Töz xan
Naviqasiyaya keç
Axtarışa keç
Töz Xan - türk və altay mifologiyasında atalar tanrısı. Tös Xan da deyilir. İnsanlığın ata və analarını təmsil edir. Göylərdə yaşayır. Töz ruhlarının rəhbəri olaraq qəbul edilir. Əlində oxu və yayı olan bir ovçu görünüşündədir.
Töz Anlayışı
[redaktə | mənbəni redaktə et]Töz - türk, monqol və altay şamanizminde totem mənasını verir. Tös olaraq da deyilər. Ümumi olaraq (bir-biriylə əlaqəli) iki mənası vardır.
- Onqon. Bir birliyi işarələyən heyvanın simvollaşdırılmış heykəli və ya ikonu. Hər oymağı qoruyan bir heyvan vardır. Gul iyəsi ilə əlaqəli bir anlayışdır. O soyun ulu atası sayılan bir varlığı simvollaşdırır. Bu varlıqların ruhları əzəldən bəri vardırlar. Bəzən dağlar da töz olaraq qəbul edilir.
- Cövhər. Dəyişmədən qalan, əslində dəyişənlərin belə içində sabit olan qisim. Əsas, təməl, əsl. Monqolca "Tov", mərkəz deməkdir. Fəlsəfədə bir varlığın həqiqi mahiyyətinin onun görünüşündən fərqli olub olmadığı daim mübahisə mövzusudur.
Tözler ikiyə ayrılar:
- A. Aruğ (Arı) Töz: Yaxşı ruhların təmsil edildiyi tözlər.
- B. Qaruğ (Qara) Töz: Pis ruhların təmsil edildiyi tözlər.
Etimologiya
[redaktə | mənbəni redaktə et](Töz/Tös) kökündən törəmişdir. Cövhər kimi mənalar daşıyar. Mənşə, başlanğıc mənalarını saxlayar. Tüzə sözü qanun mənası da ehtiva edər. Tos kökündə monqolcada şəkil və görünüş mənaları da daxildir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)