Seyci Ozava

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Seyci Ozava
yap. 小澤 征爾
Seyci Ozava 1963-cü ildə.
Seyci Ozava 1963-cü ildə.
Doğum tarixi 1 sentyabr 1935(1935-09-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 fevral 2024(2024-02-06)[3] (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı[3]
Həyat yoldaşı
  • Miki İrie[d] (19682024)
Uşaqları
  • Seyra Ozava[d],
  • Yukiyoşi Ozava[d]
Atası Kayzaku Ozava[d]
Təhsili
  • Toho Qakuen Musiqi Məktəbi[d]
Fəaliyyəti dirijor, musiqi direktoru[d], musiqiçi
Fəaliyyət illəri 1959–2024
Üzvlüyü
ozawa-festival.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyci Ozava (小澤 征爾, Ozava Seyci?, 1 sentyabr 1935[1][2][…], Şenyan[4]6 fevral 2024[3], Setaqaya[3])Yaponiya dirijoru. Boston Simfonik Orkestrı, eləcə də, Yeni Yaponiya Filarmonik Orkestrı, San-Fransisko Simfonik Orkestrı, Toronto Simfonik OrkestrıNyu-York Metropolitan Operasındakı çıxışlarına görə tanınır.[5] O, Qərbdə məşhurluq əldə edən ilk yapon dirijor hesab olunur.[6]

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

1935-ci ildə Mancuriyanın Şenyan şəhərində yapon ailədə doğulmuşdur.[6] Ozava Yaponiyada böyümüş və pianoçu olmağı arzulamışdır. Lakin liseydə oxuyarkən oynadığı bir reqbi maçı zamanı barmağının zədələnməsi dirijorluğa yönəlməsinə səbəb olmuşdur.[7]

Yaponiyada məktəb təhsili başa çatdırdıqdan sonra dirijor olmaq üçün Avropaya yollanmışdır. 1959-cu ildə Fransanın Bezanson şəhərində gənc dirijorlar üçün keçirilmiş müsabiqədə ilk mükafatını qazanmışdır. O, Avstriya dirijoru Herbert fon Karayan və ABŞ dirijoru Leonard Bernstayndan dirijorluq dərsləri almışdır. 1961-ci ildə Ozava Nyu-York Filarmonik Orkestrının köməkçi dirijoru olmuşdur. 1978-ci ildə Çin hökuməti tərəfindən dəvət olunmuş və Çin Mərkəzi Simfonik Orkestrı ilə işləmişdir.[7]

Ozava 1973–2002-ci illərdə Boston Simfonik Orkestrının dirijorluğunu etmiş və orkestr tarixində ən uzunmüddətli dirijor olmuşdur. 2002-ci ildə Vyana Filarmonik Orkestrının Nyu-York Günü konsertində dirijorluq edən ilk yapon şəxs olmuşdur. 2002–2010-cu illərdə Vyana Dövlət Operasının musiqi direktoru olmuş və Vyana Filarmonik Orkestrının fəxri üzvlüyünə qəbul edilmişdir.[7]

Yaponiyada isə 1980-ci illərdə müəllimi Hideo Saytonun xatirəsi üçün Sayto Kinen Orkestrını qurmuşdur. Naqano prefekturasının Matsumoto şəhərində baş tutan illik festivalda mütəmadi olaraq çıxış etmişdir. Yeni Yaponiya Filarmonik Orkestrının dirijor laureatı olmuşdur. 2005-ci ildə İsveçrənin Cenevrə şəhərində Seyci Ozava Beynəlxalq Akademiyasını qurmuşdur.[7]

Ozava 2010-cu ildə qida borusu xərçəngi səbəbilə əməliyyat olunmuş və həyatının qalan illərində sağlamlıq problemləri yaşadığı üçün səhnədən çəkilmişdir. 6 fevral 2024-cü ildə Tokioda yerləşən evində ürək çatışmazlığı səbəbilə ölmüşdür.[7]

Mükafat və təltiflər

[redaktə | mənbəni redaktə et]

Ozava Harvard Universitetinin fəxri doktorantura dərəcəsini əldə etmişdir. Sayto Kinen Orkestrı tərəfindən 2013-cü ildə ifa olunan "Uşaqlar və sehrlər" operasındakı çıxışına görə 2016-cı ildə "Qremmi" mükafatını qazanmışdır.[7]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Gur saçları Ozavanın fərqləndirici fiziki xüsusiyyəti kimi tanınmışdır. O, modelyer Hanae Mori və yazıçı Haruki Murakami ilə dostluq etmişdir. Murakami ilə birlikdə "Tamamilə musiqi haqqında" adlı kitab yazmışdır.[7]

  1. 1 2 Seiji Ozawa // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Seiji Ozawa // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 5 指揮者の小澤征爾さんが死去、88歳 国際的に活躍 (yap.). 日本経済新聞社, 2024.
  4. 1 2 Catalog of the German National Library (alm.).
  5. "Music world to conductor Seiji Ozawa: Happy 85th birthday". The Mainichi (ingiliscə). 2 sentyabr 2020. 2024-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2024.
  6. 1 2 "Seiji Ozawa obituary". The Guardian (ingiliscə). 11 fevral 2024. 2024-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2024.
  7. 1 2 3 4 5 6 7 "World-renowned Japanese conductor Seiji Ozawa dies at 88". The Mainichi (ingiliscə). 9 fevral 2024. 2024-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]