Qızılı kefal
Qızılı kefal | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Ranqsız: Dəstə: Fəsilə: Cins: Növ: Qızılı kefal |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Qızılı kefal (lat. Liza parsia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Yayılması
[redaktə | mənbəni redaktə et]Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır.
Morfoloji əlamətləri
[redaktə | mənbəni redaktə et]D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır.
Yaşayış yeri və həyat tərzi
[redaktə | mənbəni redaktə et]Qızılı kefal sırf dəniz balığıdır. Onlar dənizdə yaşayır və çoxalır. Heç vaxt çaylara keçmir. Lakin ilin fəslindən asılı olaraq areal daxilində dənizin bir hissəsindən başqa hissəsinə miqrasiya edir. Ovda təsadüf edilən qızılı kefalın uzunluğu 25-55 sm, kütləsi 2-2,5 kq olur. Dənizin dibində qidalanırlar, onların mədəsi həmişə lil ilə dolu olur. Körpələr dənizdə ilk zamanlar planktonla, daha sonra molyusklarla qidalanmağa başlayır.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Qızılı kefal 3-4 yaşında cinsi yetişkənliyə çatır. Avqust - oktyabr aylarında Orta Xəzərdə, sahildən 20-50 mil aralı, 400–600 m dərinlikdə, suyun temperaturu 20-22 °C olduqda kürüsünü tökür. Kürüsü pelagikdir. Qızılı kefalın kürüsü dənizin duzlu-luğu 13‰ olan su qatında, temperaturu 17,8-29 °C olan zonalarda təsadüf olunur. Məhsuldarlığı yüksəkdir. 25-30 sm uzunluğunda olan qızılı kefalın verdiyi kürünün miqdarı 500-600 min ədədə çatır. 45-50 sm uzunluğunda olan iri fərdlər isə 2-3 milyon ədəd kürü verir. Kürüsü çox xırda (1 mm-dək) olur. Temperaturdan asılı olaraq su səthində mayalanmış kürülərdən 1,5-2 günə sürfələr əmələ gəlir. Sürfələr inkişaf etdikcə sahilə yaxınlaşır və orada zooplankton və ilbizlərlə intensiv qidalanır.[2]
Təsərrüfat əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Çox cəld balıqlardır, tordan qaçdıqları üçün ovlanması çətinlik törətdiyindən mövcud ehtiyatından tam istifadə olunmur. Azərbaycanda 1942-ci ildən qızılı kefal başlıca olaraq Sara yarımadası rayonunda Böyük Qızılağac körfəzində atma torla tutulur.
Mühafizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Son illərdə qoruq rejiminin güclənməsi ilə bağlı olaraq Böyük Qızılağac körfəzində onun tutulması qadağan edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z. Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları. Bakı: "Bəşər-XXI" nəşriyyatı, 2003, səh 69.