Vəcihulla mirzə Qovanlı-Qacar
Vəcihulla mirzə Qovanlı-Qacar | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1854 |
Doğum yeri | |
Vəfat tarixi | 1905 |
Vəfat yeri | |
Fəaliyyəti | dövlət qulluqçusu |
Vəcihulla mirzə Sultan Əhməd mirzə oğlu Qovanlı-Qacar (1854, Tehran – 1905, Tehran) — Qacar şahzadəsi, İranın hərbi naziri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sultan Əhməd mirzənin ikinci oğlu Vəcihulla mirzə Tehran şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Sepahsalar ləqəbi daşıyırdı. Vəcihulla mirzə öz ictimai fəaliyyətinə orduya daxil olmaqla başlayıb. 1873-cü ildə Hüseyn xan Sepahsalari-Əzəmin himayəsinə keçib. 1874-cü ildə Tehranın hərbi dəstəsinin başçılığını və məvacibinin verilməsini öhdəsinə almışdı. O zamanlarda Nasirəddin şahın özəl işlərinə baş çəkirdi. 1890-cı ildə Loristan və Burucird əyalətlərinə vali təyin olunmuşdu. Öz tərəfindən oğlunu oraya göndərmişdi. 1891-ci ildən 1892-ci ilədək Astarabada və 1896-cı ildən 1897-ci ilədək Astarabad, Şahrud və Bəstam bölgələrinə başçılıq etmişdi. 1895-ci ildən şah tərəfindən Rusiyaya çarın tacgüzarlığına göndərilmişdi. 1897-ci ildə İngiltərənin məlaikəsinin imperaroriçəliyinin 50-ci ildönümü yubleyində iştirak etmişdi. O, İngiltərədə Sent Ceyms ordeni ilə təltif olunmuşdu. Vəcihulla mirzə 1897-ci ildə İranın hərbi naziri təyin edilmişdi. Vəcihulla mirzə 1905-ci ilin 18 yanvarında vəfat edib.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Vəcihulla mirzənin Nüsrətulla mirzə, Abdulla mirzə, Həbibulla mirzə, Nurulla mirzə, Sədulla mirzə adlı oğulları, Ənisəddövlə xanım, Ənisəssəltənə xanım, Xədicə Bədiəzzəman xanım, Fatimə xanım, Ismətəddövlə Tacülmülk xanım adlı qızları vardı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.