Portal:Çexiya/Alim

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qreqor Yohan Mendel (alm. Gregor Johann Mendel‎); (20 iyul 1822, Şlezin, Avstriya İmperiyası — 6 iyun 1884, Brno, Avstriya-Macarıstan) avstriya bioloq və botaniki, irsiyyət haqqındakı təsəvvürlərin inkişafında mühüm rol oynamış, genetikanın atası və İrsi əlamətlərin qanunauyğunluğunun müəllifi.

Qreqor Yohan Mendel 20 iyul 1822-ci ildə Avstriya imperiyasının Heinzendorf şəhərciyində (indiki Çexiya) kəndli Anton Mendelin ailəsində doğulmuşdur. Təbiətə erkən yaşlarında maraq göstərmiş və bağbanlıq etmişdir. İki il Olmüç universitetində fəlsəfə sinifində oxuduqdan sonra, 1843-cü ildən Brnodakı Avqustin ordeninin Müqəddəs Foma monastrında Qreqor adı altında monaxlığa başlayır. 1844-1848-ci illərdə Brno ali ruhani məktəbində oxumuş və 1847-ci ildə rahib olmuşdur. Bir çox elmlərə maraq göstərərək onları öyrənmiş, bir məktəbdə yunan dilindən, hesabdan dərs demişdir. 1849-1851-ci illərdə Znoym gimnaziyasında riyaziyyatdan, latın və yunan dilinən dərslər demişdir. 1851-1853-cü ildə Vyana universitetində sitoloq Ungerin rəhbərliyi altında təbiət hadisələrini öyrənmiş, bitkilərin çalaqlaşdırılması metodları ilə maraqlanmışdir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …