28°11′00″ şm. e. 76°37′00″ ş. u.HGYO

Revari

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Revari
hind. रेवाडी
ing. Rewari
28°11′00″ şm. e. 76°37′00″ ş. u.HGYO
Ölkə  Hindistan
Ştat Xaryana
Rayon Revari
Tarixi və coğrafiyası
Sahəsi
  • 24,93 km²
Mərkəzin hündürlüyü 244 m
Saat qurşağı UTC+5
Əhalisi
Əhalisi 140,864[1] nəfər (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 1274
Poçt indeksi 123401
Xəritəni göstər/gizlə
Revari xəritədə
Revari
Revari
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Revari (hind. रेवाडी, ing. Rewari) — Hindistanın Xaryana ştatında yerləşən şəhərdir. Revari dairəsinin inzibati mərkəzidir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Şəhər təxminən Dehlidən 82 km cənub-qərbdə və Qurqaonadan 51 kilometr məsafədə yerləşmişdir. Şəhər dəniz səviyyəsindən 244 m yüksəklikdə yerləşmişdir[2]. Şəhər vasitəsilə Racastxanda başlayan və Dehlidə Nacafqarx gölünə düşən quruyan Saxibi çayı axır.

Revari şəhərinin iqlimi quraqlıq kimi səciyyələnir. Yanvarın orta minimum temperatur 6 °C təşkil edir. May və iyun aylarında orta maksimum temperatur — 41 °C təşkil edir. Tez-tez yayda 46 °C temperatura da çata bilər. Qışda isə 2 °C-ə qədər düşə bilər. 12 və 31 yanvar 2012-ci il tarixində temperatur 0 °C-a qədər düşmüşdür.[3] Revari üçün yağıntıların orta illik norması 553 millimetr təşkil edir. Şəhərin iqliminə Aravali dağ silsiləsi təsir göstərir. Həmçinin dairənin ərazisindəki qumlu təpələr də iqlimə təsir göstərən amillərdəndir.[4]

Siyahıya alma məlumatına görə 2011-ci ildə şəhərin əhalisi 140 864 nəfər olmuşdur. Əhalinin 53 %-i — kişilər, 47 % —i isə qadınlardır. Savadlılıq səviyyəsi 78 % (qadınlar üçün 73 %, kişilər üçün 83 %) təşkil edir. Bu nəticə ölkə ərazisində ən yüksək göstəricilərdəndir. Ölkə üzrə orta göstərici 64,3 %-ə bərabərdir. 6 yaşdan kiçik olan uşaqların sayı 11,3 %-ə bərabərdir.

Siyahıya alma məlumatlarına görə 2001-ci ildə Revarinin əhalisi 100 946 nəfərdən ibarət olmuşdur.[5]

İndira Qandi Beynəlxalq Hava Limanı Revari şəhərindən 75 kilometr məsafədə yerləşmişdir.

1873-cü ildə Revari Dehli ilə birmetrlik relslərdən istifadə etməklə dəmir yolu ilə birləşdirilmişdi.[6] Ölkənin dəmir yollarının unifikasiyası üzrə layihəsi çərçivəsində 1995-ci ildə relslər (1676 millimetr) standart relslərlə dəyişdirilmişdi. 2007-ci ildə yenidən dəyişdirilmiş və bu xəttin arasında ikinci yol relsi ilə birləşmişdi.[7]; в 2007 году была переделана и колея второго пути между этими двуми городами[8][9] Revari böyük dəmir yol qovşağıdır. Hindistanın çox şəhərləri ilə qatarlarla bağlanmışdır. Dəmir yolunun elektrikləşdirilməsi üzrə planlar var və Dehli — Revari adlanır.[10]

№ 8-in milli şosesi Dehli ilə Mumbayı Revari ilə birləşdirir. № 71-in milli şosesi isə Calandxarom, Roxtakom və Cacarom ilə əlaqə yaradır.

  1. "Urban Agglomerations/Cities having population 1 lakh and above" (PDF) (ingilis). Provisional Population Totals, Census of India 2011. 2011-11-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-09-03.
  2. "Rewari, India Page" (ingilis). Fallingrain Global Gazetteer. 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-13.
  3. "संशो-आगे के लिए : फिर 'शून्य' पर पहुचा पारा". 2012-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  4. "Arxivlənmiş surət" (PDF). 2012-05-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-19.
  5. "Census of India 2001: Data from the 2001 Census, including cities, villages and towns. (Provisional)". Census Commission of India. Archived from the original on 2004-06-16. İstifadə tarixi: 2007-09-03.
  6. "World's first commercial MG service runs from Delhi to Rewari". 2016-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  7. [https://web.archive.org/web/20130701171115/http://irfca.org/faq/faq-history5.html Arxivləşdirilib 2013-07-01 at the Wayback Machine [IRFCA] Indian Railways FAQ: IR History: Part 5]
  8. "Press Information Bureau English Releases". 2014-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  9. "Delhi-Haryana rail link gets better". The Hindu. Chennai, India. 8 October 2007. 13 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 November 2016.
  10. "Arxivlənmiş surət" (PDF). 2012-07-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]