Təcrübə
Təcrübə (Təcrübəyə əsaslanan bilik və ya təcrübi bilik) - Epistemologiyanın əsas anlayışlarından biri, bir anda və ya uzun müddət ərzində müşahidə, praktiki fəaliyyət və ya hər hansı bir təəssürat nəticəsində qazanılmış bilik və bacarıqlar toplusu.
Bilikdən fərqli olaraq abstrakt düşüncə yolu ilə əldə edilə bilməz. Lakin burada düşüncənin özü ilə bağlı əldə edilən təcrübə istisnadır.
İnsan düşünərək, öz düşünmə tərzini, düşünmə sürətini və ya digər düşünməyə aid xüsusiyyətlərini dəyişdirə, inkişaf etdirə bilirsə, buna öz düşüncələrini müşahidə edərək nail olur. Deməli, bu yolla əldə edilmiş düşünmədəki dəyişikliklər də təcrübə yolu ilə əldə edilmiş hesab edilə bilər.
Təcrübə - bilik və bacarıq, hissiyat və iradə kimi mövhümlərin birgəliyini ifadə etməklə, bəşəriyyətin bu mövhümlərin, sosial-mədəni irs kimi, nəsildən nəsilə ötürülməsinin sistematikliyini xarakterizə edir.
Təcrübə anlayışı onu ya bilik mənbəyi hesab etməyən və ya varlığını tamamilə inkar edən empirizm və rasionalizmlə qızğın mübarizə mühitində aktiv inkişaf etmişdir. Təcrübə biliyi refleksiyaya tabe olmayan gizli bilikdən fərqli anlayışdır.
Fəlsəfə ənənəsində təcrübə anlayışı
[redaktə | mənbəni redaktə et]Aristotelə görə təcrübə
[redaktə | mənbəni redaktə et]Aristotel hesab edirdi ki, təcrübənin insanlarda əmələ gəlməsinin səbəbi yaddaşdır. Aristotelə görə bir obyekt haqqında olan bir neçə fikir - bir təcrübə dərəcəsinə yüksəlir. "Təcrübə elm və incəsəntlə, demək olar ki, eyni əhəmiyyət kəsb edir. Lakin, elm və incəsənt təcrübə əsasında meydana çıxır."
Aristotel yazır:
"Müəyyən bir xəstəliyə düçar olmuş Kalliyə bir dərman kömək edib, bu dərman Sokratı da sağaldıb, sonra isə eyni dərman daha çox insana da kömək edib, deməli, bu dərman bu xəstəliyin çarəsidir fikri - təcrübəyə dayanır. Bir dərman müəyyən bədən quruluşuna, anotomik və ya fizioloji xüsusiyyətlərə sahib olan insanlara bir xəstəlik keçirdikləri zaman kömək edir fikri isə tamamilə incəsənət işidir"
"Görürük ki, əslində təcrübə incəsənətdən geri qalmır, heç nə ilə fərqlənmir, hətta bəzən daha üstündür. Görürük ki, təcrübəyə malik insanlar, quru biliyi olub, təcrübəsi olmayanlardan daha irəlidədirlər.
Səbəb isə ondadır ki, təcrübə müəyyən bilikdir, incəsənət isə - ümumi bilik. Hər növ praktiki hərəkət də müəyyən olunmuş biliyə aiddir. Həkim insanın ümumi olaraq sağaltmır. Kaliy və ya Sokrat və ya, adı nə olursa olsun, başqa bir insan həkimin ümumi bilikləri ilə sağalmır. Ümumi bilikləri olan həkim çox vaxt müalicədə səhv edir, çünki müalicədə çox vaxt müəyyən nə isə sağaltmaq lazım olur"
F. Bekona görə təcrübə
[redaktə | mənbəni redaktə et]F. Bekon yazır: " Dünyamızın binası və quruluşu onu dərk etməyə çalışan beyin üçün, qarışıq yollarla, əşyaların və simvolların yalançı obrazları ilə, təbiətin qəliz və açılmaz düyünləri ilə dolu labirint kimidir. Bu labirintlə insan səhv işıqlanmış hisslərlə təcrübə meşələrini keçib getməyə məcburdur"
Aydın olur ki, Bekon "təcrübə meşəsi" dedikdə, bu anlayışa neqativ məna verir. Lakin o, burada passiv təcrübəni nəzərdə tutur. Bekona görə passiv, təbii, həyatın özünün gətirdiyi təcrübə yalan mənbəyidir, bu təcrübənin əksi isə - aktiv, insan fəaliyyətinin iştirakı ilə yaranan, eksperiment adlandırdığımız təcrübə - həqiqət mənbəyidir.
Bekon yazır:
"Baxmayaraq ki, hisslər bizi çox vaxt aldadır, onlar insan fəaliyyəti ilə birləşdikdə bizə kifayət qədər bilik verə bilərlər; və bu instrumentlər vasitəsilə əldə olunmaqdan daha çox ( bəli, instrumentlər də kifayət qədər xeyir gətirir), bizim hissiyat orqanlarımız üçün tanış olmayan obyektləri, hiss edə bildiyimiz obyektlərlə uzlaşdıran eksperimentlərlə əldə olunur"
Kanta görə təcrübə
[redaktə | mənbəni redaktə et]Alman klassik fəlsəfəsinin banisi hesab edilən İmmanuil Kant da təcrübə yolu ilə əldə edilən biliyin düşüncələrə əsaslanmağı haqqında fikirlərini qələmə almışdır.
Elmi bilik haqqında olan təlimini inkişaf etdirən Kant, biliyin təməlində hissiyatın olduğunu vurğulayan empirizmin ənənəvi mövqesini inkar etmir, lakin bu fikri "Təcrübəyə elm dərəcəsini verən onun ümumi, qaçınılmaz və lazım olduğu haqqında olan həqiqəti təcrübəyə subyektin transendental strukturu gətirir" tezisi ilə tamamlayır. Kantın təliminə əsasən noumenlər bizim hissiyat orqanlarımızla əlaqədə olduğu zaman, bizə müxtəlif hisslər yaşatmaqla yanaşı, biliyimiziə müəyyən formaya salan daxili bacarıqlarımızı aktivləşdirir. Kant düşünürdü ki, insan istəmədən, bilmədən aktiv eksperimental təcrübə əldə edir.
Marksa görə təcrübə
[redaktə | mənbəni redaktə et]Karl Marksın fəlsəfəsində, təcrübənin əldə edilməsi, akkumulasiyası, translasiyası (ötürülməsi) və inkişafı təcrübə işindən, yəni şüurlu, məqsədyönlü fəaliyyətdən asılıdır. Təcrübə işi və onun nəticəsində əldə edilən təcrübə, subyektiv və obyektiv olanın sintezi kimi düşünülür.
Millə görə təcrübə
[redaktə | mənbəni redaktə et]Mill F.Bekkonun induktiv metodunu inkişaf etdirib. O öz işlərində təcrübə (eksperiment) və müşahidə anlayışlarının dixotomiyasını fəlsəfəyə daxil edir. Müşahidə formalaşmamış, deskriptiv bilikdir. Təcrübə eksperimentini isə Mill daha böyük əhəmiyyət verir: Müşahidə və eksperiment arasında olan ilkin və ən böyük fərq, eksperimentin müşahidəni genişləndirə bilməsidir. Eksperiment bizə yanlız mühitə və vəziyyətə daha çox dəyişiklik etmək imkanı yaratmır, o həm də bizə minlərlə vəziyyətdə sırf bizə müəyyən bir mövhümün işləmə qanununu açmaq üçün lazım olan mühitin yaradılmasında kömək edəcək dəyişiklikləri etməyə imkan yaradır.
Təcrübə növləri
[redaktə | mənbəni redaktə et]Fiziki təcrübə
[redaktə | mənbəni redaktə et]Fiziki təcrübə ətraf mühitdəki dəyişiklikləri müşahidə etməyə əsaslanır. Başqa sözlərlə desək, fiziki təcrübə xarici dünyanın obyektlərinin müşahidə olunması ilə bağlıdır və onunla da sərhədlənir. Sensualizm, Empirik bilikləri düşüncə vasitəsilə ümumiləşdirib, sistemə salan fəlsəfi anlayışdır. Sensualizm bütün növ biliklərin hiss üzvləri vasitəsilə əldə edilməsi konsepsiyasıdır. Bu konsepsiyaya görə, hisslər, qavrayış və yaddaş təklikdə cism və hadisələr haqqında biliklərin əsasini təşkil edir. İlkin biliyin düşüncə ilə ümumiləşdirilməsinə, biliklərin formalaşdırılmasına gətirir.
Kondilyak əmin idi ki, bütün elmlərin əvvəllində bizim hisslərimiz və düşüncəmiz vasitəsilə qəbul etdiyimiz sadə fikirlər dayanır.
Mental təcrübə
[redaktə | mənbəni redaktə et]Mental təcrübə bütün şüursuz idrak prosessləri daxil olmaqla, dərk etmə, yaddaş, emosiyalar, iradə, təsəvvür kimi anlayışlarda inkişafını tapan təfəkkür və şüur nümunələrini özünə aid edir. Mental təcrübə ilə fiziki beynin əlaqələri böyük fəlsəfi mübahisələr meydanı yaradır.
Bəziləri beyni mental təcrübənin əsası və səbəbi adlandırır, digərləri isə beyini sadəcə düşünmək üçün lazım olan şərt kimi görür.
Riyaziyyatçılar kummulativ mental təcrübənin canlı nümunələridir. Onlar öz işlərinə və bacarıqlarına çox böyük reallıq hissi ilə yanaşırlar. Riyazi realizm və realizm ümumilikdə riyazi anlayışları və həqiqətləri insan şüurundan asılı olmadan var olan mövhümlər kimi qəbul edir.
Dini (mistik) təcrübə
[redaktə | mənbəni redaktə et]Təcrübənin digər növlərindən Dini təcrübəni ayırmaq lazımdır. Onu fərqli edən xüsusiyyəti hisslərin subyektivliyidir. Bu subyektivlik səbəbi ilə bu növ təcrübə translasiya edilə bilməz. Müxtəlif dini ənənələr öz davamçılarını dini təcrübəyə fərqli yollarla gətirir, bu təcrübəni yaşamaqlarına, qəbul etməklərinə, yozmaqlarına və qiymətləndirmələrinə kömək edirlər. Bəzi ənənələrdə bu təcrübəyə simvolik əhəmiyyət verilir ("Təbiətin bir hissəsi olmaq" fikri kimi), bəzi ənənələrdə isə bu təcrübənin əhəmiyyəti böyükdür ( Tanrını görmək və ya Tanrılaşmaq kimi fikirlər).
Sosial təcrübə
[redaktə | mənbəni redaktə et]Sosial təcrübənin yığılmasında və inkişafında həyatın özü və cəmiyyətdə böyümə yardım edir.
Sosial təcrübə insanı cəmiyyət içində yaşamaq üçün ona lazım olan bilik və bacarıqlarla təmin edir. Bu mütləqdir, çünki cəmiyyət ənənələr, adətlər, dəyərlər. sosial rollar və dil vasitəsilə qurulur, sadalananların köməyi ilə də yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Folk psychology and the philosophy of mind
Bekon, F. Əsərləri iki cilddə. Т. I. АН СССР, Fəlsəfə institutu. М.: «Мысль», 1971, С. 68.
Aristotel - "Metafizika"
Kant İ. Təmiz təfəkkür tənqidi. СПб.: «Наука», 2008 — (Слово о сущем.)
Новейший справочник необходимых знаний.
Кондильяк, Э.Б. дэ. Сочинения в трёх томах. Т.I. АН СССР, Институт философии. М.: «Мысль», 1980.