Portal:Videooyunlar
Videooyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.
Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də noutbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir
Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi videooyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.
2010-cu illərdə videooyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiya və smartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, videooyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.
Marvel's Spider-Man (azərb. Marvelin Hörümçək-adamı) — "Insomniac Games" tərəfindən hazırlanan, "Sony Interactive Entertainment" tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan video oyun. Bu, "Insomniac Games" şirkətinin ilk lisenziyalı video oyunudur və bütövlükdə 35-ci Hörümçək-adam video oyunudur. Oyun 7 sentyabr 2018-ci il tarixində PlayStation 4 konsoluna eksklüziv olaraq satışa çıxarılmışdır. Oyun "Marvel Comics" nəşriyyatının Hörümçək-adam kainatında, ABŞ-ın Nyu-York şəhərində cərəyan edir. Oyun uzunömürlü komiks mifologiyası və digər mediadakı adaptasiyalardan ilham almışdır.
Oyunun əsas süjet xətti 23 yaşlı kollec məzunu və tədqiqat üzrə köməkçi olan, bədbəxt hadisə nəticəsində radioaktiv bir hörümçək tərəfindən sancılmasından sonra superinsan qabiliyyətləri əldə edən Piter Parkerdən bəhs edir.
Bouzett (ing. Bowsette, /baʊˈzɛt/, bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime?, azərb. Şahzadə Kupa) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı.
- ... "Call of Duty 4: Modern Warfare" video oyununun on ikinci missiyası olan "Sığıncaq" (ing. Safehouse) missiyasının Azərbaycanda cərəyan etdiyini və bu missiyada baş qəhrəmanın video oyunun antaqonistlərindən olan Xalid əl-Əsadı burada məğlub etdiyini?
- ... "Battlefield 4" video oyununun əsas süjetinin Azərbaycanın paytaxtı Bakı şəhərində başladığını?
- ... Azərbaycanda istehsal olunmuş ilk kompüter oyunu – "İşğal altında: Şuşa" (şəkildə) video oyununun 2012-ci ildə satışa çıxarıldığını?
- ... Azərbaycanda istehsal olunmuş qorxu janrındakı ilk video oyun – "Sonuncu Dalan" video oyununun 2016-ci ildə satışa çıxarılması planlaşdırıldığını, ancaq maddi problemlərə görə 2018-ci ildə satışa çıxarıldığını?
- ... "Grand Theft Auto V" video oyununun Ginnesin Rekordlar Kitabında olan 6 satış rekordunu qırdığını?