38°48′38″ şm. e. 72°04′18″ ş. u.HGYO

Qarmo dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qarmo
tac. Гармо
6 aprel 2008-ci ildə çəkilmiş şəkli.
6 aprel 2008-ci ildə çəkilmiş şəkli.
Ümumi məlumatlar
Dağ sistemi Pamir dağları
Dağ silsiləsi Nauk Akademiya dağları
Mütləq hündürlüyü 6.595 m
Nisbi hündürlüyü 6 595 m
İlk fəthi 1948
Yerləşməsi
38°48′38″ şm. e. 72°04′18″ ş. u.HGYO
Ölkə  Tacikistan
Vilayət
  • Dağlıq Badaxşan muxtar dairəsi
Qarmo xəritədə
Qarmo
Qarmo

Qarmo dağı və ya Qarmo zirvəsi (tac. Қуллаи Гармо, Qullai Garmo; rus. пик Гармо, pik Garmo) — Tacikistanın Dağlıq Badaxşan muxtar dairəsində yerləşən, Pamir dağlarının bir hissəsi olan dağ. Dağın hündürlüyünün 6.595 və 6.602 metr arasında olduğu təxmin edilir.[1]

Dağda bir neçə buzlaq yerləşir, ən böyük buzlağı Fedçenko buzlağıdır. Fedçenko buzlağı dünyada qütblərdəki buzlaqlar istisna edildikdə, ən uzun buzlaqdır. Bu buzlaq şərqə doğru axmaqdadır.[1] Dağa ən yaxın yaşayış məskəni Poymazorda, dağın 50 km cənubunda, dəniz səviyyəsindən 2.785 metr yüksəklikdədir. (38° 39' 10 Şm, 71° 58' 2 Ş)[2]

Dağın dəqiq hündürlüyü məlum deyil. Qəbul edilmiş konsesusa əsasən dağın hündürlüyü 6.595 metr kimi qəbul olunur. 1973-cü ildə "American Alpine Journal" jurnalında dağın hündürlüyü 6.615 metr verilmişdir.[3]

SSRİ dövründə Qarmo dağının Nauk Akademiya dağlarının ("Elmlər Akademiyası dağları"; rus. Хребет Академии Наук; tac. Qatorkuhi Akademiyai Fanho) dağ silsiləsinin bir hissəsi olduğu güman olunurdu. Bu dağ silsiləsi 1927-ci ildə səyyah Nikolay Leopoldoviç Korjenevskiy tərəfindən SSRİ Elmlər Akademiyasının şərəfinə adlandırılmışdır.

1928-ci ildə rus səyyahlar bu regiondakı Lenin zirvəsini fəth etmişlər və İsmoil Somoni dağının hündürlüyünü rəsmən ölçmüşlər. Ehtimal olunur ki, onların hündürlüyünü ölçdükləri dağ elə Qarmo dağı idi,[1] baxmayaraq ki, indiki Qarmo dağının ərazisində 16 km şimalında yerləşir.[2]

1962-ci ilin iyulunda iki britaniyalı alpinist — Vilfrid Noys və gənc şotland Robin Smit dağa dırmaşarkən 1.200 metr hündürlükdə həlak olmuşdurlar. Onlar daha sonra Kommunizma dağı kimi tanınacaq İsmoil Somoni dağına ediləcək Britaniya-Sovet ekspedisiyasına hazırlaşırdılar.[4][5]

Noys və Smitin ölümünə görə Britaniya alpinistləri ilə SSRİ alpinistləri arasında münaqişə yaranmış və Britaniya alpinistlərinin lideri Henri Con Böyük Britaniyaya qayıtmışdır. 1964-cü ildə Britaniya mətbuatı dağın hündürlüyünü 6.645 metr kimi göstərmişdir.[6]

Ad qarışıqlığı

[redaktə | mənbəni redaktə et]

1920-ci və 1930-cu illərdən başlayaraq Qarmo dağı İsmoil Somoni dağı ilə qarışdırılmağa başlamışdır. İsmoil Somoni dağı həm də Stalin dağı və Kommunizma dağı adları ilə tanınır.[7]

  • Malkolm Slesser Red Peak: A Personal Account of the British Soviet Expedition 1962 (London: Hodder & Stoughton, 1964)
  • Sikouri, Paola, Kopilov, Vladimir, & Pierce, Riçard A., Forbidden Mountains: The Most Beautiful Mountains in Russia and Central Asia (Milan: Indutech, 1994; US: Menasha Ridge Press Inc., 1997). ISBN 978-1-871890-88-4)
  • Cimmi Kruykşank High Endeavours: The Life and Legend of Robin Smith (Edinburgh: Canongate, 2005). ISBN 978-1-84195-658-9
  1. 1 2 3 (Russian) Памир Arxivləşdirilib 2022-02-25 at the Wayback Machine at wiki.risk.ru, accessed 5 August 2008
  2. 1 2 Pik Garmo, Tajikistan Arxivləşdirilib 2012-10-13 at the Wayback Machine at peakbagger.com, accessed 6 August 2008
  3. American Alpine Journal for 1973, page 505 online at books.google.co.uk, accessed 6 August 2008
  4. Pik Kommunizma Arxivləşdirilib 2009-01-07 at the Wayback Machine, at summitpost.org, accessed 5 August 2008
  5. Brown, Joe. The Hard Years. Harmondsworth, Middlesex, England: Penguin Books. 1975. 200–211.
  6. Cantwell, Robert A Mountaineer Records a British-Russian Adventure on a Dangerous Pamir Peak Arxivləşdirilib 2012-07-17 at Archive.today dated 9 November 1964 at cnn.com, accessed 5 August 2008
  7. People's Quiz Arxivləşdirilib 2012-11-12 at the Wayback Machine at bbc.co.uk, accessed 5 August 2008

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]