Qanlı idman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qanlı idman
ing. Bloodsport
Janr döyüş filmi[3], döyüş sənətləri filmi[d], bioqrafik film
Rejissor Nyut Arnold
Prodüserlər Mark DiSalle
Yoram Qlobus
Menahem Qolan
Ssenari müəllifi Şeldon Lettiç
Baş rollarda Jan-Klod Van Damm
Bolo Yen
Lea Eyrs
Donald Qibb
Forest Uitaker
Norman Börton
Roy Çyao
Montajçı Jan-Klod Van Damm
İstehsalçı Cannon Group
Distribütor The Cannon Group, Netflix, iTunes
İlk baxış tarixi 26 fevral 1988
Müddət 92 dəqiqə
Büdcə $1.5–2 milyon[1]
Gəlir $65 milyon[2]
Ölkə ABŞ ABŞ
Dil İngilis dili
İl 1988
Rəng rəngli
Çəkiliş yeri Honkonq
IMDb ID0092675

Qanlı idman (ing. Bloodsport) — 1988-ci ildə Nyut Arnold tərəfindən döyüş janrında çəkilən ABŞ filmidir.

Hərbidə kapitan vəzifəsində çalışan Frenk Dyuks qeyri-qanuni xidmətindən ayrılır və Honq Konqda gizli keçirilən Kumiteyə qatılmaq üçün uşaq vaxtlarından Nincitsu döyüş sənətinin sirlərini ona öyrətməyə çalışan Senzo Tanakadan icazə almaq istəyir. Dyuks Tanakanın evinə gələrkən burada baş verən köhnə hadisələri yada salır. Uşaq olarkən Dyuks və onun dostları Tanakanın evinəki katananı oğurlamaq üçün onun evinə girirlər, dostları səs gəldiyini eşidib qaçırlar və Dyuks katananı qaytarıb yerinə qoyarkən Senzo Tanaka və oğlu Şinqo tərəfindən yaxalanır. Dyuksun düzgünlüyü və qorxmazlığına heyran olan Senzo ona oğlu Şinqo ilə birlikdə məşq etməyə, döyüş elmini öyrənməyə dəvət edir. Şinqonun ölümündən sonra Senzo Dyuksu Tanaka nəslinin bir üzvü kimi qəbul etmiş və Dyuks onun başçılığı altında məşq etməyə başlamışdır.

Senzo Tanaka onun Kumiteyə qatılmasını müsbət qarşılaşır və ruhunun daima onunla olacağına söz verir. Frenk Dyuks müəllimi vidalaşır və Honq Konqa yola düşür. Lakin bu müddətdə "ABŞ Ordu Cinayətləri Komandirliyi"nin iki zabiti olan Helmer və Ravlins fərarilik edən Dyuksun həbs olunması üçün izinə düşürlər. Honkonqa gəldikdən sonra Dyuks amerikalı döyüşçü Rey Cekson və onlar üçün ayrılmış menecerləri Viktor Linlə, həmçinin, Kumiteni araşdırmağa cəhd edən amerikalı jurnalist Canis Kentlə tanış olur. İki Amerikalı Kumite çempionatının ilk günündə Kumite çempionluğunu müdafiə edən və qəddarlığı ilə tanınan Çonq Li haqqında məlumat alırlar. Kumitedə Dyuks Çonq Linin ən sürətli nokaut rekordunu qırır və bu zaman Çonq Linin diqqətini cəlb edir. Turnirin ikinci günündə Rey Cekson və Çonq Li qarşı-qarşıya gəlir. Döyüşün əvvəlində Cekson üstünlük qazansa da, sonda Li tərəfindən məğlub edilir. Cekson xəstəxanaya düşdüyü ilk gündə Dyuks ona intiqamını alacağına söz verir. Bu zaman Canis ona turnirdən çıxmağı təklif edir, lakin Dyuks bundan qətiyyətlə imtina edir.

Turnirin son günündə Dyuks, Helmer və Ravlins tərəfindən sıxışdırılır. Bu zaman Dyuks Honq Konqun polis heyətini üzvlərinin müqavimətini dəf edir. Dyuks onlara turnirin sonunadək özünə vəd verdiyini bildirir və sabahı gün onlarla geri qayıdacağına söz verir. Bir çox döyüş keçirildikdən sonra Kumitenin son döyüşündə Dyuks döyüş mərhələlərində rəqibini öldürən Çonq Li ilə qarşılaşır. Məğlub olacağını başa düşən Li dərman tozunu Dyuksun gözünə atır və Dyuksun gözləri görmədiyindən onunla vuruşmağa çətinlik çəkməyə başlayır. Bu zaman Dyuks müəlliminin ona öyrətdiyi ruhun və bədənin birləşdirilməsi prinsipini xatırlayır. Gözlərinin tutulmasına baxmayaraq rəqibini məğlub edir. Məğlubedilməz çempion Çonq Lini "mate" (təslim olma) sözünü deməsinə məcbur edərək Kumitenin Qərb dünyasından ilk qalibi olur. Sonda Frenk Dyuks, Helmer və Ravlinslə birlikdə ABŞ-yə qayıtmağa hazırlaşır. Bu zaman Canis onu müşahidə etməyə başlayır.

  1. "Bloodsport". The Numbers. 2014-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-17.
  2. "Bloodsport (1988)". Box Office Mojo. 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-08.
  3. http://www.imdb.com/title/tt0092675/.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]