59°20′ şm. e. 23°57′ ş. u.HGYO

Pakri adaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pakri adaları
est. Pakri saared, isv. Rågöarna
Adaların yuxarıdan görünüşü.
Adaların yuxarıdan görünüşü.
Ümumi məlumatlar
Adaların sayı 2
Ən böyük adası Vyayke-Pakri
Ümumi sahəsi 24,7 km²
Hündür nöqtəsi 17 m
Əhalisi 6 nəfər (2009-cu il)
Yerləşməsi
59°20′ şm. e. 23°57′ ş. u.HGYO
Ölkə  Estoniya
Vilayət
Akvatoriya
Pakri adaları xəritədə
Pakri adaları
Pakri adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pakri adaları (est. Pakri saared, isv. Rågöarna) — Fin körfəzində yerləşən iki adadan — Vyayke-ParkiSuur-Parki adalarından ibarət arxipelaq. Arxipelaq inzibati cəhətdən Paldiski şəhərində aiddir. Adada əsrlər boyunca Baltik isveçliləri yaşamışdırlar, lakin İkinci dünya müharibəsində bütün əhali arxipelaqı tərk etməyə məcbur olmuşdur.

Adaların isveçcə adı olan "Rågöarna" "Çovdar adaları" kimi tərcümə olunur: çovdar tarixən adada yetişdirilən əsas əkin bitkisi olub.[1] Həmçinin "Stora Rågö" "Böyük çovdar adası", "Lilla Rågö" isə "Kiçik çovdar adası" mənasını verir. Bu adaların İsveç dilində işlədilən alternativ adları "Västra Rågö"/"Västerö" və "Östra Rågö"/"Österö" (Qərb adası və Şərq adası) şəklindədir.[2]

Ərazi baxımından Vyayke-Pakri adası (Kiçik Pakri) əslində Suur-Pakri adasından (Böyük Pakri) bir azcıq böyükdür. Bu ziddiyyətin səbəbi güman ki, Suur-Pakri adasında keçmişdə daha çox sakinin yaşaması, daha çox əkilib-becərilməsi və daha əhəmiyyətli hesab edilməsidir.[1]

Vyayke-Pakri adasının şimal sahili.

Adalar Estoniya sahillərindən bir neçə kilometr uzaqlıqda yerləşir. Vyayke-Pakri Paldiski şəhərinin 3 km qərbində yerləşir, onu bu şəhərlə dərinliyi 20 metrdən çox olan Paldiksi (Pakri) körfəzi ayırır. Cənubda isə 3 km genişliyindəki Kurske boğazı adaları ana torpaqdan ayırır.

Şərqdə yerləşən Vyayke-Pakri adasının sahəsi 12,9 km2, qərbdə yerləşən Suur-Pakri adasının sahəsi 11,6 2 təşkil edir (Estoniyanın ən böyük 8-ci və 9-cu adalarıdır). Vyayke Suurdan daha hündür adadır (uyğun olaraq, 17 metr və 8 metr). Hər iki adanın uzunluğu (cənub-şərq, şimal-qərb istiqamətində) 6 km, eni isə 2-2,5 km-dir.

Adaların ətrafında kiçik adacıqlar yerləşir (1-1,5 km məsafəyə qədər) və bu iki ada arasında dərinliyi 2-4 metr olan dayazlıq var. 1952-ci ildə Sovet ordusu tərəfindən adacıqların üzərində iki adanı birləşdirən sədd tikilmişdir.

Hər iki adanın şimalında, eləcə də, Vyayke-Pakri adasının şərqində əhəngdaşı yamacları var. Baltik qlintinin bir hissəsi kimi Suur-Pakridə onların hündürlüyü 4 metrə, Vyayke-Pakridə 13 metrə çatır.[1] Hər iki ada əslində Şimali Estoniyadakı əhəngdaşı tavasının bir hissəsidir.[3]

Vyayke-Pakri adasındakı Storbın kəndi 1930-cu illərdə.

İkinci dünya müharibəsindən öncə adalarda beş kənd vardı: Suur-Pakridə üç, Vyayke-Pakridə iki kənd.

Suur-Pakri[2]

  • Storbın (est. Suurküla) (1935-ci ildə əhalisi 100 nəfərdən ibarət idi)
  • Strandbın və ya Asbın (est. Rannaküla) (59)
  • Bisaqidbın (est. Lepiku küla) (38)

Vyayke-Pakri[2]

  • Storbın (est. Suurküla) (88)
  • Lillbın (est. Väikeküla) (72)
Sovet ordusunun istifadə etdiyi bombaların qalıqları.

Adalar beş İsveç ailəsinin qərb adasını Padize monastırından aldıqdan sonra 1345-ci ildə məskunlaşılıb.[1] 1934-cü ildə Estoniyada keçirilən siyahıyaalmaya görə adalarda 354 nəfər yaşayırdı: hamısı demək olar ki, isveçli idi, lakin 13-ü alman idi.[4] Adalarda 5 kənd, 119 ev, kiçik xalq muzeyi (1935-ci ildə açılıb, 1940-cı ildə bağlanılıb) yerləşirdi, hər adanın öz kilsəsi və məktəbi vardı. Molotov-Ribbentrop paktının imzalanmasından və SSRİ-nin atdığı addımlardan sonra adaların bütün əhalisi köçürüldü və adalarda SSRİ ordusunun hərbi bazası quruldu. Pakri isveçlilərin çoxu Estoniyanın nasistlər tərəfindən işğalı dövründə 1944-cü ilə qədər İsveçə köçdülər. İkinci dünya müharibəsindən sonra Vyayke-Pakri adasının 1965-ci ilə qədər çox az sakini vardı.[5] Adalar Sovet erası dövründə 1992-ci ilə qədər Varşava Müqaviləsi Təşkilatı ölkələri tərəfindən poliqon kimi istifadə olundu.[1]

1994-cü ildə Estoniyanın adalara nəzarətini bərpa etməsindən sonra əsas məqsəd adaları bombalardan təmizləmək oldu. Minlərlə partlayıcı maddə məhv edildi. Bu proses 1997-ci ilə qədər davam etdirildi.[6]

Adaların şimal hissələri və Vyayke-Pakri adasının cənubu 1998-ci ildə əhəngdaşı quruluşlarını, nadir növləri və alvarları qorumaq üçün qurulmuş Pakri Təbiət Mühafizə Bölgəsinə daxil edildi.[7] 2004-cü ildə onillər sonra ilk dəfə adalarda bir nəfər daimi məskunlaşdı: İkinci dünya müharibəsində bu adalarda doğulmuş bir şəxs ailəsinin fermasını bərpa etməyə başladı.[8] 2009-cu ilin axırına qədər adaların əhalisi 6 nəfər idi.[9]

  1. 1 2 3 4 5 "The Pakri Islands' Development Foundation". 2009-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2016.
  2. 1 2 3 Söderbäck, Per. Rågöborna (Swedish). Stockholm: Fritzes Kungl. Hovbokhandel. 1940.
  3. "Limestone plateaus of North-Estonia". Estonica. June 10, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2016. (#invalid_param_val)
  4. Valdade rahvastik : 1. III 1934 rahvaloenduse andmed. Vihk I (PDF) (Estonian və French). Tallinn: Riigi Statistika Keskbüroo. 1934. 2009-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-04-01.
  5. "Pakri islands in Estonia". 2007-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2016.
  6. "Pakri saared - Rågöarna" (Estonian). 2008-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2016.
  7. "Pakri maastikukaitseala" (Estonian). İstifadə tarixi: 1 aprel 2016. [ölü keçid]
  8. Jürgen, Madis. "Elu ühes päevas". Eesti Ekspress (Estonian). 2005-03-03. 2010-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2016.
  9. Käärt, Ulvar. "Pakri saared nõuavad ametlikku staatust". Eesti Päevaleht (Estonian). 2009-12-23. 2009-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]