Qırğızıstanda COVID-19 pandemiyası
(Qırğızıstanda koronavirus pandemiyası 2020 səhifəsindən yönləndirilmişdir)
Qırğızıstanda COVID-19 pandemiyası | |
---|---|
İlk qarşılaşma | 18 mart 2020 |
Vikianbarda əlaqəli mediafayllar |
Qırğızıstanda ilk dəfə 18 martda koronavirus xəstəsi aşkar edilib.
Gedişat
[redaktə | mənbəni redaktə et]- 18 martda Suzak rayonunda Səudiyyə Ərəbistanından Qırğızıstana gələn 3 nəfərdə koronavirus aşkar edildi. Bundan sonra Qırğızıstan, Tacikistan, Qazaxıstan da bir neçə tədbirlər görməyə başladılar. Həmin gün bütün məscidlər bağlandı. Həmin 3 nəfər təcili karantinə alındı. Sonra maskaların ƏDV-dən azad olunduğu bildirilib.
- 20 martda Oş şəhərində daha 3 nəfərdə də həmin virus aşkar edildi. Həmin şəxslər də Səudiyyə Ərəbistanından gəlirdilər. Buna görə də tez Oşda fövqəladə vəziyyət elan olundu.
- 22 martda nəqliyyatdan istifadə qadağan edildi.
- 24 martda yoluxanların sayı 16-dan birdən-birə 42-yə çatdı və artıq Bişkekdə Fövqəladə vəziyyət elan olundu. Saat 20:00–07:00-da komendant saatı oldu.
Gün | Yoluxanların cəmi sayı | Ölənlərin cəmi sayı | Sağalanların cəmi sayı |
---|---|---|---|
18 mart | 3 | 0 | 0 |
20 mart | 6 | 0 | 0 |
21 mart | 12 | 0 | 0 |
22 mart | 14 | 0 | 0 |
23 mart | 16 | 0 | 1 |
24 mart | 42 | 0 | 2 |
27 mart | 58 | 0 | 2 |
29 mart | 84 | 0 | 3 |
30 mart | 94 | 0 | 3 |