Sun imperiyası
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mədəniyyət • Din • Fəlsəfə • Mifologiyası | ||||||
Dao • Daosizm • Leqizm • Tao Te Çinq • Konfutsiçilik • Kon Fu Dzı • Lao-tszı • Moizm • Mo-tszı • İn və Yan • Li • 36 stratagem • Citkundo • Kunq-fu • Tay çi çuan • Uşu • Vin Çun • Dim Mak • Şaolin | ||||||
Üç hökmdar və beş imperator | ||||||
Sya sülaləsi | ||||||
Şan sülaləsi | ||||||
Çjou sülaləsi | ||||||
Şərqi Çjou | Yaz-Payız | |||||
Döyüşən çarlıqlar | ||||||
Xəta: Şəkil etibarsızdır və ya mövcud deyil. Sin sülaləsi | ||||||
Çu sülaləsi — qarışıq dövr | ||||||
Han sülaləsi | Qərbi Han | |||||
Sin sülaləsi, Van Man | ||||||
Şərqi Han | ||||||
Üç çarlıq | Vey | Şu | U | |||
Qərbi Çzin | ||||||
16 barbar | Şərqi Çzin | |||||
Cənub və Şimal sülalələri | ||||||
Suy sülaləsi | ||||||
Tan sülaləsi | ||||||
Çin Respublikası | ||||||
Sun imperiyası (çin 宋朝, pinyin Sòng Cháo, pall. Сун Чао) — 960–1279-cu illərdə Çində iqtidarda olmuş imperiya.
Tarixi
[redaktə | mənbəni redaktə et]Çjurçjenlərə qarşı mübarizə. Üsyandan sonra yarım əsr ölkəni ara müharibələri bürüdü. Çinin şimalında beş sülalə qısa müddətdə bir-birini əvəz etdi. 960-cı ildə Sun sülaləsinin hakimiyyəti bərqərar edildi. Bu zaman Çinin şimal-şərqində çjurçjen tayfaları yaşayırdılar. Əvvəllər onlar Çindən asılı idilər. Sonra güclü ordu yaradaraq asılılıqdan qurtardılar və özlərinin Tsin (qızıl) imperiyası adlanan dövlətini qurdular. Onlar Şimali Çinə qoşun yeridib paytaxtı tutdular, danışıq aparmaq üçün onların yanına gəlmiş imperator və oğlunu əsir aldılar. Uzun sürən müharibədən sonra Çin imperatoru onlarla sülh bağladı. Çjurçjenlər tutduqları torpaqları əllərində saxladılar. Çin onların vassallı oldu və çoxlu xərac verdi.
Sonralar Tay-tszu kimi tanınan general Çjao Kuan İn 960-cı ildə Çini yenidən birləşdirən və Sun sülaləsinin əsasını qoyan imperator oldu. Sun sülaləsinin 300 ildən artıq hakimiyyəti iki dövrə bölünür – Şimali və Cənubi Sun, iknici dövründə sülalə, Xuayxe çayının şimalında barbarlar tərəfindən zəbt olunan ərazilərini itirdi.
Sun sülaləsi özü ilə Çin imperiyasının sonrakı mövcudluğu ərzində təsirini saxlayan iki mühüm dəyişiklik gətirdi. Hər şeydən öncə, Sun hökmdarları dövlət qulluğuna qəbul üçün ekspertiza sistemini bərpa etdilər. Bununla onlar sosial və siyasi hakimiyyətin zadəgan ailələrindən öz qabiliyyətlərinə görə seçilmiş vəzifəli şəxslərə keçidini başa çatdırdılar. Dövlət imtahanları qapalı xarakterini itirdilər. Sun sülaləsi hakimiyyəti zamanında arzu edən imtahanlara buraxılırdı. Əyan ailəsindən çıxmayanlar belə məmur olurdular. Lakin əsasən varlı ailədən çıxan uşaqlar imtahan edilirdilər, çünki konfutsiçi təlimi qavramaq üçün çoxillik zəhmət, çoxlu pul vəsaiti tələb olunurdu.
Ikinci mühüm dəyişiklik neokonfutsiçiliyin inkişafı idi, bu da ənənəvi konfutsiçiliyin əxlaqi standartlarını buddizm və daosizm elementləri ilə birləşdirirdi. Sun filosofları uzun əsrlərdən bəri bərqərar olmuş dünyagörüş formalarını dəyişdirdilər, onların həyatını yeni və daha universal məna ilə doldura bildilər. Neokonfutsiçiliyin əsasını qoyanlardan biri Çjou Dunyidir (1017–1073-cü illər). Onun tələbələri Çen Xao (1032–1085-ci illər) və Çen İ (1033–1107-ci illər) qardaşları olmuşlar. Sun fəlsəfəsinin inkişafında Çjan Tszay (1020–1078-ci illər) və Şao Yun (1011–1077-ci illər) böyük töhfə vermişdilər. Sun dövrünün ən nüfuzlu mütəfəkkiri ensiklopediyaçı alim və dövlət xadimi Çju Si (1130–1200-cü illər) hesab olunur. Sun sülaləsi neokonfutsiçiliyi rəsmi dövlət ideologiyası kimi müəyyənləşdirmiş, onu bütün sonrakı Çin sülalələri davam etdirmişdi. Sun sülaləsi dövründə Çinin imtiyazlı əhalisinin savadlılıq dərəcəsi kəskin artmışdı, bu da çap kitablarının geniş yayılması ilə bağlı idi (qurma şriftlər ixtira olunmuşdu). Bu dövrdə təhsil sisteminin genişlənməsi baş verdi. Mahal və qəza məktəblərinin sayı artdı. 1044-cü ildə rəsmi əyalət məktəblərinin təsdiq edilməsi haqqında dekret çıxdı, əyalət paytaxtlarında riyaziyyat, astronomiya, təbabət, hərb işi, hüquqşünaslıq, təsviri sənət və bəlağətin tədris olunduğu təhsil mərkəzləri meydana gəldi.
Dövlət məktəblərindən başqa çoxsaylı xüsusi məktəblər də yaranırdı. Onların sayı 120-dən çox idi. Orada rəsmi tədris planından asılı olmayan təhsil praktikası həyata keçirilirdi. Şuyuan yarımşəxsi tədris müəssisələri də inkişaf etməyə başladı. Bu müəssisələr dövlət yardımından və şəxsi ianələrdən istifadə edir və əsasən daosizm və buddizm ideyalarının təsiri altında olan dövrün ən görkəmli alimləri tətərfindən idarə olunurdu.
Şimali Sun dövründə Çinin şimal-şərqini kidanlar idarə edirdilər, onlar Mancuriyadan Tan-Şana qədər uzanan qüdrətli dövlət təşkil etmişdilər, şimal-qərbdə isə Si Sya (Qərbi Sya) Tanqut hökmdarlığı var idi. Bu dövlətləri özünə tabe etmək gücü olmadığından Sun imperatorları 1004-cü ildə kidanlarla və 1044-cü ildə Si Sya ilə sülh bağlamağa məcbur oldular.
Barbarlara verilən böyük xəraclar imperator xəzinəsini tükədirdi, bunu da kəndlilərdən yığılan vergilərlə doldurmaq olmurdu. Sarayda müharibə və sülh tərəfdarları arasında mübahisələr düşürdü. İmperator Şen-Tszun 1069-cu ildə Van Anşini hökumətin başçısı təyin etdi. Van Anşi "Çjou li" (Çjou Ayinləri) klassik yazısına əsaslanan bir çox geniş islahatlar təklif etmişdi. O, vergi yığımı sistemini təkmilləşdirməyə, bazar qiymətlərinin kontrolunu aparmağa, muzdlu ordunu rekrutlarla əvəz etməyə çalışırdı. Lakin onun təklifləri həyata keçmədi. İslahat əleyhdarlarının təzyiqləri altında Van Anşi 1077-ci ildə istefaya getməyə məcbur oldu. Hakimiyyət böhranı Şimali Sunun 1127-ci ildə süqutuna qədər davam etdi.
Kidanlara verilən ərazilərin qaytarılması məqsədilə Sun hökmdarları Mancuriyada yaşayan çjurçjenlərlə ittifaqa girdi. 1125-ci ildə kidanlar şimali Çindən qovuldular, lakin bir müddət sonra çjurçjenlər özləri Suna hücum etdilər və 1127-ci ildə paytaxt Kayfını tutdular. İmperator əsir götürüldü. Çjurçjenlər ölkənin şimalında 1115-ci ildən 1234-cü ilədək mövcud olan Tszin sülaləsini qurdular.
Cənubi Sun (1127–1279-cu illər). Çjurçjenlərin təzyiqi altında Sun hökuməti başda imperatorun oğullarından biri olmaqla Yantszının deltasında yerləşən Xançjou şəhərinə qaçmağa məcbur oldu və sülalə Cənubi Sun kimi tanındı.
Cənubi Sun mədəni, iqtisadi və texnoloji baxımdan Çinin ən parlaq dövrlərindən biri oldu. Ənənvi quru ticarət yollarından əli kəsilmiş tacirlər okean marşrutlarından istifadə etməyə başladılar. Okean və sahilboyu ticarəti Kantona, Xançjou və Tsyuançjou kimi iri limanlarda cəmlənmişdi, onlar qabaqcıl xarici ticarət təşkilatlarına malik idilər. Ticarət bumu ilə birlikdə intensiv urbanizasiya prosesi baş verirdi. Sunun cənub paytaxtı Xançjou 2 milyondan artıq əhaliyə malik idi.
Sun dövründə tez yetişən düyünün meydana çıxması cənubda il ərzində iki yaxud üç toxum məhsulu becərməyə imkan verdi. Düyünün artan istehsalı ilk dəfə olaraq 100 milyonu keçmiş əhalini saxlamağa kömək etirdi. Əhalinin böyük hissəsi savadlı idi. Bu dövrdə ədəbiyyat, fəlsəfə və tarix inkişaf edirdi. İncəsənət sahəsində Sun şirəli çini qablar və gözəl peyzaj rəsmləri ilə böyük nailiyyətlər əldə etmişdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |