Toğrul (Böyük Səlcuq hökmdarı)

Vikipediya, azad ensiklopediya
(Toğrul bəy səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Toğrul
türkm. Togrul beg
fars. رکن‌الدین طغرل‌بک بن سلجوق
1037 – 1063
Əvvəlkivəzifə quruldu
SonrakıAlp Arslan
Şəxsi məlumatlar
Doğum tarixi təq. 990[1]
Vəfat tarixi 4 sentyabr 1063
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d]
Atası Mikayıl
Ailəsi Səlcuqlular
Dini sünni islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toğrul bəy (təq. 990[1]4 sentyabr 1063, Təcriş[d], Böyük Səlcuq imperiyası) — Oğuz elinin Qınıq boyundan, Böyük Səlcuqlu dövlətinin qurucusu və ilk sultanı (1040–1063)

Toğrul bəy Mikayıl bəy oğlu 987-ci ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf etmişdi. Çağrı bəyin ölümündən sonra onun qardaşı Toğrul bəy sultan elan edildi və bir ildən sonra onun adı zərb olunmuş pullar dövriyyəyə buraxıldı. Paytaxt Nişapurdan Reyə köçürüldü. Nişapurdan şərqdəki torpaqların idarəçiliyi Çağrı bəyə tapşırıldı. CürcanKuhistanın idarəsi Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğluna həvalə olunurdu. Herat, Buşənc, SistanQurlar ölkəsini idarə etmək sultan Toğrulun əmisioğlu Əbu Əli əl-Həsənə (Səlcuq bəyin oğlu Musanın övladı) tapşırılırdı. Səlcuqoğlu İsrailin oğlu Şihabəddövlə Qutalmışa qərbə — Bizans istiqamətində yürüşlər etmək, Azərbaycanı erməni-gürcü-Bizansın birləşmiş qüvvələrindən qorumaq tapşırıldı. Bu işdə ona Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğlu kömək göstərməli idi. 8 iyul 1046-cı ildə Abxaz çarı Liparitin başçılıq etdiyi erməni-gürcü-Bizansın birləşmiş qüvvələrinin mühasirəyə aldığı Gəncəyə gələn Səlcuqlu ordusu xaçlıları geri oturtdu. Erməni tarixçisi Urfalı Meteosun yazdığı kimi "müsəlmanlar sayı hesabı bilinməyən xaçlı ordusundan 150 minini qılıncdan keçirdi". 1054-cü ildə Sultan Toğrul İran sülaləsi olan Buveyhilər tərəfindən sıxışdırılan xəlifə əl-Qaimin xahişilə Bağdad şəhərinə daxil oldu. Buveyhilərin sonuncu nümayəndəsi olan əl-Malik ər-Rəhim Əbu Nəsr əsir tutularaq Təbərək qalasına salındı. Bağdad minarələrindən çəkilən əzanlarda Misirdəki şiə Fatimilərin deyil, yenidən Abbasi xəlifələrinin və Səlcuq sultanının adına xütbə oxunmasına başlanıldı. "Bütün ərəb əmirləri Sultan Toğrulun əlini öpmək üçün onun yanına gəldilər". Xəlifənin qızı Səidə ən-Nisə ilə evlənən Sultan Toğrul 17 fevral 1063-cü ildə Təbrizdə təntənəli toy məclisi təşkil etdi.

Türk-İslam dünyasının ən görkəmli şəxsiyyətlərindən olan Səlcuqlu sultanı Toğrul cümə axşamı günü, 4 sentyabr 1063-cü ildə 70 yaşında vəfat etdi. Vəzir Həmid əl- Mülk əl-Qundurinin dediyinə görə Sultan Toğrul ona belə bir əhvalat danışmışdı: "Xorasanda fəaliyyətə başladığım ilk illərdə yuxumda gördüm ki, məni xoş iy verən dumanlı bir yerə qaldırdılar və qeybdən bir səs eşitdim: "Bizdən bir şey istə! Dediyin yerinə yetəcək". Mən dedim ki, uzun ömür istəyirəm. Mənə cavab verdilər ki, sən 70 il yaşayacaqsan".

Müasirlərinin yazdığına görə Sultan Toğrul cəsur, səbrli, geniş qəlbə malik bir insan idi. Dəbdəbəli geyinməyi sevməzdi. Ürəyində Uca Allaha dərin inam var idi. Bir dəfə də olsun Cümə namazından qalmır, bazar ertəsi və cümə axşamları oruc tuturdu. Pul toplamağı və nahaq qan tökülməsini istəməzdi. Nəzir verməkdə, xüsusilə məscid tikdirməkdə comərd idi. Sultan Toğrul demişdi: "Əgər mən tikdirdiyim evin yanında ondan uca məscid tikdirməsəm, Allahın qarşısında nə cavab verərəm!".

Toğrul bəy Çağrı bəyin oğlu Yakuta Anadoluya aramsız olaraq hücumlar etməsini və orada türklərin yerləşdirilməsi vəzifəsini tapşırmışdı. Bundan narahat olan xəlifə Qaimbiəmrillah Toğrul bəyin yanına elçi göndərdi və xahiş etdi ki, onlardan əvvəl İraqa gələn və sonralar İraq türkmənləri kimi tanınan oğuzlarla Toğrul bəylə birgə gələn oğuzların bölgədə yerləşməsinin qarşısını alsın. Toğrul bəy isə xəlifənin elçisinə: "Əsgərlərimin sayı çoxdur, əlimizdə olan torpaqlar onlar üçün kifayət etmir", — dedi.

Zəfərlər dalınca zəfərlər qazanan Toğrul bəy 1058-ci il yanvar ayının 25-də Bağdadda böyük təntənə ilə Şərqin və Qərbin hökmdarı elan edildi. Səlcuqlu dövlətinin ilk sultanı olan Toğrul bəy 1062-ci ildə Reyə doğru hərəkət etdi və burada böyük təntənə ilə qarşılandı, Amma o, Reyə gələrkən yolda xəstələnmişdi. Toğrul bəy bu xəstəlikdən sağalaraq bir daha ayağa qalxa bilmədi və 1063-cü ildə vəfat etdi. Toğrul bəyin ölümündən sonra onun yerinə Alparslanın ögey qardaşı Süleyman taxta çıxarıldı. Çünki Toğrul bəyin övladı yox idi. Süleyman bəyin taxta çıxarılmasını Toğrul bəyin əmisi Arslan Yabqunun oğlu Kutalmış bəy də müdafiə edirdi, Amma taxta çıxarılan Süleyman bəy gənc idi. Onun dövləti idarə etmək və döyüş təcrübəsi yox idi. Toğrul bəyin ətrafında onunla birlikdə döyüşlərdə qəhrəmanlıq göstərən silahdaşları və sərkərdələr, həmçinin digər adlı-sanlı türk bəyləri Süleymanın taxta çıxarılmasından narazı qalmışdılar.

Toğrul bəyin şərəfinə ucaldılmış qüllə
Dəndənəkan döyüşü
  1. 1 2 https://www.britannica.com/biography/Toghril-Beg.