Sağ qulaqcıq
Sağ qulaqcıq | |
---|---|
| |
[[File:|frameless|300x300px| ]] | |
Latınca | Atrium dextrum |
Qrey | subyekt 138 528 |
Arteriya | Sağ tac arteriya |
MeSH | Right+Atrium |
Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdit[1] etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir. Bu, üçbucaq şəklində olub sağ tərəfdən orta əsasını əhatə edir və ağ ciyər kötüyünün sağ tərəfinə keçir; daxili səthində daraqlı əzələlər – (lat. mm. pectinati) vardır. Bunlar yuxarıda çəp istiqamətdə durmuş hüdudi daraq – (lat. crista terminalis) üzərində tam olurlar. Hüdudi daraq sağ qulaqcığın xarici səthində olan hüdudi şırıma – (lat. sulcus terminalis) uyğundur.
- Sağ qulaqcığın sol divarını qulaqcıqlar arası arakəsmə – (lat. septum interatriale) təşkil etmişdir. Bu arakəsmənin sağ səthində (yəni sağ qulaqcığa baxan səthində) oval çuxur – (lat. fossa ovalis) vardır. Bu çuxurun yerində embrional dövrdə dəlik – (lat. foramen ovale) olur. Belə ki, embrionda sağ qulaqcıq sol qulaqcıq ilə birləşir. Döl anadan olandan sonra həmin dəlik tutulur və əvəzində oval çuxur əmələ gəlir. Oval çuxur yuxarı və qabaq tərəfdən büküş (haşiyə) – (lat. limbus fossae ovalis (Vieussenii – BNA)) vasitəsilə əhatə olunmuşdur. Bu büküş aşağı boş venanın ağzının aşağı kənarına doğru gedərək onun qapaqcığı ilə – (lat. valvula venae cavae inferioris (Eustachii – BNA)) birləşir. Bu qapağın və yuxarıda göstərilən büküşün embrional dövrdə artıq dərəcədə əhəmiyyəti vardır. Çünki bunların vasitəsilə aşağı boş venadan gələn qanın axını sağ qulaqcıqdan sol qulaqcığa yönəldilir. Döl anadan olandan sonra həmin büküşlərin əhəmiyyəti itir.
- Sağ qulaqcıq aşağı tərəfdən sağ qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare dextrum) vasitəsilə sağ mədəcik ilə birləşir. Bu dəliyin şəkli girdə və bir az uzunsovdur və diametri 4 sm-dir.
- Yuxarı və aşağı boş venalardan başqa sağ qulaqcığa bir də ürəyin tac cibi – (lat. sinus coronarius) və ürəyin kiçik venalarının dəlikləri (ağızları) – (lat. foramina venarum minimarum (Thebesii – BNA)) açılır. Ürəyin tac cibi aşağı boş vena ağzı ilə sağ qulaqcıq-mədəcik dəliyinin arasında yerləşir və endokard təbəqəsindən əmələ gəlmiş kiçik bir qapaqcıq – (lat. valvula sinus coronarii (Thebesii – BNA)) vasitəsilə əhatə olunmuşdur. Bu qapağın əhəmiyyəti bundadır ki, qulaqcıq sistola edərkən tac cibi örtərək qanın ürəyin xüsusi venalarına doğru qayıtmasına mane olsun.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Anatomy Tables – Heart Arxivləşdirilib 2011-02-18 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ K. Ə. Balakişiyevin öz ifadəsi
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
- Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie [ölü keçid]