Qırmızı meşə (Ukrayna)
Qırmızı meşə | |
---|---|
Yerləşməsi | |
51°22′48″ şm. e. 30°02′57″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qırmızı meşə (ukr. Рудий ліс, Rudyi lis, hərfi tərcümədə "zəncəfil rəngli meşə") – Poleziyada yerləşən İstisna Zonası daxilində Çernobıl Atom Elektrik Stansiyasını əhatə edən on kvadrat kilometrlik (4 kv mi) ərazi. "Qırmızı meşə" adı 26 aprel 1986-cı ildə Çernobıl qəzası nəticəsində yüksək səviyyəli radiasiyanın udulmasından sonra ölən şam ağaclarının zəncəfil-qəhvəyi rəngindən yaranmışdır.[1] Fəlakətdən sonrakı təmizləmə əməliyyatlarında Qırmızı meşə buldozerlə məhv edilmişdir və "tullantı məzarlıqlarında" dəfn edilmişdir. Qırmızı meşə sahəsi bu gün dünyanın ən çirklənmiş ərazilərindən biri olaraq qalır.
Fəlakət və təmizlik
[redaktə | mənbəni redaktə et]Qırmızı meşə yadlaşma zonasında yerləşir; bu ərazi Çernobıl qəzasından ən yüksək radiasiya dozasını və nəticədə radioaktiv çirklənmə ilə çox çirklənmiş tüstü və toz buludlarını aldı. Ağaclar bu radiasiyadan ölüb. Çernobıl № 4 reaktorunda baş verən partlayış və yanğın nəticəsində torpağı, suyu və atmosferi Hiroşima və Naqasakiyə atılan atom bombalarının 20 qatına bərabər radioaktiv maddə ilə çirkləndirdi.
Fəlakətdən sonra aparılan təmizləmə əməliyyatlarında şam ağaclarının əksəriyyəti "təmizləyicilər" tərəfindən buldozerlərlə sökülərək xəndəklərə basdırılıb. Sonra xəndəklər qalın qum xalçası ilə örtülmüş və şam fidanları əkilmişdir. Çoxları ağaclar çürüdükcə radioaktiv çirkləndiricilərin yeraltı sulara qarışacağından qorxur. İnsanlar Qırmızı meşə ətrafındakı çirklənmiş zonanı təxliyə ediblər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mulvey, Stephen. "Wildlife defies Chernobyl radiation". BBC News. 20 April 2006. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2016.