fəaliyyətlərini azaltdılar. 1293-cü ildə Okinavada gizlənən 100 yapon quldur Yuan donanması tərəfindən tutuldu.[76]

İkinci işğal cəhdi 1281-ci ildə baş verdi. Monqollar iki ayrı qüvvəni göndərdilər: 40 min koreyalı, çinli və monqolun olduğu 900 gəmi Masandan göndərildi və Cənubi Çindən 100 min nəfərin olduğu 3500 gəmi hərəkətə keçdi. Onların hər biri 240 fut (73 m) uzunluğunda idi. Eskadra tələsik toplanmışdı və dəniz şərtlərinin öhdəsindən gəlmək üçün kifayət qədər təchiz edilməmişdi. Noyabrda onlar Koreya və Yaponiyanı 110 milə qədər ayıran təhlükəli sulara gəldilər. Monqollar dar boğaz boyunca yarıyolda Şusima adasını və Kyuşuya yaxın İka adasını rahat ələ keçirdilər. 23 iyun 1281-ci ildə Koreya eskadrası Hakata körfəzinə çatdılar və qoşunlarını və heyvanları quruya çıxartdılar, ancaq Çindən olan gəmilər görünmürdü.

1281-ci ildə Yuan gəmilərinə yanaşan samuraylar

Samuray döyüşçülər öz adət-ənənələrinə tabe olaraq təkbətək döyüş üçün monqol qüvvələrinə qarşı hücum edirdilər, ancaq monqollar öz hərbi düzümlərini saxlayırdılar. Monqollar ayrıca yox, tək qüvvə kimi savaşırdılar. Onlar samurayları partlayıcı mərmilərlə bombalayır və ox yağmuruna tuturdular. Axırda sağ qalan yaponlar sahil zonasından qalaya çəkildilər. Monqol qüvvələri məlumatlarının olmadığı əraziyə qaçan yaponları təqib etmədilər.

Dəniz arxeoloqu Kenzo Hayaşida Takaşimanın qərb sahilindən ikinci işğalın eskadrasının qalıqlarını kəşf edən tədqiqata rəhbərlik etdi. Onun komandasının tapıntıları göstərir ki, Xubilay Yaponiyanı işğal etməyə tələsirdi və öz nəhəng eskadrasını bir ildə qurmuşdu, halbuki bu iş uzağı beş ilə edilməliydi. Bu çinliləri çay qayıqları daxil olmaqla bütün mümkün gəmiləri istifadə etməyə məcbur etdi. Daha vacibi olur ki, çinlilər Xubilayın xanın əmri ilə hər iki işğalda eskadralara kömək etmək üçün çoxlu gəmilər inşa etdilər. Hayaşida fərz edir ki, Xubilay gəminin aşmasını imkan verməyən gillərlə (gəmidə tirlər) standart, yaxşı qurulmuş, okeanda hərəkət edən gəmiləri istifadə edibsə, onun donanması Yaponiyaya gedişdə və gəlişdə sağ qala bilərdi və gözləndiyi kimi buranı işğal etmiş ola bilərdi. 2011-ci ilin oktyabrında bəlkə də Xubilayın işğal gəmisi olan dağılmış gəminin gövdəsi Naqasakinin sahilindən tapıldı.[77] David Nikol Monqol Sərkərdələrində yazır: "Monqolların məğlubedilməz olması barədə əfsanə Şərqi Asiya boyunca darmadağın edilərkən yaralılar və sırf xərclər baxımından böyük itkilər da yaşandı." O həm də yazıb ki, iqtisadiyyata və ilk iki məğlubiyyətin onun və monqolların nüfuzuna baha başa gəlməsinə baxmayaraq Xubilay üçüncü yürüşü etmək istəyirdi və yalnız onun ölümü və onun məsləhətçilərin yekdil işğal etməmək qərarı üçüncü yürüşü əngəllədi.[78]

Vyetnamın işğalı

[redaktə | mənbəni redaktə et]
Süxbatar meydanında Xubilay xanın heykəli Ögedey xanın və daha böyük olan Çingiz xanın heykəlləri ilə birlikdə Böyük Monqol imperiyasına həsr edilmiş kompleksi əmələ gətirir.

Xubilay xan həmçinin Vyetnamı üç dəfə işğal edib. Birinci hücum 1257-ci ildə oldu. Tran sülaləsi işğala qarşı mübarizə apara bildi və axırda Yuan Monqolustanı ilə Vyetnam arasında 1257-ci ilin 12-ci qəməri ayında sülh müqaviləsini bərpa etdi. Xubilay 1260-cı ildə Böyük Xan olanda vyetnamlı Tran sülaləsi hər üç ildən bir xərac göndərdi və baskakı qəbul etdi.[79][80] Ancaq onların hökmdarları tezliklə rəsmi olaraq şəxsən monqol sarayında iştirak etməkdən imtina etdi. Böyük Xan Yuan ordusunun Tyampa krallığını işğal etmək məqsədilə keçməsi üçün Tran kralına elçi göndərərək ərazisini açmasını əmr etdi, ancaq Vyetnam sarayı imtina etdi. Xubilay xan elçi göndərərək Vyetnamdan tələb etdi ki, Tran kralı torpağını və krallığını təslim etsin. Tran kralı öz vətəndaşlarını yığaraq hamıya Yuana təslim olmaq və ya tab gətirib vətənləri üçün savaşmaq barədə səs vermələrinə icazə verdi. Səsvermə yekdilliklə qəbul etdi ki, tab gətirib işğalçılara qarşı savaşsınlar.

Vyetnamın ikinci dəfə monqollar tərəfindən işğal edilməsi 1284-cü ildə baş verdi. Başında Xubilay xanın oğlu Toqanın durduğu monqol orduları sərhədi keçdi və qələbə ilə nəticələnən Omar döyüşündən sonra sürətlə Tenq Lonqu (indiki Hanoy) 1285-ci ilin yanvarında işğal etdi. Eyni vaxtda Yuan ordusunun ikinci komandanı Soqetu Tyampadan şimala hərəkət etdi və Vyetnamın şimal mərkəzindəki Nqe Ana yürüş etdi. Burada Tran Kienin komandanlığı altındakı Tran sülaləsinin ordusu məğlub edildi və ona təslim oldu. Ancaq Tran kralı və onun baş komandiri Tran Hunq Dao taktikalarını müdafiədən hücuma dəyişdilər və monqollara qarşı mübarizə apardılar. Apreldə general Tran Quanq Xay Çuonq Duonqda Soqetunu məğlub etdi və Tran kralı Soqetunun öldüyü Tay Ket ərazisindəki döyüşdə qalib gəldi. Tezliklə general Tran Nhat Duat Ham Tuda (indiki Xunq Yen) qalib gəldi və Toqan general Tran Xunq Dao tərəfindən məğlub edildi. Beləliklə, Xubilayın Vyetnamın işğalına birinci cəhdi alınmadı. Toqan vyetnamlı oxçular tərəfindən öldürülməmək üçün özünü bürünc çəlləyin içində gizlətdi; bu hərəkət Böyük Monqol imperiyasının və Toqanın özünün hörmətdən düşməsinə səbəb oldu.

İlk uğursuzluğundan sonra Xubilay monqollara qoşulan Nhan Tonqun qardaşı Tran İç Takı Annam kralı etmək istədi, ancaq Yuanın Xunandakı təminat bazasındakı çətinliklər və Kaydunun işğalı Xubilayı planlarından imtina etməyə vadar etdi. 1285-ci ildə Briqunq sektası Tibetdəki Paqspa sektasının monastırlarına hücum edərək üsyan etdi. Cığatay xanı Duva üsyançılara kömək etdi; Kara-koçonu mühasirəyə aldı və Tarim ərazisindəki Xubilayın qarnizonlarını məğlub etdi.[81] Kaydu növbəti il Beşbalıqda ordunu məğlub etdi və şəhəri işğal etdi. Bir çox uyğurlar şərqi Yuandakı təhlükəsiz yerlər üçün Qaşqarı tərk etdi. 1291-ci ildə 10 min tibetlini öldürərək Xubilay xanın nəvəsi Buqa Teymur Briqunq sektasının müqavimətini qırdı, Tibet tamamilə zərərsizləşdirildi.

Üçüncü monqol işğalı 1287-ci ildə baş verdi. Bu əvvəlki cəhddən daha yaxşı təşkil edilmişdi; böyük eskadra və bol qida təchizatı istifadə edilmişdi. Toqanın komandanlığı altında monqollar şimali-qərbdən Van Kiepə hərəkət etdilər və Xubilayın qıpçaq komandiri Ömərin piyada və süvariləri ilə (Qırmızı çay boyunca digər bir yolla gəliblər) görüşdülər. Onlar döyüşdə qalib gəldilər. Dəniz eskadrası Ha Lonq körfəzi yaxınlığındakı Van Donda qalibiyyət əldə etdi. Ancaq vyetnamlı general Tran Xanh Du Toqanın ordusu üçün qida və təchizatla dolu yükdaşıma gəmilərinin qabağını kəsməyi və onları ələ keçirməyi bacardı. Nəticə olaraq Tanq Lonqdakı monqol ordusu qida sıxıntısından əziyyət çəkdi. Təchizat eskadrasından xəbəri olmayan Toqan ordusuna Van Kiepə geri çəkilməyi əmr etdi. Vyetnam ordusu ümumi hücumlarına başladı və monqollar tərəfindən ələ keçirilmiş bir çox ərazini yenidən ələ keçirdi. Vyetnamlı piyadalar qrupuna Van Kiepdəki monqollara hücum etmək tapşırıldı. Toqan 1288-ci ildə ordusunu iki yerə bölməyə və geri çəkilməyə məcbur oldu.[mənbə göstərin]

1288-ci ilin aprelinin əvvəllərində Ömər tərəfindən idarə edilən və piyadalar tərəfindən müşayiət edilən dəniz eskadrası Baç Danq çayı boyunca evə gedirdi. Körpülər və yollar dağıdıldığından və Vyetnam qoşunları hücumlara başladığından monqollar Baç Danqa piyadaların müşayiəti olmadan çatdılar. Vyetnamın kiçik flotiliyası döyüşə daxil oldu və özünü geri çəkilirmiş kimi göstərdi. Monqollar Vyetnam qoşunlarını əvvəlcədən hazırlanmış döyüş meydanına düşənə qədər təqib etdilər. Minlərlə kiçik Vyetnam qayığı hər iki sahildən ortaya çıxdı, şiddətli döyüşə girdi və monqolların döyüş quruluşunu pozdu. Belə qəfil və güclü hücumla qarşılaşan monqollar panika ilə dənizə getməyə çalışdılar. Monqolların qayıqları dayandırıldı və çoxu dağıdıldı və batırıldı. Bu zaman bir neçə branderlər sürətlə monqollara tərəf gəldi. Qorxmuş və sahillərə çatmaq üçün suya tullanmış monqollar Tran kralı və Tran Hunq Daonun idarə etdiyi ordunun həmləsinə qarşı mübarizə apardılar.

Monqolların dəniz eskadrası tamamilə dağıdıldı və Ömər əsir düşdü. Eyni vaxtda Vyetnam ordusu Lanq Sondan keçərək geri qayıdan Toqanın ordusuna hücum etdi və onu dağıtdı. Toqan evə qayıtmaq üçün qalın meşə içərisindən keçən qısa yolu seçərək həyatını risk etdi. Vəliəhd şahzadə atası Xubilay tərəfindən ömrü boyu qalması üçün Yanqzouya qovuldu. Yenə də Tran kralı başqa münaqişələrdən qaçmaq üçün Xubilay xanın Böyük Xan kimi üstünlüyünü qəbul etdi. 1292-ci ildə Xubilay xanın varisi Teymur xan bütün həbs edilən elçiləri geri qaytardı və Tran kralı ilə bac verən dövlət kimi əlaqə qurdu və bu Yuan sülaləsinin sonuna qədər davam etdi.[80][82]

Cənub-şərqi Asiya və Cənub dənizləri

[redaktə | mənbəni redaktə et]

1277-ci ildə, 1283-cü ildə və 1287-ci ildə Myanmaya edilən üç ekspedisiya monqolları İravadi deltasına gətirdi, bundan dərhal sonra onlar Paqan krallığının paytaxtı Baqanı işğal etdilər və burada öz hökumətlərini qurdular.[83] Xubilay formal hakimiyyətin qurulmasına razı idi, ancaq Myanma axırda xərac verən dövlət oldu və 1360-cı illərdə monqollar Çindən qovulana qədər Yuan sarayına vergilər göndərirdi.[84] Kambocanın Xmer krallığı və Malayziya və Cənubi Hindistanın [mənbə göstərin] kiçik dövlətləri 1278-ci il və 1294-cü il arasında Xubilayın hakimiyyətinı tabe oldular. Monqolların bu ərazilərə marağı ticarət və xərac ödənilməsi ilə bağlı idi.

Hakimiyyətinin sonuncu illərində Xubilay Yavanın Sinqasari krallığına qarşı 20–30 min nəfərlik hərbi-dəniz cəzalandırıcı ekspedisiyanı başlatdı (1293), ancaq işğalçı monqol qüvvələri 3000-dən çox əsgər itirərək Majapaxit sülaləsi tərəfindən geri çəkilməyə məcbur edildi. Hər halda Xubilayın öldüyü 1294-cü ilə qədər iki Tayland krallığı — Sukotay və Çianqmay Yuan sülaləsinin vassal krallıqları oldu.[83]

Böyük xan Xubilayın və Arqun xanın səfiri Rabban Bar Sauma 1287–1288-ci illərdə Avropa hökmdarları ilə görüşmək üçün Dadudan Romaya, ParisəBordoya səfər etmişdi.
border=none Əsas məqalələr: Marko PoloNikkolo və Maffeo Polo

Xubilayın hakimiyyəti altında Şərqi Asiya və Qərb arasında birbaşa əlaqə quruldu. Bu Mərkəzi Asiya ticarət yollarının monqollar tərəfindən idarəsi ilə mümkün oldu və bacarıqlı poçt servisinin olması ilə asanlaşdı. XIII əsrin başlanğıcında avropalılar və mərkəzi asiyalılar — tacirlər, səyyahlar və missionerlər öz yollarını Çinə saldılar. Monqol gücünün mövcudluğu bir çox çinlilərə müharibə və ya ticarət məqsədilə Monqol İmperiyasının başqa hissələrinə — Rusiya, İran və Mesopotomiyaya gedən yollara səyahət etməyə imkan verdi.[mənbə göstərin]

Marko Polo 1271-ci ildə atası Nikkolo və əmisi Maffeo Polonun Çinə ikinci səfərinə qoşuldu. Marko Polo Çinə və Monqolustana səfər etmiş ən məşhur xarici səyyahdır. 1275-ci ildə Çinə çatan Marko Polo öz 17 ilini (1275–92) Xubilay xanın hakimiyyəti altında keçirdi və buna Yunnan və Fukien əyalətlərinə duz idarəçiliyi və səyahətlər zamanı rəsmi xidmət daxil idi.[mənbə göstərin]

İmperatorun paytaxt şəhəri

[redaktə | mənbəni redaktə et]
Xanbalıqda Ağ Stupa

Xubilay xan 5 may 1260-cı ildə Xanadudakı iqamətgahında xaqan elan ediləndən sonra ölkəni təşkilatlandırmağa başladı. Mərkəzi hökumətin rəsmisi və Quonun dostu Zanq Venqian 1260-cı ildə Xubilay tərəfindən yerli əhalidə narazılığın qeydə alındığı Daminqə göndərdi. Quo Zanqı bu missiyada müşayiət etdi. Quo mühəndisliklə maraqlanırdı, ekspert astronom və bacarıqlı alət düzəldən idi. O başa düşürdü ki, yaxşı astronomik müşahidə ekspertlərin düzəltdiyi alətlərdən asılıdır. Quo astronomik alətlər düzəltməyə başladı və buna vaxtın düzgün müəyyən edilməsi üçün su saatı və səma qlobusunu təmsil edən sferik üsturlab daxil idi. Türkistan memarı İxtiyar əl-Din Xaqanın şəhərinin və ya Xanbalığın binalarının dizayn etmişdi.[85] Xubilay həmçinin əcnəbi sənətkarları onun yeni paytaxtını tikmələri üçün işlədirdi. Onlardan biri — Araniko adlı nepal rəssam Xanbalıqdakı ən böyük tikililərdən biri olan Ağ Stupanı tikmişdi.[86]

Zanq Xubilaya məsləhət gördü ki, Quo hidravlik mühədislikdə aparıcı ekspertdir. Xubilay suvarma, toxumun daşınması və axının idarə edilməsi üçün suyun idarə edilməsinin vacib olduğunu bilirdi və o, Quodan Dadu və Sarı çay arasındakı əraziyə bu cəhətlərdən nəzər salmasını xahiş etdi. Yeni su mənbəyi taparaq Dadunu təchiz etmək məqsədilə Quo Şen dağında Baifu bulağını aşkar etdi və suyu Daduya hərəkət etdirmək üçün 30 kilometrlik kanal tikildi. O, müxtəlif çay hövzələri arasında su təminatının əlaqələndirilməsini təklif etdi, su səviyyəsinə nəzarət etmək üçün yeni kanallar tikdi və etdiyi təkmilləşdirmələrlə böyük uğura nail oldu. Bu Xubilayı məmnun etdi və Quodan ölkənin başqa hissələrindəki oxşar proyektləri də öz üzərinə götürməsi istəndi. 1264-cü ildə ondan Qansu əyalətinə gedərək monqolların regiona irəliləməsi zamanı müharibə illərinin suvarma sistemlərində yaratdığı zərəri təmir etməsi istəndi. Quo dostu Zanqla birlikdə sistemin dağılmış hissələrinin bərpa edilməsi və onun səmərəliliyinin artırılması üçün təkmilləşdirmənin edilməsinə lazım olan işləri qeyd götürərək səyahət etdi. O, hesabatını birbaşa Xubilaya göndərirdi.[mənbə göstərin]

Nayanın üsyanı

[redaktə | mənbəni redaktə et]
Xubilayın dörd fili

Çzinin işğalı zamanı Çingiz xanın gənc qardaşları Mancuriyada böyük miraslar əldə etmişdilər.[87] Onların xələfləri 1260-cı ildə Xubilayın tacqoymasını dəstəklədilər, ancaq gənc nəsil daha çox azadlıq arzusunda idi. Xubilay Ögedey xanın monqol zadəganlarının miras ərazilərində keşikçiləri və Böyük Xanın xüsusi rəsmilərini təyin etməsi barədə qanunlarını həyata keçirdi, ancaq başqa bütün miras haqlarına ehtiram göstərdi. Xubilayın oğlu Manqqala 1272-ci ildə Sian və Şansi üzərində birbaşa nəzarət qurdu. 1274-cü ildə Xubilay Lian Xixianı Mancuriyadakı monqol miraslarının sahiblərinin güclərini sui-istifadə etməsini araşdırması üçün vəzifəyə təyin etdi.[88] Lia-tunq adlandırılan region 1284-cü ildə monqol zadəganlarının buradakı muxtariyyətinin bitirilməsi ilə xaqanın hakimiyyətinə verildi.[89]

Xubilayın bürokratçılığının inkişaf etməsi ilə Çingiz xanın qardaşı Belguteyin 4-cü nəslindən olan Nayan (Çingiz xanın qardaşı Temugenin xələfi Nayanla qarşıdırılmamalıdır) 1287-ci ildə qiyam etdi. Nayan Xubilayın Mərkəzi Asiyadakı rəqibi Kaydunun qüvvələri ilə birləşməyə çalışdı.[90] Mancuriyanın aclıqdan əziyyət çəkən yerli çzurçzenləri və ağ tatarları Nayanı dəstəklədilər. Əslində Çingiz xanın qardaşı Haçiunun xələfi Hadan və Çingiz xanın qardaşı Hasarın nəvəsi Şixturun bütün qardaş xətləri Nayanın üsyanına qoşuldu.[91] Çingiz xanın qardaşı Xulqenin nəvəsi Ebugen və Güyük xanın gənc qardaşı Xudenin ailəsi bu qiyama orduları ilə kömək etdi.[92]

Üsyan tez aşkara çıxarılmasına və rəhbərliyin cəsarətsizliyinə görə zəiflədi. Xubilay Bayanı Qaraqorumu işğal edərək Nayan və Kaydunun birləşməsinin qarşısını alması üçün göndərdi və bu vaxt özü də Mancuriyadakı üsyançıların üzərinə gedən başqa bir orduya rəhbərlik etdi. Xubilayın sərkərdəsi Oz Temürün qüvvələri 14 iyunda Nayanın 60 minlik təcrübəsiz ordusuna hücum etdi. Bu zaman çinli və alan bələdçilər Li Tinqin rəhbərliyi altında Xubilayı qoruyurdu. Koryö hökmdarı Çunqnyeolun ordusu döyüşdə Xubilaya yardım edirdi. Çətin döyüşdən sonra Nayanın əsgərləri geri çəkildi və Li Tinq bombardmana başladı və o gecə Nayanın düşərgəsinə hücum etdi. Xubilayın əsgərləri Nayanı təqib etdi və o yaxalandı və şahzadələrin öldürülməsinin ənənəvi yolu — keçə xalça altında boğularaq qanı axmadan edam edildi.[92] Bu zaman üsyançı şahzadə Şihtur Çinin Liaoninq bölgəsini işğal etdi, ancaq bir ayın içində məğlub edildi. Kaydu döyüşməmək üçün qərbə geri çəkildi. Ancaq daha sonra Kaydu Xanqayda böyük Yuan ordusunu məğlub etdi və 1289-cu ildə Qaraqorumu işğal etdi. Xubilay böyük bir ordu səfərbər etməzdən əvvəl Kaydu uzağa qaçdı.[93]

Nayanın tərəfdarlarının genişmiqyaslı, ancaq dağınıq üsyanları 1289-cu ilə qədər davam etdi; onlar amansızlıqla yatırıldı. Üsyançı şahzadələrin əsgərləri onlardan alındı və imperial ailə içində yenidən bölüşdürüldü.[94] Xubilay Monqolustan və Mancuriyada üsyançılar tərəfindən vəzifəyə gətirilmiş baskakları sərt çəkildə cəzalandırdı.[95] Bu üsyan Xubilayın 4 dekabr 1287-ci ildə Liaoyanq Departamenti Katibliyinin yaradılmasını təsdiqləməsinə səbəb oldu.

Sonuncu illəri

[redaktə | mənbəni redaktə et]
İslamı qəbul etmiş Elxanilər dövlətinin hökmdarı Qazan xan Xubilay xanı öz hökmdarı kimi tanıdı.

Xubilay xan İx Xoriqə olan iddiasını tyəmin etmək üçün 1291-ci ildə nəvəsi Qammalanı Burxan Xalduna göndərdi. İx Xoriq Çingiz xanın basdırıldığı və Xubilayın nəsli tərəfindən qorunan müqəddəs bir yer idi. Bayan Qaraqorumu idarə edirdi və 1293-cü ildə ətraf ərazilərdə idarəçiliyi təzədən qururdu. Beləliklə, Xubilayın rəqibi Kaydu növbəti üç il heç bir irimiqyaslı hərbi əməliyyata cəhd göstərmədi. 1293-cü ildən Xubilayın ordusu Mərkəzi Sibir Yaylasından Kaydunun güclərini təmizlədi.[mənbə göstərin]

1281-ci ildə Xubilayın arvadı Çabi öləndən sonra Xubilay məsləhətçiləri ilə birbaşa əlaqə qurmaqdan əl çəkməyə başladı və tapşırıqlarını başqa bir kraliçası Nambuy ilə verdi. Xubilayın yalnız iki qızı adları ilə bilinir; onun başqa qızları da ola bilər. Babasının vaxtından fərqli olaraq Xubilayın arvadları və qızları demək olar ki, görünməz idilər. Bunun səbəbi Çin sarayının əxlaq qaydalarının qadını aşağı statusa endirməsi ola bilərdi.[mənbə göstərin]

Xubilayın varisi olaraq seçdiyi ilk şəxs Çingim idi. O, Mərkəzi İdarəetmə Departamentinin başçısı oldu və konfutsiçiliyə uyğun olaraq dövləti idarə etdi. Nomuxan Qızıl Orda əsirliyindən qayıtdıqdan sonra Çingimin varis olması ilə bağlı incikliyini bildirdi, ancaq şimala qovuldu. 1285-ci ildə Xubilayın Çingimin xeyrinə taxtdan imtina etməsi təklif edildi, bu təklif Xubilayı əsasbləşdirdi və o, Çingizmi görməkdən imtina etdi. Çingim bir az sonra — 1286-cı ildə — atasının ölümündən 8 il əvvəl vəfat etdi. Xubilay bundan peşman oldu və arvadı Bairama (Kokecin) yaxın olaraq qaldı.

Xubilay xan ən çox sevdiyi arvadı Çabi və varisi Çinqimin ölümlərindən sonra ruh düşkünlüyü yaşadı. Vyetnama və Yaponiyaya edilən yürüşlərin uğursuzluğu da ona təsir etdi. Xubilay rahatlıq üçün yemək və içkiyə sığındı və qut xəstəliyi və diabetdən əziyyət çəkdi. İmperator həddindən artıq alkoqol və onun qut xəstəliyinə səbəb ola biləcək ənənəvi ətlə zəngin monqol içkisi istifadə etməyə başladı. Xubilay ailəsini itirdiyinə, sağlamlığının zəifləməsinə və yaşının irəliləməsinə görə depressiyaya düşdü. Xubilay koreyalı şamanlardan vyetnamlı həkimlərə qədər mümkün hər tibbi müalicədən və vasitə və dərmanlardan istifadə etdi, ancaq heç nə alınmadı. 1293-cü ilin sonlarında imperator ənənəvi Yeni il şənliklərində iştirak etməkdən imtina etdi. Ölümündən əvvəl Xubilay vəliəhd şahzadə möhrünü Çingimin oğlu Temürə verdi. Temür Monqol imperiyasının növbəti xanı və Yuan sülaləsinin ikinci hökmdarı oldu. Xubilayın son günlərini rahat keçirməsi üçün saray adamları köhnə dost kimi ondan 30 yaş balaca olan Bayanı seçdi. Xubilay müntəzəm olaraq zəiflədi və 18 fevral 1294-cü ildə 78 yaşında vəfat etdi. İki gün sonra yas karvanı onu Monqolustanda xanların dəfn yerinə apardı.

Xubilayın əsərlərinin bir çoxu günümüzə qədər gəlib çıxmasa da onun Çin şeiriyyətindən başı çıxırdı. Bir dəfə yazda Xubilayın qərbi Dadudakı İxeyuan yay sarayında yeləşən buddist məbədinə ibadət etmək üçün getdiyi deyilir. Geri qayıdanda o, Uzunömürlülük təpəsinə çıxıb və burda o, ilhamla şeir yazıb.[96]

Xubilayın xatunu və Monqol İmperiyasının kraliçası Çabi

Xubilay ilk əvvəl Tequlunla evlənib, ancaq Tequlun çox tez ölüb. Sonra o, Çabi xatunla evlənib. 1281-ci ildə onun ölümündən sonra Xubilay böyük ehtimalla Çabinin arzusu ilə Çabinin qohumu Nambuy ilə evlənib.[97]

Övladları:

  • Dorci — 1-ci oğlu, 1240-cı ildə doğulmuşdu. Yeniyetmə yaşında vəfat edib.
  • Çingim (Çjen-Çzin (Çincə:təmiz qızıl)) — 2-ci oğlu, vəliəhd. Vəfat etdiyi üçün taxta onun oğlu Temür keçdi.
  • Manqala — 3-cü oğlu.
  • Nomuxan — 4-cü oğlu.
  • Toqan — oğlu, BurmaVyetnam səfərlərinə başçılıq edib.
  • Xutuq bəki — qızı, Koryö hökmdarı Çunqnyeolu ilə ailə həyatı qurub və Koryö kraliçası olub.[98]

Başqa oğul və qızları da olub.

Xubilayın 1260-cı ildə hakimiyyətə gəlməsi Monqol İmperiyasının yeni istiqamətə doğru getməsinə səbəb oldu. Monqolların parçalanmasına səbəb olan mübahisəli qurultayından başqa onun monqol hakimiyyətinin Çinlə simbiotik əlaqəsini rəsmiləşdirmək cəhdi beynəlxalq marağa səbəb oldu. Xubilay və onun varislərinin işğalları birləşmiş hərbi cəhətdən güclü Çin yaratmaq cəhdi idi. Monqollar tərəfindən Tibetin, SintszyanınMonqolustanın müasir Pekindəki paytaxtdan idarə edilməsi Tzin sülaləsinin Daxili Asiya İmperiyasının erkən bir nümunəsi idi.[99]

  • Weatherford, Jack. Genghis Khan and the Making of the Modern World. 2004.
  • Man, John. Genghis Khan: Life, Death and Resurrection. London; New York: Bantam Press. 2004. ISBN 0-593-05044-4.
  • Man, John. Kublai Khan: The Mongol King Who Remade China. London; New York: Bantam Press. 2007. ISBN 978-0-553-81718-8.
  • Morgan, David. The Mongols. New York: Blackwell Publishers. 1986. ISBN 0-631-17563-6.
  • Rossabi, Morris. Khubilai Khan: His Life and Times (University of California Press (May 1, 1990)) ISBN 0-520-06740-1.
  • Saunders, J.J. The History of the Mongol Conquests (University of Pennsylvania Press (March 1, 2001)) ISBN 0-8122-1766-7.
  • Clements, Jonathan. A Brief History of Khubilai Khan. Philadelphia: Running Press. 2010. ISBN 978-0-7624-3987-4.
  1. 1 2 ХУБИЛАЙ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  2. 1 2 Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. Хубилай // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Encyclopædia Britannica. səh. 893.
  5. Marshall, Robert. Storm from the East: from Genghis Khan to Khubilai Khan. səh. 224.
  6. Borthwick, Mark. Pacific Century. Westview Press. 2007. ISBN 0-8133-4355-0.
  7. Howorth, H. H. The History of the Mongols. II. səh. 288.
  8. Atwood, C. P. Encyclopedia of Mongolia and the Mongol Empire. səh. 457.
  9. Weatherford, Jack. The Secret History of the Mongol Queens. səh. 135.
  10. Man, John. Kublai Khan. səh. 37.
  11. Haw, Stephen G. Marco Polo's China. səh. 33.
  12. Man, John. Kublai Khan. səh. 79.
  13. Atwood, C. P. Encyclopedia of Mongolia and the Mongols. səh. 613.
  14. Du Yuting; Chen Lufan. "Did Kublai Khan's Conquest of the Dali Kingdom Give Rise to the Mass Migration of the Thai People to the South?" (free). Journal of the Siam Society. Siam Heritage Trust. JSS Vol. 77.1c (digital). 1989: image. September 9, 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: March 17, 2013.
  15. Weatherford, Jack. Genghis Khan. səh. 186.
  16. Gazangjia. Tibetan Religions. səh. 115.
  17. Sun Kokuan. Yu chi and Southern Taoism during the Yuan period, in China under Mongol rule. 212–253.
  18. Encyclopædia Britannica. səh. 502.
  19. Prabodh Chandra Bagchi. India and China. səh. 118.
  20. Kalidas Nag. Greater India. səh. 216.
  21. Mah, Adeline Yen. China. səh. 129.
  22. Man, John. Kublai Khan. səh. 102.
  23. Atwood, C. P. Encyclopedia of Mongolia and the Mongol Empire. səh. 458.
  24. Whiting, Marvin C. Imperial Chinese Military History: 8000 BC – 1912 AD. səh. 394.
  25. Man, John. Ibid. səh. 109.
  26. Weatherford, Jack. Genghis Khan and the making of the modern world. səh. 120.
  27. Салих Закиров, Дипломатические отношения Золотой орды с Египтом
  28. al-Din, Rashid. Universal History.
  29. Rossabi, Morris. Khubilai Khan: His Life and Times. Los Angeles: University of California Press. 1988. ISBN 978-0-520-06740-0. 2015-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10. , p. 62.
  30. Rossabi, Morris. The reign of Khubilai Khan // Denis C. Twitchett; John King Fairbank (redaktorlar ). The Cambridge History of China: Volume 6, Alien Regimes and Border States, 710–1368. Cambridge University Press. 1994. 414–489. ISBN 978-0-521-24331-5. p. 424.
  31. Rashid al-Din, ibid
  32. Howorth, H. H. History of the Mongols section: "Berke khan"
  33. H. H. Howorth History of the Mongols from the 9th to the 19th Century: Part 2. The So-Called Tartars of Russia and Central Asia. Division 1
  34. Otsahi Matsuwo Khubilai Kan
  35. Christopher P. Atwood — ibid
  36. Michael Prawdin Mongol Empire and its legacy, p.302
  37. Biran, Michael. Qaidu and the Rise of the Independent Mongol State In Central Asia, p.63
  38. J. J. Saunders The History of the Mongol Conquests, p.130–132
  39. René Grousset The Empire of the Steppes: A History of Central Asia, p.294
  40. G. V. Vernadsky, The Mongols and Russia Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine, p.155
  41. Q. Pachymeres, Bk 5, ch.4 (Bonn ed. 1,344)
  42. The history of Yuan Dynasty
  43. Sh.Tseyen-Oidov – Ibid, p.64
  44. The history of the Yuan Dynasty
  45. John Man Kublai Khan, p. 207
  46. the History of Yuan Dynasty
  47. René Grousset The Empire of the Steppes, p.297
  48. Thomas T. Allsen The Princes of the Left Hand: An Introduction to the History of the ulus of Orda in the Thirteenth and Early Fourteenth Centuries, p.21
  49. Eurasia Archivum Eurasiae medii aevi, p.21
  50. Jack Weatherford Genghis Khan, p.195
  51. G. V. Vernadsky  The Mongols and Russia, pp. 344–366
  52. Henryk Samsonowicz, Maria Bogucka A Republic of Nobles, p.179
  53. G. V. Vernadsky A History of Russia: New, Revised Edition
  54. Morris Rossabi Khubilai Khan: his life and times, p. 115
  55. John Man Kublai Khan, p.231
  56. Rossabi, M. Khubilai Khan: His Life and Times, p76
  57. Cecilia Lee-fang Chien Salt and state, p.25
  58. ^ Jack Weatherford, ibid p.176
  59. A. P. Martinez  The use of Mint-output data in Historical research on the Western appanages, p.87–100
  60. Jack Weatherford  The history of Money, p127
  61. Igor de Rachewiltz In the service of the Khan: eminent personalities of the early Mongol-Yüan period, p.562
  62. "Arxivlənmiş surət" (PDF). 2012-11-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-01-15.
  63. "Saudi Aramco World : Muslims in China: The History". 2014-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-15.
  64. "How to Prepare for SAT II: World history — Marilynn Giroux Hitchens, Heidi Roupp — Google Books". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-15.
  65. "Arxivlənmiş surət". 2018-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-15.
  66. C. P. Atwood Encyclopedia of Mongolia and the Mongol Empire, p.354
  67. The New Encyclopædia Britannica, p.111
  68. David M. Farquhar The Government of China Under Mongolian Rule: A Reference Guide p.272
  69. Otto Harrassowitz Archivum Eurasiae medii aeivi [i.e. aevi]., p.36
  70. C. P. Atwood Encyclopedia of Mongolia and the Mongol Empire, p.403
  71. Herbert Franke, Denis Twitchett, John King Fairbank The Cambridge History of China: Volume 6, Alien Regimes and Border States, p.473
  72. Colin Mackerras China's minorities, p.29
  73. George Alexander Ballard The influence of the sea on the political history of Japan, p.21
  74. Conrad Schirokauer A brief history of Chinese and Japanese civilizations, p.211
  75. C. P. Atwood Encyclopedia of Mongolia and the Mongol Empire, p.434
  76. Ж.Ганболд, Т.Мөнхцэцэг, Д.Наран, А.Пунсаг-Монголын Юань улс, хуудас 122
  77. "Shipwreck may be part of Kublai Khan's lost fleet". October 25, 2011. 2011-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-29.
  78. Nicolle, David The Mongol Warlords
  79. Matthew Bennett (ed.), The Hutchinson Dictionary of Ancient & Medieval Warfare, p.332
  80. 1 2 Christopher Pratt Atwood, Encyclopedia of Mongolia and the Mongol empire, p.579
  81. M. Kutlukov, "Mongol Rule in Eastern Turkestan". Article in collection Tataro-Mongols in Asia and Europe. Moscow, 1970
  82. René Grousset The Empire of the Steppes, p.290
  83. 1 2 René Grousset The Empire of the Steppes, p.291
  84. C. P. Atwood Encyclopedia of Mongolia and the Mongol Empire, p.72
  85. Alfred Schinz The magic square, p.291
  86. Kesar Lall A Nepalese miscellany, p.32
  87. Paul Pelliot, Notes on Marco Polo, p.85
  88. Anne Elizabeth McLaren, Chinese popular culture and Ming chantefables, p.244
  89. E. P. J. Mullie, De Mongoolse prins Nayan, pp.9–11
  90. Igor de Rachewiltz, In the service of the Khan: eminent personalities of the early Mongol-Yüan period, p.599
  91. René Grousset, The Empire of the Steppes, p.293
  92. 1 2 Reuven Amitai-Preiss, David Morgan, The Mongol empire and its legacy, p.33
  93. René Grousset, The Empire of the Steppes, p.294
  94. Rashid al-Din JT, I/2 in TVOIRA
  95. Reuven Amitai-Preiss, David Morgan, The Mongol empire and its legacy, p.43
  96. Ya.Ganbaatar. Yuan ulsiin uyiin mongolchuudiin hyatadaar bichsen shulgiin songomol (Selection of Chinese poems written by Mongolians during the Yuan Dynasty), Ulan Bator, 2007 p.15
  97. John Man (2004), p. 394
  98. Cheong-Soo Suh An encyclopaedia of Korean culture, p.84
  99. C. P. Atwood Ibid, p.611

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]