Vikipediya:Bilirsinizmi/oktyabr 2020
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
Vikipediya məqalələrindən
- Dağıstan Respublikasının Çaroda rayonunun Arçin kəndində məişət dili kimi istifadə olunan arçin dilində hər bir feilin təqribən 1.5 milyon fərqli təsnifi var. Arçin dilində 970 nəfər danışır.
- Uelsdən başqa vall dilində danışılan yeganə ölkə Argentinadır. Bunun səbəbi təqribən 200 il öncə uelsli miqrantların Pataqoniyaya köçməsidir.
- Əkiz uşaqların öz aralarında yaratdıqları və sadəcə onların başa düşdükləri gizli dilə kriptofaziya deyilir.
- Çin dilində (Mandarin/Kanton) 50 min işarə mövcuddur. Bir qəzeti oxumaq üçün bu işarələrdən təqribən 2 minini bilmək lazımdır.
- İspaniya ilə Fransa arasındakı Basklar ölkəsində danışılan bask dili, bizə məlum olan hər hansı bir dil qrupu ilə əlaqəsi olmayan yeganə Avropa dilidir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycan bəstəkarı Qara Qarayev fotoqrafiya həvəskarı olub.
- Arxeopteriksin (şəkildə) müasir quşların 78%-i uc beyinin beyinə nisbəti var.
- Sağ və sol adlı siyasi anlayışlar, Fransız İnqilabı (1789–1799) zamanında, ayrı fikirdəki siyasətçilərin Fransız parlamentinin sağında və ya solunda oturmalarından sonra ortaya çıxmışdır.
- Təbaşir dövrünün sonunda sürünənlərin çoxu, ammonitlər, belemnitlər və s. qırılmışdır.
- Çin Kommunist Partiyası üzvlərinin sayına görə dünyanın ən böyük siyasi partiyasıdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
Vikipediya məqalələrindən
- Yuri Slyozkinin "Tunc ay" romanının mövzusu əsasında çəkilmiş "Gilan qızı" filmində 1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından, qüvvəcə üstün olan şah və ingilis qoşunlarının güclü təzyiqi altında Gilanın faciəli süqutundan bəhs olunur.
- Sankt-Peterburqda yerləşən Mixaylov qəsrinin (şəkildə) önündə yerləşən meydanda 1800-cü ildə "Ulubabaya nəvəsindən" yazısı altında I Pyotrun heykəli ucaldılıb.
- Özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı olan Bilderberq konfransının ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub.
- Məskulaşma olmayan Staff adasında yerləşən Fingal mağarası dəniz dalğalarının abraziyası nəticəsində meydana gəlmişdir.
- Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı Yana Batırşina Olimpiya Oyunlarının gümüş mükafatçısı olmaqla yanaşı, yeddiqat dünya və beşqat Avropa çempionudur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Vikipediya məqalələrindən
- Rejissoru Həsən Seyidbəyli olan "Bizim Cəbiş müəllim" filmi Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında çəkilib.
- Todur Zanetin əməyi sayəsində işıq üzü görmüş Ana sözü qəzeti Moldovada qaqauz dilində nəşr olunan ilk qəzetdir.
- İstanbulda yerləşən Sultanəhməd həbsxanası hal-hazırda Four Seasons hoteli olaraq istifadə edilir.
- Liaohe çayı deltasında yerləşən Panjin çimərliyinin (şəkildə) qırmızı rəngdə olmasının səbəbi dayaz sahildə yaşayan qırmızı yosunların ifraz etdiyi maddələr - "floridean" və purpur bakteriyalarıdır.
- İlk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmış 100 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir.
- Ukraynalı qadın şahmatçılar arasında ikinci dünya çempionu olan Mariya Muzıçuk şahmatdan başqa stolüstü tennis də oynayır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Vikipediya məqalələrindən
- Afrikanın ən məşhur memarlıq abidələrindən biri olan Cənnə Böyük məscidi (şəkildə) qədim şəhər Cənnə ilə yanaşı 1988-ci ildə YUNESKO tərəfindən Dünya irsi siyahısına əlavə olunub.
- Qədim Misir mifologiyasında axirət dünyasının baş tanrısı Anubis sayılsa da, sonrakı dövrlərdə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir.
- Mingəçevir SES haqqında ilk elmi məqalə Cəlil Məmmədquluzadənin oğlu Midhət Məmmədquluzadə tərəfindən dərc edilmişdir.
- Şouşenkdən qaçış filmi Stiven Kinqin Rita Heyvort və Şouşenkdən qaçış romanının motivləri əsasında çəkilmişdir.
- Bakı milyonçusu Musa Nağıyev İsmailiyyə Sarayını gənc yaşda vəfat edən oğlu İsmayıl bəy Nağıyevin şərəfinə tikdirmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə