Status quo ante bellum
Naviqasiyaya keç
Axtarışa keç
Status quo ante bellum — latın dilində müharibədən əvvəlki vəziyyətin bərpası mənasını verən hüquqi termin.
Müqavilələrdə bu termin düşmən qüvvələrin geri çəkilməsi və müharibədən əvvəlki vəziyyətin bərpa olunmasını nəzərdə tutur. Yəni tərəflərdən heç biri ərazi, iqtisadi və siyasi hüquqlar itirmir və ya qazanmır. Bu uti possidetis vəziyyəti ilə əkslik təşkil edir. Həmin halda tərəflər ələ keçirdikləri əraziləri və ya digər mülkiyyəti müharibədən sonra da əllərində saxlayırlar.