Putra məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İslam
Putra məscidi
malay Masjid Putra
Xəritə
Yerləşməsi
Ölkə  Malayziya
Şəhər Putracaya
Memarlıq
İnşa tarixi 19971999
Üslubu İslam memarlığı
Müasir memarlıq
Mavritan memarlığı
Minarələrin sayı 1
Minarələrin hündürlüyü 116 metr
Günbəzlərin sayı 9
Tutumu 15,000 nəfər
Materialı çəhrayı qranit
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Putra məscidi (malay Masjid Putra) — Malayziyanın yeni inzibati mərkəzi olan Putracayada yerləşən əsas məscid.

Məscidin tikintisinə 1997-ci ildə başlanıldı və tamamlama işləri iki ildən sonra başa çatdı. Məscid Malayziyanın Baş Nazirinin iqamətgahı olan Perdana Putra[ing.] və süni yarasdılmış Putracaya gölünün yaxınlığında yerləşir. Məscidin qarşısında Malayziya ştatlarının bayraqlarının dalğalandığı böyük meydan yerləşir.[1]

Məscidin xarici görünüşünün dizaynına Şeyx Ömər məscidi (Bağdad) və İkinci Həsən məscidinin (Kasablanka) dizaynı güclü təsir göstərib. Məscidin bünövrəsini təşkil edən divarlar İkinci Həsən məscidinin divarlarını xatırladır. Məscidin minarəsinin dizaynına isə Bağdadda yerləşən Şeyx Ömər məscidinin minarəsinin dizaynı təsir göstərib. Məscidin əsas materialı kimi çəhrayı qranitdən istifadə olunub.

Məscid üç əsas funksional ərazidən ibarətdir: ibadət zalı, həyət və müxtəlif öyrənmə zalları və otaqlar. İbadət zalı və baş günbəz 12 sütunun köməyi ilə saxlanır. Günbəzin diametri 36 metr təşkil edir. İbadət zalının qarşısında geniş həyət yerləşir.[2] Günbəzin hündürlüyü 76 metrdir. Minarənin hündürlüyü 116 metr olmaqla regionda ən hündür minarələrdən biri hesab olunur və islamın beş şərtini təsvir edən beş səviyyəyə malikdir.[3]

  1. "Putra Mosque". putrajaya.gov.my. 3 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2015.
  2. "Мечеть Путра". rutraveller.ru. 20 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2015.
  3. "Putra Mosque". www.tourism.gov.my. 1 May 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2015.