Nolde körfəzi
Nolde körfəzi | |
---|---|
rus. Губа Нольде | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Dərin yeri | 1,5-2,5 m |
Yerləşməsi | |
69°50′59″ şm. e. 173°09′05″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
Nolde körfəzi — Çukotka Muxtar Dairəsi ərazisində yerləşən körfəz. Şərqi Sibir dənizinin şərqində yerləşir. İnzibati cəhətdən Rusianın Çukot Muxtar Dairəsinin Çaun ilə Şmitd rayonları sərhəddində yerləşir. Körfəz ilk dəfə 13 sentyabr 1911-ci ildə kəçf edilərək xəritəyə salınmışdır. Öz adını isə baron Boris Aleksandroviç Noldenin şərəfinə adlandırılmışdır. DAyaz körfəzdir. Burada maksimal dərinlik 2,5 metrdir.
Topoqrafiya
[redaktə | mənbəni redaktə et]Şimal və şimal-şərq hissədən Aaçim yarımadası, qərbində Perkayon yarımadası, cənubda Keveem çayının deltası, şərqdə isə Peqtimel çayının allyuvial vadisi ilə əhatələnir. Körfəz ətrafında ən hündür zirvə Perkayon dağıdır (303 m).
Mıs Şmidta qəsəbəsindən 300 km, Pevek şəhərindən isə 115 km aralıda yerləşir. Aaçim yarımadası qərbdən Nolde körfəzi, şərqdən isə Xıçak körfəzi ilə əhatələnir. Şimal qutaracağında eyni adlı burun yerləşir. bu burun Nolde körfəzini dənizdən ayırır. Yarımadanın sahəsi 150 km², orta hündürlüyü 15-35 metrdir. Sahilləri düzənlikdən ibarətdir. Burada hətta qumlu dyunlar mövcuddur. Termokarst göllərlə zəngindir[1]. Perkayon yarımadası körfəzin qərb sahilini təşkil edir. Yarımadanın ucqar şimal nöqtəsi eyni adlı burundur. Şərq hissəsində Kıtrıkır dili yerləşir. Nolde körfəzinin suları ilə yuyulur. Sahilində hündürlük 1-3 metr arasında yerləşir. Şimalı və mərkəzi hissəsində 3 göl yerləşir.
Hidrologiya
[redaktə | mənbəni redaktə et]Körfəzin akvatoriyası termokarst göllərdən gilli çimərliklərlə ayrılır. Bu göllər kifayət qədər dərindir.
Körfəzin akvatoriyası iyuldan sentyabra kimi buzdan azad olur. Ancaq bununla belə burada bu dövr ərzində belə dreyf edən buzları görməl mümkündür. Yayda daimi buzlar körfəzdən 50 km şimala qədər əriyir.
İqlimi
[redaktə | mənbəni redaktə et]Regionun iqlimi sərtdir. Arktik iqlim hökm sürür. Qışda orta aylıq temperatur −25 - −28°С arasında dəyişir. Minimal temperatur isə −45°С olmuşdur. Yayda orta aylıq temperatur +1,7° - +3,2 °C arasında dəyişir. Ədatən duman olur. Qar örtüyü sentyabr ayından formalaşır. Bəzi illərdə isə daha tez ola bilir. İlin böyük hissıəsi küləklər əsir. Sakit havalar bütün gün ərzində nadir halda müşahidə edilir.
Fauna
[redaktə | mənbəni redaktə et]Körfəz fauna baxımından zəngindir. Burada çoxku sayda quç yuva qurur. Onlar ümumilikdə 8 dəstə 46 növdə birləşmişlər. Məməlilərdən isə burada ağ ayı, morj, tülkü, halqaşəkilli suiti və amrika sümbülqıranını görmək mümkündür.
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-19.