Qisasçılar (komiks)
Qisasçılar | |
---|---|
"The Avengers" cild 3, #38 (mart 2001) | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "The Avengers" #1 (sentyabr 1963) |
Yaradan | Sten Li (yazıçı) Cek Körbi (rəssam) |
Hekayə məlumatı | |
Baza | Qisasçılar qülləsi Qisasçılar malikanəsi Hidro-baza |
Üzvlər | Kapitan Amerika (Stiv Rocers) Dəmir adam (Toni Stark) Tor Halk (Brüs Benner) Qarışqa-adam (Henk Pim) Eşşək arısı (Canet Van Din) |
Tam siyahı | |
Bax: Qisasçıların üzvlərinin siyahısı |
Qisasçılar (ing. Avengers) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış superqəhrəman komandası. Komanda Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "The Avengers" komiksinin 1-ci sayında (sentyabr 1963) peyda olmuşdur. Qisasçılar komandası Sten Li və Cek Körbi tərəfindən Timely Comics-in (Marvel Comics-in sələfi) Bütün qaliblər heyəti superqəhrəman komandasının bərpa edilmiş forması kimi yaradılmışdır.
"Yerin ən qüdrətli qəhrəmanları" ləqəbi ilə də tanınan Qisasçılar komandasının orijinal üzvləri Qarışqa-adam, Eşşək arısı, Dəmir adam, Halk və Tordur. 2-ci sayda Qarışqa-adam Nəhəng-adam olmuşdur. 4-cü sayda Kapitan Amerika buzda donmuş halda tapılır və o da komandaya qoşulur. Komandanın üzvləri tez-tez dəyişsə də, komandanın ideyası heç vaxt dəyişməmişdir: "Qisasçılar bir qəhrəmanın təkbaşına döyüşə bilməyəcəyi düşmənlərlə döyüşür". Komanda həmçinin "Qisasçılar, birləşin!" şüarı ilə tanınır. Müxtəlif vaxtlarda Qeyri-insanlar, mutantlar, insanlar, yadplanetlilər, androidlər, fövqəltəbii varlıqlar, hətta keçmiş supercinayətkarlar bu komandanın üzvü olub.
Qisasçılar komandası komikslə yanaşı bir çox televiziya verilişi, videooyun və filmdə peyda olmuşdur. 2012-ci ildə MKK-na daxil olan "Qisasçılar" filmi çəkilmişdir. Film çox uğurlu olmuş və Şimali Amerikada ən yaxşı açılışlardan birini etmişdir. İkinci film "Qisasçılar: Altron dövrü" 1 may 2015-ci ildə, üçüncü film "Qisasçılar: Sonsuzluq savaşı" 27 aprel 2018-ci ildə buraxılmışdır. Qisasçılar: Final filmi isə 2019-cu ilin aprel ayı buraxılmışdır
Nəşrolunma
[redaktə | mənbəni redaktə et]Qisasçılar komandası ilk dəfə "The Avengers" komiksinin 1-ci sayında (sentyabr 1963) peyda olmuşdur. Ədalət liqası kimi Qisasçılar komandası Sten Li və Cek Körbi tərəfindən yaradılmış personajlardan qurulmuşdur. Əvvəlcə komiks iki aydan bir yayımlanırdı (6-cı saya qədər). 1964-cü ilin iyulundan etibarən hər ay buraxılmağa başlamış və 402 say davam etmişdir (sentyabr 1996).[1]
Əsas seriyadan əlavə spin-offlar da yayımlanmışdır. Bunlardan biri Qərb sahili Qisasçıları haqqındadır. Əvvəlcə 1984-cü ildə miniseriya kimi, daha sonra 1985-ci ildən 1994-cü ilə kimi 102 saydan ibarət komik seriyası kimi buraxılmışdır.[2][3] Digər spin-offlardan biri də 40 say yayımlanmış "Solo Avengers" (dekabr 1987 - yanvar 1991) komiks seriyasıdır.
1996-2004-cü ildə Marvel Qisasçılar komiksini 3 dəfə yenidən başlatmışdır. 1996-cı ildə "Heroes Reborn" hekayəsi alternativ kainatda baş vermişdir.
"The Avengers" cild 3 yenidən başladılmış və 1998-ci ilin fevralından 2004-cü ilin avqustuna qədər 84 sayı buraxılmışdır. Orijinal komikslə birlikdə 500 say olduğundan Marvel sayların nömrələnməsini dəyişdirmiş, 4 sayını "The Avengers" #500–503 şəklində buraxmışdır.[4] 2005-ci ildə yeni Qisasçılar komiksləri peyda olmuşdur: "The New Avengers",[5] "The Mighty Avengers", "Avengers: The Initiative" və "Dark Avengers". "Avengers" cild 4 2010-cu ilin iyulundan 2013-cü ilin yanvarına qədər davam etmişdir.[6] Cild 5 2013-cü ilin fevralında başladılmışdır.[7]
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Asqard tanrılarından biri olan Loki qardaşı Tordan qisas almağa çalışır. Nəticədə isə, Rik Cons adlı gənc Tora və Loki tərəfindən istifadə olunan Halka kömək etmək üçün Dəmir adam, Qarışqa-adam və Eşşək arısını köməyə çağırır. Komanda Lokini məğlub etdikdən sonra Qarışqa-adam birlikdə işləməli olduqlarını bildirir və onlar komanda qururlar. Eşşək arısı komandaya Qisasçılar adını verir.[8][9]
Komandanın tərkibi daim dəyişir. İkinci sayın əvvəlində Qarışqa-adam Nəhəng-adam olur, sonunda isə Halk digərləri üçün nə qədər təhlükəli olduğunu görüb komandanı tərk edir.[10] 4-cü sayda buzda donmuş halda tapılan Kapitan Amerika komandaya qoşulur[11][12] və Halkın əvəzinə ona "qurucu üzv" statusu verilir.[13] Qisasçılar Baron Zemo,[14] İşğalçı Kanq,[15][16] Möcüzə-adam[17][18] və Kont Nefariya kimi düşmənlərə qarşı döyüşürlər.[19][20]
Növbəti illərdə Kapitan Amerika istisna olmaqla bütün üzvlər dəyişirlər. Onları keçmiş supercinayətkarlar Şahingöz, Civə və Qırmızı cadugər əvəz edir.[21][22][23] Nəhəng-adam Qoliaf olur,[24] Eşşək arısı komandanı tərk edir. Herakl komandaya qoşulur,[25] Qara cəngavər[26] və Qara dul[27] komandaya kömək edirlər, lakin növbəti illərə qədər komandanın rəsmi üzvləri olmurlar. Hörümçək-adama üzvlük təklif olunur, lakin qəbul etmir.[28] Qara pantera komandanı Qəddar biçinçidən və Kloudan xilas etdikdən sonra Qisasçılara qoşulur.[29][30] "The X-Men" #45 (iyun 1968) "The Avengers" #53 (iyun 1968) ilə krossover edir.[31][32] Daha sonra android Vijn təqdim olunur.[33][34] 59-cu sayda Henk Pim Sarı jaket təxəllüsünü seçir[35] və növbəti ay Eşşək arısı ilə evlənir.[36]
Qisasçıların ilk bazası Toni Starka məxsus olan Qisasçılar malikanəsi olur. Malikanədə Qisasçıların sadiq xidmətçisi Edvin Carvis xidmət göstərir.[37] Malikanədə Qisasçılar üçün müxtəlif məşq otaqları və beşmühərrikli Kvinjet yerləşir.
Başqa versiyalar
[redaktə | mənbəni redaktə et]Qisasçılar komandasının müxtəlif versiyaları mövcuddur:
- 1950-ci illərin Qisasçıları – 1950-ci illərdə özlərini Qisasçılar adlandıran qısaömürlü komanda. Üzvləri Marvel-oğlan, Venera, 3-D-Adam, Qorilla-adam, Cimmi Vu, Namora, Cəngəllik Canı olmuşdur.[38]
- Qisasçılar 1959 – "New Avengers" komiksinin 2-ci cildinin 10-cu buraxılışında tanıdılan superqəhrəman komandası. Nik Furi tərəfindən yaradılan komandanın əsas məqsədi Üçüncü reyxin qalıqlarını məhv etmək idi. Üzvləri Nik Furi, Dum Dum Duqan, Namora, Gümüş samur, Dominik Fortuna, Qılıncdiş, Ovçu Kreyven, Ulisses Bludston olmuşdurlar.
- Qisasçılar (e.ə. 1 milyon versiyası) – "Marvel Legacy" yenilənməsində bir one-shot buraxılışda peyda olan Qisasçıların e.ə. 1 milyonuncu ildəki versiyasıdır. Üzvləri Agamotto, Odin, Feniks gücünə sahib adsız Daş dövrü qadını, Qara panteranın, Dəmir yumruğun, Kabus sürücünün və Star Brandın Daş dövrü versiyalarıdır.
- Qisasçılar Növbəti – Marvel Comics 2 tanınan alternativ gələcəkdəki komandadır.
- Möhtəşəm Qisasçılar – Möhtəşəm Marvel kainatındakı Qisasçılar versiyasıdır. Komanda General Nikolas Furi tərəfindən ABŞ-ni superinsan təhdidlərinə qarşı müdafiə etmək məqsədilə qurulub.
- Qisasçılar Həmişə – "Avengers Forever" adlı komiks seriyasında peyda olub. Alternativ gələcəkdə marslılar dünyanı məhv edib və qəhrəmanların çoxunu öldürüblər. Qara panteranın yaşlı versiyası Yaşayan İldırım, Cakosta, Tundra, Killreyvendən ibarət Qisasçılara başçılıq edir.[39]
- Marvel Zombies – Marvel Zombies kainatında peyda olan versiyadır.
- House of M: Qisasçılar – Qırmızı cadugər tərəfindən yaradılmış alternativ reallıqda Lyuk Keyc insan haqları uğrunda döyüşmək üçün komanda qurub.[40]
- Age of Apocalypse – "Age of Apocalypse" krossover hekayəsindəki bir versiyadır.[41][42]
- Qisasçılar 2099 – "Secret Wars" hekayəsindəki Qisasçılar komandasıdır.
Digər mediada
[redaktə | mənbəni redaktə et]Qisasçılar haqqında 3 animasiya serialı istehsal olunmuşdur. "Qisasçılar: Birlikdə onlar güclüdürlər" qismən də olsa Qərb sahili Qisasçılarından bəhs edir və 1999-2000-ci illərdə yayımlanmışdır. "Qisasçılar: Yerin ən qüdrətli qəhrəmanları" komandanın ilk macəralarından bəhs edir və 2010-cu ildən 2013-cü ilə kimi davam etmişdir. "Qisasçılar, birləşin" komandanın yeni versiyası haqqındadır və 26 may 2013-cü ildə debüt edib.
Marvel Animation 3 film istehsal edib: "Möhtəşəm Qisasçılar", "Möhtəşəm Qisasçılar 2" və "Növbəti Qisasçılar".
Marvel Studios tərəfindən Qisasçılar filmləri istehsal olunmuş və MKK-na daxil edilmişdir. Birinci film 2012-ci il istehsalı "Qisasçılar" filmidir. Nik Furi Dəmir adam, Kapitan Amerika, Tor, Qara dul, Şahingöz və Halkdan ibarət Qisasçılar komandasını formalaşdırır. Onlar Nyu-Yorku işğal etməyə çalışan Loki və onun Çitauri ordusunu dayandırmağa çalışırlar. Film çox uğurlu olmuş və bir neçə rekord qırmışdır.[43] İkinci film 3 may 2015-ci ildə buraxılmış "Qisasçılar: Altron dövrü" filmidir. Filmin sonunda Dəmir adam, Şahingöz, Tor və Halk komandanı tərk edirlər və onları Qırmızı cadugər, Vijn, Şahin, Müharibə maşını əvəz edir (Civə də film də görünür, amma Altron tərəfindən öldürülür). Komanda "Birinci qisasçı: Qarşıdurma" filmində də görünüb. Sokoviya akkordlarına qarşı çıxan Kapitan Amerika Qış əsgəri, Qırmızı cadugər, Qarışqa-adam, Şahingöz və Şahindən ibarət komandası ilə Dəmir adamın Qara dul, Qara pantera, Hörümçək-adam, Müharibə maşını, Vijndan ibarət komandasına qarşı çıxır. Filmin sonunda Qisasçılar parçalanır. Üçüncü film "Qisasçılar: Sonsuzluq savaşı" 27 aprel 2018-ci ildə buraxılıb. Doktor Strenc və Qalaktika mühafizəçiləri də komandaya qoşulurlar və komanda Sonsuzluq daşları ilə kainatın yarısını məhv etməyə çalışan Tanosu dayandırmağa çalışır. Hələ adı məlum olmayan 4-cü Qisasçılar filmi 3 may 2019-cu ildə buraxılacaq.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Ekskalibur – Qisasçıların Britaniya versiyası.
- Alfa uçuş – Qisasçıların Kanada versiyası.
- 6 böyük qəhrəman – Qisasçıların Yaponiya versiyası.
- Qış mühafizəçiləri – Qisasçıların Rusiya versiyası.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ The Avengers Grand Comics Verilənlər Bazasında
- ↑ West Coast Avengers vol. 2 Grand Comics Verilənlər Bazasında
- ↑ Avengers West Coast Grand Comics Verilənlər Bazasında
- ↑ Avengers Finale Grand Comics Verilənlər Bazasında
- ↑ The New Avengers Grand Comics Verilənlər Bazasında
- ↑ The Avengers vol. 4 Grand Comics Verilənlər Bazasında
- ↑ The Avengers vol. 5 Grand Comics Verilənlər Bazasında
- ↑ Lee, Stan (w), Kirby, Jack (p), Ayers, Dick (i). "The Coming of the Avengers" The Avengers 1 (Sep 1963), Marvel Comics
- ↑ DeFalco, Tom; Gilbert, Laura, ed. 1960s // Marvel Chronicle A Year by Year History. London, United Kingdom: Dorling Kindersley. 2008. səh. 94. ISBN 978-0-7566-4123-8.
Filled with some wonderful visual action, The Avengers #1 has a very simple story: the Norse god Loki tricked the Hulk into going on a rampage ... The heroes eventually learned about Loki's involvement and united with the Hulk to form the Avengers.
([[:Category:|link]])[[Category:]] - ↑ Lee, Stan (w), Kirby, Jack (p), Reinman, Paul (i). "The Space Phantom" The Avengers 2 (Nov 1963), Marvel Comics
- ↑ Lee, Stan (w), Kirby, Jack (p), Roussos, George (i). "Captain America Joins ... The Avengers!" The Avengers 4 (March 1964), Marvel Comics
- ↑ DeFalco "1960s" in Gilbert (2008), p. 99: "'Captain America lives again!' announced the cover of The Avengers #4. A mere [four] months after his imposter had appeared in Strange Tales #114, the real Cap was back."
- ↑ Busiek, Kurt (w), Pérez, George (p), Vey, Al (i). "Once an Avenger ..." The Avengers v3, 1 (Feb 1998), Marvel Comics
- ↑ DeFalco "1960s" in Gilbert (2008), p. 101: "The Masters of Evil, the Avengers' evil counterparts, launched their first attack in The Avengers #6."
- ↑ Lee, Stan (w), Kirby, Jack (p), Ayers, Dick (i). "Kang, the Conqueror" The Avengers 8 (Sep 1964), Marvel Comics
- ↑ DeFalco "1960s" in Gilbert (2008), p. 101: "Time travel had fascinated writers of speculative fiction ever since H. G. Wells published The Time Machine, so Stan Lee and Jack Kirby introduced their own master of time in The Avengers #8."
- ↑ Lee, Stan (w), Heck, Don (p), Ayers, Dick (i). "The Coming of the Wonder Man!" The Avengers 9 (Oct 1964), Marvel Comics
- ↑ DeFalco "1960s" in Gilbert (2008), p. 102: "Created to infiltrate and destroy the Avengers, Wonder Man ultimately sacrificed himself to save them."
- ↑ Lee, Stan (w), Heck, Don (p), Ayers, Dick (i). "Trapped in the Castle of Count Nefaria!" The Avengers 13 (Feb 1965), Marvel Comics
- ↑ DeFalco "1960s" in Gilbert (2008), p. 106: "Europe's wealthiest nobleman, Count Nefaria, had a terrible secret: he was also the most powerful crimelord on Earth. Created by Stan Lee and Don Heck, Nefaria secretly ran the worldwide criminal organization called the Maggia."
- ↑ Lee, Stan (w), Kirby, Jack (p), Ayers, Dick (i). "The Old Order Changeth!" The Avengers 16 (May 1965), Marvel Comics
- ↑ Daniels, Les. Marvel: Five Fabulous Decades of the World's Greatest Comics. New York, New York: Harry N. Abrams. 1991. səh. 111. ISBN 978-0-8109-3821-2.
Stan Lee has admitted that by this period the intertwined tales of the Marvel Universe were beginning to confuse even him. Keeping top heroes like Thor active in The Avengers without contradicting the information in Thor's own series was becoming a chore. A changing of the guard was the result for The Avengers.
- ↑ DeFalco "1960s" in Gilbert (2008), p. 108: "No super hero team in the history of comic books had ever gone through such a massive overhaul. A new precedent had been set! The Avengers line-up continued to change and evolve over the years."
- ↑ Lee, Stan (w), Heck, Don (p), Ray, Frankie (i). "Among Us Walks a Goliath!" The Avengers 28 (May 1966), Marvel Comics
- ↑ Thomas, Roy (w), Heck, Don (p), Colletta, Vince (i). "Blitzkrieg in Central Park!" The Avengers 45 (Oct 1967), Marvel Comics
- ↑ Thomas, Roy (w), Buscema, John (p), Tuska, George (i). "... And Deliver Us From the Masters of Evil!" The Avengers 54 (July 1968), Marvel Comics
- ↑ Thomas, Roy (w), Heck, Don (p). "The Ultroids Attack!" The Avengers 36 (Jan 1967), Marvel Comics
- ↑ Manning, Matthew K.; Gilbert, Laura, ed. 1960s // Spider-Man Chronicle Celebrating 50 Years of Web-Slinging. London, United Kingdom: Dorling Kindersley. 2012. səh. 36. ISBN 978-0-7566-9236-0.
Spider-Man nearly became an Avenger in this lead story [of The Amazing Spider-Man Annual #3 (1966)] written by [Stan] Lee with layouts by [John Romita Sr.] and pencils by Don Heck. Packaged ... in a 72-paged oversized special, '... To Become an Avenger' saw Spidey actively recruited for Avengers membership.
([[:Category:|link]])[[Category:]] - ↑ Thomas, Roy (w), Buscema, John (p), Colletta, Vince (i). "Death Calls for the Arch-Heroes!" The Avengers 52 (May 1968), Marvel Comics
- ↑ DeFalco "1960s" in Gilbert (2008), p. 130: "For issue #52, [writer Roy] Thomas introduced [Wonder Man's] brother Eric, who became the Grim Reaper."
- ↑ Friedrich, Gary (w), Heck, Don; Roth, Werner (p), Tartaglione, John (i). "When Mutants Clash!" The X-Men 45 (June 1968)
- ↑ Thomas, Roy (w), Buscema, John (p), Tuska, George (i). "In Battle Joined!" The Avengers 53 (June 1968)
- ↑ Thomas, Roy (w), Buscema, John (p), Klein, George (i). "Behold ... The Vision!" The Avengers 57 (Oct 1968), Marvel Comics
- ↑ DeFalco "1960s" in Gilbert (2008), p. 132: "The updated Vision was created by writer Roy Thomas, who continued his trick of taking a name that Marvel already owned and creating a new super hero around it ... The new Vision, drawn by John Buscema, was a synthozoid – an android with synthetic human organs."
- ↑ DeFalco "1960s" in Gilbert (2008), p. 133: "Hank had suffered a mental breakdown and created this new identity."
- ↑ DeFalco "1960s" in Gilbert (2008), p. 134: "Janet Van Dyne (the Wasp) and Hank Pym ... finally tied the knot in The Avengers #60."
- ↑ DeFalco "1960s" in Gilbert (2008), p. 103: "Tales of Suspense #59 also presented Edwin Jarvis for the first time, the longtime butler of the Avengers."
- ↑ Glut, Don (w), Kupperberg, Alan (p), Black, Bill (i). "What If ... the Avengers Had Been Formed During the 1950's?" What If ... ? 9 (June 1978)
- ↑ Stern, Roger; Busiek, Kurt (w), Pacheco, Carlos (p), Merino, Jesus (i). "Running Out of Time" Avengers Forever 4 (March 1999)
Stern, Roger; Busiek, Kurt (w), Pacheco, Carlos (p), Merino, Jesus (i). "Past Imperfect… Future Tense!" Avengers Forever 5 (April 1999)
Stern, Roger; Busiek, Kurt (w), Pacheco, Carlos (p), Merino, Jesus (i). "In the Meantime... In Between Times…" Avengers Forever 6 (May 1999) - ↑ Gage, Christos; Perkins, Mike. House of M: Avengers. Marvel Comics. 2008. səh. 120. ISBN 978-0-7851-2750-5.
- ↑ Kavanagh, Terry (w), Pacheco, Carlos (p), Smith, Cam (i). "Last Stand" X-Universe 1 (May 1995)
- ↑ Kavanagh, Terry (w), Pacheco, Carlos; Dodson, Terry (p), Smith, Cam; Riggs, Robin (i). "Dying Breath" X-Universe 2 (June 1995)
- ↑ Subers, Ray. "Weekend Report: Avengers Smashes Records". Box Office Mojo. May 6, 2012. 2013-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-06.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Qisasçılar Superqəhrəman Verilənlər Bazasında.
- marvel.com/comics/Avengers — Rəsmi saytı
- MVB:Qisasçılar — Marvel Verilənlər Bazası
- Qisasçılar, birləşin! — Arxivlər və verilənlər