Qazaxıstanda qız qaçırma
Qız qaçırtma (qaz. қыз алып қашу) — qazax toy ənənələrindən biri. Müasir Qazaxıstan ərazisində məcburi evlilik praktikası qədim dövrlərdə yaranmışdır və bu günə qədər mövcuddur, baxmayaraq ki, Sovet dövründə bu fenomenin yoxa çıxdığı hesab olunurdu. Həqiqi qaçırma ilə yanaşı, tərəflərin qarşılıqlı razılığı ilə "qaçırma" təqlidi praktikası da mövcuddur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Keçmişdə
[redaktə | mənbəni redaktə et]Evlilik məqsədi ilə edilən qədim qız qaçırma ənənəsi patriarxatın ortaya çıxmasına aiddir.[1] Orta Asiya və Qazaxıstanda qız qaçırma nadir hallarda baş verirdi. Adətən belə hadisə valideynlər evliliyə razı olmadıqda və ya toyu çox gecikdirəndə baş verirdi.[2] Qazaxlar arasında üstünlük təşkil edən evlilik forması elçilik (kudalık) və sonradan gəlinin "alınması" üçün verilən qalımdan ibarət idi. Hüquqi adətdə qazaxlarda müxtəlif münasibətlə qarşılanan fərqli qız qaçırma növləri var idi. Gəlinin adaxlı olduğu və onun atasının elçilik şərtlərini pozduğu halda, bu cür qız qaçırması (gənclər "qaçırma"ya əvvəlcədən razıllıq verirdilər[3]) ağır cinayət hesab edilmirdi. Başqasının adaxladığı gəlininin qaçırılması isə ağır cinayət idi.[4]
Qazaxıstan SSR-də
[redaktə | mənbəni redaktə et]Rəsmi Sovet mənbələrinə görə Qazaxıstan SSR-də qız qaçırma adəti ortadan qaldırılmışdır.[5][6] Ancaq əslində bu adət heç də itməmişdir, əksinə "qaçırma" kimi razılaşdırılmış "qaçış" şəklini almışdır. Razılaşdırılmamış qaçırma olayları və məcburi nikah halları Sovet dövrünün son illərində və postsovet illərində yenidən peydə olmağa başladı.[7]
Müasir Qazaxıstanda
[redaktə | mənbəni redaktə et]Qadın hüquqları təşkilatlarının hesablamalarına görə, Qazaxıstanda hər il 5000-ə qədər qız qaçırma hadisəsi baş verir. Bu kimi halları nəzərə alan rəsmi statistik məlumatlar yoxdur. Bu adəti ləğv etmək üçün cinayət məcəlləsinə qız qaçıranlar üçün xüsusi bir maddənin daxil edilməsi planlaşdırılmır, çünki bu, onsuz da qaçırma cəzasını nəzərdə tutan mövcud qanunvericilik çərçivəsində mümkündür. Ancaq bu yalnız qaçırılan qızın hüquq-mühafizə orqanları ilə əlaqə qurmaq arzusundan asıllıdır, Buna valdeyinlərin qaçırılmış qızı geri qəbul etməməyi də səbəb olur.[8]
Heçnədən xəbəri olmayan "gəlin"in rəfiqələri və tanışları adətən qaçırılmada iştirak edirlər, onu kimsəsiz yerə aparırlar və sonra "bəy" onu zorla maşına mindirib evinə aparır. Gəldikdən sonra "gəlin"ə yaylıq bağlanır, şənlik süfrəsi açılır, cavan qadınlar bəyi tərifləməyə başlayır, xalaları və nənələri qızı evlənməyə razı salmağa başlayırlar. Evdəki “gəlini” saxlamaq üçün bəyin nənəsi hətta qapının ağzında uzana bilər, çünki qazaxlar bir insanın, xüsusən belə yaşlı insanın üstündən keçmək günah sayırlar. Qaçırılan qız, bütün bunlara tab gətirmək və belə aqibətlə razılaşmamaq üçün gözəçarpan cəsarətə malik olmalıdır.[9]
Qızın və valideynlərinin razılığı olmadan “real” qaçırma ilə yanaşı, müasir Qazaxıstanda bəyin maddi vəziyyəti toyun keçirilməsinə tam imkan vermədiyi halda[10] qarşılıqlı razılıq əsasında[6] gəlinin qaçırılması “təqlidi” geniş yayılıb.[11] Bu cür qız qaçırmasından sonra şənliklər ancaq bəyin valideynlərinin evində aparılır, bu da iri həcmli toy mərasimlərinin xərclərini ucuzlaşdırılması və azalması tendensiyalarının mövcudluğunu göstərir.[12][13]
Qazaxıstan Respublikasının Cinayət Məcəlləsi (maddə 125) adam oğurluğuna görə 4 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutur. Qaçırma bir qrup şəxs tərəfindən əvvəlcədən danışılmış sözləşmə ilə törədildikdə; dəfələrlə; həyat və ya sağlamlığa təhlükə yaradan şiddət tətbiq etməklə; silah və ya silah kimi istifadə olunan əşyaların istifadəsi ilə; bilə-bilə azyaşlıya qarşı; hamilə vəziyyətdə şəxsə qarşı; iki və ya daha çox şəxsə qarşı; mənfəətgüdən niyyət ilə edildiyi halda bu cinayətə 7 ildən 12 ilə qədər həbs cəzası (əmlak müsadirəsi edilə və edilmiyə də bilər) verilir. Cinayət bir cinayətkar qrupu tərəfindən törədilmişsə və ya qaçırılan şəxsin istismarı məqsədi ilə törədilmişsə və ya ehtiyatsızlıqdan zərər çəkən ölmüş və ya digər ağır aqibətlə üzləşmişsə, bu halda əmlak müsadirə edilib və ya edilmədən 10 ildən 15 ilədək həbs cəzası verilir. Qaçırılan şəxsi könüllü azad edənlər, əməllərində cinayət tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilirlər.[14]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Жандосов, Ж. К., Степанян, Ц. А. Общее и особенное в процессе перехода к социализму. Казахстан. 1978. 62.
- ↑ Кишяков, Н. А. Очерки по истории семьи и брака у народов Средней Азии и Казахстана. Наука. 1969. 97.
- ↑ Джелбулдин, Е. Т. Обычаи и традиции. Масс-Медиа. 2001. 13.
- ↑ Абиль, Е. А. История государства и права Республики Казахстан (2-е изд). ИКФ Фолиант. 2001. 108–109.
- ↑ Турсунбаев, А. Б. Победа колхозного строя в Казахстане. Казахское государственное издательство. 1957. 246.
- ↑ 1 2 Джунусбаев, М. Дж. Образ жизни семьи в Казахстане. Чимкентский педагогический институт. 1991. 132.
- ↑ Pauline Jones Luong. The Transformation of Central Asia: States and Societies from Soviet Rule to Independence. Cornell University Press. 2004. 60–61. ISBN 9780801488429.
- ↑ Муминов, А. Кража невест – часть реального Казахстана, - эксперты // Курсив. 12 июня 2015. 2018-06-21 tarixində arxivləşdirilib.
- ↑ Операция "Похищение невесты" // Караван. 9 января 2009. 2016-02-03 tarixində arxivləşdirilib.
- ↑ Россия и мусульманский мир, Выпуски 7-12. Институт научной информации по общественным наукам РАН. 2005. 213.
- ↑ Мустафина, Р. М. Представления, культы, обряды у казахов: в контексте бытового ислама в южном Казахстане в конце XIX—XX вв. 1992. 45.
- ↑ Жданко, Т. А. Семейный быт народов СССР. Наука. 1990. 458.
- ↑ Кауанова, Х. А. Образ жизни и быт рабочих семей: на материалах Казахстана. Издательство «Наука» Казахской ССР. 1982. 98–100.
- ↑ "Уголовный кодекс Республики Казахстан от 3 июля 2014 года № 226-V". 2020-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Sevara Azizova. Bride kidnapping in Kazakhstan in Discourses of Law and Custom, Nationalism and Tradition, Kinship and Gender (PDF). Hungary: Central European University. 2009.
- Cynthia Werner. Women, Marriage, and the Nation-State: The Rise of Nonconsensual Bride Kidnapping in Post-Soviet Kazakhstan // Transformations of Central Asian States: From Soviet Rule to Independence. Edited by Pauline Jones Luong (ingilis). Cornell University Press. 2004.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Райхан Рахим, Чингиз Сайханов, Искандер Салиходжаев. "Украденные невесты". Vox Populi. 11 июля 2014. İstifadə tarixi: 2016-01-28.