Rza Osmanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rza Osmanov
Rza Osmanov 2012-ci il Yay Paralimpiya Oyunlarında
Rza Osmanov 2012-ci il Yay Paralimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Rza Fikrət oğlu Osmanov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (41 yaş)
İdman növü Yüngül atletika
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rza Fikrət oğlu Osmanov (26 noyabr 1983) — Azərbaycanı təmsil edən yüngül atlet. 2008 və 2012-ci illərdə baş tutan Paralimpiya Oyunlarında bürünc medallara sahib olub.

Rza Osmanov 1983-cü il noyabrın 26-da anadan olub.

2008-ci ilin avqust ayında Rza Osmanov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Rza Osmanov 400 metr məsafəyə qaçış turnirində 50.20 saniyə nəticə ilə bürünc medala sahibi oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Rza Fikrət oğlu Osmanov "Tərəqqi" medalı ilə təltif edildi.[1]

Daha sonra Rza Osmanov 2012-ci ilin avqust ayında Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 200 və 400 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməyən Rza Osmanov, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Rza Fikrət oğlu Osmanov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.[2]

  1. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycanın paralimpiya idmançılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 30.09.2022. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2022.
  2. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 30.09.2022. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2022.