Takako Doi
Takako Doi | |
---|---|
yap. 土井たか子 | |
6 avqust 1993 – 27 sentyabr 1996 | |
Əvvəlki | Yoşio Sakurauçi |
Sonrakı | Soiçiro İto |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 noyabr 1928[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 sentyabr 2014[1][2][…] (85 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, legal counselor[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Takakoi Doi (土井 たか子, Doi Takako?, 30 noyabr 1928[1][2][…], Kobe – 20 sentyabr 2014[1][2][…], Hyoqo prefekturası[3]) – Yaponiya siyasətçisi və Yaponiya Sosialist Partiyasının əsas liderlərindən biri. O, Yaponiya Nümayəndələr Palatasının ilk qadın spikeri və Yaponiyada əsas siyasi partiyalardan birinə başçılıq edən ilk qadın siyasətçi olmuşdur.[4]
İlk illəri
[redaktə | mənbəni redaktə et]Takako Doi 1928-ci ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Atası həkim, anası məktəb müəllimi idi. İkinci Dünya müharibəsi zamanı yaralı bir şəxsin qolunun kəsilməsində atasına kömək etdikdən sonra pasifist olmağa qərar vermişdir. 1955-ci ildə Doşişa Universitetindən konstitusiya hüququ ixtisası üzrə məzun olmuş,[5] daha sonra universitetin professoru olmuşdur.[6]
Siyasi karyerası
[redaktə | mənbəni redaktə et]1969-cu ildə Hyoqo prefekturasının 2 saylı seçki dairəsindən Yaponiya parlamentinin Nümayəndələr Palatasına seçilmişdir.[4] Parlament deputatı olduğu müddət ərzində ot kökləri hərəkatında iştirak edərək Yaponiya konstitusiyasını və qadınlarını müdafiə etmişdir.[6]
1986-cı ildə Yaponiya Sosialist Partiyası Doini partiya sədri seçmişdir. Beləliklə, Doi Yaponiyada əsas partiyalardan birinin rəhbəri olan ilk qadın siyasətçi olmuşdur.[6] Hökumətin Körfəz müharibəsi strategiyasına qarşı müxalifliyi uğursuz olduğu üçün 1991-ci ildə partiya sədrliyindən ayrılmışdır.[5] 1993-cü ildə Yaponiya Nümayəndələr Palatasının ilk qadın spikeri seçilmiş və müasir Yaponiyada tarixində ən yüksək siyasi mövqe əldə etmiş qadın olmuşdur.[6] 1996-cı ildə Tomiiçi Moriyamanı əvəz edərək Yaponiya Sosial Demokratik Partiyasının sədri seçilmiş və 2003-cü ilə qədər bu vəzifəni tutmuşdur. Doi partiyanı nüvə enerjisi və milli müdafiə kimi məsələlərə yaxınlaşdırmağa çalışmışdır.[7]
Doinin seçicilər arasındakı populyarlığı "Doi bumu" ifadəsinin yaranmasına səbəb olmuşdur.[7] Yaponiya Liberal Demokratik Partiyasının parlamentdə çoxluğu itirməsi haqqında dediyi "dağ yerindən tərpəndi" və istehlak vergisinin təqdim olunması barədə dediyi "qəbulolunmaz şey qəbulolunmazdır" kimi sözləri deyimə çevrilmişdir. 2003-cü ildə keçirilmiş seçkilərdə partiyasının məğlub olmasından sonra partiya sədrliyindən istefa vermişdir.[4] 2005-ci ildə keçirilmiş seçkilərdə yerini itirdikdən sonra siyasi səhnədən çəkilsə də,[7] konstitusiya islahatına qarşı olmağa, eləcə də, pasifizm və feminizmi dəstəkləməyə davam etmişdir.[5]
Ölümü
[redaktə | mənbəni redaktə et]Doi 20 sentyabr 2014-cü ildə ağciyər iltihabı səbəbilə xəstəxanada ölmüşdür.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Doi Takako // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Takako Doi // FemBio database (alm.).
- ↑ 1 2 Freebase Data Dumps. Google.
- ↑ 1 2 3 4 "'Trailblazer' Takako Doi, first woman to serve as Lower House speaker, dies at 85". The Asahi Shimbun (ingiliscə). 28 sentyabr 2014. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2024.
- ↑ 1 2 3 "Takako Doi obituary". The Guardian (ingiliscə). 5 oktyabr 2014. 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2024.
- ↑ 1 2 3 4 Hoover. səh. 79
- ↑ 1 2 3 Hoover. səh. 80
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Hoover, William D. Historical Dictionary of Postwar Japan (ingiliscə). Scarecrow Press. 18 mart 2011. 79–80. İstifadə tarixi: 14 fevral 2024.
- 30 noyabrda doğulanlar
- 1928-ci ildə doğulanlar
- Kobedə doğulanlar
- 20 sentyabrda vəfat edənlər
- 2014-cü ildə vəfat edənlər
- 85 yaşında vəfat edənlər
- Hyoqo prefekturasında vəfat edənlər
- Yaponiya Sosial Demokratik Partiyasının üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Yaponiya sosialistləri
- Yaponiyada ağciyər iltihabından vəfat edənlər
- Yaponiya pasifistləri
- Yaponiyanın qadın siyasətçiləri