Nikolas Sparks
Nikolas Sparks | |
---|---|
Nikolas Çarlz Sparks | |
Doğum tarixi | |
Doğum yeri | Omaha, Nebraska, ABŞ |
Uşaqları | Mayls, Rayn, Landon, Leksi və Savanna |
Milliyyəti | Amerikalı |
Təhsili | Notr-Dam Universiteti |
Fəaliyyəti | Yazıçı, ssenarist, prodüser |
Fəaliyyət illəri | 1996-cı ildən |
nicholassparks.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikolas Çarlz Sparks (ingiliscə Nicholas Charles Sparks 31 dekabr 1965 Omaha, Nebraska, ABŞ) tanınmış məşhur amerikalı yazıçıdır. Romanlarını sevgi və tale mövzularında yazır. Onun çapdan çıxmış 20 romanı vardır. Sparksın kitabları 50-dən çox dilə tərcümə edilmişdir. Təkcə ABŞ-də 75 milyondan çox, dünya üzrə isə 105 milyondan çox satılmışdır..
Həyatı və karyerası
[redaktə | mənbəni redaktə et]Nikolas Çarlz Sparks Nebraska ştatının Omaha şəhərində professor Patrik Maykl Sparks (1942–1996) və evdar qadın Cil Emma Mariya Sparksın (1942–1989) ailəsində 31 dekabr 1965-ci ildə dünyaya gəlmişdir. Nikolasın ingilis, irland, alman və çex kökləri vardır. 1985-ci ildə məktəb vaxtı Sparks öz birinci "The Passing" adlı əsərini və 1989-cu ildə "The Royal Murders" əsərini yazmışdır (Hansı ki, bu əsərlər heç vaxt çap olunmamışdır.). O, Notr-Dam universitetində idman təqaüdü ilə təhsil almışdır. 1985-ci ildə birinci kursda oxuyarkən onun iştirak etdiyi komanda qaçış üzrə kollec rekordu nəticəsini göstərmişdir. Kolleci bitirdikdən sonra Sparks hüquqşünas olmaq istəyirdi və həmin vaxt ofisiant və telefon satıcısı kimi işləyirdi. 1990-cı ildə 1965-ci ilin qaçış üzrə olimpiya çempionu Billi Millzla birgə psixologiya janrı üzrə ''Wokini: A Lakota Journey to Happiness and Self-Understanding'' kitabını yazmışdır. Birinci il 50.000 nüsxə satılmışdır.[1] 1992-ci ildə Sparks bir dərman firmasında işə başladı və Cənubi Karolinanın Grinvil şəhərinə köçdü. Boş vaxtlarında o, "The Notebook" romanını yazmağa başladı. İki il sonra roman ədəbi agent Teresa Park tərəfindən kəşf edildi və o, romanın nəşri üçün 1 milyonluq müqavilənin imzalanmasına nail oldu. "The Notebook" 1996-cı ilin oktyabr ayında nəşr olundu və ilk satış həftəsində "Nyu-York Tayms"-ın ən çox satılan kitablar siyahısına başçılıq etdi. Nəticədə, Sparks çoxlu sayda oxunan kitablar yazdı. 2000-ci ildə "People Magazine" Sparksı ilin ən cazibədar müəllifi kimi qeyd etdi. Onun bu günə qədər 20 romanı və qardaşı ilə yazdığı 1 avtobioqrafik əsəri işıq üzü görmüşdür.
Romanları
- Wokini: A Lakota Journey to Happiness and Self-Understanding (1990), Billi Millz və Nikolas Sparks
- The Notebook (Oktyabr, 1996)
- Message in a Bottle (Aprel,1998)
- A Walk to Remember (Oktyabr, 1999)
- The Rescue (Sentyabr, 2000)
- A Bend in the Road (Sentyabr 2001)
- Nights in Rodanthe (Sentyabr, 2002)
- The Guardian (Aprel, 2003)
- The Wedding (Sentyabr, 2003)
- Three Weeks with My Brother (Aprel, 2004), Nikolas Sparks və Mika Sparks
- True Believer (Aprel, 2005)
- At First Sight (Oktyabr, 2005)
- Dear John (Oktyabr, 2006)
- The Choice (Sentyabr, 2007)
- The Lucky One (Sentyabr, 2008)
- The Last Song (Sentyabr, 2009)
- Safe Haven (Sentyabr, 2010)
- The Best of Me (Oktyabr, 2011)
- The Longest Ride (Sentyabr, 2013)
- See Me (Oktyabr, 2015)
- Two by Two (Oktyabr, 2016)
- Every Breath (Oktyabr, 2018)
Filmi çəkilən romanları
- Message in a Bottle (1996)
- A Walk to Remember (2002)
- The Notebook (2004)
- Nights in Rodanthe (2008)
- Dear John (2010)
- The Last Song (2010)
- The Lucky One (2012)
- Safe Haven (2013)
- The Best of Me (2014)
- The Longest Ride (2015)
- The Choice (2016)
TV
- Deliverance Creek (2014) (Prodüser: Nikolas Sparks)
- The Notebook (2015) (Personajlar "The Notebook" əsasında)
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Həyat yoldaşı Keyti ilə Sparks 1988-ci ilin yay tətilində tanış olmuşdu. 1989-cu ildə isə onlar ailə həyatı qurublar. Nikolas və Keyti 2014-cü ilə qədər Şimali Karolinanın Nyu-Bern şəhərində oğulları Mayls, Rayn, Landon ve əkiz qızları Leksi ve Savanna ilə birlikdə yaşadılar. 6 yanvar 2015-ci ildə Sparks Keyti ile dostluq çərçivəsində ayrıldıqlarını bildirdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Billy Mills. Wokini: A Lakota Journey to Happiness and Self-Understanding. — Hay House. — P. 176. — ISBN 978-1561706600.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Nicholas Sparks.com
- NickSparks.ru — birinci rus saytı Nikolas Sparks haqda Arxivləşdirilib 2014-05-17 at the Wayback Machine
- yazıçı haqda məlumat: Nicholas Sparks Arxivləşdirilib 2008-10-08 at the Wayback Machine
- müsahibə Nikolas Sparksla Arxivləşdirilib 2010-04-04 at the Wayback Machine
- Nicholas Sparks Internet Movie Database saytında
- Nikolas Sparks The Electronic Literary Database (ELDb) saytında [ölü keçid]