Rəhman Xəlilov
Rəhman Xəlilov | |
---|---|
Doğum tarixi | 13 sentyabr 1977 (47 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | iş adamı, mesenat[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Rəhman Xəlilov (13 sentyabr 1977, Bakı) – Rusiya və Azərbaycanlı iş adamı və xeyriyyəçisidir[1][2]. 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı olmuşdur. Azərbaycanın Qış İdman Növləri Federasiyasının prezidentidir (2013-2015).
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]1977-ci il sentyabr ayının 13-də Bakı şəhərində anadan olmuş və Moskva şəhərində böyümüşdür. 1998-ci ildə Cenevrədə (İsveçrə) Avropa Universitetini bitirmişdir. 2001-ci ildə isə Cenevrə Beynəlxalq Universitetinin “Beynəlxalq Biznes” fakültəsini bitirərək diplom almışdır[3].
Karyera
[redaktə | mənbəni redaktə et]1997-2007-ci illərdə “Lukoil PSC”-nin strukturuna daxil olan Lukoil-Türkiyə və Litasko S.A (İsveçrə) şirkətlərində müxtəlif vəzifələrdə, həmçinin RIROIL (İsveçrə) neft ticarət şirkətinin rəhbəri vəzifəsində çalışmışdır[4].
2008-ci ildə neft və neft məhsullarının daşınması üzrə iri biznes olan REILGO (əvvəllər ISR Trans brendi altında) şirkətini təsis etmişdir. Şirkət dəmir yolu və su nəqliyyatı ilə xam neftin, mayeləşdirilmiş karbohidrogen qazlarının, neft məhsullarının və neft-kimya məhsullarının daşınması üzrə nəqliyyat-ekspeditor xidmətləri sahəsində ixtisaslaşıb.
Xəlilovun rəhbərliyi ilə şirkət yükdaşımalar bazarında liderlər sırasına daxil olaraq, Rusiyada ən böyük vaqon-sistern sahiblərindən birinə çevrilmişdir (3-cü yer)[5]. Xəlilovun sözlərinə görə, şirkət ildə 18 milyon ton neft nəql etməklə, Rusiyada ilk üç yerdə olan logistika şirkətlərindən biridir. RAILGO şirkətinin vaqon parkına 30 mindən çox vaqon daxildir[6][7]. 2019-cu ildə yükdaşımaların həcmi 30 milyon ton təşkil etmişdir. RAILGO şirkətinin strukturuna həmçinin, Taqanroqda neft məhsullarının daşınması üzrə xidmət göstərən “Kurqannefteprodukt” MMC daxildir. Bu şirkət Taqanroq mazut terminalını (TMT MMC) idarə edir. Müəssisənin Rusiyada əsas tərəfdaşları “ROSNEFT MŞ PSC” və “LUKOIL-MarinBunker” MMC-dir.
"Rusiyada böyük biznesi idarə etmək çətindir. Hər kəsin öz yolu var. Heç nədən qorxmaq lazım deyil. Əgər yerində dayansan, səni tapdalayacaqlar. Biznes üçün əsas şərt mübariz və güclü olmaqdır".
— Rəhman Xəlilov, vzglyad.az saytına müsahibədən[8]
2022-ci ildə Azərbaycanda sənaye aktivlərinin idarə edilməsi və inkişafı sahəsində təcrübəyə malik “R Group Holding” şirkətlər qrupunu təsis etmişdir. Qrup dayanıqlı və etibarlı sənaye ekosistemlərinin inkişafı üzrə kompleks xidmətlər təqdim edir: investisiyalar və sənaye sektorunun idarə edilməsi üzrə konsaltinq, istehsal və resursların hasilatı, nəqliyyat və logistika, təchizat zəncirinin idarə edilməsi üçün İT sistemlərinin layihələndirilməsi və işlənib hazırlanması.
Xeyriyyə fəaliyyətləri
[redaktə | mənbəni redaktə et]2017-ci ildə “Gələcək üçün investisiya” xeyriyyə layihəsini təsis etmişdir. Layihə çərçivəsində kimsəsiz istedadlı uşaqlara, idmançılara və aztəminatlı ailələrdən olan uşaqlara yardım göstərilir. İştirakçılar fərdi təqaüdlər və ünvanlı yardım alır, təhsil və mədəniyyət tədbirlərinə cəlb edilirlər.
Valideynləri
[redaktə | mənbəni redaktə et]Atası - İsgəndər Ağasəlim oğlu Xəlilov "Lukoyl" neft şirkətinin vitse-prezidenti və "Slavneft" dövlət neft şirkətinin vitse-prezidenti vəzifələrində çalışıb. Hazırda o, yod istehsalı, avtomobil ticarəti, layihələndirmə, mehmanxana və restoran biznesi üzrə ixtisaslaşmış “ISR-Holding”-in təsisçisi və prezidentidir[8].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Olympics 2014 Opening Ceremony Recap
- ↑ "Сборная Азербайджана приняла участие в церемонии открытия Олимпиады в Сочи". 2014-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-24.
- ↑ "Сын Искендера Халилова в компании Кочаряна". minval.az. 2018-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
- ↑ "В новый год с новым именем: компания «ИСР Транс» провела ребрендинг, изменив логотип и название". rzd-partner.ru. 2018-12-20. 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
- ↑ "Вагоны сбиваются в стаи. Рынок железнодорожных операторов ждет консолидация". kommersant.ru. 2020-01-10. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
- ↑ "Банк ВТБ развивает сотрудничество с RAILGO". volgograd.kp.ru. 2019-03-21. İstifadə tarixi: 2021-01-18.
- ↑ "Railgo оценит вагоны-цистерны". gudok.ru. 2020-08-12. İstifadə tarixi: 2021-01-18.[ölü keçid]
- ↑ 1 2 "Сын азербайджанского миллиардера: «Отец создал бизнес империю» - Эксклюзивное интервью". vzglyad.az. 2017-09-28. İstifadə tarixi: 2021-01-18.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Кризисные годы всегда идут на пользу рынку. Председатель правления «ИСР Транс» о необходимости технологических инноваций и инвестиций в обучение сотрудников // РБК, 30 января 2018
- Азербайджанский олигарх покинул пост президента федерации // Национальная информационная служба Azerisport (21 февраля 2013)
- "Сын азербайджанского миллиардера: «Отец создал бизнес империю» - Эксклюзивное интервью". vzglyad.az. 2017-09-28. İstifadə tarixi: 2021-01-18.