Trabzon Atatürk Köşkü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Atatürk Köşkünün tanıtım yazısı
Atatürk Köşkü
Atatürk Köşkü

Trabzon Atatürk Köşkü — Soyuqsu səmtində kiçik bir şam bağı içində yerləşir. XX əsrin əvvəlində tikilmiş 1923-cü ildən sonra dövlət xəzinəsinə qalmışdır. Atatürk 1934 və 1937-ci illərdə Trabzon səfərlərində, bu köşkdə qonaq edilmişdir. Onun ölümündən sonra Trabzon bələdiyyəsi tərəfindən o dövrdə istifadə olunan əşyalarla dekorasiya edilərək "Atatürk Muzeyi" olaraq istifadəyə vermişdir.

Köşk Konstantin Kapogiannidis üçün tikilmişdir. Binanın tikintisi 1903-cü ildə başa çatdırılmışdır. Sahibi ailəsiylə birlikdə Respublika quruluan zaman (1923) Yunanıstana getmişdir.

Mustafa Kamal Atatürk ilk dəfə 15-17 sentyabr 1924-cü ildə Trabzonu ziyarət edərkən Bələdiyyə və Baş müfəttişliyə getdikdən sonra Soyuğu ətrafına avtomobillə qısa bir gəzintidə olmuş və bu gəzinti zamanı, Köşkü görüb orada bir müddət dinlənmişdir.

Atatürk Trabzona ikinci gəlişində 26-29 noyabr 1930-cu il tarixində trabzona səfəri zamanı bu köşkdə qalmışdır. Atatürk köşkü bəyəndiyini deyəndə, trabzonlular onu özünə hədiyyə etməyi düşünmüşdülər. Trabzon ili xüsusi idarəsi xəzinədən 2 may 1931-ci ildə köşkü satın almış, əncüməni qərarı ilə 18 may 1931-ci il tarixli və 361 saylı qərarla Atatürkə hədiyyə etmişdir.

Atatürkün Trabzona üçüncü və son gəlişi 10-11 iyun 1937-ci il tarixində baş tutmuş, səfər zamanı köşkdə qalmışdır. Atatürkün ölümündən sonra köşk bacısı Məqbulə Boysana verilmişdir. 17 aprel 1943-cü ildə Trabzon bələdiyyəsi tərəfindən müsadirə edilmişdir. Bu gün isə Atatürk köşkü (Bələdiyyə Xalq Muzeyi) kimi istifadə edilir.

Köşk zirzəmi qatı ilə birlikdə 4 mərtəbəli daş bir binadır. Əsas olaraq şərq və şimala istiqamətləndirilmişdir . Xüsusiyyətləri və məkan keçirilməsi müasir Avropa memarlığına məxsusdur. İç bölmələrdə kərpic material istifadə edilmişdir. Ağac doğramalar işçliği əla vəziyyətdədir. İç təsisatında o zaman üçün yeni sayılan təmiz, əlüzyuyan, və hamam kimi qurğu istifadə edilmişdir. Döşəmələr plitka mozaika olub, tavanlar təcrübəyə əsaslan tərzdə gips bəzəməlidir. İçərisində orijinal Çin, Yapon və Avstriya vazaları, o zaman son dərəcə müasir bir musiqi şkafı, Osmanlı üsulu sədəf oymalı masa, Avropadan gətirilmiş mebellər, heykəllər və s var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Trabzon Atatürk köşkü (Kapogiannidis köşkü) Arxivləşdirilib 2012-07-16 at the Wayback Machine
  2. ATATÜRK KÖŞKÜ