38°29′04″ şm. e. 39°24′17″ ş. u.HGYO

Xəzər gölü (Türkiyə)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xəzər gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 534 m
Eni 6 km
Uzunluğu
  • 22 km
Sahəsi
  • 81 km²
Dərin yeri 213 m
Yerləşməsi
38°29′04″ şm. e. 39°24′17″ ş. u.HGYO
Ölkə
Xəzər gölü xəritədə
Xəzər gölü
Xəzər gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xəzər gölü — Türkiyədə yerləşən Tavr (Tavros) dağları arasında tektonik (rif mənşəli) göl. Gölcük gölü olaraq da tanınır. Elazığın 22 km cənub-şərqində Dəclə çayının əsas mənbəyi kimi qəbul olunur.

Göl Afrikanın şərqində tektonik göllər əmələ gətirən Dünyanın ən uzun tektonik qırılma zonasının üzərində yerləşir. Qızıldəniz, Akabe körfəzi, Lut gölü, Amik ovasına çatan qırılma Şərqi Anadolu qırılma xəttinə çatır. Burada Yer qabığının üfuqi və şaquli hərəkəti baş verir. Əmələ gələn çuxurluqda Xəzər gölü əmələ gəlmişdir.[1]

Əsas xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 20 km, genişliyi 5–6 km-dir, kobud ellips formasındadır. Türkiyənin ən dərin göllərindən biridir. Ən dərin hissəsi şimal-şərq ucunda təqribi 213 metrdir. Göl dərinliyi haqqında dəqiqsizlik var.[2]

Göl şimaldan Mastar dağı (1724 m), Çelembik dağı (1747 m), cənubdan Xəzərbaba dağı (2347 m) ilə əhatə olunmuşdur. Şərqində əhəmiyyətli yüksəklik olmayan dağın qərbində Quşaqçı dağı (1908 m) var. Dənizdə 1248 metr yüksəkdə olan gölün sahəsi 81 m2-dır. Gölün yağış hövzəsi 277 km2-dır.

Yarıquraq sahədə yerləşən göldə səviyyə dəyişikliyi var. Ən alçaq səviyyə dekabr ayında, ən yüksək səviyyə isə iyun ayında müşahidə olunur. İllik orta səviyyə fərqi 41 sm-dir. Uzun illər üzrə səviyyə fərqi 156 sm olaraq müəyyən olunmuşdur.

Göl səthinin 28 metr altından açılan kanallar ilə yaradılan Xəzər1 və Xəzər2 HES-ları da göldən önəmli miqdarda su axışına səbəb olur.[3] Bu su çıxışının mənfi təsirini azaltmaq üçün Qavaq çayı gölə yönləndirilmişdir. Yeraltı yollarla göldən Dəclə çayına su sızıntısı da var.

Axarlı olmayan gölün suları azca sodalı və duzludur. Yağış və axarsuların gətirdiyi üst hissədəki sular kənd təsərrüfatına yararlıdır.

Batıq şəhər

[redaktə | mənbəni redaktə et]

Gölün dibində alimlər tərəfindən bir şəhərin 4000 illik qalıntıları tapılmışdır. Şəhər 1830-cu ildən Xəzər gölünün suları altında qalıb. Türkiyə Şərqi Anadoludakı tarixi batıq şəhəri YUNESKO-nun Dünya İrs Siyasınına daxil etmək istəyir.[4]

Sivricə bələdiyyə başçısı Əbubaxar İrmaq gölə daldığını və orada Bizans, Səlcuqlu, Osmanlı dönəminə aid izlər daşıyan kilsə qalıntılarını, qala divarlarını, saxsı qablar və şirli lövhələr gördüyünü açıqlamışdır.[5][6] 2019-cu ildə şəhərdə amfora məzarları da tapılmışdır.[7]

Göldən istifadə

[redaktə | mənbəni redaktə et]

Xəzər gölü təbii mühafizə statusuna sahibdir. Gölün ətrafında bir çox dövlət müəssisəsi və müxtəlif təşkilatlara məxsus təhsil və istirahət obyektləri var. Göl dibində qədim saray və monastır qalıqları mövcuddur. "Xəzər suvarma layihəsi" üçün göldən stansiyalara su vurulması nəticəsində gölün su səviyyəsində ciddi azalma baş vermiş və qalıntılar su üzərinə çıxmışdır. Su çəkilməsindən dolayı ekoloji ekosistemin bozulması müəyyən olunandan sonra su çəkilməsinə ara verilmişdir.

Göldə ifrat və qanunsuz ovlanmanın qabağı alına bilmir. Ətrafdakı otellərin çirkli suları gölə axıtmaları minlərlə balığın ölməsinə səbəb olur.

  1. BİRİCİK, Prof. Dr. Ali Selçuk. "HAZAR (GÖLCÜK) GÖLÜ DEPRESYONU". dergipark.gov.tr/. 6 Şubat 2017 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 5 Şubat 2017.
  2. Hazar Gölü – Elâzığ
  3. "Hazar gölü can suyu ve pompaj depolamalı hes projesi". enerjienstitusu.com.
  4. ""Ancient underwater city in Turkey sparks interest". Ancient underwater city in Turkey sparks interest (in Turkish). Retrieved 2018-08-23". 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
  5. ""Underwater ancient city in Turkey sparks interest". Retrieved 2018-08-23". 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
  6. "Şafak, Yeni. "Underwater ancient city in Turkey sparks interest". Yeni Şafak (in Turkish). Retrieved 2018-08-23". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
  7. "Amphora tombs found in sunken city". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.