Xəyalə Abdulla
Xəyalə Abdulla | |
---|---|
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (2015) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.320 (sentyabr 2015) |
FİDE nömrəsi | 13401807 |
Vikianbarda əlaqəli mediafayllar |
Xəyalə Mardan qızı Abdulla (13 iyul 1993) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2015).
Şahmat karyerası
[redaktə | mənbəni redaktə et]2010-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 18 yaşa qədər qızlar arasında Avropa çempionatında bürünc medal qazanıb.[2]
2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında qızıl,[3] 20 yaşa qədər qızlar arasında isə gümüş medala sahib çıxıb.[4]
2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında ikinci dəfə gümüş medala sahib çıxıb.[5]
2013[6][7] və 2014-cü[8] illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub.
Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2014-cü ildə Norveçin Tromse[9] şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında və 2013-cü ildə Polşanın Varşava, 2015-ci ildə isə İslandiyanın Reykyavik şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir.[10] 2016-cı ildə Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.[11]
Xəyalə Abdulla 2010-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülüb.
Reytinqi
[redaktə | mənbəni redaktə et]FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin mart ayına olan məlumata görə Xəyalə Abdulla 2241 xalla Azərbaycan qadın şahmatçıları arasında 9-cu,[12] "Top 100 Women February 2017" reytinq cədvəlində isə 320-ci yerdə qərarlaşıb.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Xəyalə Abdulla azərbaycanlı qrosmeyster Nicat Abasov ilə ailə həyatı qurub.[13]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ FİDE FIDE Standard Ratings as of 31 jul 2024. 2024.
- ↑ "AZƏRBAYCAN ŞAHMATÇILARI AVROPA ÇEMPİONATINDA 3 QIZIL VƏ 1 BÜRÜNC MEDAL QAZANMIŞLAR". Azertag.az.
- ↑ "G18 18 yasadak qizlar arasinda Azarbaycan birinciliyi". Chess-results.com.
- ↑ "AZE Ch U20 Girls 2011". Chess-results.com.
- ↑ "20 yasadak qizlar arasinda Azarbaycan birinciliyi". Chess-results.com.
- ↑ "Qadinlar arasinda Azarbaycan cempionati". chess-results.com. 14 mart 2013. 2015-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2014.
- ↑ "Qadınlar arasında Azərbaycan Çempionatı". ulvichess.az. 14 mart 2013. 2015-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2014.
- ↑ "WIM Khayala Abdulla is Azerbaijan Women's Chess Champion 2014". Chess News Blog. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2015.
- ↑ "Abdulla, Khayala WOMEN'S CHESS OLYMPIADS". Olimpbase.org. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- ↑ "Abdulla, Khayala EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- ↑ "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- ↑ "Federations Ranking Women Azerbaijan". Fide.com. 29 Mart 2017 tarixində arxivləşdirilib.
- ↑ "Любовь не признает преград: азербайджанские шахматисты поженились в условиях карантина". az.sputniknews.ru (rus). 2020-04-20. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- FIDE Chess profili
- Khayala Abdulla. Chess-DB.com[ölü keçid] (ing.)
- Khayala Abdulla. Chessgames.com (ing.)
- Khayala Abdulla. 365Chess.com (ing.)